Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə64/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   59   60   61   62   63   64   65   66   67

210 
təbii proseslərdən cənub yarımkürəsinin xalqlarının xəbəri olmur. 
Bu iqlim onlara xas deyildir. İlin-günün dəyişməsi, təzələnməsi 
qlobal kosmik (astronomik) proseslərin müşayiəti ilə baş 
verdiyindən ilin dəyişilməsinin başqa bir vaxta düşdüyünə zərrəcə 
şübhə qalmır.  
Novruz  şimal yarımkürəsində yaşayan xalqların bir çoxunun 
həyat və məişətini tənzimləyən daimi bir sistemə çevrilibdir. Yaxın 
və Orta Şərqin bir çox ölkələrinin böyük təntənə ilə qeyd etdiyi 
Novruz artıq insanların şüuraltına daxil olmuşdur. Novruz Yaxın və 
Orta  Şərqdə  mənəvi dəyərləri  əsaslı  şəkildə müəyyən etmiş, bu 
ərazidə mövcud olmuş  şamançılıq, atəşpərəstlik və islam kimi 
böyük din və etidadların maddi-mənəvi qaynağı olmuşdur.  
Novruz uzaq Altay-Sayan dağlarından tutmuş Balkanlara qədər 
olan böyük bir ərazini əhatə edir. Yeri gəlmişkən, onu da qeyd edək 
ki, bu böyük ərazidə məhz türklər məskunlaşmışlar. O da məlum-
dur ki, türk xalqları Novruzu digər bayramlardan, o cümlədən dini 
bayramlar olan Ramazan, Qurban və s. törənlərdən daha geniş  və 
təntənəli qeyd edirlər. Sözün bütöv mənasında, Novruz türk 
xalqlarının ruhudur. Qədim türklərin  Ərgənəkon adlandırdığı bu 
törəni sonralar özbəklər novruz, qırğızlar nooruz, qazaxlar novruz, 
uyğurlar novruz, krım türkləri naavrez, kazan tatarları neuruz, 
balkan türkləri mevriz, Bosniya və Kosova türkləri sultani navrız, 
kipr türkləri mart dokuzu, Anadolu türkləri sultanı nevruz, mart 
dokuzu, mart bozumu deyirlər (49). Ümumən, türk xalqlarında 
Novruz bir qurtuluş, oyanış, dirçəliş anlamında qəbul edilibdir. 
Türk düşüncəsinə görə, Novruz kainat (kosmos) və planet (yer) 
bayramıdır. Türkiyəli professor Abdulhalük M.Çayın 1996-cı ildə 
Ankarada nəşr olunmuş»Türk Ergenekon bayramı Nevruz» 
kitabında Çin qaynaqlarına istinadən yazılır ki, Ergenekon əcdad 
mağarasıdır (70, 13). Yuxarıda göstərdik ki, türklər Ergenekondan 
çıxdığı zaman yaz olub və həmin günün şərəfinə bayram edilibdir. 
Qeyd etdiyimiz kitabda yenə Çin qaynaqlarına istinadən yazılır ki, 


211 
türk imperatorluqları dövründə yaz və payız bayramları  rəsmi 
dövlət bayramı kimi qeyd edilmişdir (70, 18).  
Türk xalqlarında Novruz mahiyyətcə eyni olsa da, forma və 
şəkil baxımından fərqlidir. Türk xalqlarında qeyd olunan Novruz 
təntənələrini məzmun və forma müxtəlifliyinə görə şərti olaraq üç 
qrupda birləşdirmək mümkündür. Bu bölgü daha çox ərazi əsasında 
formalaşıb: Mərkəzi Asiya, Ön Asiya və  Şərqi Asiya. Mərkəzi 
Asiyaya Qazaxıstan, Sibir, Altay və Çin türkləri olan uyğurlar 
daxildir. Orta Asiya türkləri arasında martın 21-də  təntənə ilə 
keçirilən Novruz böyük nüfuza malikdir. Bu bölgədə bayram 
şənlikləri daha çox kütləviliyi ilə seçilir. Bayram günü əhali kənd-
kənd, el-el göy çəmənliklərdə, çay və bulaq başında toplaşır, çalır, 
oxuyur – elliklə bayram şənlikləri keçirirlər. El-obanın «Daşqazan» 
dediyi böyük qablarda «bayram aşı» bişirirlər. Bu xörək həm də 
«gecə» adlandırılır. Xörək  əsasən buğdadan hazırlanır. Qaranlıq 
düşəndən sonra tonqallar çatılır, üstündən tullanırlar. At yarışları və 
«keçiqapdı» törənləri  şənliklərin  əsas hissəsini təşkil edir. El 
şənlikləri aşıqların iştirakı ilə daha da rövnəqləndirilir. Aşıqlar 
böyük şövq və həvəslə Novruz nəğmələri, «Ərgənəkon», «Manas» 
və başqa xalq dastanlarından parçalar söyləyirlər (49).  
«Türk Ergenekon bayramı Nevruz» kitabında 1989-cu ilin 
Novruzunda Urumçi televiziyasında yayımlanan «Tanrı Dağında 
Novruz nəvası» verilişinə istinadən yazılır. «Novruz ilin bahar 
mövsümünün elçisi, gecə ilə gündüzün bərabər olduğu və təbiətin 
ən  ədalətli günüdür. Novruz bayramı uyğurların  ənənəvi bir 
törənidir».  Əcdadlarımız qəbilə, oymaq şəklində köçəri həyatı 
yaşadıqları çağlardan bəri bu günü milli bayram olaraq keçirirlər. 
Tarixi qaynaqlarda Novruz ilə ilgili belə bir rəvayət günümüzə 
qədər qəlib çıxmışdır. Çox qədim çağlarda türk təqvimlərində 
hunların  əcdadları  qırılıb tələf olduğundan türk qövmünün içində 
sağ qalan təkqollu bir bala, bir dişi kök qurd tərəfindən Altay 
dağlarında  əmizdirilib, tərbiyə edilib, böyüdülüb. Bu balanın 


212 
sonradan on cocuğu olmuşdur. Bu cocuqların nəsli çoxalaraq bir 
Novruz günü dağdan enərək dünyaya yayılmışdır.  
Əcdadlarımız bu kutlu günü – yenidən başlanğıc, təzədən 
doğmaq günü kimi qəbul edərək, hər il bahar mövsümündə Novruz 
gününü – milli bayram olaraq qeyd etmişlər (69, 39-40). 
Bu nümunədən də açıq-aydın görünür ki, ümumən, türk 
dünyasında, türk təfəkküründə Novruzun mənşəyi və mahiyyəti 
eynidir. Belə ki, bu düşüncə eyni mənəvi qaynaqdan su içir. «Türk 
Ergenekon bayramı Nevruz» kitabında «Uyğur halk ağız  ədə-
biyyatının  əsasları» adlı  əsərdən qaynaqlanaraq yazılır ki, Novruz 
qazax, qırğız, özbək və tatar türkləri tərəfindən önəmli bir bayram 
kimi qeyd olunur. Novruzun çinlilərin həyat və  məişətinə  dərin 
təsir etdiyi də həmin mənbədə təsdiqlənibdir (70, 40).  
Ön Asiya bölgüsünə  şərti olaraq Şərqi Anadolunu, Şimali və 
Cənubi Azərbaycanı  və Özbəkistanı daxil etmək olar. Adları 
çəkilən  ərazilərdə qismən  İran adət-ənənələrinin təsiri hiss olunsa 
da, Novruz sistemi bütövlükdə türk düşüncə  tərzinin məhsulu 
olduğundan, sadaladığımız regionlarda da türk ənənələri üstünlüyə 
malikdir. Bu dominantlıq bütün sahələrdə-törənlərdə, xörəklərdə, 
məişətdə, adət-ənənədə özünü bu gün də qoruyub saxlayır.  
Krım türklərində Novruz navrez şəklində söylənilir. Onlar da 
bu bayramı 21 martda qeyd edirlər. Günlərin uzanması, gecələrin 
qısalması səbəbindən həmin günə «gündönümü» də deyirlər. Krım 
türkləri gecə ilə gündüzün bərabərləşdiyi günü «Kantar» da 
adlandırırlar.  
Bayram günü uşaqlar üç və  səkkiz nəfərdən ibarət qruplar 
halında, böyük qol-budaqları olan bir ağac parçasını Novruz çiçək-
ləri ilə  bəzəyirlər. Həmin ağac  əllərində evləri gəzirlər. Novruz 
nəğmələri oxuya-oxuya evləri dolaşırlar. Ağac parçasındakı çiçək-
lərdən birini ev sahibinə verirlər. Ev yiyələri aldıqları «Novruz 
çiçəklərinin»  əvəzində  uşaqlara yumurta, şirni, pul və başqa 
bayram sovqatları  bəxş edirlər. Çiçəklərlə  bəzədilmiş  ağac 
parçasında isə şal, dəsmal, atlaz parça və şeylər bağlayırlar. Qızlar 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə