Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə54/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   50   51   52   53   54   55   56   57   ...   67

178 
Yelin (külək) digər ünsürlərdən  əsas fərqi onun birbaşa 
hərəkətlə bağlılığıdır. Bu hərəkət yeli yerindən oynatdıqdan sonra 
o, sərhəd tanımır, «laməkan» olur. Elə bu sərhədsizlik, «lamə-
kanlıq» ona ən qədim cağlarda Tanrı statusu qazandırmışdır. «Əski 
inamlarda yel, ya özü Tanrıdır, ya da dünyanı idarə eləyən 
tərəfindən göndərilən qüdrətli bir antropomorfdur. O, lazım olanda 
insanları  əzizləyir, onlara kömək edir, qəzəblənəndə isə adamları 
cəzalandırır» (23, 30).  
Dörd səmavi kitabda da (Zəbur, Tövrat, İncil, Quran) yel ilahi-
ləşdirilir, müqəddəs obraz kimi təsvir olunur. Sonuncu müqəddəs 
səma kitabı olan Quranda isə yel Allahın mərhəmət və cəza vasitəsi 
hesab edilir.  
Bu məqamında, «Avesta»nın küləyə münasibətini xatırlatmaq 
gərəkli olardı. «Avesta» etiqadına görə, «Yelin gücü Hörmüzün 
gücüdür. Yel Hörmüzdən güc alıb, dünyaya ayaq açmışdır».  
Yuxarıda dediklərimiz  əski təfəkkürün dəyərlərini təsdiqləyir. 
Müqəddəs səmavi kitablarda da yelin (küləyin) tanrılarla (Göylərlə) 
bağlı olduğu bir daha vurğulanır. Qədim türklərin təfəkküründə yel 
Tanrı statusu qazanmışdır. Yelin Tanrı möhtəşəmliyinə yüksəlməsi 
onu xalqın yaratdığı  şifahi  ədəbi nümunə  və  mərasimlərdə 
əbədiləşdirmişdir.  
Yelin ilahiləşdirilməsi xalq düşüncəsinin məhsulu olan əfsanə, 
rəvayət, mif, nəğmə, mərasim və s. folklor janrında qorunub 
saxlanılıb.  
Yelin (küləyin) təbiət proseslərində, insanın həyat və  məişə-
tində  əvəzsiz  əhəmiyyəti vardır. Yetişdirdiyi məhsulu xırmanda 
döymüş  zəhmətkeş insan taxılı, saman və küləşdən təmizləmək 
üçün Tanrıdan yel (külək) diləyir: 
   
 
A Yel baba, Yel baba,  
  
Qurban 
sənə, gəl baba.  
  
Taxılımız yerdə qaldı,  
  
Yaxamız əldə qaldı.  


179 
   
A Yel baba, Yel baba,  
  
Qurban 
sənə, gəl baba.  
 
Xalqımızın yellə (küləklə) bağlı min illər  ərzində düzüb-
qoşduğu bəzi ədəbi nümunələrə, ötəri də olsa, diqqət yetirək.  
«Xırman sovrulandan sonra ilk buğda götürənin oğlu olar», 
«Yel çərşənbəsi gecəsi söyüd ağacının altında gedib niyyət elə və 
Yel babanı çağır.  Əgər Yel baba sənin səsini eşidib  əssə  və 
söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər».  
 
(inanclar),  
Əl ilə tutmaq olmaz,  
Göz ilə görmək olmaz. (Yel) 
 
Hər yan ələk-vələkdir,  
İşi tamam kələkdir.  
Dəyirmana can verər,  
Xırmana da gərəkdir. (Yel) (tapmaca) 
«Yel əsməyincə, yarpaq tərpənməz»,  
«Yel apardığın qaytarmaz». (atalar sözü) 
 
Yel əsdi yurdum üstə,  
Toz düşdü qurdun üstə.  
 
 
Yurd üçün baş qoyanı,  
Sən bizim eldən istə.   
                     (bayatı) 
 
 
 
 
 
Tufan qopar, yel ağlar,  
Çaylar daşar, sel ağlar 
Qəriblikdə ölənin 
Yasın tutar, el ağlar  
(ağı) 
 
Xalqımızın empirik təfəkkürünə görə, ilin sonuncu çərşənbəsi 
torpaq çərşənbəsidir. Bu inamda bulunan xalq son dərəcə haqlıdır. 


180 
Təbiətin digər komponentlərinə nisbətən torpaq qış yuxusundan 
gec oyanır.  
Torpaq planetin ən böyük və  zəruri komponentidir. Digər 
komponentlər torpağın üstündə yerləşir və onun qoynunda intişar 
tapır. Torpağın oyanışı ilə ilin təzələnməsi  əyaniləşir. Digər üç 
ünsürün (su, od, yel) dirçəlişi ilin təzələnməsini hələ tam ortaya 
qoya bilmir. Torpağın oyanışı bütövlükdə təbiəti cana-qana gətirir. 
Bu səbəbdən xalq bu çərşənbəyə  «İlaxır çərşənbə», «Torpaq 
çərşənbəsi», «Yer çərşənbəsi» deyibdir. Torpağa gəlmiş  hərarət 
suda və havada duyulur. Donmuş torpağın canı-qanı isinir. Dir-
çəlmiş torpaq şumlanır,  əkin hazırlanır. Torpağın oyanmasına 
insanlar daha çox sevinir. Əcdadlarımız inanıblar ki, torpağın 
dirçəlişi suya, oda və yelə daha çox hərarət bəxş edibdir. Xalqın bu 
inamı onun mifik düşüncəsində əbədiləşdirilmişdir.  
Özündən əvvəlki gerçək mənəvi sərvətləri mənimsəmiş «Aves-
ta»da torpağa münasibətdə varislik hissi qorunub saxlanılmışdır. 
«Avesta»da torpaq canlı varlıq kini təqdim olunur. Torpaq insanın 
ilkin yaradıcısı –ana bətni kimi təsvir və  təsəvvür olunubdur. 
«Avesta» inamına görə,  şər allahı  Əhrimən Qayomardı öldürür. 
Qayomardın sol qabırğasından iki damcı  tər torpağa düşür. Bu 
damcılardan kol-revac göyərib qalxır. Doqquzuncu ayda kollarda 
düyməciklər əmələ gəlir və birləşir. Bunlardan ilk insanlar yaranır. 
50 il müddətində ilk kişi və qadın bir-birlərinə toxunmadan ömür 
edirlər. 50 ildən sonra şər təmsilçisi Əhrimən qoca kişi görkəmində 
onlara yaxınlaşıb, meyvə yeməyə  və cinsi münasibətdə olmağa 
tamahlandırır. Bundan sonra dünyaya yeni insan gəlir.  
Mahiyyətcə bu mifə yaxın olan digər bir mifdə göstərilir ki
Qayomard ölümdən əvvəl torpağa toxum qoyur. Həmin toxum 40 il 
günəş işığında qalandan sonra ondan revac kolları əmələ gəlir. Bu 
kollar insan formasına düşürlər. Maşya və Maşyana insanların ilk 
əcdadları olublar (77).  
Bu miflərdən görünür ki, torpaq bəşərin ilkin rüşeymini 
canlandıran, dirildən bir varlıq kimi dərk olunubdur. Ölüm-dirim 


181 
dualizmi həyatın və  bəşərin yaranması  və inkişafıdır. Qayomard 
ölməsə, insan nəsli yaranmazdı. Təbiət ölməsə, yenidən dirilə 
bilməz.  
«Avesta»da dilə  gələn torpaq insanlara buyurur ki, ondan hər 
vasitə ilə istifadə etsinlər, ona əmək sərf edib, ondan layiqincə 
faydalansınlar. Torpaq insanoğluna müraciət edərək deyir ki, ey 
insan, sən məndən ikiəlli yapışıb, məni layiqincə becərsən, mən 
yorulmaq bilmədən sənin üçün istədiyin neməti yaradaram, sənə 
bol ruzi, bol məhsul verərəm. Əgər belə etməsən, torpaq üzərində 
əməyin olmasa, dilənçilərə qarışıb özgələr qapısında boyun bükə-
cəksən. Sənin qiymətin zəngin evlərin tullantısı olacaqdır (77, 89).  
Sonuncu çərşənbə sayılan torpaq çərşənbəsi digər çərşənbələr-
dən fərqli olaraq daha təntənəli keçirilir. Axırıncı  çərşənbə özü-
nəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur. 
Soyuqdan-şaxtadan olmazın  əzab-əziyyətini görmüş, məşəqqətini 
çəkmiş insan qışı yola saldığına sevinir, sevincini-şadlığını bayram 
səviyyəsinə qaldırır. Bir çox regionlarda ilaxır çərşənbənin təntə-
nəsi Novruzu belə üstələyir. Bu çərşənbə mərasimləri sübh tezdən 
bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına 
gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu 
suya danışar və sudan dilək diləyərlər.  
Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Ton-
qallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz 
tutur, evlərə torba atılır, qız-qadınlar qulaq falına çıxırlar. Axır çər-
şənbədə evlərdə  şam yandırılır, xonça düzəldilir. El-obada cama-
atın gur yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyun-
ları keçirilir. İnsanlar məişətdə  və  təsərrüfatlarda köklü yeniliklər 
edirlər. Qız qadınlar ev-eşikdə  təmizlik işlərinə başlayar. Ev-eşik 
silinib təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə  nə 
varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər.  
Kişilər də  həyət-bacadə  əsaslı  işə başlayar. Bağ-bağat, həyət-
bacaya  əl gəzdirərlər, səliqə-sahmana salınar. Bağ-bağatda ağac-
ların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə