Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə48/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   44   45   46   47   48   49   50   51   ...   67

158 
Boz ayın birinci çərşənbəsi su çərşənbəsidir. Elə bu 
səbəbdəndir ki, su çərşənbəsinə  «əzəl çərşənbə» də deyilir. İlkin 
oyanışın səbəbkarı  olan  su  çərşənbəsi xalq tərəfindən çox sevilir. 
Xalq  əzəl sevgisini bu çərşənbəyə verdiyi dürlü adlarla izhar 
etmişdir: «Əvvəl çərşənbə», «Gözəl çərşənbə», «Sular çərşənbəsi», 
«Gül çərşənbə» və s.  
Xalqın müşahidəsinə görə, təbiətdə ilkin oyanış  və  hərarət 
sudan başlayır.  
Suyun bir çox dünya xalqlarında, o cümlədən türklərdə 
müqəddəs sayılmasını da həyatın sudan yaranmasında axtarmaq 
lazımdır. Bütün dünyada məşhur olan «Su həyatdır» qənaətinin 
analoqu yoxdur. İnsanoğlu yarandığı gündən, çox haqlı yerə, suyun 
hər şey olduğunu düşünüb və qəbul edib.  
Dünyanın ilkin övladları olan şumerlərin, düşüncəsinə görə
hər  şeydən  əvvəl su (dəniz) mövcud olmuşdur. Onların inamınca, 
kosmik dağlar dənizdən yaranıb. Kosmik dağlarda səma və yer bir 
yerdə qərar tutmuşdur. Hava allahı Enlil onların törəməsidir. Enlil 
də öz missiyasını yerinə yetirdi – birləşmiş yerlə göyü bir-birindən 
ayırdı.  
Şumer mifinə görə, digər allahlar su (okean) allahı Hammudan 
törəmişlər. Hammu isə ilkin başlanğıcda – Anu və Kini 
yaratmışdır. Həyatın sudan yarandığı  qənaətinə  gələn ilk bəşər 
övladlarından biri də türklər olmuşlar.  İnsanın sudan yarandığı 
haqqında məşhur Altay əfsanəsində deyilir: «Dünyada yalnız Qara 
xan və sular vardı. O, təklikdən darıxdı, bir insan yaratdı,  İnsana 
qanad verdi ki, üzsün. İnsan uçmaq istədi. Qara xan onun uçmaq 
qüdrətini və qanadlarını aldı.  İnsanın yaşaya bilməsi üçün torpaq 
lazım idi. Qara xan bir ovuc ulduz qoparıb suya səpdi, yer yarandı. 
Ada  şəklində olan bu torpaq üzərində 9 budaqlı  şam ağacı, hər 
budağın altında bir adam yaratdı» (32, 11).  
Digər bir türk mifində deyilir: 
Əvvəlcə yalnız Böyük Tanrı və su vardı. Tanrı suya bir bəyaz 
qu quşu göndərdi. Ona torpaq gətirməyi əmr etdi. Qu quşu suya baş 


159 
vurdu. Dəryanın dərinliklərindən torpaq götürdü. Suyun üzərinə 
çıxandan sonra ağzındakı torpağı üfürdü. Üfürdüyü torpaq toz 
halında suya töküldü. Bu tozlar böyüyüb yayıldı, torpaq yarandı. 
Yaranmış torpaqlar düzənlik idi (32, 60).  
Ümumən, türklərdə suya hər  şeyin yaradıcısı kimi baxmışlar. 
Qırğız mifik təfəkkürünə görə də, yer sudan yaranmışdır. Əfsanəyə 
görə, dənizdə  nəslini artırmaq üçün yumurtasını qoymağa yer 
tapmayan quş qanadlarından lələklərini qoparıb dərya üstə qoyur. 
Sular qoynundakı yuvadan torpaq yaranır. Digər bir qırğız mifində 
də insanın yaranışı birbaşa su ilə  əlaqələndirilir. Qırğız xaqanı 
Saqanın qızı 39 qızla göl kənarına gedir. Qızların hamısı  əllərini 
suya salırlar. Qızlar bu sudan hamilə qalırlar. Bunu görən xaqan 
qızları meşəyə (bəzi mənbələrdə dağa) göndərir. Qızlar orada 
doğurlar. Bu uşaqlar qırğızların əcdadları olublar (32, 14).  
Türklərdə çayların çoxu müqəddəs sayılıb. Altay türklərinin 
inamına görə, tanrılar Xatın çayının mənsəbində yaşayırlar. 
Qıpçaqlar – İrtış, yeniseylilər Tom və Kam çaylarını müqəddəs 
sayıblar.  İssık gölün uzaq ətrafında yaşayanlar onu müqəddəs 
biliblər. Qırğızlar hər il bu gölə qurbanlar verirdilər. Çinlilər İssık 
gölə İsti dəniz, monqollar Dəmirli göl deyirdilər (32, 29).  
Türk mifik təfəkkürünün yaratdığı belə nümunələrin sayını bir 
qədər də artırmaq olar. Bu əfsanələrin nüvəsində, türk dünya-
görüşünün mərkəzində su, yaradıcı bir qüvvə kimi durubdur.  
Qədim türklərin suyu müqəddəs tutmalarının başlıca 
səbəblərindən biri suyun (gölün) göyün(səma) rəngində olması  və 
göy üzünün suda əks olunmasıdır. «Göl», əsasən, göy rəngdə olan 
səmanı əks etdirdiyinə görə göy təsiri bağışlayır. Bəllidir ki, gölün 
göy rəngə çalması, həm də suyun dərinliyi və dibində bitən 
bitkilərlə əlaqədardır. Ona görə də əski türkdilli insan gölə göy+ su 
(göy+ öl) demişdir (18, 44).  
Göy sözünün səmaya, fəzaya məxsus olması su, çay və göl 
adlarında özünü saxlamışdır.  


160 
Göygöl, Göycə gölü və s. Bu adların mənalarında göyə 
məxsusluq, səmaya aidlik qorunub saxlanıb. Göygöl, Göycə gölü 
göyə xas su deməkdir. «Göy» həm də qədim türklərdə Tanrını ifadə 
etmişdir (18, 45).  
Türk  əməl və fikir tarixindən incəliklə faydalanmış  Zərdüşt 
suya yaradan, yaradılış ünsürü kimi baxmışdır. A.E.Bertels yazırdı 
ki, «Avesta» anlayışına görə, insan və  təbiətin bir-birinə 
bənzəyişinin səbəbi ondan ibarətdir ki, onların hər ikisi bir damcı 
sudan yaranmışdır (75, 664).  
Zərdüşt suya həm də biokimyəvi nöqteyi-nəzərdən yanaşmış-
dır. Onun gəldiyi qənaətə görə, insanın içdiyi su üç hissəyə 
bölünür: zərif, orta və qaba keyfiyyətli. Zərif keyfiyyətli hissə 
insanın beyninə-iliyə daxil olur, orta keyfiyyətli hissə nitqə çevrilir, 
qaba hissədə xaric olunur (75, 21).  
Göy,  əski türklərdə müqəddəs sayılmışdır. Türklər qurda göy 
börü deməkdə «göy saflığı», «göy təmizliyi» arayıb-axtarmışlar.  
Azərbaycan mifik təfəkkürünün, o cümlədən təbiət kultunun 
tanınmış araşdırıcılarından olan M.Seyidov Öləngin su, yaşıllıq 
ilahəsi olduğu, Xızırdan əvvəl bu missiyanı daşıdığı qənaətindədir 
(18, 62).  
Əski inanca görə, su çərşənbəsində astronomik yeniləşmə suyu 
da təzələyir. Türk mifik düşüncəsində su kultu əsas yer tutubdur.  
Əcdadlarımızda belə bir fəlsəfi inam olub ki, Həvva ana su
Adəm ata od başlanğıcıdır. Elçin Aslanov yazır: « Onlar od 
dedikdə Adəmi, su dedikdə  Həvvanı-qadın düşünürmüşlər. Təsa-
düfi deyil ki, bütövlükdə su varlığına həsr edilən birinci çərşənbə 
yalnız anaların ərli-övladlı qadınların bayramı sayılmış, həmin gün 
onlar bulaqbaşı  və su dəyirmanı  ətrafına toplaşaraq, xüsusi 
mərasimlər icra etmişlər.  İkinci od çərşənbəsi isə,  əksinə kişilərin 
sərəncamına verilmişdir. Adəm və  Həvva övladlarının, kişili-
arvadlı birlikdə keçirdikləri digər çərşənbə bayramlarında cavanla-
rın yelləncəklərə qalxıb oyan – buyana havalanması, yaxud müxtə-
lif hərəkətlərlə torpaq-qadında nəfsani duyğular oyadıb onun, necə 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə