Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə51/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   47   48   49   50   51   52   53   54   ...   67

168 
və canlanandır. Doqquz qız, doqquz oğlanın seçilməsi də, doqquz 
rəqəminin türk təfəkküründəki müqəddəsliyindən irəli gəlibdir. 
Böyük ehtimalla deyə bilə


169 
boynunda üçqat qızıl lüləli boyunbağı  və papağında  şir fiquru 
vardır. Məlumdur ki, şir günəşi təmsil edib. Bu, mifik düşüncənin 
əyaniliyidir. Türk mifik inamına görə, insanın atası Günəşdir. 
Həmçinin qurd da mifik təfəkkürdə Günəşin təmsilçisi olub. «Gü-
nəşə inam türkdilli xalqlarda o qədər geniş yayılıbmış ki, onun 
şəklini və  təmsil edənin  şəklini yalnız geyimlərinə tikdirməklə, 
boyunlarından asmaqla kifayətlənmirdilər. Hətta əfsanəvi ulu baba-
lar, igidlər, sərkərdələr Günəşin (bəzən Ayın)  şəklini paltarlarına, 
papaqlarına çəkdirərmişlər.  
Misal üçün, «Maaday Qara»dastanında göstərilir ki, Maaday 
günəş şəkilli paltar geyinərmiş. Hətta xaqanlar çadırlarının önündə 
Günəşin təsvirini çəkdirərmişlər ki, onları  şər ruhlardan qorusun. 
Bu ənənə son əsrlərə kimi davam etmişdir.  
Deməli, soyköklə bağlı  əfsanələrdəki, deyimlərdəki adamlar, 
qurdlar Günəşin rəmzidir. Bəzən azərbaycanlılar, qurdu açıqdan-
açığa Günəşin bəlirtisi kimi verərmişlər. Azərbaycanda günəşli 
gündə yağış yağanda deyirlər ki, qurd quzulayır (balalayır). Nə 
üçün günəşli havada bu deyim işlənir? Çünki qurd Günəşin bəlirtisi 
olduğundan, Günəş doğur əvəzinə, qurd doğur deyilir. Axı, günəşli 
havada yağışın yağması adi hal deyildir. Bu, təbiətin az təsadüf 
edilən hadisələrindəndir. Bu hadisəni onun doğması ilə bağlamağın 
belə bir səbəbi ola bilər. Günəş – qurd yağışı doğur, yağdırır, onun 
vasitəsi ilə yerə bərəkət yollayır (16, 49-50).  
«Qurd üzü mübarəkdir» – deyən türk, qurdu Günəşin simvolu 
bilib. Yeri gəlmişkən, qurd həm də  qışın təmsilçisi sayılıb. 
Tanınmış tədqiqatçı professor M.Seyidov «Yaz bayramı» kitabında 
yazır: «Göydən yaruqun – şüanın içindən gələn qurd günəşlə bağlı 
olduğundan o, qışı və eləcə də istiliyi, əksliklərin hər iki qolunu da 
təmsil etmişdir. Çünki qurd Günəşin bəlgəsidir. Qurd qışı  təmsil 
etdikdə yazla mübarizə aparır, öz ağalığını qorumağa çalışır. O, 
Günəşin  əksliklərini yox, günəşin özünü təmsil edəndə (yaruqun 


170 
içində göydən gələrkən) hərdən ulu ataya, hərdən insanlara yol 
göstərən olur» (16, 65).  
«Oğuznamə»nin Uyğurustan variantında göy qurd Oğuza 
müqəddəs varlıq kimi təqdim olunur: «...Səhər ertədən Oğuz 
kağanın çadırına güntək bir şüa-yaruq girdi. O, yaruğun içindən 
göy tüklü bir erkək böri – qurd çıxdı. Bu qurd Oğuz kağanına dedi: 
- «Ay Oğuz, sən Urum üzərinə yürüşə hazırlaşırsan». «Ay Oğuz, 
mən səninlə qabaqda gedəcəyəm». Bundan sonra Oğuz kağanı 
çadırını yığdı, irəli getdi və gördü ki, ordunun qabağında göy tüklü
böyük bir erkək böri (qurd) gedir. O börinin – qurdun dalınca hamı 
hərəkət edir» (17, 73).  
Müəllif bunun ardınca mifə öz münasibətini bildirir: 
«Yuxarıdakı örnəkdən aydın görünür ki, Oğuzun çadırına yaruq – 
şüa girir. Bu yaruğun içindən göy tüklü erkək qurd çıxır və Oğuza, 
onun ordusuna yol göstərir. Burada iki məqama, duruma diqqət 
yetirməliyik: a) Yaruğun (günəşin  şüasının) qurda çevrilməsi ilə 
mif yaradıcısı qurdun günəşin bəlgəsi olduğuna işarə etmişdir.  
b) Göydən gələn yaruğun (günəş  şüasının) qurda çevrilməsi 
mifik təfəkkürdəki dönmə, çevrilmə hadisəsi ilə ilişgəlidir.  
Günəş – böri – qurd Oğuzun, ümumiləşdirilmiş deyilsə, insanın 
çətin vaxtlarda harayına çatır. Elə buna görə də günəş yaruq – şüa 
şəklində yerə enir və qurda dönüb, Oğuza, insanlara yardım edir» 
(17, 74).  
Qurdun Günəşi təmsil etməsi hər cəhətdən özünü doğruldub. 
Əski düşüncəyə görə, bir çox təbiət hadisələrini, o cümlədən yağışı 
yaradan Günəşdir. Qədim insan inanırdı ki, yağış yağdıran yada 
daşı qurdun qarnındadır (17, 68).  
«Böri və keçi» oyununda da qurd qışın təmsilçisidir. Türklərdə 
yazda evlənmə ilə  əlaqədar oyunlardan biri də «Böri (qurd) və 
keçi» oyunudur. M.Seyidovun fikrincə, bu oyun vaxtı ilə yazla 
bağlı törən olmuşdur. «Böri və keçi» oyunu toy şənliklərində icra 
olunmuşdur. Müxtəlif versiyalarda icra olunan bu mərasimin  əsas 


171 
motivi eyni olmuşdur. Qız (gəlin) qucağında keçi (oğlaq, quzu) 
rəfiqələri ilə, oğlan (bəy) dostları ilə atlanırlar. Oyunun şərtinə görə 
oğlan (bəy) qızın  əlindən oğlaqı almalıdır. Yarış (vuruş) başlanır. 
Qız (gəlin) və rəfiqələri oğlağı vermirlər.  
Burada qucağında oğlaq olan qız yazın, oğlan isə  qışın 
rəmzidir. Bu törəndə  əsas məram yazın həyat, inkişaf, nəsil, soy 
davamı olmasını nümayiş etdirməkdir. Həyatın – təbiətin və insan 
cəmiyyətinin inkişafı  əksliklərdən – yazla qışın, oğlanla qızın 
harmonik münasibətlərindən asılıdır. Qurd göydən düşən yaruğun – 
Günəşin təmsilçisidir. Günəşi təmsil edən qurd insanlara (Oğuzun 
simasında) yol göstərir. Qışı təmsil etdikdə yazla vuruşur.  
Qurdun qışı  təmsil etməsi ağlabatandır. Fikrimizcə, bu türk 
təfəkkürünün məhsulu olan dualist düşüncə ilə bağlıdır. Qurd 
güclü, qüvvətli olduğundan özündə günəşi və  qışı – odu və suyu
istini və soyuğu birləşdirir.  
Ümumən, türk xalqlarında od kultu çox geniş yayılmışdır. 
Türklər həyat və məişətlərindəki bir çox hadisə və məsələləri odla 
əlaqələndiriblər. Qədim Göy türklər  əmin idilər ki, od insanı 
düşmənindən və bəd ruhlardan hifz edir. Xaqanın yanına gələnləri, 
xüsusən də xarici qonaq və elçiləri iki odun arasından keçirirdilər 
ki, yad adamlar pis və yaman ruhlardan təmizlənsinlər. VI əsrdə 
yaşamış Göy türklər xaqanın yanına gəlmiş Bizans elçilərini od 
arasından keçirmişlər.  
Orta əsr tarixçilərinin yazdığına görə, türklər xaqana ünvanlan-
mış hədiyyələri də iki od arasından keçirməklə təmizləyirdilər (18, 
165-166).  
Odun fiziki və mənəvi təmizlənmə vasitəsi olduğuna yaxından 
bələd olan Zərdüşt özü oda əlahiddə bir münasibət bəsləmiş  və 
odun müqəddəsliyini insanlara təlqin etmişdir. Bu inam qədim 
Midiyada Zərdüşdən xeyli əvvəl mövcud olmuşdur. Zərdüştlikdə 
xüsusilə müqəddəs sayılan odun özü pis, yaman və bəd əməllərdən 
qorunub. Zərdüşt inamına görə, odun (ocağın) qarşısında oturan 
kahinlər ağızlarını parça ilə bağlayırdılar ki, nəfəsləri oda toxunub 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə