Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə15/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   11   12   13   14   15   16   17   18   ...   67

47 
amillər zaman məfhumu üzərində qurulmuş, onun vasitəsilə 
tənzimlənmişdir. Zaman bir çox mənəvi məsələlərin həllinə impuls 
vermiş, ümumən, türk dünyagörüşünü formalaşdırmışdır. Türklərin 
sistem halına gətirib çıxardıqları Novruzun hansı tarixi mərhələ 
keçdiyi tam şəffaf və  bəlli deyildir. Ancaq Novruz sisteminin ilk 
yazılı  mənbə kimi özündə qoruyub saxlamış «Avesta» Turan 
mənəvi dəyərlərindən qaynaqlanaraq araya-ərsəyə  gəlmişdir. Bu 
mənəvi qaynaqlarda Novruzun bir çox qədim dəyərləri yaşamaq-
dadır. Məlumdur ki, Zərdüşt yaratdığı dini doğma yurdu Turanda 
yaya bilmədiyindən cəlayi-vətən olmuşdur. O, məcburiyyət qarşı-
sında Parfiyaya (indiki Türkmənistan və  Əfqanıstan  ərazisi) üz 
tutmuşdur. Onun dini, məskunlaşdığı Parfiya və ona qonşu olan 
İranda yayılmağa başlamışdır. Ancaq Zərdüşt təlimini doğma yurdu 
Turanda yaymaq inadından  əl çəkmədi. Turanlılar isə  Zərdüştün 
dininə heç bir inam gətirmirdilər.  Əksinə, Zərdüştə qarşı onlarda 
patoloji bir nifrət yaranmışdır. Elə bu patoloji nifrət sayəsində 
turanlılar Zərdüştü qətlə yetirmək qərarını vermişlər. Turanlılar 
beyinlərini daim narahat edən bu qərarı icraya yönəltdilər. Zərdüştü 
qətlə yetirmək üçün  Bratarvahşa adlı bir şəxsi Parfiyaya 
göndərdilər. Bratarvahşa Zərdüştü ibadət vaxtı  xəncərlə  qətlə 
yetirdi. Bu qətldən son dərəcə  qəzəblənmiş iranlılar peyğəm-
bərlərini qətlə yetirən turanlıları  «şaka» (it) adlandırdılar. Turan-
lılara verilən bu adı yunanlar sonralar «skif» (iskit) formasına sal-
mışdılar. Turanlıların həyat və  məişət tərzinə yaxşı  bələd olan 
yunanlar bu sözü «köçəri» anlamında işlədirdilər (26). Yunanların 
turanlılara skif deməkləri təsadüfi deyildir. Skiflərlə (turanlılarla) 
qonşu olan yunanlar onları yaxından tanıyırdılar. Skiflərin türklərlə 
eyni genetik kodun daşıyıcısı olmaları birmənalı öz təsdiqini 
tapıbdır. Rafiq Turabxanoğlu «Türkçülük Turanın ideologiyasıdır» 
kitabında akademik E.İ.Eyxvalddan belə bir maraqlı sitata müraciət 
edir: «Skiflərin türk tayfalarına aid olması  dəfələrlə göstərilib. 
Odur ki, bu gün əlimizdə isbat etməyə çoxlu əsaslar var ki
söyləyək skiflər türk olmuşlar» (46, 18). 


48 
«Tarixin atası» sayılan Herodotun «Tarix» kitabında yazdıqları 
da skiflərin türk etnosu olduğunu təsdiqləyir.  
 
R.Turabxanoğlu Herodota əsaslanıb yazır ki, turroqetlər və 
türklər Dnestrin yuxarılarına qədər məskunlaşmış və elə bu gün də 
Dnestrə turklər Tur deyirlər. Bir çox tədqiqatçılar (Eyxvald, Aris-
tov, Lizlov və b.) türklərlə skiflərin eyni genetik kod daşıyıcıları 
olduqları qənaətindədirlər (46, 18).  
Herodot  əminliklə yazır ki, şaka etnonimi skif anlamındadır, 
fərq ondadır ki, bu etnosu ellinlər skif, farslar isə  şaka deyə 
çağırırlar. Herodot skiflərin məskunlaşdıqları Araz və Qara dənizin 
şimal tərəfinə (bu ərazini yunan mənbələri Pontiya adlandırır) Orta 
Asiyadan köçdüklərini yazır.  
Tanınmış skifşünas R.Qrosse Herodotun yazdıqlarını öz tədqi-
qatları ilə  təsdiqləyir. O, arxeoloji faktlarla skiflərin Türküstan və 
Qərbi Sibirdə yaşamış olduqlarını qeyd edir. Qədim yunan tarixçi-
lərinin skiflərlə bağlı yazdıqları digər faktlar da inandırıcı görünür. 
O, skiflərin bir hissəsinin kimmerlərlə döyüşdüyünü və Midiyaya 
girdiyini göstərir. Herodot İran  şahı Daranın Tarqıtayın ölkəsinə 
(skiflərin) hücum etdiyini də kitabında qeyd edibdir.  
Herodotun «Tarix» kitabından qaynaqlanan yuxarıda qeyd 
etdiyim faktların hamısı skiflərin türk etnosu olduğunu birmənalı 
təsdiqləyir.  
İlk skif adlarından olan Tarqıtay adı da türkmənşəlidir. Bu söz 
Aşina türk qəbiləsinin başçılığı altında  əmələ  gəlmiş, tarixi 
mənbələrdə ən çox türküt kimi tanınan türk tayfa birliyinin adıdır. 
Çin mənbələrində bu tayfa birliyi tu-kyu adlandırılır. Qeyd 
etdiyimiz bu faktlar Zaur Həsənovun «Çar skiflər» (43, 23-59-162-
205) kitabına istinadən yazılıbdır. Herodotun yazdıqları skiflərin 
türk etnosu olduğunu təsdiqlədiyi halda, subyektiv hisslərin  əsiri 
olan bəzi tədqiqatçılar ciddi dəlillərə istinad etmədən skifləri 
arilərlə bağlayırlar. Skiflərin, yunanların və digər ari adlandırılan 
xalqların  əcdadı olduğu versiyasının özünü də elə Herodot alt-üst 


49 
etmişdir. Herodot skiflərin yunanlarla yaxın bir ərazidə yaşadığını 
və bu xalqlar arasında əlaqənin «Tarix» kitabı yazılmamışdan çox-
çox əvvəl yarandığını göstərir. Skiflərin dili, dini, kosmik və dünya 
modeli barədə baxışları qədim türk etnosu ilə eynilik təşkil edir.  
Bir qədər  əvvəl qeyd etdik ki, Zərdüşt dini-mənəvi təlimini 
yaradarkən Turan dünyasının bir çox gerçəkliklərinə söykənmişdir. 
Məlumdur ki, türklərdə qədimlərdən ata əcdad kultu güclü olubdur. 
Digər xalqlardan fərqli olaraq, türklərdə ata xətti dominantlıq təşkil 
etmişdir. Bu da türklərin həyata baxışının nəticəsi idi. Zərdüşt, 
turanlılar arasında möhkəmlənmək üçün türklərin  əcdad kultunu 
nümayiş etdirərək, Tura bayramının nüfuzundan, şöhrətindən fay-
dalanmışdır. Bu məqamda bir məsələni də qeyd etmək  ədalətli 
olardı. Tura bayramı haqqında filoloji ədəbiyyatda, demək olar ki, 
ətraflı  məlumata rast gəlmirik. K.Allahyarovun «Novruzun ən 
qədim qaynaqları» məqaləsində Tura bayramının bəzi detalları ilə 
tanış oluruq. Adıçəkilən məqalədə Novruzun ilkin adlarından 
olmuş Tura bayramı haqqında qaneedici məlumat verilir. Zərdüşt 
hələ Turanda öz dinini təbliğ etməyə başlayarkən həmvətənlərini 
bu dinə inandırmaq üçün bildirmişdi ki, peyğəmbərlik  ona məhz 
turanlıların  ən sevimli bayramı olan  Tura (əcdad) bayramı  məra-
simində iştirak etdiyi zaman verilmişdir. Sübh zamanı xaoma hazır-
lamaq üçün 30 yaşlı  Zərdüşt su dalınca çaya getmiş, orada suya 
girib çayın ortasından su götürən zaman Vohu-Mana yaxınlaşıb 
onu Ahuraməzdanın yanına aparmış  və orada Zərdüştə peyğəm-
bərlik verilmişdir» (26). Bu sitatda diqqəti iki mühüm məqam 
çəkir. Birincisi, türklərin Tura (əcdad) bayramının yaradıcısı olma-
ları.  İkincisi, Zərdüştün çaydan su gətirməsi məsələsi. Novruzda 
bulaq və çaydan dan üzü ağarmamış su gətirmək inancının olması 
bu gün də yaşadılır. Zərdüştün Tura bayramında çaydan su 
götürməsi Novruz sisteminin komponentidir. Onda, belə demək 
olar ki, Tura bayramı da Novruzun tərkib hissəsidir.  Tura  (əcdad) 
bayramının indi Novruz adlandırdığımız sistemin ən  qədim tərkib 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə