Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə17/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   13   14   15   16   17   18   19   20   ...   67

53 
və  qış mövsümlərinə bölünürdü. Yazdakı gecə-gündüz bərabərliyi 
yayın, payız bərabərliyi isə  qışın başlanğıcı idi. Birinci bayram 
Belteyn (yay), ikinci isə Sameyn (qış) adlanırdı. Belə inam var idi 
ki, yaz bərabərliyi dövründə keçirilən Belteyn bayramı zamanı şər 
qüvvələri iqtidardan düşür, güc-qüvvətləri azalır, işıq və xeyir 
qüvvələrin onlara qalib gəlməsi asanlaşır, canlıların inkişafının 
düşməni  şər qüvvə  rəmzi olan qış yerini həyat simvolu olan yaza 
verir. Belteyn bayramı ərəfəsində gözəgəlimli uca yerlərdə nəhəng 
tonqallar alovlandırılırdı. Yuxarıda adını  çəkdiyimiz mifoloji 
ensiklopediyada da bayramın keçirilməsi bir qədər təfərrüatı ilə 
qeyd edilibdir. Uca yerlərdə çatılmış tonqalların üzərindən kişilər, 
alov bir qədər zəifləyəndə qadınlar, alov öləziyəndə isə mal-qara 
keçməli idi. Onlarda belə bir inam var idi ki, bayramda (Belteyn) 
ata-babalarının ruhları doğma ev-eşiklərinə dönür. Belteyn günü 
əcdadlarının ruhları üçün ərzaq tədarük olunur, mal-heyvan 
kəsilirdi. Bayramda kütləvi gəzintilər, məclis və  şənliklər təşkil 
edilirdi. Kimmerlərdə Turan ənənələri və atəşpərəstlikdən qalmış 
oda sitayiş uzun əsrlər özünü qoruyub saxlamışdır. Zərdüştlikdən 
xeyli  əvvəl Turan dünyasından qopmuş kimmerlərin mifik təfək-
küründə dualist dünyagörüş hakim idi. Onların mifik baxışlarında 
«işıq oğulları ilə zülmət dünyasının  əcinnələri» arasında aramsız 
müharibələr», şər qüvvələrin Tanrıları ilə xeyir Allahı arasında ge-
dən sonsuz mübarizə» bir daha əyani surətdə göstərir ki., zərdüşt-
liyin özülünü təşkil edən dualizm «Avesta» fəlsəfəsindən çox 
qabaq Turan  dünyagörüşündə  əsaslı  şəkildə formalaşmışdır. Bir 
çox araşdırıcılar da əminliklə bildirirlər ki, Zərdüşt Turan 
təfəkküründən kifayət qədər faydalanıbdır. Genetik kodları ilə 
bütövlükdə türk etnosuna mənsub olan Zərdüşt təəssübkeşliklə Tu-
ran mənəvi dünyasını mövcud olan qüsurlardan təmizləmək istə-
yirdi. Zərdüştün yaşadığı dövrdə Turan xalqlarının bəziləri ilin ilk 
ayını Tura, digərləri Turan ayı adlandırırdılar. Qədim Turan coğrafi 
məkanında məskunlaşmış Sibir türkləri olan eveneklər, şorslar və b. 
milli təqvimlərində mart ayının ortalarından aprelin ortalarına 


54 
qədər olan müddətə bu gün də Turan ayı deyirlər. Zərdüştdən çox 
sonra  Əhəməni hakimiyyəti dövründə hazırlanan zərdüştlik təq-
vimində ilin ilk ayı fravaşiv (əcdad ayı) adlandırılmışdır. «Çox 
güman ki, bu dəyişiklik Turun və yaxud Turanın zərdüştlik dininin 
düşməni sayılan turanlıların  əcdadı  olması ilə bağlı olmuş  və 
deməli, siyasi-ideoloji səciyyə daşımışdır» (26). Bu dəqiq, qısa və 
məntiqi  şərhə  nə isə  əlavə etməyə ehtiyac duyulmur. Böyük ehti-
malla demək olar ki, Zərdüşt, Turanın Tura təqvimi, bayram və 
digər mənəvi-ideoloji dəyərlərindən məharətlə istifadə etmiş, 
özünün əzəmətli mənəvi -ideoloji sistemini yaratmışdır. Zərdüştdən 
sonra bu siyasi-ideoloji sistemə yiyələnmiş hakim sinif Turan 
dünyasına olan kin-küdurət və digər neqativ hisslərdən türk 
təfəkküründən gələn mənəvi izləri itirməyə  və silməyə çalışdılar. 
Ancaq çox çalışsalar da, buna nail ola bilmədilər 
Bu gün Yaxın və Orta Şərqdə Novruz kimi qloballaşmış  mə-
nəvi dəyərlər toplusu ilkin qaynağını Turan dünyasından 
götürmüşdür. Onu da əminliklə demək olar ki, bu gün Novruz kimi 
möhtəşəmləşmiş bu sistemin mənşəyi Tura  və Turandan başlanır. 
Hələlik  əldə edilmiş  mənbələrdəki fakt və sübutlar belə deməyə 
əsas verir. Bu məntiqdən çıxış edib tam əminliklə deyə bilərik ki, 
bugünkü Novruz Tura və Turandan yol alıb gəlir. Bu gün Novruz 
kimi qəbul etdiyimiz dəyərlər toplusu tarixin ayrı-ayrı dövrlərində 
bu və digər səbəblərdən müxtəlif cür adlandırılsa da, mahiyyət və 
məna tutumunu dəyişməmiş, bütün proqressiv mənəvi dəyərlərini 
özündə qoruyub saxlamışdır.  
 


55 
II FƏSİL 
 
NOVRUZ QƏDİM DÖVR VƏ  
ORTA ƏSR MƏNBƏLƏRİNDƏ 
 
2.1. «Avesta»da Novruz dəyərləri 
 
Bəşəriyyətin işıqlı  və ulu kitablarından biri də  «Avesta»dır. 
Qədim dövrlərdə bütövlükdə Şərq dünyasında mayak rolu oynamış 
bu müqəddəs kitab mədəni, ictimai-siyasi mühiti formalaşdırmış, 
uzun illər mənəvi-ideoloji dominantlığını qoruyub saxlamışdır. 
«Avesta» bütövlükdə Yaxın  Şərq, o cümlədən Azərbaycan mədə-
niyyətinə güclü təsir göstərmişdir. «Avesta» kainat və planet qa-
nunlarını özündə  cəmləyən, mənəvi-əxlaqi dəyərləri bəşəriyyətə 
diktə etmış  həyat kitabıdır. «Avesta»nın ilkin qaynaqlarından biri 
ona qədər mükəmməlləşmiş Novruz sistemi olubdur. Ədalət 
naminə onu da deyək ki, Novruzun inkişaf mərhələlərini, tarixi 
təkamül prosesini öyrənmək üçün «Avesta» analoqu olmayan bir 
məxəzdir. «Avesta»nın yaradıcısı olan Zərdüşt Novruz sistemini 
əsaslı  şəkildə  mənimsəmiş,  kitabının özülünü  Novruz dəyərləri 
üzərində  ucaltmış,  bunlarla  bərabər Novruz sistemini də yaşatmış 
və gələcək sivilizasiyaya ötürmüşdür. Novruz sistemi qədim turan-
lıların, o cümlədən Azərbaycan türklərinin həyat müşahidəsinin 
məhsuludur. «Artıq bəllidir ki, «Avesta» qədim Azərbaycanın əsa-
tir və  əfsanələri, adət və  ənənələri, etiqad və  əqidələri  əsasında 
yaranmış  fəlsəfi, dini, ədəbi bir əsərdir» (1, 8-10). Bir çox tədqi-
qatçılar, o cümlədən xarici araşdırıcılar da Zərdüştün vətəninin 
Turan olduğunu təsdiqləyirlər. Mövcud tədqiqatlarda «Avesta»nın 
yaranma məkanından danışılarkən, ən çox iki yer üzərində dayanı-
lır: Araz vadisi və Midiya şəhəri olan Raqa (11, 23). Bu fikrin tə-
rəfdarları bu inamdadırlar ki, zərdüştlik ilk dəfə Midiyada yaşayan 
maq tayfaları  tərəfindən qəbul edilmişdir. Bu fikrin əleyhinə olan 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə