Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə22/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   18   19   20   21   22   23   24   25   ...   67

67 
Zərdüştün dinini qəbul etmişdir. Bunu eşidən qonşu Turan 
ölkəsinin şahı Gəştasbla müharibəyə başlamışdır. Zərdüşt də elə bu 
müharibədə öldürülmüşdür. Daranın atası da e.ə. VI əsrdə ya-
şamışdır. Qeyd olunan tarixi hadisələrə istinadən demək olar ki, 
Zərdüşt də 6-cı  əsrdə yaşamışdır.  Tarixı  mənbələr  Əhəmənilərin 
Zərdüşt təqvimini və ilin yazdan başlanmasını qəbul olunmasının I 
Dara dövrünə (e.ə. 505-ci ildə) təsadüf etdiyini təsdiqləyir (31,96). 
Təqvimlərin qəbulu xalq kütlələrindən daha çox, taxt-tac 
sahiblərinə, rəsmi hakimiyyətə lazım idi. Ən azı ondan ötrü ki, xalq 
kütlələrindən vergilərin yığılması, rüsumların toplanması  və digər 
rəsmi dövlət tədbirlərin keçirilməsi üçün təqvim qəbul edilməli idi. 
«Avesta» təqviminə  qədər xalqın yaddaş  və  həyatında təqvimdən 
bu və digər formada istifadə edilmişdir. Təqvimlər xalqın empirik 
müşahidələrindən, uzun illər möhtəşəm formada qeyd etdikləri 
müxtəlif bayram və  mərasimlərdən sonra gerçəkləşib. Kainat və 
planetlə  sıx ünsiyyətdə olan qədim insanı müşahidələri aldatma-
mışdır.  İnsanoğlu, çox doğru yerə, günün, həftənin,  ay  və ilin 
hesablanmasını planetlərin, göy cisimlərinin hərəkəti,  göy  cisim-
lərinin  təsirindən yerdəki dəyişikliklərə uyğun olaraq müəyyən 
etmişlər. Qədim insanın düşüncə və müşahidəsinə görə, planetdəki 
(yer) hadisələrin  əsas səbəbkarı göy hadisələri və kainatda 
(kosmos) baş verən proseslər hesab edilirdi. Qədim türklərin yazın 
gəlməsini bayram etməsi kainat dəyişikliyinin planetə  təsiri nəti-
cəsində yaranmış zaman-il, gün yeniliyi ilə birbaşa bağlıdır.  İlk 
vaxtlar empirik formada yaddaşlarda «daşlaşmışdır». İlk rəsmi təq-
vimlər isə sonradan Misir və Babilistanda yaranmışdır. «Avesta»ya 
görə, e.ə. V  əsrə aid edilən «Məzdə-yəsna» Zərdüşt təqvimi Misir 
və Babilistan təqvimi qaydasında tərtib edilmişdir (31, 91).  
Təqvimdən söhbət düşmüşkən, qeyd edək ki, bu günə  kimi 
bəşəriyyət 3 təqvim tipindən – Günəş  (şəms), Ay (qəmər) və Ay-
Günəş  (şəmsi-qəməri) təqvimindən istifadə etmişdir. Bu  təqvim-
lərin  ən mükəmməli günəşin hərəkət xəttinə  əsaslanan Günəş 
təqvimidir. Bu təqvim tipində  dəqiqlik gözlənilir. Təqvimdə il 


68 
bütöv  əhatə olunur. Sabitlik qorunur. İlin başlanğıcı  həmişə eyni 
vaxta düşür. Yerin Günəş ətrafında tam bir dövrə vurması 365 gün-
də tamamlanır. Hər dəfə ayın yarımdairə (hilal) halında görünməsi 
ilə yeni ay başlanır. Ayın hərəkətinə əsasən yaradılan təqvimdə isə 
sabitlik gözlənilmir. Sabitlik qorunmadığından ilin başlanması 
başqa fəslə düşür. Qəməri təqvimdə ay 28-29 gündən, il isə 354 
gündən ibarət olur. Günəşin tam dövrəsi tamamlanmadığından 11 
gün çatmır. Hər iki təqvimin qarışığından yaradılmış  təqvim Ay-
Günəş  (şəmsi-qəməri) adlanır. Qədim «Avesta» təqvimi  şəmsi 
aylarla hesablanan şəmsi-qəməri il əsasında yaranmışdır. «Avesta» 
təqvimi tarixən müxtəlif zamanlara aid olan iki təqvimdən 
ibarətdir. Birincisi qədim, digəri yeni «Avesta» təqvimi adlanır. 
Birinci təqvimdə ildə  kəsir günlər olmuşdur. Qədim «Avesta» 
təqvimi Midiya dövründə mövcud olmuşdur. Böyük ehtimalla 
demək mümkündür ki, təqvimdəki bu qüsurların ucbatından e.ə. 
505-ci ildə I Daranın hakimiyyəti dövründə yeni bütöv təqvim 
qəbul olunmuşdur. Tarixi mənbələrdə qədim «Avesta» təqvimində 
il 360 gündən ibarət imiş. Hər ay 30 gün müəyyən edilibmiş. Uzun 
illərin müşahidə  və  əməli fəaliyyəti nəticəsində «Avesta» təqvi-
mində il 365 gün götürüldüyündən hər 4 ildə bir gün, hər 120 ildə 
isə 1 ay yaz bayramı gec qarşılanırdı. Ə.Biruninin yazdığına görə, 
kəsir qalan günlər ilin sonuna əlavə edilirdi (31, 92-93). Əslində, 
Zərdüşt bu çatışmazlığı aradan qaldırmış, təqvimi sistemə sal-
mışdır. Ancaq sonradan müxtəlif  səbəblərdən bu sistemə düzgün 
riayət edilməməsi səbəbindən «Avesta» təqvim sistemi tədricən 
pozulub, dəqiqlik  əldən verilmişdir. Tarixi xronologiyaya əsasən 
deyə bilərik  ki,  bu təqvimdəki qüsurlar  Məlik  şah Səlcuq (1073-
1093) tərəfindən Novruz bayramının vaxtını  dəqiqləşdirilməklə 
aradan qaldırılmışdır. Onun təşəbbüsü  ilə kamil bir təqvim 
yaradılmışdır. «Avesta» təqvimi Günəşin hərəkət xəttinə uyğun 
olduğundan yarandığı gündən elmi əsaslara söykənib. Bu təqvim 
fərvərdindən başlanır. Ümumən, mənbələrə  əsasən demək olar ki, 
Azərbaycan xalqının qədim və orta əsrlərdə istifadə etdiyi təq-


69 
vimlər yazdan başlanmışdır. Qədim və orta əsrlərdə istifadə edilmiş 
təqvimlərdə yaz müxtəlif aylara düşmüşdür. Ancaq il  həmişə 
yazdan başlanıbdır.  
«Avesta» təqvimi üzrə ilin 8-ci ayı aban ilin səyyar olması 
səbəbindən yazın başlanğıcına düşdükdə yenə bu ilin əvvəli Bahar 
cəşi (yaz bayramı) adlanırdı. Onu da qeyd edək ki, Yaxın və Orta 
Şərq xalqlarının bir çoxu tərtib etdikləri təqvimlərdə «Avesta» 
təqviminə istinad ediblər.  Ə.Biruni «Asar əl-Baqiyyə»  əsərində 
yazır: «Çox qədimlərdən il fərvərdin ayının Hörmüz günündən 
başlanır». Məşhur ensiklopedistin bu fikri «Avesta»nın birbaşa 
özündən qaynaqlanır. «Avesta»ya görə, Novruz insanoğlunun ya-
randığı gündür. «Avesta» inamınca, həmin gün (Novruz) Zərdüştün 
anadan olduğu gündür. Zərdüştün «Avesta»nı Ahuraməzdanın 
(Hörmüz) yanından gətirdiyi günü də Novruzla bağlayırlar. Yaz 
bayramını  zərdüştilər Ahuraməzdanın  Əhrimən üzərində  qələbə 
çalması ilə  də  əlaqələndiriblər. Günün (Novruz) müqəddəsliyi, 
uğuru, düşərliliyi uzun illər, əsrlər genetik yaddaşda yaşadılmışdır. 
Günün uğuru birbaşa Tanrıyla (kosmosla) bağlı olduğundan 
insanlar, xüsusən rəyasət sahibləri (xaqanlar, şahlar, padşahlar) 
özlərinin  əbədiliyini qorumaq üçün  adlarını  və  fəaliyyətlərini 
müqəddəs və uğurlu günlə – Novruzla əlaqələndirmişlər. İnsafən də 
deyək ki, bu istəklərinə də zaman-zaman nail olmuşlar. Zərdüşt də 
bu günün uğurundan müvəffəqiyyətlə faydalanmışdır. Bu günün 
xoşbəxt taleyi Göylərdə yazılmışdır. Qədim insan da günün 
Göylərdə yazılmış taleyini həssaslıqla «oxumuşdur». Gündüzün 
uzanması, Günəşin hərarətinin artması, təbiətin canlanması, qışın 
yaza məğlub olması, işığın güclənməsi bu günü ötən günlərdən 
açıq-aydın fərqləndirmişdir. Avestaşünasların  əksəriyyəti Novru-
zun geniş  əhatəli bir kainat, planet qanunauyğunluqlarını özündə 
cəmləşdirən bir sistem olduğundan yox, əksinə, onu yalnız dar bir 
çərçivədə saxlayıb, yalnız əkinçilik və təsərrüfatla əlaqələndirirlər. 
Çox qəribədir ki, Novruza qarşı bu tendensiya uzun illərdir davam 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə