Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə58/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   54   55   56   57   58   59   60   61   ...   67

192 
Maraqlıdır ki, heç vaxt şir olmayan Çində bayram şənliklərində 
onun müqəvvasını  gəzdirib, onunla rəqs ifa edilməsi Novruz 
mərasimindən gəlmədir (56).  
Çində  şirlə  bərabər, pişiklər, xoruzlar, meymunlar, ilanlar da 
müqəddəs sayılmışdı. Qədim Çində ata xüsusi hörmət bəslənil-
mişdir. Ata belə əlahiddə münasibət atın fövqəlgüc və əhəmiyyətə 
malik olması ilə bağlıdır. «Atlar dövlətin hərbi hazırlığıdır.  Əgər 
səma bu hazırlığı əldən alırsa, onda dövlət tənəzzülə məruz qalar» 
(29, 137-139). Çində ata ilahi mənşəli bir varlıq kimi də baxmışlar. 
Elə bu inamın nəticəsidir ki, miflərdə  səma atlarından danışılır. 
Qədim inamlarda qanadlı atlardan söhbət açılır. Geniş yayılmış 
miflərin birində at əjdahanın qohumu kimi verilir və suyun, 
möcüzəli gücün yaxını hesab olunurdu. Sudan yaranmış qeyri-adi 
atlar haqqında, ümumən, türk, o cümlədən Azərbaycan türklərinin 
təfəkkürünün məhsulu olan miflərdə  də danışılır. Yeri gəlmişkən, 
onu da qeyd edək ki, qədim Çində atın belə fövqələzəmətə malik 
olması türklərlə birbaşa bağlıdır. Belə ki, həmin atları Çinə türklər 
vermişlər. Biz burada məqsədli  şəkildə Çin mifologiyasındakı 
heyvan kultundan söhbət açdıq. Buna ilin heyvanlar üstündə təhvil 
olması ilə bağlı məsələ səbəb oldu.  
İlin heyvan və ünsürlər üstündə  təhvil verilməsinin özündə 
elmi izahını  hələ  dəqiq bilmədiyimiz dərin bir mətləb gizlənir. 
Hələlik əfsanələrə bələnmiş əsl həqiqət tarixin hansı dönəmindəsə 
açıqlanacaqdır. İlin müəyyən heyvanlar üstündə təhvil olmasını bir 
çox orta əsr mütəxəssisləri də qəbul etmişlər. Zodiak (zodiak yunan 
sözü olub, mənası «heyvanlar dairəsi» deməkdir) bürclərinin adları 
şərti olsa da, Günəşin il ərzində  hərəkət trayektoriyası  həmin 
bürclərlə əhatə olunur. Günəş il ərzində – 12 ay müddətində zodiak 
adlanan – Qoç, Buğa,  Əkizlər, Xərçəng,  Şir, Qız, Tərəzi,  Əqrəb, 
Oxatan, Oğlaq, Dolça və Balıqlar bürclərində  qərbdən  şərqə öz 
yerini dəyişir. Bu zodiak bürcləri göy sferasının böyük dairəsi 
boyunca yerləşir. Həmin dairə ekliptika adlanır. Ekliptika müstəvisi 


193 
ekvator müstəvisi ilə 23 dərəcə 27 dəqiqə bucaq altında sferanın 
mərkəzindən keçən xətlə kəsişirlər. Yuxarıda qeyd etdik ki, həmin 
kəsişən nöqtələr bərabərlik nöqtələri adlanır (66). Bunları qeyd 
etməkdə  məqsədimiz Günəşin zodiak düzümündə  hərəkət ardıcıl-
lığını göstərməkdir. 12 zodiak astronomik hadisənin təzahürüdür. 
12 zodiakda heç bir fərqlilik yoxdur. Yalnız zodiakların adlarında 
müəyyən şərtilik ola bilər.  
Bütün dünyada tanınmış  məşhur özbək alimi Uluqbəy (1394-
1449) tərtib etdiyi astronomik cədvəllərdə  və «Yeni astronomik 
cədvəllər» əsərində yaz gecə-gündüz bərabərləşməsi vaxtını həmin 
heyvanların adları ilə 12 yerə bölmüşdür və  hərəsinə 2 saat ayır-
mışdır. 24 saatdan ibarət olan sutkanın hər iki saatı bir heyvanın adı 
ilə adlanır. Saat 00-dan 2
00
-ə kimi, 2
00
-dən 4
00
-ə, 4
00
-dən 6
00
-ya, 
6
00
-dan 8
00
-ə və s.  
Dəqiq koordinatlar və təsdiqini tapmış astronomik müşahidələr 
vasitəsilə Novruzun astronomik hadisə olduğu qəbul edilibdir. 
Martın 21-də Günəşin cənub yarımkürəsindən şimal yarımkürəsinə 
keçməsi, bunun nəticəsində kainat və təbiətdə köklü dəyişikliklərin 
baş verdiyi gözləgörüləsi, hissolunası, duyulası gerçəklikdir. 
Kainatın  əzəli-əbədi qanunlarına söykənən Novruz sistemi əfsanə 
və dinlə bağlılığı  qəbul etmir. Novruz sistemi kainat qanunlarına 
əsaslandığından  ən qədim dinlərdən olan zərdüştlikdən belə çox-
çox əvvəl yaranıb. Novruz bayramının nəinki islam dinindən, hətta 
atəşpərəstlikdən də əvvəl meydana gəldiyini tarixi fakt və mənbələr 
təkzibolunmaz dəlillər və sübutlarla təsdiqləyibdir. Görkəmli 
Azərbaycan  şairi N.Gəncəvi «İskəndərnamə»də yazır ki, İskəndər 
İran və Azərbaycana gəlməmişdən əvvəl buralarda Novruz və Sədə 
bayramları keçirilirdi. Novruz sisteminin uca nöqtəsi sayılan bay-
ram hissəsi ayın, günün dəyişdiyi astronomik hadisə olduğundan 
hər hansı dini baxışa və ya digər düşüncəyə dünyəvi ehtiyacı yox 
idi. Biruninin dediyi kimi, «bayram var ki, səbəbi dini işlərdir, 
bayram da var ki səbəbi qeyri-dini işlərdir». O, Novruzu qeyri-dini 
bayramlar sırasına aid edir.  


194 
İ.S.Braginski «Bahar bayramı haqqında» məqaləsində yazır ki, 
Novruz bayramından yazan orta əsr müəllifləri  Şərq ölkələrində 
hətta islam dini yaradıldıqdan sonra da bu bayramda yaz əmək 
ənənələrinin möhkəm yer tutmasını qeyd etmişlər. «Avesta» Nov-
ruz sistemindən kifayət qədər bəhrələnibdir. Zərdüşt dinində od 
müqəddəs sayılıb. Bu özəl inam Novruzdan gəlirdi. Ancaq Novruz-
dakı oda inancla «Avesta» inamı arasında kəskin fərq də duyulur. 
Novruz düşüncəsində odun üstündən tullanmaq, odda təmizlənmək 
adəti olduğu halda, zərdüştlükdə bu hərəkət qəbahət sayılırdı. 
Müqqədəs hesab edilən şeyin üstündən tullanmaz, ağırlıq-uğurluğu, 
azar-bezarı onun üstünə tökməzlər. Bu mərasim atəşpərəstlikdən 
çox-çox qədimdir. Görünür, o dövrdə  hələ od müqəddəsləş-
dirilməmişdir (51). Ancaq islamın müqəddəs kitabı olan Quranda 
Novruz bayramının adı belə  çəkilməyibdir. Novruz bayramının 
Həzrət Əli ilə əlaqələndirilməsi heç bir məntiqə uyğun gəlmir. Ən 
birincisi, Novruzun islam dinindən xeyli əvvəl formalaşdığı həqiqi 
təsdiqini tapıbdır. Həzrəti  Əlinin Novruz bayramının yaradıcısı 
kimi qələmə vermək gerçəklikdən çox uzaqdır. Axı  Əli  İbn  Əbu 
Talıbın vətəni olan Ərəbistanda Novruz bayramı birmənalı şəkildə 
qeyd olunmur. Bu məsələdə Həzrəti Əli ilə bağlı ikinci bir əsassız 
versiya da irəli sürülür ki, bu da havadan asılı qalır. Bu versiyanın 
tərəfdarları yazırlar ki, guya Məhəmməd peyğəmbər həmin gün 
(Novruz günü) Əlini şiələrin başçısı elan etmişdir. İslam tarixindən 
məlum olur ki, şiəlik bir təriqət kimi Həzrəti Məhəmməd dünyasını 
dəyişəndən sonra meydana gəlibdir.  
Əsl həqiqəti isə islam tarixinin özü diktə edir. Tanınmış fransız 
islamşünası A.Masse tarixi faktlara istinadən yazır: «656-cı il 
dekabr ayının əvvəllərində Əlinin xəlifə seçildiyi gündən beş aydan 
artıq vaxt keçmişdir» (43, 52).  
Bu tarixi faktdan açıq  şəkildə aydın olur ki, Əli hakimiyyətə 
martda (Novruzda) yox, iyulun əvvəllərində keçmişdir. Tarixin 
yaddaş da təsdiqləyir ki, Əlinin hakimiyyətə  gəlməsinin Novruzla 
heç bir bağlığı yoxdur. Novruz türklərin  əhval-ruhiyyəsinə uyğun 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə