Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə24/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   20   21   22   23   24   25   26   27   ...   67

74 
3) Od işıq və günəşin planetdəki (yerdəki) gözgörəsi, əldəyiləsi 
rəmzidir. Günəşin bütün kainatın işıq, istilik mənbəyi olduğunu 
bilən insan onun yerdəki analoquna (oda) inam, inanc yeri kimi 
baxmış, ondan maddi (məişət) və  mənəvi həyatında istifadə 
etmişdir. Bu anlayışdan çıxış edib deyə bilərik ki, günəşə inamdan 
çox-çox  əvvəl oda inam olubdur. Oda, istiliyə inam sonradan 
böyük Günəşə inama gətirib çıxarmışdır.  
Zərdüştliyin  əsas inam obyekti od olmuşdur. «Avesta»da oda 
inamdan geniş danışılsa da, odun saxlanıldığı  və sitayiş edildiyi 
hansı  səbəbdənsə atəşgədələrin adı belə  çəkilmir. Lakin pəhləvi 
mənbələrində, o cümlədən ərəb, fars və türk mənbələrində atəşgə-
dələr haqqında geniş məlumat verilmişdir.  
Bu məqamda onu da qeyd edək ki, zərdüştliyin meydana gəl-
diyi yerin, «Avesta»nın yazıldığı  əlifbanın və dilin Azərbaycanla 
daha çox bağlı olduğunu göstərən dəlillərdən biri də  məhz elə 
böyük və  məşhur atəşgədələrin Azərbaycan  ərazisində yerləş-
məsidir. Tarixi məxəzlərdə zərdüştliyin ən qədim atəşgədələrindən 
üçünün  daha çox adı çəkilir.  Bunlar  Azərğəşəsb, Azər Frənbağ və 
Azərbərzin atəşgədələridir. Adıçəkilən bu üç atəşgədənin içərisində 
ən mötəbər və müqəddəsi Azərgəşəsb atəşgədəsi sayılmışdır (31, 
33). «Bundəheş»in 17-ci fəslində yazılıb: «Cəmşid zamanında üç 
sinfi qorumaq üçün göydən üç od, üç ibadətgaha düşmüşdür:  
1. Azərbaycanda Azərgəşəsb adlanan atəşgədənin odu; 
2. Fars əyalətində Azər Frənbağ adlanan atəşgədənin odu; 
3. Xorasanda Bərzin Meh adlanan atəşgədənin odu. 
Azərgəşəsb odu hökmdar və qoşununu, Azər Frənbağ odu 
kahinləri, Bərzin Meh atəşgədənin odu isə torpaqda çalışan zəhmət 
adamlarını qoruyurdu (30, 34-35).  
Atəşgədələrdə oda sitayiş e.ə. birinci minilliyin əvvəllərindən 
başlanmışdır. Ancaq insanların oda inamı çox-çox əvvəllərə gedib 
çıxır.  İnsanoğlu odu əldə etdiyi gündən ona müqəddəs bir varlıq 
kimi baxmışdır. Bu da təsadüfi deyildir. Od bəşəriyyətin həyatında 
əsaslı bir dönüş yaratmışdır. Bu ciddi təkamülü həyatında duyan 


75 
insanoğlu da oda inanmış, gecə-gündüz onun keşiyini çəkmişdir. 
Çətinliklə  əldə etdiyi odun nazı ilə oynamış, onu gözdən qoy-
mamış, onun sönməyinə imkan verməmişdir. Həmin inamın izləri 
bu gündə Azərbaycanda qorunmaqdadır. Bu günün özündə  də 
yanan ocağın üstünə su atmırıq. Yanar ocağı, od-ocaq yerini 
natəmizlikdən qoruyuruq. Hətta müqəddəs and yerlərimizdən biri 
də ocaqdır.  İndi də dilimizdə «And olsun bu ocağa» «Bu ocaq 
haqqı», «Bu ocağa and olsun» kimi müqəddəs andlarımız vardır, 
Novruzdan qaynaqlanan zərdüştliyin odu müqəddəs tutması odun 
həyat, təkamül mənbəyi olması ilə bağlıdır. Od insanı  təbiətdən 
cəmiyyətə doğru inkişaf elətdirmiş və sivil cəmiyyətin qurulmasına 
təkan vermişdir. Od həyat gerçəkliyidir. Od həyat incilərindən 
biridir. Həyatın, təbiətin nəinki bitkin inkişafı, bütövlükdə var 
olması, bu ünsürün hər birinin varlığından bu və ya digər formada 
asılıdır. Kainatın və planetin əsaslı inkişaf qanunlarını  dərindən 
bilən Zərdüşt həyati gerçəkliyin inkişafına təkan verən odu mü-
qəddəs bilmiş, ona sitayiş etməyi vacib saymışdır. Zərdüşt inan-
cının baş allahı olan Ahuraməzda odun təmsilçisidir. «Avesta»da 
beş növ oddan danışılır. Birincisi Berezi Səvengah-Bəhram odu – 
atəşgədələr odu, ikinci Vəhvə Freynə odu – canlıların bədənində 
olan hərarət, üçüncü Urvazişta – bitkilərə xas olan hərarət, 
dördüncüsü Vedyaşt buludlar odu – ildırım, beşincisi Speniştə od – 
Ahuraməzdanın yanında saxlanılan  ən müqəddəs oddur. Buna 
behişt odu da deyirlər (31, 43-44).  
Zərdüştliyin vətəninin Azərbaycan olduğunu təsdiq edən 
faktlardan biri də Azərbaycan və Atropaten adları ilə bağlıdır. Bir 
çox tarixi mənbələrdə Azərbaycan toponimi «Odlar ölkəsi» kimi 
qeyd olunur. Atropatenə  gəldikdə isə, zərdüştliyi özünün rəsmi 
dövlət dini qəbul etmiş Sasanilərin dövründə bel


76 
etdikdən sonra dövlətin paytaxtından bu məbədə piyada ziyarətə 
getməli idilər (28, 29).  
«Şahnamə»də odun ilkin yaradıcısının Kəyumərs olduğu 
yazılır. Belə deyilir ki, o, ovladığı vəhşi heyvanların ətini bişirmək 
üçün odu əldə etmişdir (9, 25).  
Norvuz sistemində olduğu kimi, «Avesta» təlimində  də  həyat 
ünsürlərindən biri də sudur. «Avesta»da bu həyat ünsürlərini, çox 
doğru yerə, «ölməz müqəddəslər» adlandırırlar. Dünyanın yara-
dılışı haqqında məşhur pəhləvi kitabı «Bundəheş» də («Əsas yara-
dılma») yazılıb ki, Hörmüzlə  Əhrimən arasında müqavilə bağlan-
dıqdan sonra Amah raspandları («Avesta»dakı Ameşa-Spentanın) 
ölməz müqəddəsləri yaradır. Həmin «ölməz müqəddəslərin» altı-
sını  əvvəl yaratdı. Maddi aləmdə yaratdıqları birinci səma, ikinci 
su, üçüncü torpaq, dördüncü bitkilər, beşinci mal-qara, altıncı 
insan, yeddinci Hörmüz özü idi (28, 59). Zərdüştlikdə od kimi, su 
da müqəddəs sayılmışdır. Bu məqəddəslik də  zərdüştliyə  qədər 
özünə həyati status qazanmışdır. Od kimi, suya da həyati gerçəklik, 
həyati intişar mənbəyi kimi baxmışlar. Herodot və Strabonun 
yazdığına əsasən demək olar ki, Azərbaycan ərazisində yaşayanlar 
çox qədimdən suya inanmış, onu hər cəhətdən qorumuşlar. Suya 
həyat mənbəyi kimi, təmizlik, paklıq ünsürü kimı baxmaqda 
insanoğlu səhv etməmişdir. Zərdüşt dininin davamçılarının da suya 
sitayiş etməsinin kökündə elə bu gerçəklik dururdu. Mifik su tanrısı 
Anahitin baş allahlardan biri olması təsadüfi deyildir. «Avesta»nın 
5-ci Yaştı «Abənyəşt» Ardvi-Sur (Ardvi-nəm, rütubət, Sura – güclü 
deməkdir) Anahitə  həsr olunub. Orada göstərilir ki, Anahit mü-
qəddəs suların allahıdır. Onun yeri ulduzlar arasındadır. O, çox 
güclü və qorxmazdır. Ahuraməzda ona xüsusi hörmət və ehtiram 
bəsləyir. Bütün allahlar Anahitin hüzuruna gəlir. Anahitdən allahlar 
əzəmət, var-dövlət diləyirlər. Anahit təbiət və canlıların məhsul-
darlıgını  təmin edir. Anahitin siması da diqqət cəlb edəndir, boy-
buxunlu və gözəldir. Bir çox mənbələrdə Anahit sözü bir qədər 
sadələşdirilmiş, Hahid formasında işlədilmişdir. Nahid adı daha 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə