Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə55/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   51   52   53   54   55   56   57   58   ...   67

182 
bellənər. Axır çərşənbədə torpağa  əlahiddə bir sevgi ilə qayğı 
göstərilərdi. Bağ-bağatda,  əkin-biçin yerlərində torpaq daşlardan 
təmizlənər, əkin üçün yararlı yerlər əkilib hazırlanırdı. Axır çərşən-
bə ilə bağlı ayin və mərasim çoxsaylı və çoxqatlıdır. Sonuncu çər-
şənbə ilin ən əziz günü sayılır. Sovet hakimiyyətinin kəskin maddi-
mənəvi repressiya illərində xalqımız Novruzu təntənəli qeyd edə 
bilmədiyi halda, axırıncı çərşənbəni son dərəcə yüksək təntənə ilə 
keçiribdir. Bunun səbəbi ilin axırıncı  çərşənbəsinə olan inam və 
inancda, onun yaratdığı ovqatda, ilaxır çərşənbə  ərəfəsində kainat 
və planetdə gedən təbii proseslərdə axtarılmalıdır. Axır çərşənbə 
Novruz sisteminin mükəmməl və ən uca nöqtəsidir. İlaxır çərşənbə 
ayin və  mərasimləri ölçüyəgəlməz dərəcədə  zəngin və  rənga-
rəngdir. Bu çərşənbədə keçirilən ayin və  mərasimlər Novruza 
hazırlıq mərhələsini bütövlükdə tamamlayır.  İlaxır çərşənbələr 
özündə gerçək simvolikanı qoruyub saxlayıbdır. Bu çərşənbələr 
insanın yaranmasında fundamental rol oynayan dörd ünsürün hər 
birini ayrı-ayrılıqda vəsf edir, yaşadılması üçün gələcəyə ötürür. 
İşıq (od) ata, Su ana başlanğıc, Göy üzü Ata, Yer üzü (Torpaq) ana 
sayılıbdır.  Əslində, Novruzun son tamamlama mərhələsində keçi-
rilən  şənlik və  mərasimlərlə ilaxır çərşənbələrin ayin və  məra-
simləri üst-üstə düşür. Elə bu analogiyanı  nəzərə alıb, ilaxır 
çərşənbədə keçirilən tədbirlər barədə burada danışmaq fikrində 
deyilik.  
 


183 
IV FƏSİL 
 
NOVRUZUN ELMİ-ASTRONOMİK ƏSASLARI  
VƏ ƏHATƏ COĞRAFİYASI 
 
 
4.1. Novruzun elmi astronomik əsasları 
 
Novruzun elmi astronomik əsasları  sırf kainat qanunlarına 
söykənir. Novruzun təbiət qanunlarına əsaslanması onun sırf kainat 
hadisəsi olduğunu təsdiqləyir. Bu dərin elmi əsasları Novruzu 
əfsanələşdirilmiş illüziyalardan uzaqlaşdırır. Sırf kainat (kosmos) 
qanunlarına söykənən Novruz həyati gerçəkliyin təsdiqidir.  İnsan-
ların bu əbədi və  dəyişilməz kainat qanununu necə öyrənmələri 
hələ  də tam elmi izahını tapmayıb. Tədqiqatçılar bunun ən çox 
insanların empirik təfəkkür və çoxillik müşahidləri əsasında müəy-
yənləşdirildiyi qənaətindədirlər. Bu mülahizə də inandırıcı görünür. 
Bununla bərabər, qədim insanlar Novruz sistemini, onun kompo-
nentlərini və Novruzdan başlanan yeni il təqvimlərini həyati müşa-
hidələrdən daha çox, dəqiq elmi əsaslar üzərində yaratmışdırlar. 
B.e. çox-çox əvvəllər yaşamış insanın yaratdığı təqvimlərin qüsuru 
son dərəcə cüzi olmuşdur.  Əslində, həmin cüzi pozuntular hətta 
müasir təqvimlərdə belə hələ də qalmaqdadır. E.ə. yaşamış əcdad-
larımızın ilin, ayın, günün dəqiq hesabatını verməsi daha çox elmi 
əsasların mənbəyi olduğunu təsdiqləyir. E.ə. VI əsrdə midiyalıların 
ili Novruzdan (martın 21-dən) başlamaları  sırf astronomik elmi 
əsaslarla bağlı idi. Həmin gün yerin şimal yarımkürəsində gecə-
gündüzlə  bərabərləşir.  İnsanların arzu-istəyindən, iradəsindən asılı 
olmayaraq ilin yeni fəsli-yaz başlanır. Fəsillərin ardıcıl gəlib bir-
birini  əvəz etməsi, yerin Günəş  ətrafında fasiləsiz dövr etməsi 
pozulmaz, dəyişilməz olan əbədi kainat hadisəsidir. Yaz, yay, payız 
və qış ardıcıllığı və əvəzlənməsi Günəş-Yer harmoniyasının əbədi 


184 
hərəkətinin nəticəsidir. Bu pozulmaz, dəyişilməz növbəli ardıcıllığa 
səbəb Yer oxunun Günəş  ətrafına dolandığı orbitə 66°33 meyilli 
olmasıdır. Bu ox öz yerini paralel şəkildə dəyişdirdiyindən ilboyu 
növbə ilə gah şimal, gah da cənub ucu, yəni planetin əks qüvvələri 
Günəşə meyilli olur. Bu vaxt Günəş Yerin növbə ilə  həm  şimal, 
həm də  cənub yarımkürəsini qızdırır və  işıqlandırır. Elə bunun 
nəticəsidir ki, şimal yarımkürəsində yay olursa, cənubda bunun 
əksinə  qış olur. Şimalda yazdırsa, cənubda həmin vaxt payız olur 
və yaxud əksinə. E.ə. yaşamış  əcdadlarımızın dəqiq müəyyənləş-
dirdikləri bu astronomik hadisənin sırf elmi əsaslara söykəndiyini 
sonradan modern elmi texnologiyalar sayəsində birmənalı  təsdiq 
edilmişdir. Azərbaycan MEA-nın N.Tusi adına Şamaxı Astrofizika 
Rəsədxanasının Bakı bölməsinin rəhbəri Rəhim Zeynalov «Kai-
natın bayramı» məqaləsində yazır: «Günəşin ekliptika (fələk) 
adlanan zahiri hərəkət müstəvisi ilə ekvator müstəvisi 23 dərəcə 27 
dəqiqə bucaq altında sferanın mərkəzindən keçən bir düz xətt 
boyunca kəsişirlər. Bu duz xəttin göy sferini kəsdiyi nöqtələr 
bərabərlik nöqtələri adlanır. Bu nöqtələrin birində Günəş göy 
ekvatorunu kəsərək, göy sferinin cənub yarımkürəsindən şimal ya-
rımkürəsinə, digərində isə  tərsinə-şimal yarımkürəsindən cənub 
yarımkürəsinə keçir. Bu nöqtələrə uyğun olaraq yaz və payız 
bərabərliyi deyilir. Günəş öz zahiri hərəkətində bu nöqtələrdə (ilin 
qısa və uzun olmasından asılı olaraq) martın 21-də (bəzən 20-də) 
və sentyabrın 23-də (bəzən 22-də) olur» (65).  
Yuxarıda qeyd olunan astronomik hadisə sakini olduğumuz 
şimal yarımkürəsinə aiddir. Şimal yarımkürəsində yaz fəsli martın 
21-dən iyunun 21-dək, yay fəsli iyunun 22-dən sentyabrın 22-dək, 
payız sentyabrın 22-dən dekabrın 22-nə, qış dekabrın 22-dən mar-
tın 22-dək davam edir. Bu qeydəalma Novruz təqviminə əsaslanır. 
Artıq yazın başlanğıcı  şimal yarımkürəsində yaşayan xalqlar, o 
cümlədən Azərbaycan türkü üçün həmişəlik qəbul olunub.  


185 
İnsanoğlu uzunmüddətli vaxtların hesablanması üçün təqvimlər 
yaratmışdır. Hər bir yaradılmış vaxt, zaman ölçüsünün özünəməx-
sus astronomik elmi əsasları mövcuddur. Hələ eradan çox-çox 
əvvəl insanlar ciddi həyati zərurət duyduqları  təqvimləri araya-
ərsəyə gətirmişlər. Tarixin yaddaşı bu günə qədər özündə üç təqvim 
sistemini qoruyub saxlamışdır. Başqa sözlə, üç növ təqvim mövcud 
olmuşdur. Digər tarixi faktlardan fərqli olaraq, təqvimlər tarixlə 
birgə yaşamış, ona zaman-zaman yoldaşlıq etmişdir. Obrazlı desək, 
tarix – təqvim, təqvim – tarix deməkdir. Tarix və təqvim – hər ikisi 
zamanın möhürüdür. Bu səbəbdən təqvimlər tarixin yaddaşından 
sürüşüb düşə bilməzdi. Hər üç təqvim – Günəş təqvimi, Ay təqvimi 
və Ay-Günəş  təqvimi özlüyündə astronomik elmi dəlillərə  əsas-
lanır.  
Ehtimal etmək olar ki, Ay təqvimi Günəş  təqvimindən bir 
qədər  əvvəl yaranıbdır. Bu mülahizəni Ay təqvimindəki mövcud 
olan qüsurlara görə irəli sürürük. Ay təqviminin  əsasında zaman 
vahidi olaraq Ayın Yer ətrafında sinodik dolanma dövrü durduğu 
üçün ay təqvimləri adlanır. Sinodik ay isə Ayın eyniadlı iki ardıcıl 
səfhəsi arasındakı müddət deməkdir. Bir sinodik ay 29, 53 gündən 
ibarət idi. Bir qədər də açıq desək, 29 gün 12 saat 1 dəqiqə 12 
saniyədən ibarətdir. Bir nominal gün Yer kürəsinin öz oxu ətrafında 
tam fırlanma vaxtıdır. Hər bir təzə gün Ayın doğulduğu gündən 
başlanır. Bir «Ay ili» 12 aydan, yəni 354,36 (12
29,53) gündən 
hesab edilirdi. Ay ili 354, uzun il olduqda isə 355 gündən ibarət 
olurdu. Buradan da görürük ki, Ay ili Günəş ilindən düz 11 gün 
qısa olubdur. Bu səbəbdən də Ay ilinin başlanğıcı  hər il irəli 
sürüşürdü. Bu sürüşmə və çatışmazlıqlar Ay təqviminin qüsurlarını 
açıq-aşkar göstərirdi. Konkret qüsurların  əzabını  çəkən insanlar 
yeni təqvim yaratmaq haqqında fikirləşməli oldular. E.ə. VI əsrdə 
«Avesta» təqviminə  və e.ə. II minillikdə Babilistanda Günəş  təq-
viminə keçməli olmuşlar. Təkrar da olsa qeyd etməliyik ki, Günəş 
təqvimi Günəşin hərəkət xəttinə əsaslanır. Bu təqvimin əsas zaman 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə