Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə63/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   59   60   61   62   63   64   65   66   67

207 
anadan olması» və onun yaza doğru dönüşünün qeyd edilməsinə 
heç bir şübhə ola bilməz. Belə olarsa, Sədənin icrası  qışdönümü 
gününə düşməlidir» (58).  
Məlumdur ki, oda inam, oda sitayiş  zərdüştlikdən çox-çox 
əvvəllər mövcud olmuşdur. Zaman-zaman Azərbaycanda odla bağlı 
bir çox bayram və  mərasimlər olmuşdur. Sədə bayramı  bəhmən 
ayının 5 və 10-cu günləri (yanvarın 24-29-da) arasında keçirilirdi. 
Ə.Biruni yazırdı ki, Azərbaycanda od bayramı vaxtı evlərdə od-
ocaq yandırılardı. Tonqallar çatılardı. Allaha dualar edilərdi. Şənlik 
keçirmək üçün camaat bir yerə  yığışardı. Belə bir inam olmuşdur 
ki, od bitkilərə hərarət verir, onları ziyanverici həşəratdan qoruyur. 
Odla bağlı geniş yayılmış bayramlardan biri də Azərbaycanda 
olubdur. Bu od mərasimi Atəş ayının doqquzunda (22 noyabr – 22 
dekabr) keçirilibdir.Novruz sisteminin ilk araşdırıcılarından olan 
Ö.Xəyyam Mehrikan bayramı haqqında «Novruznamə»sində 
yazmışdır: «Bayram hər il xəzan vaxtı Turan və İranda təntənə ilə 
qeyd edilirdi»(58). 
Məxəzlərin özündə qoruyub saxladığı faktlardan belə  qənaətə 
gəlmək olur ki, Turan dünyası Novruz sisteminin tərkib hissəsi olan 
Mehrikanı-Payız bayramını Novruz kimi təntənəli qeyd etmişdir. 
İnsanlar min bir zəhmət hesabına topladıqları bol məhsulu çal-çağır 
sədaları altında nümayiş elətdirir, şənlənir, sanki bununla qarşıdan 
gələn ayazlı, şaxtalı qışdan qorxmadığını, əksinə hər cəhətdən hazır 
olduğunu göstərir.  
 Mənbələrə istinadən müəyyən edilib ki, Azər və  Sədə  mə-
rasimlərindən əlavə, odla bağlı bir neçə bayram mövcud olmuşdur.  
Həyat ünsürlərindən sayılan su ilə bağlı müxtəlif törənlər ke-
çirilmişdir. Suyun həyat rəmzi, aydınlıq və uğur simvolu sayılması 
təsadüfi olmamışdır.  
Əski çağlarda azərbaycanlılar suya müqəddəs varlıq kimi ya-
naşmış, onu ilahiləşdirmişlər. Azərbaycanda yaranmış inama 
əsasən, Nahid su ilahəsi kimi xüsusi hörmətə malik olmuşdur. 


208 
Nahidin şərəfinə Midiya dövründə bir çox şəhərlərdə məxsusi mə-
bədlər tikilmişdir. Həmin dövrdə daha çox şöhrətlənmiş Həmədan 
məbədini Midiya hökmdarı Kiaksarın tikdirdiyi qeyd olunur. Nahid 
qadın surətində  təsvir və  təsəvvür edilib. Bu düşüncə  də  təsadüfi 
olmayıb. Qadın yeni həyatın yaradıcısı  və  təməlini qoyan kimi 
canlandırılıb. Zərdüştlik də su ilahəsi Nahidlə bağlı adət və  ənə-
nələrdən lazımınca faydalanmışdır.  
Zərdüştlikdə quraqlıq dövrlərdə su diləmək naminə Nahidlə 
bağlı  mərasimlər keçirilmişdir. Bu mərasimlərdə qadınlar Nahidə 
xitabən su istəyirdilər.  İnama görə, su ilahəsi Nahid də öz həm-
cinslərinin dilək və yalvarışlarını daha tez eşidirmiş. Onu da qeyd 
edək ki, «Avesta»da «Abanyəşt» adlanan fəsil xüsusi olaraq su 
ilahəsinə həsr olunub.  
Orta  əsrlərdə su ilə bağlı keçirilmiş  mərasimlər Abrizəkan 
bayramı da adlandırılmışdır. Bu bayramın motivində Tanrıdan 
yağış, su diləmək dayanıbdır.  
Mənbələrin verdiyi məlumata görə, Abrizəkan bayramının da 
yaranma tarixi eramızdan əvvələ gedib çıxır. Məxəzlərdə göstərilir 
ki,  Ənuşirəvanın babası Firuz şahın vaxtında uzun sürən quraqlıq 
olur. Firuz şah özü Tanrıya dua edib, yağış diləmişdir. Bu an göy 
üzünə bulud gəlmiş, yağış yağmağa başlamışdır. Yağışın yağdığını 
görən camaat sevindiklərindən bir-birlərinin üstünə su səpməyə 
başlamış, şadlıq etmişlər. Deyilənə görə, elə həmin vaxtdan camaat 
uzun  əsrlər boyu su bayramını qeyd etmişlər. Bayramın keçirilmə 
vaxtı barədə fikirlər üst –üstə düşür. Abrizəkan bayramı «Avesta» 
təqvimi ilə tir ayında (ilin dördüncü ayı olub) keçirilibdir. Aydındır 
ki, ilin yay fəsli dördüncü aydan başlanır və getdikcə  də istilər 
şiddətlənir. Havaların isti keçməsi də əkin-biçin üçün suya, yağışa 
ehtiyacı birə – ikiqat artırır. Elə bu ciddi zərurətdən – suya-yağışa 
ehtiyacdan Abrizəkan bayramı qeyd olunubdur. X əsrdə yazılmış 
«Hüdud  əl-Həm» adlı bir mənbədə Abrizəkan bayramının adı 
çəkilmiş  və bayramla bağlı epizodik təsvirlər də verilmişdir. 


209 
Adıçəkilən mənbədə göstərilir ki, adamlar çeşmə başına toplanır, 
çalıb oxuyur, şənlik edir və dualar edirlər (31, 134-135 və 138). 
Professor A.Nəbiyev «Ritual, mərasim və bayramlarımız» adlı 
məqaləsində çox məntiqli bir nəticəyə  gələrək yazır: «Çox az 
xalqlar var ki, onların dünyəvi düşüncəsi bu qədər zəngin, geniş və 
əhatəli halda bayram ritual və mərasimlərində əks olunsun. Novruz 
yekunlaşdıqdan sonra onun ümumi məzmun dəyərləri özündən 
sonrakı ritual, ayin, etiqad və mərasimlərdə xeyli müddət nüfuz və 
təsirini göstərmişdir. Məhsul bolluğu etiqadları, şum, səpin, əyəsər 
(döl), calaqkəsmə  və s. kimi qismən kiçik, region səciyyəli 
mərasim və bayramlarda öz modern məzmununu qoruyub saxlayır 
« (25).  
Bakı  və regionlarda yaz bayramı Novruzdan sonra keçirilən 
Güləkən bayramı ilə tamamlanıbdır.  Ə.Biruni «Əski xalqlardan 
qalmış yadigarlar» əsərində Güləkən bayramının  Şirvanşah 
Ənuşirəvan tərəfindən yarandığını göstərir. A.Nəbiyev də yuxarıda 
adını  çəkdiyimiz məqaləsində yazır ki, bayram Novruzdan sonra 
qızılgül əkmə ilə başlayır. Üç mərhələdə davam edir. Bu mərasim 
gül-çiçəyin  əkilməsi, becərilməsi və böyümüş gül-çiçəkdən gül 
suyu, gülab və müxtəlif alkoqolsuz içkilərin çəkilməsi, orijinal 
qoxusu olan ətirlərin alınması, dadlı-ləzzətli mürəbbələrin 
bişirilməsi ilə başa çatır.  
 
 
4.3. Novruzun əhatə coğrafiyası 
 
Novruz sisteminin əsas yaradıcıları türklər olsa da, bu sistemin 
mahiyyətini digər xalqlar da əxz etmişlər. Novruz sisteminin 
mahiyyətini  ən çox şimal yarımkürəsində yaşayan xalqlar mənim-
səmişlər. Bunun da səbəbi birbaşa kainatda baş verən astronomik 
hadisələrlə bağlıdır. Məlumdur ki, şimal yarımkürəsində yaşayan 
xalqlar ağır, məşəqqətli, qarlı-şaxtalı bir mövsüm yaşayırlar. Bu 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə