Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə16/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   12   13   14   15   16   17   18   19   ...   67

50 
hissəsi olduğunu bu gün də qeyd edilən ata-baba ruhu günü əyani 
şəkildə  təsdiqləyir. Məlumdur ki, Novruza bir neçə gün qalmış, 
daha doğrusu, ilaxır çərşənbədən  əvvəlki cümə axşamı  qəbirüstə 
gedilir, hər kəs dünyasını  dəyişmiş yaxınlarını yad edir, ehsanlar 
verilir.  Əminliklə demək olar ki, Novruz sisteminin bir çox 
komponentlərini özündə ifadə edən Tura bayramı Novruzun ilkin 
formalarından biridir.  
Turanlılar təqvimlərində ilin ilk ayını öz əcdadları Turun 
şərəfinə adlandırmışlar. Bu dəyərli faktı «Avesta» da təsdiqləyir. 
Turanlıların  əzəmətli ruh-əcdadı Tur hesab olunurdu. Bununla 
yanaşı, hər bir tayfanın özünün də ruh-əcdadı var idi. Çox vaxt 
ayrı-ayrı tayfaya mənsub olanları elə  həmin ruh-əcdadın adı  ilə 
çağırırdılar. Mifik inama görə, Turun Pəşənəq və («Avesta»da 
Pəşənədir) Maqnidən başqa,  Siv ilahəsi  olan rəsmi arvadından 
Madi  (Cəsur)  adlı  oğlu da var idi. Pəşənəq peçeneqlərin  əcdadı 
sayılırsa, onda Maqnini maq tayfasının, Madini madaların ulu 
əcdadları hesab etmək olar. Böyük ehtimalla deyə bilərik ki, Çin 
məxəzlərində Mode (bütün türk dünyası onu Mete deyə tanıyır) 
kimi məşhur olan böyük Hun sərkərdəsinin də  ləqəbi elə bununla 
bağlıdır. Məlumdur ki, m.ö. 2-ci minilliyin sonlarında hunlar Altay 
türkləri ilə birləşmişdilər. Elə bu birləşmə  nəticəsində tarixə  səs 
salmış hunlar meydana gəlmişlər. Altay türklərinin yaratdıqları 
«Maday-Kara» (Maday – əcdad allahı) dastanı da uzaq tarixdən 
nərəsi indi də eşidilən Modeyə (Meteyə) həsr olunubdur (11, 63).  
Tura ayı martın ortalarından aprelin ortalarınadək olan bir 
dövri  əhatə etmişdir. Turanlıların bu dövrü – yazın gəlişini Tura 
adlandırmaları təsadüfi deyildir. Birincisi, bu türklərdə ata kultunun 
müqəddəsliyindən irəli gəlirdi.  İkincisi,  əcdad gününün də yazın-
təbiətin gəlişi – havanın istiləşməsi, təbiətin canlanması  ərəfəsinə 
salınmasında incə bir inam olubdur. İnsanlar bu inamda olublar ki, 
hər şeyin dirçəldiyi, canlandığı bir vaxtda ruhlar da canlanar, oyana 
bilər. Bir qədər irəlidə qeyd etdik ki, qədim türk təqvimində il iki 


51 
fəsildən – qış və yaydan ibarət idi. Tura ayının l-dən – martda gecə 
ilə gündüzün bərabərləşdiyi gündən payız bərabərliyinədək olan 
müddət yay sayılırdı.  
Tura bayramı  qədim Turan təqviminə görə, qeyd olunduğu 
kimi, yay mövsümünün əvvəlində keçirilirdi.  
Tura bayramının adını  və antik mahiyyətini qədim türklərin 
süvar qolunun bugünkü varisləri olan çuvaşlar hələ  də qoruyub 
saxlayırlar. Mifik Turan düşüncəsinə görə, Süvar adı Turun qanuni 
Siv ilahəsinin adı ilə bağlıdır. Sivər sözü Siv adamları «Siv nəsli» 
anlamındadır. Tura bayramının adının və mahiyyətinin çuvaşlarda 
hələ də qorunub saxlanılması onların bütpərəst olmaları ilə bağlıdır. 
Çuvaşlar XVIII əsrdə xristian dinini qəbul etdiklərindən qədim türk 
inamını da qoruyub saxlayıblar. Çox maraqlıdır ki, çuvaşlar  əski 
çağlardan Tanrıya Tura deyirlər. Çuvaşlar Tura bayramını indi| də 
dəbdəbəli qeyd edirlər. A.A.Volkova «Ural və Volqaətrafı xalq-
larının etnoqrafiyası» kitabında çuvaşların milli bayramları 
arasında günəşə, Tura allahına və  əcdadlara qurbanvermə  məra-
siminin xüsusi yer tutduğunu yazır. Müəllif bayramın martda keçi-
rildiyini və bir neçə gün davam etdiyini də qeyd edibdir. Tədqiqatçı 
adıçəkilən kitabında çuvaşların odu, suyu, günəşi, yeri müqəddəs 
tutduqlarını, baş allah Silt Tura başda olmaqla, xeyirxah qüvvələrə 
və ruhlara inandıqlarını göstərir. «Avesta»da Tura-Novruz bayramı 
barədəki yazılanlara istinadən demək olar ki, Tura bayramı «Aves-
ta» yaranana qədər mövcud olmuşdur. Tura bayramının «Aves-
ta»dan çox əvvəl qeyd olunduğundan xəbər verən mənbələr 
mövcuddur. Miladdan öncə 1-ci minilliyin əvvəllərində Turan 
etnosu Baykal (Vorukaşa) gölündən Qara dənizə (Turan dənizinə) 
qədərki böyük bir ərazidə  məskunlaşmışdır. Turanın mərkəzi 
hissəsi sayılan Kənq  əyaləti isə Baykalın qərbində – indiki Turan 
çayı ilə  Kən çayı arasındakı  Kən çölündə yerləşirdi. Turan tay-
falarından nisbətən uzaq qərbdə yerləşən kimmer və mada tayfaları 
idi. Kimmerlərin rəhbərlərindən biri Tuqdamme, başqa biri Tenşpa, 


52 
skiflərin  əcdadı isə Tarqıtay olmuşdur. Bu adlar da fonetik 
cəhətdən «tokar» və «tur» adlarına çox yaxındır. Aydınlıq naminə 
deyək ki, bu adlar da digərləri kimi, ayrı-ayrı türk xalqlarının 
tələffüz versiyasında  yazıya  köçürülərkən təhrif  olunmuşdur  (11, 
63). İlk dövrlərdə kimmer və madalar eyni qan qrupundan olduqları 
turlarla (skiflərlə) strateji müttəfiq idilər. E.ə. VIII əsrin sonlarında 
skiflərlə kimmerlər arasında müharibə olmuşdur. Kimmerlərin 
«Turanın oğlanlarının aqibəti» dastanında skiflərlə kimmerlərin 
müharibəsi təfərrüatı ilə verilir. Skiflərlə kimmerlər arasındakı qan 
düşmənçiliyinə səbəb Turanın kiçik oğlu Briyanın («Avesta»da bu 
«Friyan» formasmda verilib) kimmerlərin sərkərdəsi Kiyanı 
öldürməsidir. Bu fakt və hadisələr «Avesta»da da yazılıbdır. Qədim 
türk mifologiyasında kimmerlər qaniçən, xəyanətkar obrazında 
təsvir olunur. E.ə. VIII əsrin sonlarında skiflər (turlar) kimmerləri 
birgə yaşadıqları Qara dəniz  ətrafından çıxardırlar. Bu toqquş-
madan sonra kimmerlər Qərbi Avropaya üz  tutdular. Avropada 
indiki  Fransa,  İtaliya və  İspaniya  ərazisində  məskunlaşdılar. Bu 
məskunlaşma kimmerləri kelt tayfaları ilə qaynadıb-qovuşdurdu. 
Aradan keçən bir neçə  əsrdən sonra kiınmerlərlə  bərabər, kelt 
tayfaların böyük bir hissəsi roman və german tayfaların assimilya-
siyasına məruz qaldılar. Ancaq X əsrədək bir çox Avropa mənbə-
lərində kimmerlərin adı «kimr» kimi yazılırdı. Kimmerlərin izləri 
Qərbi Avropada, az da olsa, özünü qoruyub saxlamaqdadır. 
Fransada Tur və  Kən  şəhərləri, Turan adlı tarixi əyalət,  İtaliyada 
Turin şəhəri, İspaniyada Turiya çayı türk etnoslarının «daşlaşmış» 
nişanələridir. Bu tarixi faktları vurğulamaqda  əsas məqsədimiz 
zərdüştlikdən çox-çox əvvəl (m. ö. VIII əsrdə) Turandan ayrılmış 
kimmer tayfasının Tura bayramı  və digər qədim türk adət-ənənə-
lərinə bağlılıqlarını göstərməkdir.  
«Kelt mifologiyası ensiklopediyasın»da ingilis araşdırıcıları 
m.ö. keltlərlə birləşmiş  kimmerlərin  türk dünyagörüşündən bəhs 
edirlər. Onlar yazırlar ki, qədim kimmerlərdə il iki mövsümə – yay 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə