Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə42/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   38   39   40   41   42   43   44   45   ...   67

138 
Novruz həm də  sənət-peşə bayramı kimi xarakterizə edilir. Bu 
tendensiya daha çox özünü Mehrikan və  məhsul bayramı adı 
altında keçirilən mərasimlərdə özünü doğruldur.  
Azərbaycanda Novruz mərasimləri keçirilmə vaxtına görə  də 
fərqlidir. Azərbaycanın bir çox bölgələrində Novruz bayramı ilin 
axırıncı çərşənbəsində keçirilir. Bir çox ayin və mərasimlər də elə 
həmin günlərdə icra olunur. İlaxır çərşənbə axşamı ilə bağlı saysız 
ayinlər, inam, inanclar və s. mövcuddur. Həmin gün qulaq və su 
falına baxılır, müxtəlif əşyalar vasitəsilə bəxtə baxılır, niyyət edilir, 
çillə  çıxarılır və s. Bunlardan bəzilərini təfərrüatı ilə yazmaq 
istərdik.  
Axırıncı çərşənbədə «iynə süzdürüb», «çilə çıxarırlar».  
Bayramda hamı şənlənir, deyib-gülür. Həmin axşam kim daha 
tez yatsa, onu yatdığı yerə tikirlər. Bundan sonra onun üstünə su 
töküb oyadırlar.  
Axır çərşənbə lampanın altına qıfıl bağlayıb qoyurlar. Niyyət 
edib gözləyirlər. Qapını birinci kim açıb içəri girərsə, onun ilk 
dediyi sözü niyyətə görə yozardılar.  
Axırıncı  çərşənbədə  qızlar həmin axşam gec yatırlar. 
Yatmazdan əvvəl duzlu kökə yeyir, ancaq su içmirlər. Gecə duzlu 
kökə yeyənə su verirlər. Su verən adamın qızın həyat qisməti 
olacağına inanırdılar.  
Axır çərşənbə günü hərənin adına bir şam yandırılardı. Kimin 
şamı birinci yanıb qurtarardısa, həmin adamın ömrünün gödək 
olacağına inanardılar.  
Axır çərşənbə gecəsi Novruz bayramının  ən müqəddəs anları 
hesab olunur. Həmin gün, əslində, elə Novruz bayramının özüdür. 
Novruzun həmin əziz anları haqqında belə bir əfsanəvi inam bu gün 
də yaşamaqdadır.  
Belə deyirlər ki, axır çərşənbə günü çaylar bir an dayanır, 
ağacların budaqları əyilib torpağa dəyir.  
Axır çərşənbədə təbiətdə hər şeyin təzələndiyini deyirlər.  


139 
Xalqın Novruzla bağlı düşüncəsi, inamı, inancı və b. milli də-
yərləri daha çox axır çərşənbə ilə əlaqəlidir. Elə bu səbəbdəndir ki, 
bir çox regionlarda çərşənbə bayramı daha təntənəli qeyd olunur. 
Bəzi bölgələrdə isə Novruz şənliklərinə axır çərşənbə günündən 
başlanır.  
Axır çərşənbə günündə  həyət-bacalarda və el-obada əhalinin 
toplaşdığı yerlərdə tonqallar çatılır. Köhnə ilin dərd-bəlasından, 
azar-bezarından, qada-balasından qurtarmaq niyyəti ilə  uşaqdan-
böyüyə – hamı tonqalın üstündən yeddi dəfə tullanardı. Bəzi yer-
lərdə  hətta mal-heyvanı, qoyun-quzunu belə tonqal başına dolan-
dırır, iki tonqalın arasından keçirərlər. Tonqalın üstündən 
tullanarkən müxtəlif nəğmələr oxunardı: 
 
   
Ağırlığım-uğurluğum odlara,  
  
Yazda 
mənlə hoppanmayan yadlara.  
   
Ağırlığım od olsun,  
   
Odda yanan yad olsun.  
 
və ya 
 
 
Ağrım-uğrum tökülsün,  
 Oda 
düşüb kül olsun.  
 Yansın, alov saçılsın,  
  Mənim bəxtim açılsın.  
 
Subyektiv səbəblərdən bəzi araşdırıcılar tonqal yandırmaq 
mərasimini atəşpərəstliklə bağlayırlar.  Əslində, yanlışlığa yol 
verirlər. «Bəllidir ki, atəşpərəstlər odu ilahiləşdirərək ona sitayiş 
edirdilər. Onlar oda, atəşə o dərəcədə müqəddəs bir şey kimi baxır-
dılar ki, hətta oda öz nəfəslərinin belə toxunmasını istəmirdilər. 
Zərdüştə görə, insanın nəfəsi təmiz deyildir və onun müqəddəs oda 
toxunması günahdır. …. Novruz mərasimində od, tonqal üstündən 
atılan mərasim iştirakçıları «ağrım-acım tökülsün bu odda yansın» 
mövqeyindən çıxış edir. öz çillələrini, ağırlıqlarını odun üstünə 


140 
töküb orada yandırmaq istəyirlər. Deməli, Novruz mərasimindəki 
od ünsürü «Avesta» – atəşpərəstliklə bağlı deyildir (59).  
Bir çox regionlarda üzərlik yandırma ayini elə bu vaxt (tonqal 
yandırma) keçirilir. Qadınlar  əvvəlcədən hazırladıqları üzərliyi 
tonqala atıb oxuyardılar: 
   
 
Üzərliksən, havasan,  
Hər bir dərdə davasan.  
Hər yerdə sən olasan,  
Qada-bala sovasan.  
 
İnama görə, üzərlik qada-bala aparır, bədnəzərdən qoruyur. 
İnsanlar bu inamlarında da səhv etməmişlər. Sonralar elm də bu 
qənaətə  gəldi ki, üzərliyin tibbi müalicəvi  əhəmiyyəti vardır. 
Əhliman Axundovun yazdığına görə, Dərbənd və Quba bölgə-
lərində «pülənbər» adlandırılan xüsusi üzərlik yandırılması adəti 
olubdur.  
 Son  çərşənbə axşamında və Novruzda təntənə ilə keçirilən 
mərasimlərdən biri də vəsfi-hallardır. Hava qaralanda dəstə halında 
qızlar çeşməyə, bulağa su gətirməyə gedirlər. Bu vaxtı kəlmə belə 
kəsmək olmaz. Lal-dinməz səhənglərini su ilə doldurduqdan sonra 
evlərin birində  cəm olarlar. Evin ortasına içi su ilə dolu olan bir 
badya və ya ləyən qoyulardı.  İki nəfərin-qız və  oğlanın adına 
ləyənə üzük, sırğa, iynə salınardı.  
Bu mərasimin müxtəlif variantları mövcud olub. Əgər qaba 
üzük, sırğa, sancaq salınıbsa, qabın üzərinə yaylıq örtərdilər. Qabın 
yanında oturan adam əl atıb qabdan üzük və  sırğa çıxarır. Çıxan 
əşyaya aid (üzük, sırğa, sancaq) bir bayatı söylərdi, qızlar da bir 
ağızdan oxuyardı. İynə ilə fala baxılan zaman şərt belə idi ki, əgər 
iynələr çalxalanmış suda bir-birinə yaxınlaşardısa, onda sevgililər 
qovuşacaqdılar. Su qabının yanında  əyləşən qadın  əlamətə, hal-
əhvala uyğun olan bayatılar söyləyərdi: 
 
 
 


141 
                     Məscidin ocağında,  
 
 
Şam yanar bucağında.  
   Allah 
muradın versin,  
 
 
Ağ oğlan qucağında.  
və ya 
   Sürmədanın milisən,  
 
 
Can gülüm, can, can! 
   Dost 
bağının gülüsən,  
 
 
Can gülüm, can, can! 
 
 
 
                      Həm yaxın qonşususan,  
 
 
Həm də sevgilisisən. 
 
 
Can gülüm, can, can! 
 
 
Can gülüm, can, can! 
 
Vəsfi-hal, adından göründüyü kimi, halın tərifi və  təsviridir. 
Həmin situasiyada sözə güclü bir inam yaranırdı.  İnam hissinin 
insan həyatında hansı rolu oynadığı artıq hamıya bəllidir. Vəsfi-
hala inananlar Tanrıya daha çox üz tuturlar. Arzu və niyyətlərinə 
çatmaq, diləklərinə qovuşmaqdan ötrü daxildən gələn güclü bir 
inamla Tanrıdan dilək diləyirdilər.  
Göründüyü kimi, vəsfi-hallar ən çox su falı ilə bağlıdır. «Dün-
ya ağacının» kökündə su kultunun da durduğu məlumdur. Ümu-
mən, türklərdə, o cümlədən Azərbaycan türklərində su aydınlıq, 
saflıq, paklıq rəmzi sayılıb. Su insan həyatının rişələrindən olub. 
Elə bu özəl inamın nəticəsidir ki, falların ən müqəddəsi su ilə fala 
baxmadır. Mərasimin kökündə su dayandığındandır ki, bəzi 
tədqiqatçılar (E.Aslanov) bu ayinin həm də su çərşənbəsində icra 
edildiyini yazırlar.  
Novruz özündə xalqın həyatını, məişətini, dünyagörüşünü, 
ümumən, maddi-mənəvi dəyərləri cəmləyən gerçək bir sistemdir. 
Bu sistem əhatə dairəsinə görə  də son dərəcə  zəngindir. Xalqın 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə