Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə57/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   53   54   55   56   57   58   59   60   ...   67

189 
ardıcıl və müntəzəm əvəz etməsi, ilin martın 21-də dəyişməsi sırf 
kainat hadisəsidir. Bu, əbədi və  əzəli, pozulmaz və  dəyişilməz 
kainat hadisəsi astronomik elmi əsaslarla sübuta yetirilib. Bu 
məsələ artıq birmənalı  həllini tapdığından heç kəsdə  şübhə do-
ğurmur. Sırf astronomik elmi şərhini tapmış illərin bir-birini əvəz 
etməsi məsələsinə Novruz sistemində olduğu kimi, rəvayətlə 
bağlamaq istəmişlər.  İlin müəyyən bir heyvanın (at, it, pələng, 
dovşan və s.) üstündə  təhvil olmasına da insanlar inanmışlar. Bir 
çox tədqiqatçılar bu rəvayətlərin məntiqsizliyinə, çox doğru yerə
şübhə etmişlər. Əslində, bu rəvayətlərin bəzisi o qədər primitivdir 
ki, özlüyündə gülüş hədəfinə çevrilir. Məsələn, rəvayətlərin birində 
deyilir ki, il təhvil olunan gün bir nəfər münəccim quyuya düşür, 
üstünü bir şeylə örtür, orada fal açır ilin hansı heyvan üstündə 
təhvil olunacağını quyuda bilir. Cəfər Quluzadə «Bahar nə zaman 
başlanır?» məqaləsində yazır ki, ilin nə üstə  təhvil olmasının heç 
bir elmi əsası yoxdur. Akademik Fuad Qasımzadə  də onun bu 
mülahizəsi ilə razılaşmışdır. Onun qənaətincə də, il heç bir heyvan 
üstə təhvil olmur. Bunun ardınca F.Qasımzadə yazır ki, məsələnin 
özünün doğmasının müəyyən dərəcədə elmə, təqvimə, astrono-
miyaya aidiyyəti var və bunu izah etmək lazımdır (37,57). F.Qa-
sımzadə bu mülahizəsində də tamamilə haqlıdır. Fikrimizcə, qədim 
insanlar  əsassız, maddi-mənəviyyatsız heç nə yaratmayıblar.  İlin 
hər hansı heyvan və  həyati ünsürlər üstündə  təhvili məsələsi də 
tamamilə maddi-mənəvi  əsassız ola bilməz. Çox böyük ehtimalla 
deyə bilərəm ki, ilin heyvanlar və  həyat ünsürləri (od, su, torpaq, 
ağac və metal) üzərində  təhvili kainat (kosmos) və planet (yer) 
münasibətlərinin əvəzsiz, dəyişilməz olduğuna, təbiət və cəmiyyət 
münasibətlərinin qarşılıqlı harmoniyasına açıq işarədir. Bir qədər 
də açıqlasaq, belə qənaət hasil olur ki, insan bütövlükdə kainat və 
planetdən kənarda yaşaya bilməz. Kosmos və yer dəyişilməz və 
əbədi vəhdətdədir. Kosmosdakı bütün dəyişikliklər, xüsusən Günəş 
və Ayın qarşılıqlı harmonik astronomik asılılığı insan həyatına, 
hətta hər bir insanın  şəxsi taleyinə birbaşa təsir göstərir. Həmin 


190 
təqvimlərin yaradıcılarının da məqsədi «kodlaşdırılmış» insan 
bioqrafiyalarının əyani surətdə oxunmasına yardım etmək olubdur. 
İnsafən də deyək ki, müəyyən mənada bu niyyətə-yaxın gələcəyin 
proqnozlaşdırılmasına qismən nail də olublar. Göyü (səmanı) 
planetin və bütövlüklə kainatın aynası, güzgüsü bilən türklər yer 
üzərindəki həyatlarını göylərə(səmaya) nəzərən qururdular. Orijinal 
tədqiqatlar müəllifi olan Razim Əliyevin bu məsələyə yanaşması 
olduqca məntiqlidir. O, «Məxfilik qrifi, yaxud mif, fəlsəfə, din və 
dil düyünü» əsərində yazır: «Əcdad Boz qurd heç də yer üzərindəki 
qurd deyil, Səmadakı, göydəki qurddur, bürcdür (çox vaxt qurdu 
göy dərili təsvir edirlər). Türklərə öz yurdlarına qayıtmaq üçün 
bələdçilik edən də göydəki qurddur – Qurd bürcüdür. Belə ki, 
qədim türklər səmada qurd bürcünü istiqamət tutaraq hərəkət 
etmişlər» (38, 30).  
Qədım Çin mənbələri bu barədə özündə xeyli bilgi saxlayırdı. 
Bu bilgiləri çinlilər türklərdən mənimsəyiblər.  İlin heyvan və 
ünsürlər üstündə təhvili qədim Çin düşüncəsi ilə daha çox bağlıdır. 
Qədim Çin düşüncəsinə görə, dünya 5 əsas ünsürdən ibarətdir. 
Bunlar su, od, metal, ağac və torpaqdır. Bu ünsürlər hərəkətdə, bir-
biri sıx  əlaqə  və bir-birləri il dövri şəkildə qarşılıqlı asılılıqda 
mövcuddurlar. Su odu söndürür, od metalı əridir, metal ağacı kəsir, 
ağac da torpaqda boy atır, torpaqda su yaranır. Bu ünsürlərin hər 
biri özündə iki səma kötüyünü birləşdirir və iki halda (erkək və 
dişi) olurlar. Səma budaqları 10-lu, yer budaqları 12 silsiləli, 60 
illik dövrü təşkil edir.  
Qədim çinlilər 12-li yer budaqlarına uyğun olaraq ilin aylarını 
12-lik rəmzi ilə adlandırırdılar. Bu rəmzlərə müvafiq surətdə hey-
van adları verilmişdir: siçan, inək, pələng, dovşan, əjdaha, ilan, at, 
qoyun, meymun, toyuq, it və donuz. Dünya xalqlarının, demək olar 
ki, hamısında heyvan kultu bu və ya digər dərəcədə aparıcı olmuş-
dur. «Qədim dövr allahlarının  əksəriyyəti heyvan simalarında 
təqdim olunurdu. Heyvanlar allahın yol yoldaşı və köməkçiləri he-
sab olunurdu. Məsələn, qədim yunanlarda ovçuluq ilahəsi Artemida 


191 
xallı maral obrazında təsvir olunurdu. Siniflərə bölgünün olduğunu 
bilməyən xalqlarda belə  təsəvvür vardı ki, insanların mənşəyi 
heyvanlarla, quşlarla, balıqlarla və hətta həşəratlarla əlaqəlidir.  
Kaliforniyalı Koyot hinduları belə hesab edirdilər ki, onların 
əcdadları canavar olmuşdur. Sibir xalqlarının əksəriyyəti Ob xant-
ları, Ural mansiləri, narım selkupları öz mənşələrini mifik təsəv-
vürlərinə görə, ayıdan, dovşandan, qazdan, durnadan, balıqdan və 
qurbağadan götürürdülər.  
… Bir sıra xalqların miflərində heyvanlar insanlara od verir
sənət öyrədir. Buryat əfsanəsinə görə, birinci şaman qartal olmuş-
dur. O, qadınlarla  əlaqəyə girərək, onlara şamanlıq öyrətmişdir» 
(29, 135-136).  
Çinlilərin inamına görə, su əjdahanın təsir dairəsində olmuşdur 
(Azərbaycan xalq nağıllarında  əjdahanın suyun qarşısını  kəsib 
qurban tələb etdiyi bizlərə bəllidir). Çində əjdaha yalnız suların sa-
hibi deyil, müqəddəs sayılmış, Çin imperatorunun, ümumən, Çinin 
simvolu olmuşdur. Qərb xalqlarından fərqli olaraq, Çində çox vaxt 
əjdaha müsbət rolda – xeyirxahlığın, sülhün simvolu sayılmışdır. 
Çində beşinci ayın beşinci günü keçirilən  əjdaha bayramı  ən 
sevimli bayramlardan biri hesab edilirdi. Həmin gün bayram liba-
sında olan qayıqlarla çaylarda gəzər və sulardakı əjdahalara qurban 
verilərdi. Bundan başqa, çinlilər feniks quşuna, fil və  tısbağaya 
etiqad etmişlər. Heyvanların  şahı sayılan  şirə isə xüsusi inamla 
etiqad bəsləmişlər. Onlar çox vaxt şir təsvirlərinin altında «van» 
(padşah) işarəsi cızırdılar.  Şir, xəstəliyin düşməni, sağlamlığın 
dostu hesab edilirdi. Orta Asiya türklərində (özbək, qazax və b.) 
belə bir inam mövcud olmuşdur ki, guya şir insanların dilini başa 
düşür. Özbəklər  şiri müqəddəs hesab edir, onu öldürməyi günah 
bilirdilər. Şirlə rastlaşdıqda ona baş əyməli, şiri-xuda deyilməli idi.  
Tarixi və ədəbi abidələrdə göstərilir ki, Yaxın Şərq ölkələrində 
bir zamanlar şir ağ atla yanaşı, alovun-işığın, həyatın simvolu 
hesab edilən Günəşi yerdə  təmsil edən bir heyvan sayılırmış. 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə