Microsoft Word +++++all-novruz doc


əkin-biçin bayramı deyil. Novruz sisteminin



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə23/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   19   20   21   22   23   24   25   26   ...   67

70 
etdirilir. Novruz əsla  əkin-biçin bayramı deyil. Novruz sisteminin 
tərkibində digər mühüm komponentlərlə birgə,  əkin-biçin, təsər-
rüfat həyatının özəllikləri də vardır. Novruz sistemi bütövlükdə 
Allahıdərk prosesi məcmusudur. Bu mürəkkəb prosesin içərisində 
külli-kainatın dərki, göy və göy cisimlərinin hərəkəti, planetin (ye-
rin) spesifik qanunauyğunluqları  cəmlənibdir. «Avesta» özündən 
çox-çox  əvvəllər formalaşmış  təbii Novruz qanunlarından kifayət 
qədər məharətlə faydalanmışdır. «Avesta» Novruz qanunauyğun-
luqlarını özündə qoruyub saxlamış, bu günümüzə  qədər gətirib 
çıxarmışdır. Kainat və planetin 4 əsas istinad elementi, ünsürü 
mövcuddur. Ümumən, kainat və planetdə  dəyişilməz bir 4-lük 
sistemi vardır. Mövcud olan 4-lük sisteminə diqqət yetirək: 4 ünsür 
– od, su, torpaq, hava; 4 fəsil – yaz, yay, payız, qış; 4 keyfiyyət – 
isti, soyuq

quraqlıq, yağmurluq; maddənin 4 halı: bərk, maye, qaz 
və plazma; 4 coğrafi tərəf – şərq, qərb, şimal, cənub, 4 məzac var – 
qan, öd, qara öd, selik və s. Bu tip dördlük nümunələrini bir qədər 
də artırmaq mümkündür. Dördlük fəlsəfəsi Quranda da mükəmməl-
cəsinə davam etdirilibdir. Sonuncu Səma kitabının «Fussilət» 
surəsində kosmosun, materiyanın halları, hissələri, o cümlədən ya-
şadığımız dünyanın 4 təbəqə və halı, 4 gündə yaranması, 4 ölçülü 
məkan-zaman kontiniumunda var olması barədə söhbət açılıbdır. 
Bu dördlük kainat və planetin, onların ayrı-ayrı komponentlərinin 
arasında olan gözə görünən və zahirən hiss olunmayan harmo-
niyadır. Bu dördlüklərin hər birinin arasında mövcud olan dualizm 
inkişafın stimullarıdır. Hər dördlük (məs: od, su, torpaq, hava) bir-
biri ilə vəhdətdədir, həm də bir-birinə qarşıdırlar. Bu əkslik də elə 
vəhdətdir. «Avesta» məntiqi də elə bu dualizm və onun yaratdığı 
vəhdət üzərində qurulmuşdur. Zərdüşt şumerlərin yaratdığı mənəvi 
xəzinədən ağıl və  zəka ilə  bəhrələnmişdir. Dualist təfəkkürün də 
izlərinə «Avesta»dan əvvəl  şumer mədəniyyətində rast gəlirik. 
Tədqiqatçılar qədim  şumerlərin «İlk qızıl dövrü», «Qızıl  əsri», 
«Sirli əsr və onun puça çıxması»ndan geniş danışılır, xeyirlə şərin 


71 
yaranma səbəbləri və onların mifoloji qaynaqları barədə  ətraflı 
yazmışdırlar. S.Kramer yazır ki, «klassik mifologiyada» qızıl  əsr 
«dinclik, səadət  əsri kimi təsvir olunur, o vaxt insanlar əzab
 
-
əziyyətin, qayğının nə olduğunu bilmirmişlər» İnsan-Tanrı bu xoş 
və firavan həyata dözə bilmədi, qəlbində  həsəd, paxıllıq hissi baş 
qaldırdı. Müdrik tanrı Enki ağlından azdı, insanlara nəzər saldı, 
onların artıb-törəmələrindən vahimələndi. Tanrıların müdriki qor-
xuya düşdü. Enlilə dedi: «Qorun, mənim qardaşım. Sənin itaətində 
olan insanların sayı artır, onlar çox fədakar olur və  fəallaşır, 
şəhərlər  salır və qalalar ucaldır. Bax,  hər halda,  onlar  bizimlə  tən 
gəlməsin». Qüdrətli Enki qorxuya düşdü və Enlildən soruşdu: 
«İnsan nəslini məhv etmək yaxşı olmazmı, insanları yenidən sənin 
onları hazırladığın gilə çevirəkmi?» 
- Yox, belə etmək yaramaz, – deyə Enki cavab verdi – İnsanlar 
bizə öz qurban hədiyyələri ilə  məbədlərimizi qaldırmaq üçün la-
zımdır. Amma onların sayını azaltmalı, cəsarətli niyyətlərinə mane 
olmalı, yoxsulluğa çəkməli, onları qorxuzmalı, çünki onlar özlərini 
tanrılara tay tutmasınlar. Bunu necə etməli? – deyə Enlil soruşdu. 
Enki cavab verdi: «Vəhşi heyvanlar yaradaq ki, insanları  məhv 
etsin və onların sayını azaltsın. Yerə  bərk isti və acgöz çəyirtkə 
göndərək ki, aclıq düşsün və yerdə olanların sayı azalsın. Qəddar 
İrrani insan əleyhinə silahlandıraq, qoy o insanlığa 60 cür xəstəlik 
yoluxdursun, onda insanlar azalacaq və onlarla hesablaşmaq asan 
olacaq.  İnsanları biri-birinə salışdırmaq ilə qoy qardaş qardaşla, 
qonşu qonşu ilə vuruşsun, qoy tayfa tayfa əleyhinə qalxsın və onda 
insanlar azalacaq, onlar ram ediləcək və bizim qarşımızda titrəyə-
cəkdir (14, 12-13). «Avesta»nın baş allahları da kainat və pla-
netdəki  əkslikləri təmsil edirlər: Ahuraməzda (Hörmüz) və Anq-
ramanyu (Əhrimən). Ahuraməzda işıq, xeyirxahlıq, firavanlıq, 
Anqramanyu qaranlıq,  şər, bədbəxtlik daşıyıcılarıdır. Ahuraməzda 
kainat, planet, ümumən, insan və insanlığın yaşayışı, inkişafı üçün 
mütərəqqi və müsbət enerjinin yaradıcısı, daşıyıcısı və tərəfdarıdır. 


72 
Bunun  əksinin tərəfdarı isə Anqramanyudur. «Avesta»nın təməl 
prinsipi sayılan dualizm haqqında tədqiqatçılar çox yazmış, fərqli 
fikirlər söyləmişlər, Ancaq «Avesta» dualizminin əsl mahiyyətinə 
vara bilməmişdilər. Söylənilən fikirlər olsa-olsa zahirən görünən-
lərdir. Bu ehtimallar Kainat və Planetin intensiv inkişafını  təmin 
edən dualizm fəlsəfəsinin yanında olduqca naqis və primitiv 
görünür. Bir qrup tədqiqatçı belə ehtimalda bulunurlar ki, «Avesta» 
dualizmində  İran təbiətinin təzadları  əks olunub, barlı-bərəkətli 
torpaqlar və daşqınlar, zəlzələlər, qum qasırğaları. Digər qrup alim-
lərin mülahizələrinə görə,  Əhrimən-Hörmüz qarşıdurmasının kö-
kündə arxaik dualist mifologiya dayanır.  
İkinci qrup tədqiqatçıların inamına görə, bu dualizmdə  əkinçi 
tayfalarla köçəri maldarlar arasında ehtimal olunan düşmənçilik 
dayanır. Bu ehtimalların hər birinin ayrı-ayrılıqda tərəfdarı olsa da, 
hələ  də ehtimal olaraq qalı


73 
Od. Oda inam, onu qorumaq Azərbaycanda zərdüştlikdən çox-
çox əvvələ gedib çıxır. Od insan həyatını dəyişdiribdir. İnsan odu 
uzun axtarışdan sonra, böyük bir məşəqqətlə əldə etdiyindən onun 
gecə-gündüz keşiyini çəkmişdir. Azərbaycanda oda inamın 
zərdüştlikdən əvvəllər meydana gəldiyini əyani şəkildə sübut edən 
faktlar mövcuddur. Həmin faktlar bu gün də qalmaqdadır. Azər-
baycanda ilaxır çərşənbədə  və Novruz bayramında çatılmış 
tonqalların üzərindən tullanılır. «Avesta»da oda tamam özgə bir 
münasibət bəslənilir. Zərdüştlikdə isə, odun üstündən tullanmaq 
yasaq sayılırdı. «Avesta»da oda Allah misalında baxılıbdır. Od – 
işığın, istinin daşıyıcısıdır. Bunlar da Ahuraməzdanın təsir 
dairəsindədir. Zərdüşt də oda adicə od, ocaq kimi baxmayıbdır. 
«Avesta»da oda münasibəti belə qruplaşdıra bilərik: 
1) 
Od – işıq, mənəvi təmizlənmə vasitəsidir. İnsan odun, işığın 
köməkliyi ilə  bədənindən, ruhundan şər qüvvələri, xəstəlikləri 
qovur. Od – maddi və  mənəvi təmizlənmə missiyasının daşıyıcısı 
olubdur. Qədim insan fiziki cəhətdən möhkəm və sağlam, mənəvi 
baxımdan saf olmaq niyyəti ilə «od»un sınağından keçirilib. Bioloji 
cəhətdən xəstəliklərə yoluxmamaq üçün insan öz bədənini od-
alovdan keçiribdir. Məlumdur ki, müəyyən temperaturda virus və 
bakteriyalar yaşaya bilmirlər. Zərdüştün yaşadığı dövr üçün odla 
müalicə  ən faydalı bir üsul sayılmışdır. Od mənəvi sağlamlıq 
funksiyasını da yerinə yetiribdir. Hər kəsin içərisində yatmış bir od, 
bir işıq var. İnsanı insan edən, onu başqalarından fərqləndirən elə 
od və  işıqdır. «Avesta»da bu işıq, mənəvi saflıq, təmizlik və 
kamillik missiyasının daşıyıcısı kimi öyünülür.  
2) Od – nəsil ağacının qorunması  və davamıdır. «Avesta»da 
evə, ocağa çox böyük əhəmiyyət verilir. «Avesta»da Hörmüzün 
köməkçisinin – od, işıq ruhu olan Arta daha çox tərif edilir. «Ar-
dvisur-yaşt» (Aban-Yaşt) hissəsində Arta «ev-mülk arxası», «mal-
mülk arxası», «ölkə arxası» kimi öyülür. Burada od, işıq və günəşin 
çıxması Anahitin çağırışı ilə əlaqələndirilir (14, 57).  
 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə