Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə12/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   8   9   10   11   12   13   14   15   ...   67

37 
dünyanın yaradılmasında Tanrı Qara xanın güc və qüvvətinə 
inanırdılar. Türk inamına görə, Yerin yaranması Tanrı Qara xanla 
bağlıdır. Dünyanın yaranması haqqında türk inamının təfərrüatına 
varaq: «Bir zamanlar yalnız Tanrı Qara xan və su vardır. Qara 
xandan başqa görən, sudan başqa görünən yox idi. Ağ Ana 
göründü. O, Qara xana «yarat» deyib yenidən suya qayıtdı. Bunu 
eşidən Qara xan bir kişi yaratdı. Qara xanla kişi intəhasız suyun 
üstü ilə iki qara qaz kimi uçurdular. Lakin halından məmnun 
olmayan kişi, Qara xandan daha yüksəkdə uçmaq istəyirdi. Onun 
istəyini bilən Qara xan kişidən uçmaq qabiliyyətini aldı. Kişi dibsiz 
suya yuvarlandı. Boğulurdu. Elədiyinə peşman olub, Tanrı Qara 
xandan bağışlanmasını xahiş etdi.  
Tanrı Qara xanın göstərişi ilə sudan bir ulduz çıxdı. Kişi həmin 
ulduzun üstünə çıxıb xilas oldusa da, Qara xan onun bir daha uça 
bilməyəciyini nəzərə alıb, dünyanı yaratmaq qərarına gəldi. Kişiyə 
buyurdu ki, suyun dibinə dalaraq torpaq çıxarsın.  Şər düşüncədən 
əl çəkməmiş kişi torpaq gətirərkən fikirləşdi ki, özü üçün gizli bir 
dünya da yaratsın. Ona görə  də torpağın bir hissəsini ağzında 
saxladı. Elə ki, ovcundakı torpağı su üzərinə səpdi, Tanrı Qara xan 
torpağa «böyü» deyə buyurdu. Torpaq böyüyüb dünya oldu. Lakin 
kişinin ağzında saxladığı torpaq da böyüyüb onu boğmağa başladı, 
Qara xan ona «Tüpür!» deməsəydi, boğulub öləcəkdi.  
Tanrı Qara xan dümdüz bir dünya yaratmışdı, lakin kişi 
tüpürəndə  ağzından axan torpaq bataqlıqlar, təpələr  əmələ  gətirdi. 
Hirslənən Qara xan  itaətsiz kişiyə «Erlik» (şeytan) adını verib, 
özünün işıqlı dünyasından  qovdu.  Sonra yerdə doqquz budaqlı bir 
ağac bitirdi, hər budağın altında bir adam yaratdı ki, bunlar doqquz 
insan irqinin ataları oldular. Erlik insanların gözəlliyini, xoş 
həyatını görüb, Tanrı Qara xandan xahiş etdi ki, həmin insanları 
onun ixtiyarına versin. Qara xan vermədi. Lakin Erlik istədiyindən 
dönmədi, insanları öz tərəfinə çəkməyə başladı. Qara xan insanların 
azğınlığını, Erliyə aldanmalarını görəndə acıqlandı. Onları öz 
ümidlərinə buraxdı. Erliyi isə yer altındakı qaranlıq dünyanın 


38 
üçüncü qatına qovdu. Özü isə göyün on yeddinci qatını yaradıb, 
oraya çəkildi. Mələklərindən birini insanları qorumaq üçün yer 
üzünə göndərdi.  
Erlik, Tanrı xanın qərar tutduğu gözəl göyü görüb, ondan icazə 
istədi ki, özü üçün bir göy yaratsın, icazə alıb yaratdı və aldatdığı 
şər ruhları öz  göyündə yerləşdirdi.  Lakin Qara xan görəndə ki, 
Erliyin təbəəsi onunkundan daha yaxşı yaşayır, mələklərdən birini 
göndərib həmin göyü dağıtdırdı. Göy yıxılıb dünyaya düşdü, 
dağlar, dərələr, ormanlar meydana gəldi. Acıqlanmış Tanrı Qara 
xan Erliyi yenidən yerin ən aşağı qatına göndərdi. Buyurdu ki, 
günəşsiz, aysız, ulduzsuz yerdə dünyanın sonuna qədər qalsın. 
Tanrı Qara xan göyün on yeddinci qatında oturub kainatı idarə 
etməkdədir. Ondan bir qat aşağıda Bay Ölgün Altun dağda qızıl bir 
taxt üstündə oturub. Göyün yeddinci qatında Gün Ana, altıncı 
qatında Ay Ata oturmuşlar» (33, 30-31).  
Bu mifdə Novruz sisteminin əsas elementlərinin –dünyanın 
Tanrı  tərəfindən yaradıldığının, ona tabe olmayan şər qüvvələrin 
simvolu olan şeytanın şər əməllərinin, kainatın işıq mənbələri olan 
Günəş və Ayın yerləşmə məkanı haqqında məlumat verilir. Türklər 
Tanrını cümlə-cahanın və özlərinin Yaradanı kimi qəbul etmişlər. 
«Oğuz Kağan» dastanında deyilir: «...Oğuz bir gün Tanrıya 
yalvararkən göydən bir işıq düşdü. Yüyürüb gördü ki, işığın 
ortasında gözəl bir qız oturub. Qızı sevib aldı. Qızın Oğuzdan üç 
oğlu oldu. Oğlanlara Gün, Ay və Ulduz adlarını qoydular» (33, 34).  
Mifikləşmiş düşüncədə  həyat gerçəklikləri daşlaşmışdır. 
Türklər yaxşı  dərk etmişlər ki, üzərində yaşadıqları yerin enerjisi 
birbaşa Göy-Tanrı, Günəş, Ay və ulduzlarla bağlıdır. Bu əlaqə 
olmasa, yerdə həyatın davamı mümkün deyildir.  
Ümumən, türk təfəkküründə törənişlərin mənbəyi təbiətə 
bağlanılır. Qədim türklər duymuş, müşahidə etmişlər ki. kosmik 
güc, enerji Göylə, bioenerji isə Yerlə-Təbiətlə bağlıdır. Türklərin 
inamlarına görə, boz qurd onların  əcdadı  və himayəçisi olubdur. 
Qurdun türkün əcdadı və mühafizəçisi olması haqqında məzmunca 


39 
yaxın, formaca müxtəlif olan bir neçə mif mövcuddur. Bu 
miflərdən araşdırdığımız mövzu ilə daha çox səsləşəninə diqqət 
yetirək: «Göy türklər Hun ölkəsinin  şimalındakı Sou diyarından 
çıxmışlar. Onların başında Apanqpu dururdu. Onun on yeddi 
qardaşı vardı.  
Qardaşları düşmən hücumunun nəticəsində öldürüldü. Yalnız 
qurddan doğulmuş, yağışa, küləyə hökm edən  İçi  Nisu  Tu  qaldı. 
Onun biri Yaz, digəri Qış tanrısının qızları olan iki arvadı vardı. 
Bunlardan dörd uşağı oldu. Uşaqlardan biri ağ leyləyə çevrildi. 
İkincisi Çiqu, üçüncüsü Çücin ilə – hərəsi bir məskən tutub 
yaşamağa başladılar.  Ən böyükləri olan dördüncüsü Na Tuliu isə 
ulu babası Apanqpunun törəmələrinin məskunlaşdığı Şin dağlarına 
çəkildi. Burada məskunlaşmış xalq soyuqdan çox əziyyət çəkirdi. 
Na Tuliun od tapıb onların canını qurtardı. İnsanlar rahat yaşamağa 
başladılar. Bunu görən qardaşları onu başçı seçib, adını Türk qoy-
dular. Na-Tuliun-Türkün on arvadı vardı, Onun oğlanları soyad-
larını analarından alırdılar.  
Türk öləndən sonra oğlanları bir böyük ağacın altına top-
landılar.  Ən yüksəyə hoppananı özlərinə başçı seçmək qərarına 
gəldilər. Türkün ən cavan arvadı Aşinanın oğlu ən gənc olsa da, ən 
yüksəyə hoppandığına görə başçı seçildi. «Aşina soyu buradan 
törədi» (33, 32-33). Mifdə Novruzun komponentləri olan Yaz və 
Qış və onların rəmzləri olan
 
soyuq və od qarşılaşdırılıbdır. Mifdə 4 
uşağın olması açıq  şəkildə 4 fəslə  işarədir. Bir çox miflərdə 
türklərin Aşina adlı qurddan törədiklərindən danışılır. Buradakı 
ağac da türklərin Dünya Ağacıdır. Qədim türklərin Novruz məra-
simlərini e.ə. I minillikdə  Ərgənəkonda təntənəli qeyd etdiklərini 
mənbələr təsdiqləyir. «Ərgənəkon» («Hündür dağ yamacı») 
dastanını XIV əsrin yazarı F.Rəşidəddin və XVII əsrin müəllifi 
Əbül Qazı Xan qələmə almışlar. Türklər Ərgənəkondan çıxdıqları 
günü bayram etmişlər. «Ərgənəkon» dastanı birbaşa yaz bayramı, 
Novruz adlandırılan sistemin ilkin diferensiasiyası kimi tarixin 
yaddaşındadır. «Ərgənəkon» dastanı Novruzun ilkin inkişaf tarixini 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə