Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə11/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   7   8   9   10   11   12   13   14   ...   67

34 
Günəş-Tanrının Yerdən olan oğludur. Türklər Günəşi yaradıcı 
kimi qəbul ediblər. «Günəşin yaradıcı olması onu ilk yaz bayramı 
ilə ilişgiləndirmişdir. Bayram deyildiyi kimi, Günəş və Ay bayramı 
adlandırılmışdır. Deyəsən, bu bayramın adındakı Ay, aydan daha 
çox, inamla bağlıdır. Bir çox türk xalqlarında Ayın yaradıcı, insan 
yaradan, Tanrı anlamı var. Deməli, Günəş-Ay bayramı deyərkən, 
yaradıcı Günəş, Tanrı Günəş  təsəvvür edilmişdir. Belə izahat 
ağlabatandır. Yaz da yaradıcıdır, Günəş də» (17, 15).  
M.Seyidov «Qam-Şaman və onun qaynaqlarına ümumi baxış» 
kitabında Günəş tanrısı ilə bağlı Çin mənbələrində özünə yer almış 
diqqətçəkən bir mifdən danışır. Novruzun əsas komponentlərindən 
olan Günəşlə bağlı olduğundan həmin mifin məğzinə nüfuz edək. V 
yüzilliyin 40-cı illərində Co qəbiləsindən ayrılmış Tuqyular cənubi 
Altayda yaşayırdılar. Yetmiş qardaş olmuş Tuqyuların böyük 
qardaşı Nişidunun anası qurd olmuşdur. Nişidu istədiyi vaxt külək 
əsdirə, yağış yağdıra bilərmiş. Nişidunun anası qurd-Günəşlə 
ilişgəli olduğundan onda mifik keyfiyyətlər var idi. Nişidu Yayın 
və Qışın qızları ilə evlənmişdi... Bizcə, Nişidunun Yayın və Qışın 
qızları ilə evlənməsi də Günəş mifi və dual təşkilat qanunları, 
əksliklər görüşü ilə bağlıdır.  Əksliklərin qarşı-qarşıya duran ucla-
rında yerləşən yay və  qış  fəsilləri bir kökdəndirlər Günəşlə 
ilişgəlidirlər» (15, 120-122). Günəşə türklərin qutsal, müqəddəs 
inamı olubdur. Günəşin doğmasını türklər mərasimlərlə qeyd edib-
lər. Bu ayin haqqında bir qədər sonra danışacağıq. Qədim türklər 
dualarını, diləklərini üzü göylərə ediblər. Hunlar da çadırlarını üzü 
gündoğana tərəf tikiblər.  
Ay, Göy-Tanrının Yerdən olan qızı sayılırdı. Türk mifində Aya 
ikili münasibət bəslənilib. Bu münasibət günümüzə  qədər dəyiş-
məmiş, eləcə qalmışdır. Aya həm qadın, həm də kişi simvolu kimi 
baxılmışdır.  
«Ulu Toyon» mifində qadın, «Oğuz kağan»da isə kişi obra-
zında canlandırılıbdır. Oğuz Kağanın oğlanlarından birinin adı Ay 
(xan) idi.  


35 
«Yetim qız»  əfsanəsində deyilir ki, Ay çalılar arasında Su 
aparan yetim qıza acımış, çalıya qızın göyə  gətirilməsini  əmr 
etmişdir. Çalı ata dönərək qızı Ayın yanına – göyə aparmışdır. Ay 
ona aşiq olmuşdur.  Şəkildən-şəklə düşməsinin səbəbi də bu 
sevgidir» (32, 67). 
Tanrının azman gücünü duyan türklər kainat-planet, təbiət-cə-
miyyət vəhdətini qorumaq naminə Tanrı qarşısında özlərini borclu 
saydıqlarından ona sitayiş  məqsədi ilə müxtəlif mərasim-rituallar 
keçirirdilər. Bu mərasim-rituallar Göy-Tanrı ilə birbaşa  əlaqədar 
olan kosmik təfəkkürlə bağlıdır. Çin mənbələrinə görə, hunlar və 
göy türklər ildə üç dəfə qurban verib, bayram keçirirdilər. Qur-
bankəsmə mərasim və bayram törənləri ilin birinci, beşinci və doq-
quzuncu aylarında – 22 martda (yaz), 22 iyunda (yay) və 24 sent-
yabrda (payız) qeyd olunurdu. İyunun 20 və 22-nə  təsadüf edən 
qurbanvermə  mərasimi müqəddəs dağda, Ötüken dağında Tanrıya 
qurbankəsmə  və bayram törənləri  şəklində  həyata keçirilirdi (11, 
87).  
Bu mərasimlər son dərəcə  təntənə ilə qeyd edilibdir. Tanrının 
şərəfinə qurban mərasimi açıq havada keçirilirdi. Əcdad kultu ilə 
bağlı olan törənlər mağaralarda gerçəkləşdirilirdi (11, 88). Bu 
mərasimlər adi qada-bala qurbanları deyildi. Təntənəli qeyd edilən 
günlərə bir daha diqqət yetirək: 22 mart, 22 iyun və 24 sentyabr. 
Hər üç təqvim günü Novruz sisteminin tərkib hissələridir. Bəllidir 
ki, 22 mart ilin başlanğıcı – yazın gəlməsi, 22 iyun yayın gəlişi, 24 
sentyabr isə payızın ilkin günüdür. Bu təqvim günləri barədə bir 
qədər sonra ətraflı danışacağıq.  
Tək Tanrıyla bağlı ayinlər haqqında ilkin məlumatlar Çin 
qaynaqlarında qorunub saxlanılmışdır. Çin təqviminə görə, beşinci 
ayın üçüncü on günündə Tukyular Tanrıya qoyun və at qurban 
kəsərdilər. Bu tarix indiki təqvimlə iyunun 5-10 arasına təsadüf 
edir. Digər mənbələrdə bu tarix 30 iyun göstərilir.  Əslində, bu 
qızmar yayın gəlməsi ilə bağlı keçirilən mərasim olduğundan, çox 
güman ki, iyunun 20-22-də reallaşdırılıbdır. Mənbələrdəki bu 


36 
fərqin səbəbini yalnız subyektivlikdə görmək doğru olardı. Böyük 
ehtimalla demək olar ki, bu yanlışlıq Çin mənbələrindən irəli gəlir. 
Bu ayinlərin təntənəli keçirilməsində  qədim türklər Göy-Tanrıdan 
ruzi-bərəkət, bolluq, soy və tayfalarının, nəsillərinin davam 
etməsini, dövlətlərinin sülh və əmin-amanlıqla yaşamasını diləmək 
idi. Məqamı  gəlmişkən, Göy türklərin qurbankəsmə  mərasimi 
barədə  qədim Çin mənbələrinin verdiyi məlumatlara toxunmaq 
istərdik. Mənbələrdə göstərilir ki, əski türklər Tanrının şərəfinə çay 
kənarında qurban kəsirdilər. Qurbanvermə  mərasiminin çay-su 
kənarında keçirilməsi təsadüfi deyildir. Su Novruz sisteminə daxil 
olan dörd əsas ünsürdən biridir. Bu tipli mərasimlər qutsal guşə 
sayılan uca dağlarda keçirilmişdir.  
Ötükenin qərbində yerləşən Budun İlli vardı ki, bunun da 
anlamı elin, dövlətin mühafizəçisi, qoruyanı deməkdir (11, 90). 
Türk dünyagörüşünə görə, kainat və planetdə boş, mənasız heç nə 
yoxdur. Bütün yaranış təbiət və cəmiyyətdə müəyyən məqsəd üçün
nəyinsə naminə yaradılıb, yaradılmışın hər biri nəyəsə  gərəkdir. 
Fikrimizcə, türklər Tanrıya qutsal, müqəddəs, saf və pak bir 
məkanda, uca dağlarda qurban verməklə, bir daha Tanrı ucalığını, 
Tanrı müqəddəsliyini qorumuşlar. Bu uca dağlar qoynunun digər 
simvolik mənası dağ ucalığında, dağ yüksəkliyində Tanrıya 
qovuşmaq niyyətinin güdülməsidir. Qurbanvermə ritualında elə ən 
böyük məram Tanrıya ruhən, mənən qovuşmaq  idi.  Tanrıya qur-
bankəsmə mərasimində dualar oxunur, niyyət edilir, dilək dilənirdi. 
Qurbankəsmə ayini də göstərir ki, Göy-Tanrı inamının da nüvəsin-
də Novruz sisteminin komponentləri dayanır. Bir daha vurğulayaq 
ki, dünyada mövcud olan dinlərin hamısı Novruz sistemindən əsaslı 
şəkildə faydalanıblar. Bunun başlıca səbəbi Novruz sisteminin 
hərtərəfli və kamil olmasıdır. Novruz sistemində  təbiət və  cəmiy-
yətin dialektikası üçün icrası vacib olan inkaredilməz dəyərlər 
(qanunlar) özünə yer almışdır. Qədim türklər dünyanın yaranması, 
dünya-insan, göy-yer, yaradan və yaradılan münasibətləri barədə 
mifik olduğu qədər də, gerçək təsəvvürə malik olublar. Türklər 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə