Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə59/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   55   56   57   58   59   60   61   62   ...   67

195 
olaraq çalıb-oxumaq, deyib-gülməklə müşayiət olunur ki, bu 
optimist keyfiyyətlər də islam dini ilə bir o qədər bağlı deyildir. XI 
əsrdə yaşamış böyük mütəfəkkir, filosof şair Ö.Xəyyam «Novruz-
namə» adlı xüsusi traktat yazmış, Novruzu «xalqın əvəzsiz şənliyi» 
adlandırmışdır.  
Bütün dünyanın böyük mütəfəkkirlər kimi tanıdığı Rudəki, 
Firdövsi,  İbn Sina, Xaqani, Nizami və b. Novruza təbiətin diktə 
etdiyi  əsl xalq bayramı kimi baxmışlar. Tarixin müxtəlif dönəm-
lərində yazın gəlişi münasibəti ilə onlarla «Bahariyyə» yazılmışdır. 
Bütün bunlar əsas vermir ki, həmin bayramın yaradıcısının Həzrəti 
Əli olduğu qənaətinə gələk.  
Novruz bayramının geniş kütlə arasındakı nüfuzunu hiss edən 
din xadimələri müxtəlif dövrlərdə ondan bu və ya digər formada 
faydalanmağa çalışmışlar. «Bu bayramı müxtəlif dövrlərdə hakim 
siniflər öz mənafelərinə xidmət edən bayrama çevirməyə çalış-
mışlar: atəşpərəstlik və islam dini nümayəndələri ona öz təsirlərini 
göstərməyə, ona gah İranın əfsanəvi hökmdarlarından olan Cəmşi-
din, gah da Həzrəti Əlinin taxta çıxması günü ilə əlaqələndirməyə 
çalışmışlar.  
…Ancaq xalqı buna inandıra bilməmişlər.  Əslində, Novruz 
bayramı  nəinki islam dininin prinsiplərinə uyğunlaşmamış, bəlkə 
də, bu prinsiplərin ziddinə olmuşdur. Təkcə onu qeyd etmək kifa-
yətdir ki, islam dini ilə  əlaqədar olan dini bayramlar kədər və 
matəm günləri olduğu halda, Novruz-şənlik, sevinc bayramıdır. 
Toy mərasimləri çox vaxt Novruz günlərində keçirilmişdir» (48, 
74-75).  
Ümumən, vahid bir sistem olan Novruzun son günü astronomik 
hadisəyə təsadüf etdiyindən təntənəli qeyd olunubdur. Həmin gün 
– 
martın 21-i sabitdir. Hər il eyni astronomik hadisə baş verir. Nov-
ruz bayramı günü dəyişilməzdir. Tarixin müxtəlif dönəmlərində bu 
bayramın təntənəsinə,  şöhrətinə göz dikilib, şərik çıxılıbdır. Dini 
bayramlar qəməri təqvimi ilə keçirildiyindən sabit qala bilmir


196 
yerini hər il dəyişir. Qəməri ildə aylar 28-29 gündən ibarət 
olduğundan il 354 gündən artıq olmur. Günəş  təqvimi də bundan 
11 gün artıqdır. Elə bu səbəbdəndir ki, qəməri təqviminə əsaslanan 
dini bayramlar Günəş  təqviminə  nəzərən hər il 10-11 gün irəli 
çəkilir. Məsələn, bu il Qurban bayramı aprelin 10-da keçirilibdisə, 
gələn il fevralın sonuna düşəcəkdir. Daha bir il sonra isə fevralın 
20-sinə  təsadüf edəcəkdir. Digər dini bayramlar da (orucluq, 
məhərrəmlik və s.) bu taleyi yaşayır. Hər il 11 gün fərq olmaqla
hər 33 ildən bir qəməri il, Günəş ilindən düz bir il geri qalır. Bu 
müqayisə bir daha sübut edir ki, Novruz dini bayram deyil. Dini 
bayramlar qəməri təqvim, Novruz isə Günəş  təqviminə  əsaslanır. 
Novruz bayramı sabit bayram olduğundan islam din xadimləri 
rişxəndlə ona «topal bayram» demişlər» (51).  
Novruzun  şiə  təriqəti ilə  əlaqələndirilməsində daha bir 
ziddiyyətlə rastlaşırıq. Aydındır ki, bu kainat bayramını şiə təriqə-
tinə  mənsublarla eyni təntənə ilə sünni məzhəbinin daşıyıcıları da 
qeyd edirlər.  İslam dininə  mənsub Azərbaycan türklərinin böyük 
bir hissəsini təşkil edən sünni təriqətinin tərəfdarları da şiələrlə 
birgə bu bayramı böyük təntənə ilə keçirirlər. Bu versiyanı 
Novruzun sünni məzhəbinin daşıyıcıları  tərəfindən dəbdəbə  və 
əzəmətli keçirilməsinin özü açıq şəkildə inkar edir.  
Novruzun islam dininə bağlılığını açıq-aşkar inkar edən daha 
bir «əşyayi-dəlil» vardır. 1897-ci ildə F.A.Brokhauz və İ.A.Yefro-
min Sankt-Peterburqda nəşr etdikləri «Ensiklopedik lüğət»də 
deyilir ki, Novruz baharda gecə  və gündüzün bərabərləşdiyi gün 
şərəfinə keçirilən yeni il bayramıdır, mey və qızılgüllər bayramıdır. 
Adıçəkilən «Ensiklopedik lüğət»də daha çox diqqətiçəkən 
Novruzun mey bayramı kimi qeyd olunmasıdır (37, 17). Mifik şah 
olan Cəmşidin (Cami Cəmşidin) meyin yaradıcısı olması barədə 
əfsanə  də elə bu fikirdən su içir. Novruz bayramında mey (şərab) 
içilməsi onun islamdan çox əvvəl yarandığını bir daha təsdiqləyir.  


197 
Novruz və dinlərin xronologiyasına azacıq nəzər saldıqda 
görürük ki, Novruz dinlərdən çox əvvəl meydana gəlibdir. Novruz 
qanunauyğunluqları insanların həyat normalarına çevrilibdir. Nov-
ruz qanunauyğunluqlarının insanların  şüuraltına keçdiyini, insan-
ların həyatlarını Novruz sisteminə uyğun qurduqlarını açıq-aşkar 
görən dini ideologiya tərəfdarları Novruzdan faydalanmağa baş-
lamışlar.  
 
 
4.2. Fəsillərin yaranmasında Novruzun yeri 
 
Yuxarıda Novruzun bütöv bir sistem olduğunu dönə-dönə qeyd 
etdik. Novruz yalnız martın 21-22-ni əhatə etmir. Bir daha vurğu-
layırıq ki, ilin təzələnməsini təsdiqləyən astronomik hadisənin – 
Günəşin zenitdə olması, günəş  şüalarının yerin hər iki cənub və 
şimal yarımkürələrini eyni səviyyədə  işıqlandırması, gecə-gündüz 
bərabərliyinin yaranması Novruzun təntənə dövrü sayılır. Təqvim 
Novruzdan (21-22 mart) başlanır. Həmin gün yaz fəsli də başlayır. 
Günəşin gecə-gündüz bərabərliyindən (21 martdan) ilin ən uzun 
gündüz vəziyyətinə qədər (22 iyuna) olan dövr yaz adlandırılır. Elə 
bu qlobal kainat hadisəsini müşahidə edən insanlar həmin günləri 
martın 21-22-ni dəbdəbəli bir formada qeyd edirlər. Novruz 
bayramı bu təntənələrlə başa çatsa da, Novruz sistemi bir tsikl kimi 
davam edir. Kainat və planetin sirlərinə kifayət qədər bələd olan 
Azərbaycan türkləri yazın ilk gününü həssaslıqla müşahidə etmiş-
lər. Xalqın min illərlə apardığı müşahidələrdən gəldiyi qənaətə 
görə, bahar fəslinin birinci günü yazı, ikinci günü yayı, üçüncü 
günü payızı, dördüncü günü qışın  əlamətlərini bildirirdi. Baharın 
ilk günü yağmurlu-yağmursuz, küləkli-küləksiz keçməsi ilə 
müəyyənləşdirilərdi ki, yaz necə keçəcəkdir. Əgər hava küləksiz və 
yağmursuz keçərdisə, yazın da xoş keçəcəyi güman edilərdi. Əgər 
həmin gün hava soyuq və yağmurlu keçərdisə, yazın da yağmurlu 
olacağı  qənaətinə  gəlinərdi. Empirik müşahidə  əsasında xalq belə 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə