Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə34/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   30   31   32   33   34   35   36   37   ...   67

109 
təntənəli gününə  qırx gün qalmışdan hazırlığa başlanıldığı göstə-
rilir. Bəli, böyük və kiçik çillənin soyuq və şaxtasını görmüş insa-
nın qarşıdan gələn Novruza hazırlaşması  təbiidir. Təkrar da olsa
yenə vurğulayırıq ki, Novruz bir sistem kimi 365 günü əhatə edir. 
Azərbaycan xalqının zəngin mənəvi sərvəti sayılan Novruzla bağlı 
folklor nümunələri də Novruzun sistem halında 365 günü əhatə 
etdiyini təsdiqləyir.  Əzəl çərşənbə sayılan su çərşənbəsinə on gün 
qalana qədər ev-eşikdə, həyət-bacada təmizlik işlərinə başlanılır. 
Sayaçılar dölün başlanmasına az qalmış qohum-qonşuya təşrif 
buyurub pay alırlar. Əkinçilərdə əzəl (su) çərşənbəyə qədər işlərini 
sahmana salır, yaz şumuna hazırlaşırdılar.  Əkin-biçin adamları 
öküzləri nallayır, qaşovlayır, ust-başlarını təmizləyirdilər. Kimin nə 
çatışmamazlığı olurdusa, tapıb düzəldirdilər. Öküzü olmayan öküz 
tapıb alır, cütü çatışmayan cüt almalı olur. İnanca görə, səpin üçün 
saxlanılmış buğda, arpa saxlancları,  əzəl çərşənbə günü açılardı. 
Digər bir inanca görə, açılmış taxıl quyularından, məhsul bol olsun 
deyə, azuqəsi tükənənlərə pay verilərdi. Açılmış buğda quyularının 
üstünə  səməni qoyular, hədik bişirmək üçün imkansızlara taxıl 
bağışlanardı.  
Novruzun təntənəsinə kimi el-obada yaz şumunun başa çat-
ması, qoyun-quzunun yaza salamat çıxması üçün müxtəlif ayinlər 
keçirilir, nəğmələr söylənilirdi.  Əkinçilər yaz şumunu yazın 
girməsinədək qurtarırdılar. Bu təsadüfi bir iş deyildir. Herağac (tez) 
əkilmiş taxıl zəmiləri yayın isti küləkləri başlayana qədər yetişdiyi 
üçün biçilirdi. Gecikmiş taxıl zəmilərini yayın isti küləkləri ütüb-
yandırırdı.  
Novruzla bağlı keçirilən ayinlər müxtəlif dövrlərdə formalaş-
mışdır. Bu ayin, mərasim və digər folklor nümunələrinin yaranması 
Azərbaycan türkünün kainat və planet qanunauyğunluqlarını  dərk 
etməsi ilə eyni bir dövrə  təsadüf edir. Bu nəğmə, ayin və 
mərasimlərin dəqiq tarixini söyləmək qeyri-mümkündür. Ancaq 
inamla deyə bilərik ki, birbaşa kainat prosesləri ilə  əlaqədar olan 


110 
yel, yağış  və günəşlə bağlı  nəğmə  və  mərasimlər  əski çağlarda 
yaranıbdır. Kainat və planetdə gedən təbii prosesləri həssaslıqla 
müşahidə edən insan yel, yağış  və günəşin göy üzünün məhsulu 
olduğunu və yer üzünün (planetin) ona möhtac olduğunu bildiyi 
üçün zəruri məqamlarda onları (yel, yağış  və günəş) diləyibdir. 
İlin-günün quraqlıq keçdiyindən  əkib-becərdiyi məhsulun susuz-
luqdan yanıb-qovrulduğunu görən insanoğlu üzünü Göylərə tutub 
yağış diləyir: 
   Çax 
daşı,  
   Çaxmaq 
daşı,  
   Allah 
versin 
   Yağışı,  
   Su 
səpdim,  
   Suyu 
səpdim.  
   Arana 
suyu 
 
 
Səpdim.  
   Dağda gələn 
 
 
Seldi ho!..  
 
 
Dərələrdə göldü ho,  
   Su 
səpdim,  
   Suyu 
səpdim, 
   Arana 
suyu 
səpdim. 
   Çay 
daşı, çaxmaq daşı,  
 
 
Allah versin yağışı.  
 
Nəğmənin yığcamlığından və ritmindən asanlıqla görünür ki, 
bu, kollektiv formada ifadə olunubdur. İnsanlar kollektiv halda 
bulaq başında, çay kənarında yığışıb bu ayini icra ediblər.  
Günlərin aravermədən yağışlı keçdiyini müşahidə edən  əski 
çağların insanları  məhsulun çürüyəcəyini bildiyi üçün Tanrıdan 
günəş diləyib: 
Gün çıx, gün çıx,  
Kəhər atı min, çıx.  


111 
Oğlun qayadan uçdu,  
Qızın təndirə düşdü,  
Keçəl qızı evdə qoy,  
Saçlı qızı götür çıx.  
Gün getdi su içməyə,  
Qırmızı don biçməyə,  
Gün özünü yetirəcək,  
Keçəl qızı aparacaq,  
Saçlı qızı gətirəcək.  
 
Günəşin qabağını fasiləsiz tutan, nəmişlik, rütubət gətirən du-
man da məhsul üçün arzuolunmaz sayılır.  
 
Duman qaç, qaç, qaç,  
Pərdəni aç, aç, aç.  
Səni qayadan asarlar,  
Buduna damğa basarlar.  
 
və ya 
Duman qaç, qaç,  
Rübəndini aç, aç.  
Kürəyini dağlaram,  
Qaysağına 
Yağ çəkərəm,  
Yağlaram.  
Yaralarını  
Bağlaram,  
Səni yoldan  
Saxlaram . 
 
Min bir əzab-əziyyətlə  əkib-becərdiyi məhsulu biçib xırmana 
gətirmiş  əməkçi insan taxılı döyür. Taxıl döyülən  ərəfədə onu 


112 
küləşdən ayırmaqdan ötrü sovurmaq lazımdır. Taxılın küləşdən 
ayrılması üçün yel əsməlidir.  
 
A Yel baba, Yel baba,  
Qurban sənə, gəl, baba.  
Taxılımız yerdə qaldı,  
Yaxamız əldə qaldı.  
A Yel baba, Yel baba,  
Qurban sənə, gəl, baba.  
 
Gətirdiyimiz nümunələr mükalimə formasındadır. Bunun səbə-
bi əski çağların insanın kainat və onun ünsürlərini (yağış, yel, gü-
nəş  və s.) canlı saymasındadır. Qədim insan yellə, yağışla, du-
manla, günəşlə «dilləşib və danışıbdır».  
Kainat prosesləri ilə birbaşa  əlaqəli olan «Qodu-qodu» məra-
siminin yaranma tarixi də  əski çağlarla bağlıdır. Bir qədər irəlidə 
qeyd etdik ki, «Qodu-qodu» mərasimi qoşaxarakterli bir ayin olub-
dur. Düzdür, «Qodu-qodu» mərasimini daha çox günəşi çağırmaqla 
əlaqədar keçirilən bir törən olubdur: 
 
Qoduya qoymaq gərək,  
Qablara yığmaq gərək,  
Qodu gün çıxarmasa,  
Gözlərin oymaq gərək.  
Qodu palçığa batmışdı,  
Qamarladım çıxartdım.  
Qızıl qaya dibindən 
Qırmızı gün çıxardım.  
 
«Qodu-qodu» mərasimi həm də yağış çağırmaq niyyəti ilə 
keçirilibdir. Çox güman ki, bu, xalqın inamından yaranıbdır. Keçi-
rilən ayinlərdə xalq istədiyinə nail olduğu üçün bu mərasimlər 
(həm günəşi çıxarmaq, həm də yağışı yağdırmaq) ictimailəşdiril-
mişdir. Qodu mifik obrazdır. O, günəşin və yağışın təmsilçisi 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə