Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə10/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   6   7   8   9   10   11   12   13   ...   67

31 
Maraqlı tədqiqatlar müəllifi olan alman alimi Q.Dörfer Tenqri 
barədə qədim məlumatlar əldə etmiş, Tenqri anlayışının erkən, hələ 
şamanlardan başlamış, onu dini inkişafın ən ali pilləsinədək təşək-
külünü ardıcıl izləmişdir. Tədqiqatçının fikirincə, Tanrıçılıq bəşə-
riyyətin ilk monoteist dinlərindəndir (45, 101). Bu məsələdə 
türkoloqlarla həmfikir olan dünyanın tanınmış teoloqları da 
türklərin hələ eradan çox-çox əvvəl bütpərəstlikdən uzaqlaşdıq-
larını dönə-dönə qeyd etmişlər.  
Əski türklər kainat (kosmos) və planetin (yerin) başlanğıcının 
bir olan Tanrı olduğuna şəksiz-şübhəsiz inanmışlar. D.Banzarovun 
təbirincə desək, göy üzü hər zaman yerdəki düzənin, ədalətin, qa-
nunun qoruyucusu missiyasını öz üzərində daşımışdır. Türk mifik 
düşüncəsinə görə, göy üzü bütün canlılara həyat, yer isə forma, 
şəkil verir (11, 86).  
Novruz sisteminin bazisində Tanrıçılıq durur. Novruzdakı 
Tanrı-Göy (Kosmos) – Planet (Yer) harmoniyası, işıq-zülmət, 
xeyir-şər qarşılıqlı (dualizm) və s. anlayışlar Tanrıçılıqdan qida-
lanır. Bu günün özündə də Tanrı inamı və inancı yaşayır. Hər şeyi 
Tanrının umuduna buraxmaq bu günün özündə hələ də şüuraltında 
qalmaqdadır. Bu gün də deyirik: «Hər şeyin yaxşısını Tanrı bilir», 
«Tanrı bilsin», «Qoy Tanrı özü cəzasını versin» və s.  
Qədim türklər Tanrının yeganə güc mərkəzi olduğunu, onun 
ədalətsizlik edənləri, günah işlədənləri  – Göy-Yer, Kainat-Planet 
qayda-qanunlarının  əleyhinə gedənləri cəzalandırdığını yaxşı  dərk 
etmişdilər. Türk mifoloji düşüncəsinə görə, dünyanı on yeddi ilahə 
idarə edir. Bunlar aşağıdakılardır: 
Göy-Tanrı, Yer-Sub, Humay, Erlik, Yer, Su, Od, Günəş, Ay, 
Ulduz, Hava, Bulud, Külək, Qasırğa,  Şimşək və  İldırım, Yağış, 
Göy qurşağı. Monqollar isə dünyanı 99 iİahənin idarə etdiyinə 
inanırdılar. Göy-Tanrı baş Tanrı olduğundan 17 ilahəni xəlq edən-
dir. Bu mifikləşdirilmiş 17 Tanrı Novruz sisteminin ən  əsas 
komponentləridir. Bu ünsürlərsiz kainat və planet, təbiət və cəmiy-


32 
yət, bütövlükdə  bəşəriyyət yoxdur. Yer-Sub türklər üçün gözlə 
görünən bütün aləm demək idi. Türklər, üzərində yaşadıqları vətəni 
– torpağı Yer-Sub anlayışında qəbul edirdilər. Onlar vətənə Tanrı 
haqqı kimi baxırdılar. Elə bu təfəkkürün nəticəsi idi ki, türklər 
vətənə  xəyanətdən qorxardılar. Onların düşüncəsinə görə, Yer-
Subun halallığı olmadan insan yer üzərində xoşbəxt ola bilməzdi. 
İkinci ilahə Humaydır. Onun adına ilk dəfə Gültəkin abidəsində 
rast gəlinibdir: «Umay təq öq im katun kutınqa inim Kültiqin ərat 
boltı» (On yaşda olanda Humay tək anam Xatunun şərəflnə kiçik 
qardaşım Kültigin igid adı qazandı) (33, 261).  
Tonyuquq abidəsində  də Umay adına rast gəlinir. Humay-
Umay Göy-Tanrının zövcəsidir. Humay-Umayın Göydə yaşadığına 
inanılır. O, insanlara işıq,  şüa salır. Belə bir inam hasil idi ki, bu 
şüa-işıq insanların bədəninə daxil olur və ömrünün axırına qədər 
qalır.  
Bu, ilahi (kosmik) enerjidir. Qədim türklər Yer ilahəsini də 
Göy-Tanrının tərəf-müqabili – qadını simvolunda qəbul etmişlər. 
Türklərin düşüncəsinə görə, Göy-Tanrı yerləri mayalayır. Yağış 
yağır, yer canlanır, ot-ələf bitir, canlılar onlardan qidalanır. Qədim 
türklər dağı, torpağı yaradıcı saymışlar. Türk tayfalarının bir çoxu 
əcdadlarının dağda, mağarada yaranmasına inanmışlar.  Əcdadları-
mız olan türk tayfalarının bəziləri insanın torpaqdan yarandığını 
qəbul etmişlər. Fikrimizcə, türklər digər həyat ünsürləri kimi, yeri-
torpağı da canlı  qəbul etmişlər. Bu, səhv düşüncə olmamışdır. 
«torpağın ana olması inamı daha bir görüşlə səsləşir. Bir çox əski 
xalqların, eləcə  də türk xalqlarının ulu babaları inanırmışlar ki, 
Günəş hər nəsnənin yaradıcısıdır. Deyəsən, əski türk insanı inanmış 
ki, Günəşdən torpağa gələn yaruq – şüa onun da yaranmasında ata 
rolunu oynamışdır» (15, 87). Türklər bu düşüncələrində də ağıllı və 
haqlı idilər. Günəş  şüası olmadan yer üzərində canlı aləmin 
mövcud olması mümkün deyildir. Ümumən, türklər bu düşüncə də 
idilər ki, yer ana kimi insanları doyurur. Bu işıqlı dünya ilə vida-


33 
laşanda da yer ona əbədilik yiyə durur. Yer (torpaq) türk 
düşüncəsində əzəli-əbədi müqəddəs tutulubdur.  
Qədim türklərə görə, Su Yerin bacısı idi. Kosmoqonik dü-
şüncəyə  əsasən,  əvvəlcə  təkcə su varmış. Suya baş vurmuş  səma 
ördəyi dəryadan torpaq götürmüşdür. Səma ördəyinin götürdüyü 
torpaqdan Yer yaranmışdır.  Əfsanəyə görə, Tanrı torpaqdan kişi, 
kişinin qabırğasından da qadını yaratmışdır. Çox maraqlıdır ki, 
insanın yaradılışı elə bu şəkildə islam dinində də qəbul olunubdur. 
İslam dininə görə də, Tanrı insan övladı Adəmi torpaqdan, Həvvanı 
isə onun qabırğasından yaratmışdır. Qədim türklərin suya müqəd-
dəs baxmalarının kökündə suyun həyat elementi olması dururdu. 
Su həyatdır. Onsuz həyatın inkişafı, intişarı yoxdur. Turanlılar odu 
Tanrının nəfəsi, günəşin oğlu hesab edirdilər. Türklər o düşüncə də 
idilər ki, od tanrısı yerdə yaşasa da, öləndən sonra tüstü şəklində 
göylərə qalxmasını ata-babaya qovuşması düşüncəsində idilər. 
Türklər yazın tez gəlməsi üçün Günəşə üz tutub odu, istini 
diləyiblər. «Odun, istinin bəlgəsi çırağı-odu yandırırlar və bununla 
inanırdılar ki, od çevrəni, torpağı  qızdıracaq, onu əkinə hazır-
layacaq, otu bitirəcəkdir» (17, 13). İnsanlar suya dirilik-əbədilik 
mənbəyi kimi baxmışlar. Suya olan bu münasibət onu digər 
ünsürlərdən tamamilə üstün tutulduğunu göstərir. Belə deyirlər ki, 
Xızırla  İlyas eşidirlər ki, İskəndər abi-həyat axtarır. Onun yanına 
gedirlər.  İskəndərin qaranlığı  işıqlandıran  iki daşı varmış. Onun 
birini Xızırla İlyasa verir. Hərəsi üz tutub dünyanın bir tərəfinə su 
dalınca gedirlər. Qaranlıq dünyada Xızırla  İlyas acırlar, balıq 
yeməyə hazırlaşırlar. Xızır əlini yuyub yeməyə başlamaq istəyəndə 
əlindən bir damla su balığın üstünə düşür. Balıq dirilərək suya 
atılır. Xızırla  İlyas axtardıqları dirilik suyunu tapdıqlarını güman 
edib, bu sudan içirlər. Ancaq qeybdən gələn səs deyir ki, bu barədə 
İskəndərə  xəbər verilməsin. Onlar belə  də edirlər. Qayıdıb 
İskəndərə dirilik suyunu tapa bilmədiklərini söyləyirlər. Həmin 
vaxtdan sonra hər il Xızırla  İlyas görüşürlər ki, o günə  də  Xızır 
İlyas deyilir.  


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə