Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə25/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   21   22   23   24   25   26   27   28   ...   67

77 
çox populyarlaşmışdır. Onun şərəfinə Midiyada Əhəməni və 
Arşagidlər dövründə bir çox şəhərlərdə  məbədlər tikilmişdir. 
M.M.Dyakanov yazır ki, belə mötəbər məbədlərdən biri də  Şizdə 
(Midiya – Atropatendə) tikilmişdir (74, 118). Nahid üçün məbədlər 
su mənbələrinə yaxın yerlərdə tikilirdi. Onun şərəfinə qurbanlar 
verilirdi. Verilən qurbanlar da su kənarında olurdu. Gölün, bulağın 
yaxınlığında, torpaqda çala qazır, kəsilən heyvanın qanı ora axıdı-
lır, sonra üstünü torpaqla örtürdülər. Qurban ətini yaşıl yarpaqlar 
üstünə qoyub, nazik çubuqla vura-vura ovsunlayırdılar. Mərasim 
başa çatandan sonra dindarlar ətdən bir parça götürüb gedərdilər. 
Allahlara  ətdən saxlamazdılar. Onlar güman edirdilər ki, allahlara 
ət yox, qurbanın ruhu lazımdır (31, 50). «Avesta»da su ilahəsi 
Nahidlə bağlı gerçəkləşdirilən xüsusi bayram Sasanilər dövründə 
payızın orta ayında Su bayramı adı ilə keçirilmişdir. Mərasimdə 
qadınların iştirakı üstünlük təşkil edirdi. Qadınların çoxluq təşkil 
etməsinin səbəbini su ilahəsinin qadın surətində təsvir olunmasında 
axtarmaq lazımdır.  
«Avesta» inamına görə, su yalnız məişət mərasimlərində deyil, 
dövlət  əhəmiyyətli işlərdə  də müqəddəs sayılmışdır. Müharibəyə 
yola düşməzdən  əvvəl dövlət bayrağına su çilənər, ilk atılacaq ox 
da müqəddəs su ilə yuyulardı.  
«Avesta» təlimində torpaq da müqəddəs sayılmışdır. İnsanoğlu 
torpağa xeyir, bərəkət mənbəyi kimi  baxmışdır.  Zərdüştdən çox-
çox  əvvəllər yaşamış  qədim türklər torpağın müqəddəsliyini 
duymuş, ona səcdə etmişlər. Türklər torpağa insanın yaradıcısı kimi 
baxmışlar. Yaradıcısı türklər olan bir əfsanədə deyilir ki

Qara 
xanın oğlu Ülgən insanları torpaqdan yaratmışdır. «Bilqamıs» das-
tanında göstərilir ki, tanrı Aruru Bilqamıs torpaqdan yaratmışdır. 
Dünyanın sonuncu və mütərəqqi dini olan islamda da bu fikri 
təsdiqlənir. Novruz birbaşa təbiət qanunlarına istinad etdiyindən 
torpağı müqəddəs ünsür kimi qiymətləndirmişdir. Novruz siste-
mindən bol-bol qaynaqlanmış «Avesta»da təbiətin bu 4 müqəddəs 
ünsürü lazımınca qiymətləndirilmişdir. «Avesta»da od və su kimi, 


78 
torpağın da təmiz saxlanılması məsləhət bilinir. Yer, torpaq ayrıca 
məlakəyə həvalə edilmişdir. Həmin torpaq məlakəsi Zəmyəştin adı 
ilə bağlı ayrıca «Zəmyəşt» fəsli  vardır.  Bu fəsildə torpağı  təmiz 
saxlamaq, onu əkib-becərmək, abadlaşdırmaq müqəddəs bir vəzifə 
kimi insanlara tapşırılır. Zərdüşt t


79 
- Ey, məni sol əli ilə və sağı ilə, sağ əli və və solu ilə becərən 
insan, mən, həqiqətən, hər cür yemək-içməklə  və bol məhsul 
yetirəcəyəm, Ey Spitamid Zərdüşt, bu torpağı sol əli və sağı ilə, sağ 
əli ilə və solu ilə kim becərmirsə, torpaq ona belə deyir: «Ey sən, 
məni becərməyən adam, sən, həqiqətən, ömrün boyu boynunu əyib 
özgə qapılarında, daim ona-buna əl açanların arasında qalacaqsan, 
həqiqətət, dadlı nemətləri daim sənin yanından keçirib aparacaqlar 
ki, orada var-dövlət onsuz da boldur. Taxıl səpən doğruluq səpir 
(14, 89). Zərdüştün torpağa münasibəti min illərdən bəri özünü 
doğrultmaqdadır. Bu həyati fəlsəfə – «torpaq onu əkib-becərənin və 
qoruyanın», « torpaq deyib öldür məni, dirildim səni» – bu gün də 
özünü doğruldur.  
Cəsarətlə deyə bilərik ki, Novruz təlimini «Avesta» ilkin yazılı 
mənbə kimi özündə qoruyub saxlayıb. «Avesta» Novruz sisteminə 
əsaslandığından onun prinsiplərini əxz etmişdir. Novruz sistemində 
ilin 365 (+1) günü öz əksini tapıb.  İlin bütün günləri Novruz 
sistemində  əhatə olunubdur. «Avesta»da ilin 2 fəsildən ibarət 
olduğu göstərilir: 
1) 7 aydan ibarət olan yaz
2) 5 aydan ibarət olan qış. 
Türklər də ili 2 hissəyə bölürdülər. Birinci hissə  Xızr, ikinci 
hissə Qasım adlanırdı. Hər iki hissə 6 aydan ibarət idi. İlin Xızr 
deyilən dövrü 28 apreldən, Qasım hissəsi 26 oktyabrdan başlanırdı.  
Yuxarıda qeyd etdik ki, «Avesta» təqvimi Novruza əsaslandığı 
üçün ilin bütün günləri, ayları  əhatə olunurdu. «Avesta»da ilin 
müxtəlif vaxtlarında 6 mövsüm bayramının keçirildiyi qeyd olunur.  
1.  Məydyu-zərəmi adlanan bayram yazın ikinci ayının  əvvə-
lindən başlayaraq beş ay davam edirmiş.  İnama görə, bu bayram 
göyün yarandığı gün hesab edilirmiş.  
2.  Məydyu-şəm deyilən ikinci bayram yayın başlanğıcında 
keçirilirmiş. Həmin gün suların yaradıldığı gün hesab edilirmiş.  
3.  Yayın axır ayında keçirilən bayram Pəyti-nəym adlandırıl-
mışdır. Həmin gün insanlar yerin yaradıldığını qeyd edirmişlər.  


80 
4.  Payızın ilk ayında keçirilən  əya-sərəm bayramında hey-
vanların yaradıldığı gün qeyd olunurmuş.  
5.  Bitkilərin yaradıldığı gündə keçirilən bayram məydyu-arəm 
adlanırmış.  
6.  Qışın sonunda yazın gəlişi ilə bağlı qeyd edilən bayram 
həməspət-məydi adlanırmış.  İnsanın yaradıldığı bu günü insanlar 
xüsusi təntənə ilə keçirirmişlər.  
Zərdüşt dininə inanlarda belə bir inam var idi ki, Ahuraməzda 
dünyanı altı mərhələdə yaradıbdır. Elə bu inama görə də onlar ilin 6 
ayrı-ayrı dövründə müxtəlif günlərdə bayramlar keçirirmişlər. 
«Avesta»da adları qeyd olunan bu bayramların təsərrüfatla bağlı 
olduğu göstərilir. Məsələn, payızın başlanması ilə bağlı keçirilən 
əya-səri bayramında dağdan qayıdan sürüyə qoç buraxılır. Görünür, 
bu bayram sürünün dağdan enməsi və quzulama ilə  əlaqədar 
olmuşdur. Yazın ikinci ayı, yəni aprel 20-22-də keçirilən məydyu-
zərəmi bayramı maldarların ilin əvvəlində maldarlıqla  əlaqədar 
keçirdikləri  şənlik idi. İlin bu vaxtları mal-qaranı çölə-örüşə 
çıxarmaq üçün əlverişli şərait yaranır. Sıra ilə qeyd etdiyimiz ikinci 
və üçüncü bayramlar da sırf əkin-biçin ilə bağlı idi.  
Həməspət-məydi bayramı isə qışın çıxması və yazın gəlməsi ilə 
bağlı olan, sonralar Novruz bayramı kimi tanınmış yeni ilin 
başlanğıc bayramı idi (31, 58-59).  
«Avesta» təqviminə görə, yazın birinci ayı  fərvərdin adlanır. 
Bir sıra tarixi mənbələrdə Novruz bayramı fərvərdin bayramı kimi 
qeyd edilir. Bəzi  tədqiqatçılar fərvərdin sözünü ata-baba ruhu 
mərasimi ilə bağlayaraq, bununla ilk dəfə Novruza dini nəfəs 
gətirmək istəmişlər.Bir daha qeyd edirik ki, bütün sonrakı dinlər 
kimi, zərdüştlik də Novruzdan yetərincə faydalanmışdır. Çox 
maraqlıdır ki, Novruzdan qaynaqlanan, onun maddi-mənəvi 
dayaqlarına söykənən zərdüştlikdə  fərvərdikan adlanan ata-baba 
ruhunu xatırlama ayini Novruz bayramına bir neçə gün qalanda 
keçirilirdi.  


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə