Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə40/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   36   37   38   39   40   41   42   43   ...   67

132 
problemlərinə sərf olunardu. El-obada böyük nüfuz qazanmış «Xan 
bəzəmə» mərasiminin tarixi kökləri olduqca qədimdir. Böyük 
ehtimalla demək olar ki, bu mərasim öz qaynaqlarını sinifsiz 
cəmiyyətin mövcud olduğu dövrlərdən götürübdür. Xalq öz 
problemlərini həll etmək üçün Novruzun təntənəli günlərində 
«Xan» seçibdir. Həmin ərəfədə camaat toparlanır, bir-birinə qayğı 
və nəvazişlə yanaşır. Seçilmiş «Xan»ın da bir sözü iki ola bilməzdi.  
Bu mərasimlə bağlı ikinci bir versiya da irəli sürə bilərik. Nov-
ruzun müqəddəsliyindən, onun xalq arasında mövcud olan gerçək 
nüfuzundan zamanında hakimiyyət sahibləri ustalıqla faydalanıblar. 
Bəzi mənbələrdə  həmin  ərəfədə  səlahiyyət sahibləri məqsədli 
şəkildə hakimiyyətdən uzaqlaşır, xalqın dərd-sərini, maddi-mənəvi 
problemləri ilə  əyani  şəkildə tanış olmaq üçün, xalqla canlı, 
vasitəsiz ünsiyyətdə olmaqdan ötrü birbaşa özləri xalqın içərisinə 
təşrif buyurublar. «Xan bəzəmə» mərasiminin Azərbaycanda 
yarandığı daha çox inandırıcı görünür. Mənbələrdə ehtimal forma-
sında yazılır ki, Cəmşidi camaat taxtında gəzdirib, Azərbaycana 
gətirib çıxarır. Həmin gün Cəmşid taxta oturub. Taxt-taca yiyələn-
miş Cəmşidin şərəfinə camaat şadlıq edir, bayram keçirir. Cəmşidin 
özünün ildə bir dəfə, Novruz ərəfəsində  şahlıqdan uzaqlaşıb 
camaatın içərisinə getdiyi, həmin gün onlarla canlı ünsiyyətdə 
olduğu, onların qayğı və problemlərini həll etdiyi də deyilir.  
Novruz bayramı dövlət işlərinə və dövlət başçılarına yardımçı 
bir vasitə olubdur. XI əsrdə yaşamış məşhur və müdrik bir dövlət 
adamı olmuş Nizamülmülk «Siyasətnamə»  əsərində hökmdarın 
xalqın içərisinə təşrif buyurmasından, həmin günlərdə şah sarayının 
qapılarının camaatın üzünə açıq olmasından da söhbət açılır. Gör-
kəmli dövlət adamının məşhur «Siyasətnamə»sindən həmin 
məqamın təfərrüatına diqqət yetirək: 
Belə deyirlər ki, Əcəm hökmdarlarının adəti bu imiş ki, 
Mehrikan və Novruz günlərində şah xalq üçün qəbul düzəldər və o 
gün heç kəsi həbs etdirməzmiş.  


133 
Bir neçə gün əvvəl münadi (carçı) car çəkib deyərdi: «Filan 
günə hazırlaşın!». Hər kəs o günə hazırlığını görərdi. O gün 
çatdıqda şah münadisi bazarın kənarında durub qışqırardı: «Bu gün 
ehtiyacını ödəməkdə kim-kimə mane olsa, şah onun qanını 
axıtdıracaqdır». Sonra şah xalqın  ərizələrini oxumağa başlardı, 
onları bir-bir qabağına qoyub nəzərdən keçirərdi. Orada şahın 
özündən  şikayət vardısa,  şah durub taxtdan düşər, onların dilində 
qazilər qazisi demək olan möbidlər möbidinin (möbəd, möbid-
zərdüştlikdə din xadimi, kahin) qarşısında iki dizi üstə oturar və 
deyərmiş: «Hər şeydən əvvəl bu kişi ilə mənim məsələmi ayırd elə, 
heç şeydən ehtiyat edib çəkinmə». Bu vaxt car çəkilərmiş: «Kimin 
şahdan şikayəti varsa, hamısı bir tərəfə yığılsınlar ki, ilk növbədə, 
onların a Sonra şah möbidə deyərmiş: «Allah-taala yanında  şah 
günahından böyük günah ola bilməz. Çünki Allah-taalanın neməti 
sayəsində onların vəzifəsi rəiyyət saxlamaq, onların haqqını 
qorumaq, onlara qarşı uzadılan  əli gödəltməkdən ibarətdir.  Şah 
zalım olsa, qoşunu da bütünlükdə zalım olar və Allahı unudar, 
nemətə qarşı nankorluq edərlər; gec-tez onlar Allahın qəzəbinə və 
cəzasına düçar olub zərər çəkər, çox keçməz ki, dünya viran olar. 
Onların bu günahları üzündən hamı öldürülər;  şahlıq o eldən 
köçürülər. Ey Allahını tanıyan möbid, bax, mənə üzgörənlik etmə. 
Allah məndən nə  tələb etsə, mən də  səndən tələb edəcək və 
hamısını sənin boynuna yıxacağam».  
Sonra möbid işlərə baxmağa başlar, kimin şaha qarşı  tələbi 
haqlı idisə, onun xeyrinə hökm çıxarar, kim şaha qarşı  əsassız iş 
qaldırıb sübut gətirə bilməzdisə, ona ən ağır cəza kəsərdi, bilsinlər 
ki, ölkəyə  və hökmdarına (yersiz) eyib tutmağa cəsarət etmiş 
adamın mükafatı bu olacaqdır.  
Şahın mühakiməsi qurtardıqdan sonra o yenə taxta oturar, tacı 
başına qoyar, üzünü böyüklərə  və yaxın adamlarına çevirib 
deyərmiş: «Mən ona görə özümdən başladım ki, siz başqalarına 
zülm etmək tamahına düşməyəsiniz, indi kimin sizdən narazılığı 
varsa, könlünü ələ alınız».  


134 
Cəmşiddən sonra bu humanist törənin qədim  İran  şahları 
tərəfindən bir ənənə kimi davam etdirildiyi tarixi mənbələrin ço-
xunda qeyd olunmuşdur. Tarixi mənbələrdə hakim sinfin nüma-
yəndələrinin Novruz şənliklərindən  şəxsi mənfəətləri naminə 
faydalandıqları da vurğulanır. «Xan bəzəmə» mərasimində bayram-
dan gəlir mənbəyi kimi də yararlanıblar. Orta əsrlərdə Novruzda 
pay-peşkəş vermək  ənənəyə çevilibmiş. Bu pay-peşkəş çox aşağı 
və orta sinfin nümayəndələri tərəfindən hakim təbəqənin üzvlərinə 
verilərmiş. Səfəvilər dövlətində baş vəzir işləmiş Mirzə Hatəm bəy 
Ordubadinin Novruz bayramında  şahına 2074 tüməni peşkəş 
verdiyini tarixi mənbələr qoruyub saxlamışdır. Novruz bayramında 
hökmdarlara qızıl  əşyalar və digər qiymətli hədiyyələr verilərdi. 
Novruzla bağlı  qədim bir mərasim də meydana çıxmışdır ki, bu 
mərasimdən də  səlahiyyət sahibləri faydalanırdılar. Bu mərasim 
Mirnovruz və bəzən də Hacı Firuz adlandırılırdı (31, 117).  
Bu mərasimin ilk vaxtlar konkret şəxsin adi ilə bağlı olduğunu 
ehtimal etmək olar.  
Göründüyü kimi, bu mərasim də birbaşa «Xan bəzəmə» 
mərasimindən qaynaqlanıbdır.  
E.Aslanov «Novruz: dünən, bu gün, sabah» məqaləsində yazır: 
«Əski qaynaqlardan aydın olur ki, bir zamanlar Misirdə Novruz 
büsatı  ərəfəsində  «Əmir  əi-Novruz», qısaca desək, Mirnovruz adı 
daşıyan bir nəfər törən hakimi seçilir. Mirnovruz (bu ad altında 
mifik Cəmşid təsəvvür olunurdu) seçmək adət-ənənəsi orta 
çağlarda, xüsusən Səfəvilər dövründə  də geniş yayılmışdı. Hər il 
bayramın iştirakçıları öz aralarında gözəl rəftarlı, xoşgörkəmli, 
hörmətli bir şəxsi Mirnovruz seçirmişlər. O, ağ at, yaxud dəvə 
üzərinə qalxır, əlində qızılquş bayram alayının önündə yeriyirmiş. 
Saraydakı rəsmi törən ziyafətlərini də Mirnovruz idarə edirdi» (56). 
Aydınlıq naminə deyək ki, «Əmiri – Novruz» Novruzun sahibi 
deməkdir.  
Mirnovruz mərasimi İranda, Orta Asiyada və digər regionlarda 
da keçirilirmiş.  


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə