Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə31/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   27   28   29   30   31   32   33   34   ...   67

97 
arpadan hazırlanan dərmanlar vasitəsilə 24 növ xəstəliyin müalicə 
olunduğunu yazmışdır.  
 
Ö.Xəyyam «Novruznamə»  əsərində Mehrikan və  Sədə bay-
ramları haqqında da gərəkli məlumatlar vermişdir. «Novruzna-
mə»də mehr ayının özəlliklərindən söhbət açılır. Göstərilir ki, bu 
ay adamların mehribanlıq simvolu kimi mehr adlandırılmışdır. Bu 
ayda hər kəs  əldə etdiyi, qazandığı  məhsullardan qohum-qonşuya 
pay verir. Bir çox müəlliflər kimi, Xəyyam da mehr sözünü 
mehribanlıq, ülfət, ünsiyyət çalarlarında işlənməsi ilə razılaşmışdır. 
Bu sözün və bayramın mahiyyətində deyilən müsbət keyfiyyətlər 
vardır.  
Ö.Xəyyam, Azər və  Sədə bayramları haqqında da söhbət 
açmışdır. Novruz təqviminin mükəmməl yaradıcısı, «Novruznamə» 
kimi sanballı əsərin müəllifinin Mehrikan, Sədə və Azər bayramları 
barədə eyni bir əsərdə ardıcıllıqla məlumat verməsi təsadüfi 
deyildir. Bu bayramlar və  təbii ünsürlər Novruz sisteminin tərkib 
hissəsi olduğunu ruhən duymuş  Xəyyam bunların hamısını bir 
araşdırmanın mövzusuna çevirmişdir. Sədə-od bayramıdır. Azər də 
od bayramı olubdur. Azər bayramı Novruz təqviminin 9-cu ayı olan 
Azər ayının 9-da qeyd edilirmiş. Azər və Sədə (od) bayramları da 
mənşəcə  Zərdüşt inancı ilə  əlaqələndirilir. Azər sözünün kökündə 
od, alov mənasının dayandığı vurğulanır. Azər zərdüştlikdə yəzdə-
lərdən birinin adıdır. Azər Ahuraməzdanın oğlu kimı  də tanın-
mışdır.  
Ö.Xəyyam da Azər sözünün mənşəyində od mənasının dur-
duğunu yazır. Havalar soyuyur, oda-ocağa ciddi ehtiyac duyulur. 
Elə bu zərurətdən həmin aya Azər (od) ayı deyilib. Şəmsi-qəməri 
təqvimində ilin 9-cu ayı Azər adlandırılır. Soyuq və  şaxtalı  qışı 
qarşılamaq üçün od yandırılmış və şənliklər keçirilmişdir. Ə.Biruni 
də Azər bayramının qışın əvvəlində keçirildiyini həmin gün evlərdə 
tonqal qalandığını yazır. Mənbələrdə göstərilir ki, Azər qış, Sədə 
Novruz  ərəfəsində (1-ci çərşənbədə) bayram edilmişdir. Bu 


98 
bayramlardan birincisi qışı qarşılamağa hazırlıq, digəri qışın yola 
salınmasının təntənəsi idi. Ə.Birunin yazdığına görə, Sədə bayramı 
şəmsi-qəməri təqviminin 10-cu ayı olan bəhmən ayının 10-da 
keçirilmişdir. Ə.Biruninin digər məlumatı Novruz sisteminin dəqiq-
liyini bir daha təsdiqləyir. Onun yazdığına görə, Sədə bayramı 
kiçik çillənin girməsi ilə  əlaqədar olmuşdur. Novruz sistemini 
özündə qoruyub saxlamış «Avesta» təqvimində  də beş aylıq qış 
fəslindən sonra Sədə bayramı qeyd edilmişdir. Azər bayramının 
birinci, Sədə bayramının ikinci od bayramı olduğuna heç kəsdə 
şübhə yeri qalmır. Insanların ildə iki dəfə od bayramı keçirmələri 
də odun insan və təbiətin inkişafına verdiyi əvəzsiz stimuldan irəli 
gəlirdi. Soyuq qışdan qurtulmaq üçün də,  əkin-biçin, məhsul 
yetişdirməkdən ötrü də od (günəş) enerji mənbəyidir.  
 Xalqın milli mənlik  şüurunun formalaşmasında mühüm və 
dominant bir rol oynayan Novruz bədii  ədəbiyyatın da əsas möv-
zusu olmuşdur. Novruz ədəbi-bədii mövzu kimi qədim olsa da, 
bütün zamanlar üçün yeni və aktual qəbul edilibdir.  
Qətran Təbrizi (1012-1088) «Divan»ın «Əbülhica Mənuçehr 
İbn  Əmir  Əsəll  Əbumənsur Vəhsudanın mədhi» hissəsində yazın 
gəlişini və Novruzu təsvir edibdir:  
 
«Elə ki, günəş yüksəldi, günlər uzandı.  
(Yəni qış çıxdı, bahar gəldi),  
Aşiqlərin gözəllərə məhəbbəti daha da artdı.  
Külək hər zaman yerdən havaya müşk saçır.  
Bulud hər saat göydən yerə dürr yağdırır....  
Bəhmənin köç etməsi ilə yaşıllıqlar onun əlindən xilas oldu.  
Badamın gülləri bağı qiymətli dürlərlə doldurdu.  
...Hər yer bahar buludundan  
Rum zərxarası kimi rəngarəng oldu.  
Göl səba yelindən Çin zirehi kimi dalğalandı....  
Göl bənövşədən göy bez kimi oldu,  


99 
Hər zaman ona (bənövşəyə) göy bezdən (səmadan) su yağır.  
Novruz yelinin bənövşələr üzərinə saçdığı şükufələr,  
Göy ipək üzərinə səpilmiş qiymətli dürr dənələrinə bənzəyir» 
 (7, 39). 
 
 «Divanda» bir çox mədhiyyələr baharın gəlişinin təsviri ilə 
başlanır. Bu təsvirlər zaman və mövsümlə bağlı olmaqla yanaşı, 
birbaşa yazıçı ovqatı və mədh edilən şəxsə olan hörmət, ehtiramla 
da əlaqədardır. «Divan»ın «Əbunəşr Səd ibn Mehdinin mədhi»ndə 
deyilir: 
 
«Günəş həməl bürcündə çıraq yandıran kimi,  
(Qış ötüb, yaz gəldi) 
Bağı və çəməni lalə şamla və çıraqla doldurdu.  
Qara qarğa sanki div, bülbül isə dua oxuyandır,  
Onun səsi gələn kimi qara qarğa bağı qoyub qaçdı.  
Qarğa gülzarı tamam qoyub qaçdı.... 
 Bağdan keçdikdə çiçəyin rəngindən və ətrindən,  
Gözlər işıqlanır, beyinlər ətirlənir» (7, 174).  
 
Q.Təbrizi qara qarğa dedikdə qışı, bülbül dedikdə yazı nəzərdə 
tutmuşdur.  
Q.Təbrizi «Divan»ında planet və ulduzların hərəkətindən, 
bürclərdən məqamı düşdükcə dəfələrlə söhbət açmışdır.  
«Əbülxəlil Cəfərin mədhi»ndə yazır: «Ölkəyə bir həftədə iki 
yaz birdən gəldi.  Əslində  hər ikisi fərəhli,  şən və  qələbəlidir. Biri 
günəşin həməl (quzu) bürcünə girməsidir. (Baharın birinci ayında 
günəş  həməl bürcünə  gəlib çıxır) Biri də  şahın ölkəyə qayıdıb 
gəlməsidir» (7. 194).  
Q.Təbrizi bütün «Divan» boyu fərvərdin ayını (Novruzu) təbiət 
hadisəsi kimi alqışlamışdır:  


100 
«Fərvərdin ayının təntənəsindən dünya behişt bağı kimi oldu.  
...Bu ömrü artıran Novruzda qırmızı badə içib şənlən,  
Həmişə günün mübarək, bayramın şirin olsun!  
...Günəş həməl (quzu) bürcünə gələndə,  
Yer üzü gülər, zəmanə sevinər.  
Ölkədə o günəşdən sevinc törənər,  
Nisanda (apreldə) o günəşdən lalə baş qaldırar»  
(7, 240-241-243).  
 
Nizami Gəncəvinin yaradıcılığında Novruz sistemi xüsusi bir 
yer tutur. Mütəfəkkir  şair Novruza adi bayram mərasimi kimi 
yanaşmamış,  əksinə Novruz maddi-mənəvi dəyərlər toplusu kimi 
qiymətləndirilibdir. N.Gəncəvi Novruza kainat və cəmiyyət qanun-
larının  əyani ifadə forması kimi baxmışdır. Dahi mütəfəkkirin 
düşüncəsinə görə, bütün aləmin-kainat və planetin yaradıcısı  və 
ifadəçisi bir olan Allahdır. «Günəşli və aylı bir aləmi verən, Bu 
yeri, bu göyü odur saxlayan», – deyən Nizami, Novruz qayda-qa-
nunlarının da yaradıcısının Allah olduğunu dönə-dönə «Xəmsə»də 
vurğulamışdır:  
 
Altı yaxa açdı tərəflərə o,  
Dörd gövhər bəxş etdi qara yerə o (5, 23).  
 
Şairin qeyd etdiyi altı  və dörd rəqəmləri sadəcə  rəqəmlər 
deyildir. Altı yaxa-altı cəhətə-ön, arxa, sağ, sol, aşağı, yuxarı, dörd 
gövhər-dörd ünsürə – od, su, torpaq və havaya işarədir. Nizamiyə 
görə, altı cəhəti olan bu dünyanı Allah dörd ünsürdən yaradıbdır.  
Nizami dərin və zəngin biliyə, geniş müşahidəyə malik mütə-
fəkkir bir şəxsiyyət olubdur. «Xəmsə»yə  nəzər yetirdikdə dedik-
lərimizin  əyani  şahidi oluruq. «Xəmsə»yə daxil olan əsərlərdən 
aydın görünür ki, Nizami nücum elminə, onun əhatə etdiyi sahəyə, 
öyrəndiyi səma cisimlərinə kifayət qədər bələd olmuş, onların hal-


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə