Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə19/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   15   16   17   18   19   20   21   22   ...   67

59 
«Avesta» və onun yaradıcısı olan Zərdüştün məkanı, dili və 
milli  mənsubiyyəti üzərində uzun illər aparılmış  tədqiqatların 
əksəriyyətində «Avesta» və  Zərdüşt Turan dünyası ilə  əlaqələn-
dirilmişdir. Əksər araşdırmaçılar zərdüştliyin ümumən Azərbaycan-
Kaspi,  İran, Orta və Kiçik Asiya ölkələrinin  əhatə dairəsində 
götürmüşlər. Bir neçə  əsr adıçəkilən ölkələrin  əhalisi zərdüştliyə 
tapınmış, bu dinə inam gətirmişlər.  İngilis alimi Meri Boys 
«Avesta»nın yayılma və nüfuz dairəsinin coğrafi hüdudlarını 
müəyyənləşdirmiş, bununla bağlı konkret xəritə də tərtib etmişdir. 
Tədqiqatçıların bir çoxu «Avesta»nın vətəninin Azərbaycan olduğu 
iddiasındadırlar. Onlar bu inamdadırlar ki, orijinal «Avesta» fars 
dilində olmayıb, tarixin hansı bir dönəmindəsə bizə tam bəlli 
olmayan səbəblərdən fars dilinə tərcümə edilibdir. Bu kontekstdən 
polyak alimi K.Kossoviçin fikirləri daha inandırıcı görünür: «Zənd 
dili qədim farsların dili idimi? Onun ilk vətəni hara idi? Bu adı o 
haradan alıb?» Araşdırıcının özü də bu diqqəti cəlb edən suallara 
cavab verməyə çalışır: «Zənd Avesta» kitabı fars tayfalarının hələ 
müəyyən olmadığı bir vaxta aiddir və ola bilər ki, onların bir qismi 
Hindistanda fəth edilib, xüsusi vətəndaşlığı və mədəniyyətinin əsası 
qoyulmuş olan Himalaydan gəlmiş, digər qismi isə  cənub-qərbi 
Asiyada qalmışdır» (14, 17). Digər tədqiqatçılar da farsdilli 
tayfaların  İran torpağına gəlmə olmalarını vurğulamışlar. Qayıdaq 
polyak alimi K.Kossoviçin araşdırmalarına. O yazır: «Zənd-
Avesta» adı ilə  məşhur olan müqəddəs kitabın dili, sözün həqiqi 
mənasında, qədim farsların dili deyildir. İran hökmdarlarının adı 
olan «Pars»
 
sözünün özünə belə qədim fars kitabələrində heç yerdə 
rast gəlinməyibdir. «Zənd-Avesta»nın dili Himalay arilərinə 
qədərki ümumi dildə deyildir. Müasir alimlərin  ədalətlə adlan-
dırdığı qədim fars dili ilə kitabənin dilinin müqayisəsi aşkar edir ki, 
bu dil yenə  qədim  İran həyatının çox dövrlərini səciyyələndirə 
bilmir» (14, 17). 
Fransız araşdırıcısı Elize Reklü də «Avesta» barədə orijinal 
tədqiqatlar müəllifidir. Fransız alimi yazır: «Zərdüşt dininin əsas 


60 
ocağı  həmişə «böyük kahin ölkəsi» – Atropatena olmuşdur. Bu 
ölkə baş ruhaninin, başqa çoxlu kahinlərin  əhatəsində olduğu və 
eyni ehtiramla İran hökmdarlarının da  faydalandığı iqamətgah 
olmuşdur (14, l8). «Avesta»nın özündə yazılır: «Su ilə odun 
qarışığından müqəddəs bir maye yaranır, onun mənbəyi Xəzər 
dənizinin dibidir. Bu maye alışıb yanır». Aydındır ki, söhbət 
neftdən gedir. Ümumən, «Avesta»da Xəzər (Kaspi) dənizi ilə bağlı 
məlumatlar çoxdur. 
Böyük özbək mütəfəkkiri  Əbureyhan Biruni (973-1048) yaz-
mışdır ki, Zərdüşt Azərbaycandan idi. Bir çox tədqiqatçılar Biruni 
kimi, Zərdüştün Azərbaycanda doğulduğunu təsdiqləyirlər. Həmin 
tədqiqatçıların fikrincə, Zərdüşt Azərbaycanda, o zaman Gəzən, 
sonralar Təxti-Süleyman,  ərəb mənbələrində isə  Şiz adlandırılan 
yerdə doğulmuşdur. Gəzən yaxınlığındakı
 
Urmiya gölü  müqəddəs 
sayılmış, Gəzəndəki «Azrəxş», ya «Dirəxş» və  ya «Azərgəşəsp» 
adlanan atəşgəda ziyarətgah olmuşdur.  
Y.Həməvi də  Zərdüştün Azərbaycan mühitində doğulduğunu 
təsdiqləyibdir. Ona görə  də yazırdı ki, Gəzən Marağa ilə  Zəncan 
arasında və Şəhrzar ilə Dinəvərə yaxın bir mahaldır.  
Y.Həməvinin yazdığına görə, o, özü hicrətin VII əsrində söhbət 
gedən məkanda olmuş və atəşgədəni görmüşdür. Onu da qeyd edir 
ki, atəşgədənin günbəzinə gümüşdən düzəldilmiş hilal qoyul-
muşdur (30, 8). Bir çox tarixçilər və coğrafiyaçılar bu yeri «Cəzən» 
və ya «Cəzənəq» adlandırmışlar. «Avesta»nın beşinci Yəştinin 44-
cü bölməsində «Cəzən» sözü «Calçasta» kimi yazılıbdır.  
Tədqiqatçılar arasında Zərdüstün vətəninin Azərbaycan ol-
ması,onun Azərbaycanda doğulması heç bir mübahisə doğurmamış, 
əksinə bu məsələdə həmfikir olmuşlar.Zərdüştün yaradıcısı olduğu 
din  İranda Sasanilər sülaləsinin banisi sayılan  Ərdəşirin dövründə 
(224-242) qəbul edilsə  də,  əsas atəşgah Atropatenin paytaxtında 
yerləşirdi (28, 29). Bu tarixi fakt da bir daha təsdiqləyir ki, 
Zərdüştün vətəni Azərbaycandır və o,təlimini doğulduğu məkanda 
yaratmışdır.  


61 
Bütün  İran və  ərəb tarixçiləri, o cümlədən  İbn  Xordadbeh
Balazuri, İbn Fəqih, Məsudi, Həmzə İsfahani, Yaqut Həməvi, Əbül 
Fəda və b. Zərdüştün Azərbaycanda-Urmiyada doğulduğunu yazıb-
lar. Bir qisim tədqiqatçılar da var ki, onlar Zərdüştün kənardan 
Azərbaycana gəlib, burada fəaliyyət göstərdiyini qeyd edirlər. 
Ə.Təbəri,  İbn  Ə1-Əsir, Mirxond və  b.  Zərdüştün Azərbaycana 
gəldiyini yazırlar. Zərdüşt haqqında saysız-hesabsız rəvayət, əfsanə 
və dastanlar yaranıb və sonradan kitablara salınıbdır. «Zərdüşt-
namə»də yazılır ki, Zərdüşt azərbaycanlıdır. Dünyanı Əhrimən bər-
bad hala saldığından Tanrı insanlara bir peyğəmbər göndərmişdir. 
Firudin nəslindən olan Pürşəsbin bir oğlu olmuş, münəccimin 
məsləhəti ilə adını  Zərdüşt qoymuşlar. Zərdüşt sözünün mənası 
haqqında da tədqiqatçılar yekdil fikirdə deyillər. Tədqiqatçılar 
Zərdüşt sözünü daha çox «ulduz oğlu», «qızılı» sözləri ilə 
əlaqələndirmişlər. Bəzi araşdırıcılar isə bu adı  Zər  –  qızıl, düşt  – 
teşt kimi izah etmişlər. Şər allahı Əhrimənə xidmət göstərənlər onu 
oğurlayıb oda atmışlar. Lakin od onu yandırmamış, aparıb mal-
qaranın yol saldığı dar keçiddə qoymuşlar. Burada bir qüvvətli 
öküz uşağı ayaqları arasına alıb qorumuşdur. Etdikləri pisliklərlə 
kifayətlənməyən Əhrimən tərəfdarları yenidən onu dar bir keçiddə 
ilxı ayağı altına atmışlar. Onu burada da Tanrı hifz etmiş – bir 
madyan qorumuşdur. Sonra uşağı qurda atmışlar. Qurd uşağı 
yemək istədikdə  ağzı bağlanmışdır. Beləliklə,  Əhrimən Zərdüştü 
məhv etdirə bilməmişdir (31, 23-24). Bu əfsanədə  Zərdüştün bir 
daha türk
 
təfəkkürünə bağlılığı açıq-aydın sezilir. Onu Tanrı hifz 
etdiyi üçün «od yandırmır», buğa qoruyur, madyan xilas edir, 
qurdun ağzı bağlanır. Buğanın, qurdun türklərin totemləri olduqları 
mübahisəsiz məsələdir. Zərdüştü qoruyan qüvvələrin fars təfəkkürü 
ilə heç bir bağlılığı yoxdur. Onu hifz edən qüvvələr birbaşa türk 
düşüncəsi ilə bağlıdır. Professor E.Əlibəyzadə «Azərbaycan xal-
qının mənəvi mədəniyyət tarixi» kitabında yazır: «Qədim  şumer-
türk inamı, mənəvi dünyası ilə səsləşən «oda» inam, öküz (buğa), 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə