Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə18/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   14   15   16   17   18   19   20   21   ...   67

56 
araşdırıcılar isə yalnız  maq sözünün «Avesta»da olmadığına 
əsaslanırlar. «Avesta»nın özündə verilmiş coğrafi adlardan çıxış 
edən tədqiqatçılar isə bu fikri vurğulayırlar: «Sonralar yaranmış 
İran  ənənəsinə görə, peyğəmbərin mənşəyi Raqla (Reylə) və ya 
Aturpatkanla (Azərbaycanla) bağlı olmuşdur. Ancaq kiçik «Aves-
ta»nın coğrafi üfüqünə  və «Avesta» dialektinə  nəzər salsaq, zər-
düştliyin vətəni  İranın  şimal-qərbində,  Əfqanıstanın və Orta 
Asiyanın qonşu əyalətlərində axtarmaq lazım gələcəkdir. Müxtəlif 
tədqiqatçılar onu Siyistanda, Margianda və ya Areyada, Parfıya-
Xorasanda, Xarəzmdə, Sır-Dərya çayının aşağı axarında və  hətta 
daha  şimalda -Volqadan şərqdəki çöllərdə
 
– Baktriyada yerləş-
dirirlər» Bu fikirləri K. Allahyarov «Qədim Turan: mifdən tarixə 
doğru» elmi araşdırmasında 1999-cu ildə Moskvada nəşr olunmuş 
«Şərq tarixi» kitabından iqtibas etmişdir (11, 23). Böyük alman 
filosofu Hegel «Avesta»ya xüsusi maraq göstərmiş, məqam düş-
dükcə öz əsərlərində ona istinad etmiş, onunla bağlı maraqlı  və 
orijinal tədqiqatlar aparmışdır. Hegel bütövlükdə  Şərq təfək-
küründən bəhs edən «Tarix fəlsəfəsi» kitabında yazır ki, zərdüştlik 
Midiya və İranda hakim din olmuşdur. Zərdüşt özü bu ölkəni xalis 
Ariyena adlandırırdı. Bu ada Herodotda da rast gəlinir. Tarixin 
atası sayılan Herodot yazır ki, midiyalılar əvvəllər arilər adlanırdı.  
Oks çayından cənuba doğru Baktriya adlı dağlıq ölkə və yayla 
gəlir. Burada midiyalılar, parfiyalılar, girkanilər yaşayırdılar. 
Oksun yuxarı hissəsində Baktra şəhəri (yəqin, sonralar Bəlx), onun 
cənubunda isə Kabil və Kəşmir yerləşir. Hegel adıçəkilən əsərində 
turanlılardan söhbət açır (37, 13-14).  
Yuxarıda qeyd etdik ki, Zərdüştün vətəni Turan
 
olubdur. Tarixi 
mənbə kimi götürdüyümüz «Avesta»nın özündə  Zərdüştün doğul-
duğu və təlimini hazırladığı məkan Aryanan Vayce (Arilər aləmi) 
adlanır. (IX Yəşt, 29). Peyğəmbərlik aləmində özünə  əbədilik yer 
almış «öz vətənində peyğəmbər» olmur fikrinin əksinə getmək 
mümkün deyildir. Zərdüştün də oxşar taleyi yaşadığını böyük ehti-


57 
malla söyləmək olar. Zərdüştü də öz el-obasında  əmisi oğlundan 
başqa heç kəs qəbul etmədiyindən cəlayi-vətən olmuşdur. On ilə 
yaxın payi-piyada müxtəlif ölkələri gəzib-dolaşan Zərdüşt, nəhayət, 
Viştaspanın ölkəsində  qərar tutmuşdur. Viştaspanın ölkəsi «Aves-
ta»da Aryoşayana, yəni arilər ölkəsi adlandırılır. Zərdüştliyi qəbul 
etmiş ölkələrin, o cümlədən Suqdanın (Sağdiyanın), Marqunun 
(Mərvin), Baxdşnin (Bədaxşan), Baxdinin (Baktriyanın), Xvariz-
manın (Xarəzmin), Raqanın (Reyn) və b. yerlərin adı  çəkilir. Bir 
çox tarixi mənbələrdə Arayanam-Vayca ən çox Xarəzm və Sistanın 
şimalındakı Ariana, Pamir-Hindikuş yaylası  və Araz vadisi ilə 
eyniləşdirilir.  
«Avesta» da göstərilir ki, Aryanam-Vaycada on ay qış, iki ay 
yay olur. Bu iqlim şəraiti yuxarıda adıçəkilən yerlərdən heç birinə 
uyğun gəlmir. Müəllif, araşdırmaları ilə  əsaslandırır ki, Zərdüştün 
vətəni qədim Turan olubdur. «Avesta» da adıçəkilən Vorukaşa 
dənizinin coğrafi mövqeyi, müəllifin  fikrincə, Baykal gölünə daha 
çox uyğun gəlir. Vorukaşa sözü «çoxlu çıxıntılara malik», «çoxlu 
körfəzlərə malik» mənasını verir. Bu coğrafi durum da Baykal üçün 
səciyyəvidir. «Avesta»da adları keçən Berezayti dağının adı Baykal 
ətrafındakı Bərquzin dağının, Ranqa çayının adı isə Anqara çayının 
adı ilə uyğun gəlir. Anqara sözünün son hecasındakı «Ra» səs 
birləşməsi türklərin etnogenezisinə daxil olmuş skiflərin dilində 
çay deməkdir. «Avesta»da «Ra» sözü əvvələ keçirilib Ranqa (Anqa 
çayı) kimi işlədilibdir. Skiflər Volqa çayına da Ra deyiblər. 
D.Y.Yeremeyev və M.S.Meyer bu qənaətdədirlər ki, «Avesta»dakı 
turlar fars mənbələrində «sak», qədim yunan mənbələrində isə 
«skif» adlandırılıblar (11, 24-25). K.Allahyarov «Avesta»dakı 
Aryanam-Vaycada qış on ay, yay isə cəmi iki ay olurdu» fikrindən 
çıxış edərək göstərir ki, belə kəskin iqlim Orta Asiyaya yox, Baykal 
gölünün  ətrafına xasdır. Məlumdur ki, cənubi Sibir və ona yaxın 
regionlarda qış son dərəcə  sərt keçir. Qədim türklərin məskəni 
olmuş Altay-Sayan dağlarında da qış  həddindən artıq soyuq və 
şaxtalı keçir.  


58 
«Kiçik Avesta»dakı digər coğrafi anlayışlar da Zərdüştün 
Turan dünyasında doğulduğunu və  əməli fəaliyyət göstərdiyini 
təsdiqləyir. «Kiçik Avesta»da Zərdüştün vətəni Aryanam-Vayca 
Datiya çayının arxasında, Dareca çayı  ətrafında yerləşir. K.Allah-
yarovun fikrincə, birinci çayı Aşağı Anqaraikinci isə Yuxarı Lena 
və yaxud Kirenqa (Böyük Ranqa mənasını verir) çayı ilə 
eyniləşdirmək olar. Bir çox tədqiqatçılar da Datiya çayını Amu-
Dərya, Ranqa çayını isə  Sır-Dərya ilə eyniləşdirirlər. Bu faktlara 
əsasən, demək olar ki, Zərdüştün vətəni olmuş Aryanam-Vaycanın 
coğrafi  ərazisi Baykal gölünün ətrafına, indiki Yenisey-Kan 
çöllərinə, Altay-Sayan vadilərinə uyğun gəlir. 
«Avesta»nın özünə və Ə.Firdövsinin «Şahnamə»sinə istinadən 
belə hesab edilir ki, Amu-Dərya çayı  əzəldən zərdüştliyi qəbul 
etmiş Orta Asiya ilə Turan arasında sərhəd olmuşdur. Turanın 
ərazisi Sır-Dəryadan  şimal-şərqdə yerləşmişdir. «Avesta»da 
Turanın mərkəzi Kənqa, «Şahnamə»də isə  Kənq göstərilir. Çin 
mənbələrinin verdiyi məlumata görə, turların başçılıq etdiyi ümumi 
tayfa birliyi parçalandıqdan sonra qədim Turan  məkanında e.ə. II 
əsrdən başlayaraq, «Kənqyuy» adlandırılan nəhəng bir dövlət 
yaranmışdır. Bu dövlət beş böyük əyaləti  əhatə edirdi. 
«Avesta»dakı Turlar ölkəsı, «Şahnamə»də isə paytaxtı  Kənq olan 
Turan haqqında yazılanlar danışdığımız  ərazini  əhatə etmişdir. 
Qədim və orta əsr mənbələri də Turan və Kənqyuyun sərhədlərinin 
üst-üstə düşdüyünü təsdiqləyir (11, 26-27). «Qatalar»da yazılır ki, 
Zərdüşt 21 yaşında insanlardan baş götürüb qaçıb, guşənişin həyat 
sürmüş, 30 yaşında Datiya çayı sahilində özünün peyğəmbər 
olduğunu elan etmişdir. Ahuramazdanın ona təkallahlığı  təbliğ 
etməyi tapşırdığını bildirmişdir. Özünün dediyinə görə, müqəddəs 
düşüncə friştəsi (mələk) onu Ahuramazdanın hüzuruna aparmışdır. 
Bundan sonra Zərdüşt öz dini  baxışlarını turanlılar və  saqalar 
arasında yaymağa başlamışdır. Niyə  məhz turanlılar arasında öz 
dinini yaymalı  idi?  Bu  fakt  da  Zərdüştün turanlılarla bağlılığını 
təsdiqləyir.  


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə