122
faydasına görə də keçi əski çağlardan bolluq, məhsuldarlıq, yazın və
günəşin atributu sayılıb.
Aydındır ki, məşəqqətli qışın çətinliklərini görən insan yazda
bol məhsulun əsasını qoyur. Bəzi xalqlarda keçi daha bir mifik
anlamın təmsilçisi olmuşdur. Yada (çada) daşının mifik keyfiyyəti
onun yağış yağdırmasıdır. Əski türklərin inamına görə, yada
daşının ən üstün gücə malik olanı qurdun qarnında olardı. Babilis-
tan – Assuriya xalqlarında isə belə bir düşüncə hakim idi ki,
şəfaverici həmin daş keçinin qarnında olarmış. Məlumdur ki, türk-
lərdə qurd – günəşin rəmzi, yəhudi, yunan, Babilistan – Assuriya
xalqlarında isə ən çox keçi (keçi həm də türklərdə bu missiyanı
daşıyır) günəşin və məhsuldarlığın simvoludur. Türklərdə qurdun,
digər xalqlarda isə keçinin qarnından şəfaverici gücə malik daşın
çıxması hər iki adıçəkilən heyvanın zoomorfik onqon olmasından
xəbər verir (17,45). «Kosa-kosa» oyunu əski çağların məhsulu olsa
da, bütün zamanlarda Novruz şənliklərinin ən böyük və maraqlı
mərasimlərindən olmuşdur. Yuxarıda qeyd etdiyimiz kimi, digər
ayin və mərasimlərdən fərqli olaraq, «Kosa-kosa» oyun-tamaşası
bu və digər formada keçirilmişdir. Azərbaycanın müxtəlif yaşayış
məskənlərində «Kosa-kosa» mərasim tamaşası orijinal və
rəngarəng bir formada keçirilir. «Kosa-kosa» oyununun bu geniş
xalq sevgisini qazanmasının nəticəsidir ki, Azərbaycan ərazisində
onun 15 versiyası (A.Nəbiyev) qeydə alınmışdır.
Novruz sisteminin atributlarından biri də səmənidir. Səməni
Novruz ərəfəsində (böyük çillə) və Novruz təntənələrində hazır-
lanır. Novruz sistemində təsadüfi heç nə yoxdur. Səməni həyat
simvolu, yaşıllıq kultudur. Təhlil və münasibətdən əvvəl səməninin
becərilməsi və hazırlanmasına diqqət yetirməyimiz gərəkli olardı.
İlkin olaraq buğda işığa qoyular, sonra sini, məcməyi və digər qaba
barmaq qalınlığında tökülər və üzərinə su səpilər. Dörd-beş gündən
sonra cücərən səmənini ağ rəngli rişəsini taxta üstündə döyüb
suyunu çıxarar, ona bir az da su qatıb qaynadardılar. Səmənini
123
qədimdə böyük mis qazanlarda iki-üç gün qaynadırdılar. Səməni
qaynadıqca rəngi qırmızı, mixəyi rəngə çalır. Hazır olan bu
səmənidən halva da bişirirlər. Səməni halvası hazırlamaqdan ötrü
teşt və saca birinci yağ tökülür, sonra istiot, sarıkök, mixək, hil,
zəncəfil və başqa ədvalar əlavə olunur. Bundan sonra səməni
şirəsində yoğrulmuş xəmir lavaşı əlavə edilərək tez-tez qarışdırılır.
Xəmir ovulduqda ocaqdan götürülür, ona şirin şey (bal şərbəti,
qənd və bəhməz) qarışdırılır. Soyuduqdan sonra ona qoz ləpəsi,
fındıq və badam qatılır. Səməni bişirmə xüsusi törənlə müşayiət
olunubdur. Səməni unu yeddi evdən alınardı. Qohum-qonşu xonça
tutub səməni bişirilən evə gələr, «Allah mübarək eləsin» və ya
«Allah qəbul eləsin» deyərdilər.
Qız-gəlinin gətirdiyi xonçaları evə qoymazdılar, elə həyətdə
saxlayardılar. Həyətin dörd bir tərəfi xonça ilə örtülərdi. Həmin
gecəni yatmazdılar. Sübhə kimi gözləyərdilər ki, kimin xonçası
qəbul olunacaqdır. Səməni şirin çıxardısa, həmin xonça qəbul
olunmuş sayılardı. Qız-gəlin çalıb-oxuyar, oynayardılar. Səməni
haqqındakı ritmik nəğmələr səməni bişirmə mərasimi ilə bağlı
yaranmış mahnı və rəqsdir. Səməni bişirmə mövsümü ilə bağlı
çoxversiyalı nəğmələr mövcuddur. Bu nəğmələrdə səməninin
«möcuzələri» gizlədilibdir. Səməni ilə bağlı yanarmış nəğmələrdə
yalnız səməni vəsf olunmur.
Səməni, ay səməni,
Göyərdərəm mən səni.
Səndən mən can istərəm,
Damara qan istərəm.
Qanım təmiz gərək,
Dosta sanım gərək.
Cansız sanım olmaz,
Sənsiz qanım olmaz
İllətimin loğmanı,
Yamanlığın amanı,
124
Səməni, ay səməni,
Göyərdərəm mən səni (41, 38).
İlaxır çərşənbə və Novruz günlərində el-obanın bayram keçirən
adamları kəndin hüzr düşmüş, bayram keçirə bilməyən adamlarının
ocaqlarına gedər, onlara səməni xonçaları aparardılar. Xonçada
göyərdilmiş səməni və bəzən də quru sünbül olardı.
Səmənini hər il qışın oğlan çağında, yaz ərəfəsində hazırlan-
ması yalnız mövsüm mərasimi xatirinə olmayıb. Səməniyə səmimi
və könül sevgisi ilə «səməni, saxla məni ildə göyərdərəm səni»
deyilib. Ondan cansız cana can, qansız cana qan istənilib. İnsanlar
təcrübədən keçirib biliblər ki, ən təmiz qanın yaradıcılarından biri
səmənidir. Səməni çox doğru yerə, dərdlərin dərmanı sayılıbdır.
Səməni bədənə enerji, cana qan gətirib. Əcdadlarımız müasir tibbin
gəldiyi elmi nəticəni öz müşahidə və dəqiq təcrübələri əsasında e.ə.
əldə etmişlər. Müasir tibb elmində son qənaət budur ki, buğda
cücərtisinin tərkibində insan orqanizmi üçün vacib olan elementlər
mövcuddur. Səməni orqanizmdə gedən maddələr mübadiləsini
tənzimləyən «E» vitamini ilə də zəngindir. Səməni insan
orqanizmində yaranan avitaminozu aradan qaldırmaq üçün asan və
səmərəli vasitədir. Ulu babalarımızın milyon illər bundan əvvəl
təbii şəkildə faydalandıqları səməni məhsullarından bu gün
dünyanın inkişaf etmiş dövlətləri elmin son nailiyyətləri sayəsində
modern üsullarla istifadə edir. Dünyanın iqtisadi-siyasi cəhətdən
yüksək səviyyədə inkişaf etmiş nəhəng dövləti sayılan ABŞ-da
dəyməmiş buğdanın şirəsi və cücərtisi müxtəlif xəstəliklərin
müalicəsində müvəffəqiyyətlə tətbiq olunur.
Uzun illər bu sahədə tədqiqatlar aparmış alimlər belə bir
qənaətə gəliblər ki, cücərdilmiş buğda, xüsusən də onun suyu daha
çox sağlamlaşdırıcı təsirə malikdir. Yaşıl cücərtilərin tərkibi insan
orqanizmi üçün vacib olan elementlərlə zəngindir. Cücərdilmiş
buğdanın tərkibindəki vacib maddələrdən biri xlorofildir ki, onu
günəş enerjisi adlandırırlar. Tibb mütəxəssisləri molekulyar qurulu-
Dostları ilə paylaş: |