Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə61/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   57   58   59   60   61   62   63   64   ...   67

201 
layardısa, həmin ilin qışı mülayim keçəcəyi gözlənilirdi. Əgər çinar 
aşağıdan yarpaq tökümünə başlayardısa, qışın sərt olacağı 
proqnozlaşdırılırdı. Ağaclar yarpaqlarını gec tökərdisə, qışın son 
dərəcə sərt keçəcəyi və uzun sürəcəyi gözlənilirdi. Xalqın inam və 
müşahidələrində belə nümunələr saysız – hesabsızdır. Əvvəlcədən 
aparılan empirik müşahidələr sərt və  ağır qışla bağlı idi. Sözün 
həqiqi mənasında, qış insanlar üçün məşəqqətli bir dövr sayılırdı. 
Elə bu səbəbdən xalq payızla bağlı deyirdi:  
«Qorx payızdan, qabağından qış  gəlir. Qorxma qışdan, 
qabağından yaz gəlir». Xalq maddi-mənəvi cəhətdən payızdan qışın 
sərt üzünə hazırlaşırdı.  İqtisadi baxımdan qışa hər cür ehtiyat 
görmüş insanlar mənəvi – psixoloji baxımdan da qışa tam hazır 
olduqlarını nümayiş elətdirirdilər. Qədim tarixə malik olan 
«Kəvsəc» bayramı da elə bu niyyətlə keçirilirdi. «Kəvsəc» oyunu 
payızın ortalarında (noyabrda) keçirilirdi. Bu o vaxt olur ki, havalar 
soyuyur, yer – yurd qırov bağlayır. «Kəvsəc» geniş xalq 
kütlələrinin marağına səbəb olan mərasim tamaşası olub. Xalqın 
iştirakı ilə meydanda keçirilən bu mərasim tamaşasının leytmo-
tivini qışı nüfuzdan salmaq, onu qorxutmaq, camaatı psixoloji 
cəhətdən qışa hazırlamaq təşkil edir. Komik qiyafədə olan bir nəfər 
əynində  cındır paltar qatıra minib meydana çıxar və  əlində tükü 
yolunmuş qarğa tutarmış.  Ətrafdakılar onun üst-başına soyuq su 
tökərmiş. Ancaq o, bunu hiss etdirmədən «istidir – istidir», – deyə 
qışqırar,  əlindəki yelpiklə üzünü yelləyərdi. Həmin  şəxsin bir 
əlində qarğa tutması da təsadüfi olmayıb. Xalqımızın inamlarından 
bizə məlumdur ki, qarğanın «qarr», «qarr» səslənməsi qarın, qışın 
çağırılması kimi mənalandırılıb. Buradakı qatır da qışın simvo-
ludur. Məlumdur ki, qatır doğub-törəmir, artıb-çoxalmır. Qış da 
qatır kimi barsız-bəhərsizdir, nəsil artıran yox, nəsil kəsəndir (40, 
109).  
Tədqiqatçıların bəziləri «Kəvsəc» mərasim tamaşasını Novruz 
ərəfəsində keçirilən «Qarı ilə martın deyişməsi» və qarı  nənə ilə 


202 
bağlı olan digər süjetli səhnələrlə eyniləşdirirlər. «Kəvsəc» meydan 
tamaşasının bir sıra variantları olmuş (A.Nəbiyev), ancaq yuxarıda 
qısa mündəricəsini xatırlatdığımız mərasim oyunu daha qədim və 
populyar olmuşdur. Onun məzmunundan göründüyü kimi, orada 
qışın yazla deyişməsi – mübarizəsi yoxdur. Dediyimiz kimi, qışı 
mənən  əzmək, onu hörmətdən salmaq, ona əhəmiyyət verməmək 
daha çox qabardılır. Qış şər qüvvə kimi diqqətə çatdırılsa da, onun 
mənəvi qələbəsinin olmayacağı, tezliklə yox olacağına psixoloji bir 
inam yaradılır. Xalqın təfəkküründən süzülüb gəlmiş  və zaman – 
zaman cilalanmış belə nümunələrdən daha xarakterik olanına 
diqqət yetirək: 
 
Üçü bizə yağıdı,  
Üçü cənnət bağıdı.  
Üçü yığıb gətirir,  
Üçü vurub dağıdır.  
 
 
Son dərəcə açıq-aydın və şəffaf olan bu folklor nümunəsi qısa, 
lakonik olduğu qədər də, mündəricə baxımından da olduqca zən-
gindir. Bu poetik nümunədə ilin fəsillərinin xarakteri müdrikcəsinə 
təsvir olunub. Bizə yağı  kəsilən qış, cənnət bağı yaz, var-dövlət 
yığıb toplayan yay, əldə edilmiş nemətləri dağıdan isə payızdır.  
İlin son fəsli, canlı təbiətə və insanlara yağı kəsilən qışdır. Qış 
fəsli dekabrın 22-dən martın 22-dək davam edir. Bir qədər irəlidə 
qeyd etdik ki, 40 günlük böyük, 20 günlük kiçik çillədən və 30 
günlük Boz aydan ibarətdir. Qışla vağlı  bəzi məlumatları  əvvəldə 
verdiyimizdən burada təkrara ehtiyac duyulmur.  
Novruz daxili harmoniyası, dəyişilməz nizamı olan sistemdir. 
365 (4 ildən bir 366) gündən ibarət olan il, 4 fəslə, hər fəsil 3 aya, 
hər ay özlüyündə 4 həftəyə, həftə isə 7 günə bölünmüşdür. Bu 
harmoniya sutka ərzində  də özünü qoruyub saxlayır.  Əski 
zamanlarda Azərbaycan türkləri vaxt və  təqvim anlayışını özləri 
üçün dəqiqləşdirmişdir. Vaxt və təqvim anlayışlarında zərrə qədər 


203 
səhvə yol vermədiklərinə  əmin olan müdrik xalqımız qənaət və 
düşüncələrini folklor nümunələrində belə açıqlamışdılar.  
 
Babanın bir çuxası var,  
On iki cibi,  
Hər cibində otuz düymə,  
Hər düymənin bir üzü ağ,  
Bir üzü qara.  
 
Xalqın təvəkküründə baba kainatı, çuxa ili, on iki cib ilin ay-
larını, otuz düymə ayın günlərini, ağ və qara düymələr isə gecə və 
gündüzün rəmzidir.  
Məna və mahiyyətcə bu tipli folklor nümunələri olduqca 
çoxdur. Dərin müşahidə və güclü yaddaşa malik xalqımız hər ayın 
və  hətta hər günün belə xarakterini müəyyənləşdirə bilmişlər. 
Fevralın 20-dən martın 20-nə  qədər olan bir aylıq dövrə Boz ay, 
aprel ayına – leysan, may ayına ağlar – güləyən, iyuna – vaynənə, 
iyula – qorabişirən, avqusta – quyruq donan, (quyruq doğan), 
sentyabra – sol, yan, noyabra – qırovdüşən deyiblər.  
Bu adlar ötəri, təsadüfi verilməyib. Uzun illərin dəqiq və dərin 
müşahidələrindən, dönə-dönə  sınaqdan çıxarıldıqdan, təcrübədən 
keçdikdən sonra verilibdir. Fevralın sonu və martın ilk ongünlüyü 
havalar boz-bulanıq, dumanlı, aprelin yağıntılı mayın istili-soyuqlu, 
iyulun həddindən artıq isti, avqustun nisbətən mülayim, sentyabrda 
isə ot-ələfin yanıb-saralması bu ayların belə adlandırılmasını 
şərtləndirib.  
Xalqın uzun illər ərzində gəldiyi qənaət belə idi ki, payız gecə-
gündüz bərabərliyindən sonra günəş  tədricən taqətdən düşür
gücsüzləşir. Xalq da belə bir inam var idi ki, günəş dərinliyə düşür. 
Dekabrın 21-22-ə kimi günəş tamam taqətdən düşmüş bir durumda 
olur. Dekabrın 21-22-nə  qədər gündüzlər qısalır, gecələr uzanır. 
Nəhayət, qış gündönümündə Günəş zodiakın  ən dərin guşəsinə – 
Oğlaq (Təkə) bürcünə girir. Həmin gün (dekabrın 21-22-si) ilin ən 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə