Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə27/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   23   24   25   26   27   28   29   30   ...   67

84 
Əfsanəyə bələnmiş bu fikrə bu günün məntiqi ilə nəzər yetirək. 
Cəmşid günəşin parlaq şəfəqlərinə  məhz Azərbaycanda rast gəlir. 
Günün, ayın dəyişdiyinin məhz Azərbaycanda  əyani  şahidi olur. 
Həmin günün bayram edilməsini məsləhət bilir. Bu əfsanədəki 
məntiqdən çıxış edib deyə bilərik ki, Cəmşid gələnə  qədər Azər-
baycanda ilin, günün təzələnməsi bayram səviyyəsində qeyd  olu-
nurmuşİlin təzələnməsi şərəfinə hökmdarlar xalq içərisinə gedib, 
xalqın dərd-səri ilə  əyani tanış olub, həmin gün bütün gördüyü, 
eşitdiyi müşkül məsələlərin həll olunmasına göstəriş veribdir.  
Ə.Biruni bu qəbildən olan  bir neçə rəvayəti «Keçmiş nəsillər-
dən qalan  izlər»  kitabında qeyd etmişdir.  Ə.Biruni Azərbaycan, 
İran və b. coğrafi məkanların bayramları haqqında danışır. Böyük 
mütəfəkkir bayramları  məzmun və motivinə görə iki qrupa ayırır: 
«Bayramlar arasında elələri var ki, yaranma səbəbləri dünyəvi 
işlərlə, elələri də vardır ki, dini işlərlə bağlıdır». Bəşəri mündəricə 
daşıyan bayramlar haqqındakı  qədim  əfsanələri öz zəmanəsinin 
dünyagörüşünə  və  təfəkkürünə uyğun  şəkildə izah edən  Ə.Biruni 
yazır: «Dünyəvi, qeyri-dini bayramlara və əlamətdar tarixi günlərə 
gəldikdə, şahlar  və əyanlar elə adətlər qoymuşlar ki, xalqın könlü 
şad olsun, ruhu dincəlsin. Bunlar yoxsulların həyatını yüngülləş-
dirmək, ümidlilərin qəlbində ümid qığılcımlarını sönməyə qoym-
amaq, ölümə yaxın olanları təhlükədən və bəladan qurtarmaq üsul-
larından biridir».  
Bu fikirlər  Ə.Biruninin «Keçmiş  nəsillərdən qalan izlər»  əsə-
rindən iqtibas olunubdur (70, 14). Bu fikirlərin müəllifi inanır ki, 
ədalətli  şahlar rəiyyətlərinin ruhi, mənəvi rahatlığının qayğısına 
qalır, insanların gələcəyinə təminat vermək üçün bayramlardan və 
müxtəlif şənliklərdən faydalanmışlar. Şahlar və din xadimləri min 
illərlə yaradılmış və insanların həyatına əsaslı şəkildə daxil olmuş 
xalq adət-ənənələrini hər cür dəstəkləyirdilər. Onlar əhali  arasında 
nüfuzlarını möhkəmləndirmək üçün xalqdan qidalanan bayram-
lardan, adət-ənənələrdən  əvəzsiz bir vasitə kimi istifadə edirdilər. 
Ə.Biruninin dünyəvi bayramları dini bayramlardan fərqləndirməsi 


85 
çox əhəmiyyətli idi. O, çox doğru yerə, yazırdı ki, dini bayramları 
«ruhani rəhbərləri sırasından olan qanunvericilər» bu gün yox
«gələcək həyat»da xoşbəxtliyə qovuşmaq məqsədi ilə yaratmışlar. 
Biruni, çox böyük müdrikliklə dünyəvi bayramlar içərisində məhz 
Novruzu bahar bayramı adlandırmışdır (70, 14).  
Novruz kainat (kosmos) və planet (yer) qanunlarını özündə 
cəmləyən mükəmməl bir sistemdir. Bu sistem uzun sürən bir pro-
sesin bəhrəsidir. Belə bir mürəkkəb sistemi bir nəfərin adı ilə bağ-
lamaq, onun yalnız bir nəfər tərəfindən, özü də bircə gün içərisində 
yaradılmasına inanmaq ən azı sadəlövhlükdür. Tarixi məxəzlərdə 
adları Novruzla əlaqəli çəkilən Kəyumərs və Cəmşid Novruz möh-
təşəmliyindən ustalıqla yararlanmaqla adlarını  şərəfləndirib, özlə-
rinin  əbədiliyinə öz əlləri ilə imza atmışlar. Novruz sistemi bir 
gündən ibarət deyil. Yalnız ilin yeniləşməsi, gecə-gündüz bərabər-
liyinin yaranması bir günə, konkret bir vaxta (21-22 mart keçidi) 
düşür. Həmin gün-martın 21-22-si Novruzun əlahiddə bir günüdür. 
Novruz tədqiqatçılarının bu əfsanələrlə bağlı daha bir maraqlı 
mülahizələri ilə razılaşmamaq olmur. Araşdırıcıların əksəriyyətinin 
gəldiyi nəticə budur ki, Novruzu İran  şahları  Kəyumərs və 
Cəmşidin adı ilə bağlayan farsların məqsədi bu möhtəşəm bayrama 
sahib çıxmaqdır.  İ.S.Braginskinin qənaətinə görə, Novruz bayra-
mını sonralar Cəmşid adlı mifik şahın adı ilə bağlamağa başla-
mışlar (70, 14). Fars müəllifləri kök etibarı ilə onlara dəxli olmayan 
Novruz bayramını  mənimsəmək, özlərinin milli bayramı kimi 
tanıtmaq üçün bu əfsanələrdən ustalıqla istifadə etmişlər (68, 19). 
Məqamı çatmışkən,  İran və fars xalqının  əlaqəsinə ötəri də olsa 
diqqət yetirək. Əfsuslar olsun ki, uzun zaman bir çox tarixi mənbə-
lərdə İran və fars dövləti məfhumu eyni mənada işlədilmişdir. Bu-
nun ən birinci səbəbi bəzilərinin təəssübkeşliyindən irəli gəlir. Bu 
tendensiyanın kor-koranə davamçıları isə bilərəkdən başqa cür 
düşünmək istəməyiblər. Məlumdur ki, İran coğrafi məkandır. Bu 
coğrafi məkanda çoxsaylı xalqlar yaşayıb-yaratmışlar. Bu qədim 
coğrafi məkanda sonralar qurulmuş millətçi rejimlər zəngin  İran 


86 
mədəniyyətinin yaranmasında digər xalqların halal paylarını insaf-
sızcasına danmışlar. Əksər vicdanlı müəlliflər isə Zərdüşt dünyagö-
rüşünün yaradıcılarının türkmənşəli midiyalılar olduğunu yazırlar. 
Artıq  İranın bir çox xalqların vətəni olduğu elmdə birmənalı 
şəkildə  təsdiqlənibdir. Bu çoxsaylı xalqların  İran sivilizasiyasının 
formalaşmasında inkaredilməz rolu da danılmazdır. Ədalət naminə 
deyək ki, İran mədəniyyətinin formalaşmasında Azərbaycan türklə-
rinin xüsusi payı vardır.  
Novruzun genezisi barədə orta əsr müəlliflərinin, o cümlədən 
Ə.Biruninin tendensiyası sonrakı dövrlərdə  məsələyə praqmatik, 
açıq-aydın və vicdanlı münasibət bəsləyən  əksər araşdırıcılar tə-
rəfindən davam etdirilmişdi. Novruzun ən görkəmli araşdırıcıların-
dan olan Y.V.Çəmənzəminli də iranlı müəlliflərin Novruzu Cəm-
şidə aid etmələrini tarixi həqiqətdən uzaq olduğunu vurğulayırdı.  
İnsafən deyək ki, Ə.Biruni Novruz sistemi haqqında geniş  və 
mükəmməl məlumatlar vermişdir.  Ə.Biruni Novruzla bağlı yalnız 
«Avesta» məlumatları ilə kifayətlənməmişdir. O, yaşadığı dövrdə 
xalqın yaddaşında «oturuşmuş»  əfsanələrə  də yer vermişdir. Belə 
deyirlər ki, Davud peyğəmbərin oğlu Süleyman üzüyünü itirib, 
hakimiyyətdən uzaqlaşandan 40 gün sonra üzüyünü yenidən özünə 
qaytarırlar. Üzük qaytarılandan sonra yenidən taxt-taca sahib olmuş 
Süleymanın hüzuruna yer üzünün hökmdarları  təşrif buyururlar, 
quşlar da onların başının üstünə yığışır. Bu qələbəliyi görən farslar 
deyirlər: «Novruz aməd», yəni «Yeni gün gəldi». Süleyman kü-
ləklərə əmr etdi ki, onu götürüb aparsınlar. Süleyman peyğəmbərin 
qarşısına çıxan qaranquş dedi: «Ey hökmdar, yuvamda yumur-
talarım var, yana çəkil, onları  əzmə». Süleyman  yana çəkildi. O, 
yerə enəndə qaranquş dimdiyində gətirdiyi suyu Süleymanın qarşı-
sında yerə çilədi, ona bir çəyirtkə budu bağışladı. Elə bu səbəbdən 
də Novruz bayramında yerə su çiləyir və hədiyyələr verirlər.  
Ə.Biruni Mehrikan bayramı haqqında da söhbət açmışdır. 
Mehr sözünə «Avesta»da da rast gəlinir. «Avesta» ədəbiyyatında 
mehr sözü mitra, mitr kimi yazılıb. «Avesta»dan sonrakı  mənbə-


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə