Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə13/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   9   10   11   12   13   14   15   16   ...   67

40 
özündə yaşatdığından bir qədər geniş  şəkildə onun təfərrüatına 
varaq:  
Moğol elinə Oğuz xan soyundan olan İ1 xan başçılıq edirdi. İ1 
xan tatarların hökmdarı Sevinc xanla vuruşur. Bu vuruşlarda 
həmişə  İ1 xan qalib gəlirdə. Sevinc xan qırğız xanını öz tərəfinə 
çəkməkdən ötrü ona hədiyyələr göndərirdi. Moğallar güclü olduq-
larından ətrafda yaşayan digər türk boylarının onlarda qisası vardı. 
Elə buna görə də Sevinc xanla birləşib moğolların üstünə getdilər. 
Moğollar güclü idilər. Bunu görən Sevinc hiyləyə  əl atdı. Xan və 
bəylərə bildirdi ki, lazımsız malları buraxıb, geri çəkilməliyik. Belə 
də etdilər. Moğollar belə fikirləşdilər ki, düşmən məğlub olub 
qaçır. Tatarlar möhkəmləndikləri ordugahlardan çıxıb vuruşdular. 
Moğolların böyüklərini qırdılar, kiçiklərini  əsir götürdülər.  Əsir 
düşənlərə yiyələrinin adını verdilər. Moğollar qırılıb çatıldı, onlar-
dan əsər-əlamət qalmadı. Moğol hökm|darı İ1 xanın oğlu Qıyan və 
qardaşıoğlu Nüküz də  əsir düşmüşdülər. Hər ikisi təzəcə evlən-
mişdilər. Fürsətdən faydalanıb ailələri ilə birlikdə əsirlikdən qaçıb, 
yurdlarına döndülər.  
Döyüşdən on gün keçmişdi. Onlar yurdlarında düşməndən 
qaçmış heyvanları da gördülər. Rastlaşdıqları heyvanları da götürüb 
dağ yolları ilə  əlçatmaz, ünyetməz bir yerə  gəlib çıxdılar. Bu yer 
olduqca gözəl idi. Gəlib çıxdıqları bu yer üçün Tanrıya  şükürlər 
etdilər. Bu gözəl və varlı torpaqda yurd saldılar. Qışda malların 
ətini yeyir, dərisini geyir, yazda südünü içirdilər. Bu yerin adını 
Ərgənəkon qoydular. Ərgənəkon hündür dağ yamacı anlamındadır. 
Qiyanla Nüküzün övladları oldu, mal-heyvanları düz-dünyanı  ağ-
zına aldı. Böyük bir xalq əmələ gəldi. O qədər artıb -çoxalmışdılar 
ki, Ərgənəkon onlara darlıq edirdi.  
Uca dağlar arasında uzun illər yaşayıb-yaratmış türklər artıb-
çoxalmış, dağlar arasına sığışmamışlar. Türklərin ulularının 
Ərgənəkona gəlməsindən 400 il keçmişdir. «Bir gün yığışıb söhbət 
elədilər. Babalarımız deyərdi ki:  Ərgənəkondan kənarda gözəl, 


41 
geniş bir ölkə var, xalqımızı tatar qırmış, ölkəmizi yağmalamış 
deyə söylədilər.  
 
İndi gərək dədə-baba yurdumuza qayıdaq. Ancaq dədə-
babalarının buraya qaçıb gəldikləri dar cığırı heç kim xatırlamırdı. 
Ona görə  də  Ərgənəkondan çıxış üçün yol aradılar. Lakin tap-
madılar. Bir dəmirçi gəlib dedi ki, burada bir dəmir mədəni var, 
onu  əritsək, yol açılar». Belə  də etdilər. Camaat odun, kömür 
gətirib, od-ocaq qalayıb, yolu açdılar. «Ərgənəkondan çıxdıqları 
həmin günü moğollar həmişə bayram etdilər. Bir dəmiri qızana 
qədər odda saxlar, sonra onu çəkiclə döyərlər. Bu gün «zindandan 
çıxıb baba yurdumuza gəldiyiniz gündür» deyərlər» (33, 44). 
«Türklərdə Ərgənəkondan çıxmaq yazın gəlişi ilə əlaqələndirilmiş, 
bu tarixi hadisə ilə bağlı möhtəşəm mərasim yaranmışdır. Həmin 
mərasimdə dəmir döymək, yəni dəmirçiliyin müqəddəs (xilasedici) 
bir sənət olduğunu nümayiş etdirmək adəti zəmanəmizə qədər gəlib 
çıxmışdır» (33, 29). Böyük ehtimalla demək olar ki, türklərin 
dağlar arasından çıxıb ata-baba yurdlarına qayıtmaları, doğma 
yurd-yuvalarını  zəbt etmiş  əski düşmənlərini məğlub etdikləri 
həmin gün Novruz ərəfəsinə  və yaxud elə Novruza düşdüyündən 
hər il bayram ediblər.  
Çin və digər mənbələrdə  qədim türklərin yazın gəlişi münasi-
bəti ilə keçirdiyi bayramlardan birinin də Ayzıt olduğu qeyd 
edilibdir. Bu törən altaylıların gözəllik Tanrısı Ayzıtın  şərəfinə 
keçirilmişdir. Törən yazın başlanğıcında meşələrdə  təşkil olunur-
muş. Qadınların bu bayramda iştirakı arzuedilməz sayılardı. Qışda 
evdə keçirilən bayram mərasimlərində qadınlar da iştirak edirdilər. 
Bayram törənlərini qara şamanlar aparırdılar. (Qara rəngdə paltar 
geyindikləri üçün şamanlara belə ad vermişdilər.) Bayram günləri 
evlər təmizlənir, bəzədilir, dadlı və ləzzətli yeməklər bişirilir, təmiz 
və təzə paltar geyilirdi. Şaman 9 qız və 9 oğlan seçir, onları sağ və 
sol tərəfdə düzürdü. Sonra həmin oğlan və qızları Ayzıtın sarayına 
aparırdı. Ayzıtın özü də həmin vaxt dəbdəbəli geyinərdi. «Başında 


42 
ağ göydən ağ bir başlıq, çılpaq çiyinlərində ag göydən bir atqı 
(şərf), ayaqlarında baldırına qədər qara çəkmə olardı. Bu şəkildə 
qayaya söykənərək uyuyur, ya da meşədə dolaşır» (32, 56). Bu 
törən də özündə yaz bayramının komponentlərini qoruyub saxla-
yıbdır. Törənin təfərrüatından göründüyü kimi, Ayzıt bayramı ildə 
iki dəfə keçirilmişdir: qısda və yazda. Məlumdur ki, türklər ili iki 
fəslə: yaz və  qışa bölüblər. Ayzıt bayramı yazda dağda, meşədə, 
qışda isə evdə keçirilibdir. Görünür, türklər yazın gəlişini dağda, 
qışın çıxmasını isə evdə bayram etmişlər. Buradan da belə qənaətə 
gəlmək olar ki, qədim türklər, zamanı bir sistem kimi dərk və qəbul 
etmişdilər. Qədim türklər kainat və onun təsirində olan planetdə 
mütləq və nisbi zamanın mövcudluğunu müəyyənləşdirmiş  və 
zamanın diktəsinə uyğun hərəkət etmişdilər. M.Seyidov «Yaz bay-
ramı» kitabında yazır: «Əski azərbaycanlılar təqvimlə bağlı vaxt 
anlayışını  hərdən animistləşdirmişlər: hərdən insan kimi gözə 
çarpdırmış, hərdən isə zoomorfik aləmlə bağlamışlar. Alman 
bilicisi  əski oğuz atalar sözlərini XIX yüzilliyin lap əvvəllərində 
çap etdirmişdir. Buradakı bir atalar sözü diqqətimizi cəlb etmişdir. 
İndi biz onu təqvimlə bağlı yad etmək istəyirik. Atalar sözündə 
deyilir «Oğuz (dan) 366 alp qopdu, 24 xas bəy, 32 səksən Sultan 
Salur Qazan oqçisi Quzan peklisi Qormuş  oğlundan Qorqut». 
Burada deyilir ki, Oğuzdan 366 alp qopdu. Bizcə, burada alpdan-
igiddən söhbət getmir. Ola bilsin, Oğuz danın sökülməsini xəbər 
verən danın özüdür. Başqa sözlə, Oğuz günəşin çıxdığını, gündü-
zün gəldiyini xəbər verir. Oğuzdan-dandan gündüz doğur, ola 
bilsin, onun doğulduğunu bildirir. İldə 366 gün olduğundan  əski 
oğuzlar təqvimlə bağlı bu astronomik hadisəni insan şəklində atalar 
sözünə salmış və hər günü bir alp saymışlar. «24 xas bəy» deməklə, 
günün 24 saatdan ibarət olduğu başa düşülmüşdür. Bu örnəkdən 
görünür ki, oğuzlar ili, günü canlı təsəvvür etmişlər» (17, 6-7). Çox 
doğru yerə, H.Zərdabi xalq təqvimini xalqın müdrik müşahidəsi ilə 
bağlamışdır. Fikrimizcə,  əski insanlar təbiətlə daha sıx bağlı 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə