Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə41/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   37   38   39   40   41   42   43   44   ...   67

135 
Yuxarıda deyildiyi kimi, Mirnovruz, əslində, qızılquş (Ö.Xəy-
yamın yazdığına görə  də, qızılquş xoşbəxtlik və  səadət gətirir), at 
və ya dəvənin üstündə oturub yola çıxardı. Onun arxasınca gələn 
dəstə oxuya-oxuya onu müşayiət edərdi. Mirnovruzun mindiyi at 
harada dayansaydı, ev və ya bazar-dükan sahibi onun üçün 
hazırladığı  hədiyyəni hörmət və ehtiramla ona təqdim edərdi. Bu 
minvalla Mirnovruzun dəstəsi bayram sovqatını toplayardı.  
Ümumən, hökmdarlar Novruzdan – yeni gündən maddi-mənəvi 
və siyasi baxımdan yararlanmışlar. Səlahiyyət sahibləri bu günün 
yalnız müqəddəsliyindən-düşərliliyindən faydalanmamışlar, həm 
də kosmik-astronomik cəhətdən tamamilə yeniləşmiş bu gündə 
gələcək talelərini müəyyənləşdirməyə 
və kodlaşdırmağa 
çalışmışdılar. Taxt-tac sahibləri həmin gün bər-bəzəkli, bərq vuran, 
gözqamaşdıran libaslarını geyər, başlarına da «novruzi» deyilən 
(E.Aslanov) ağ rəngli məxsusi bir papaq qoyardılar. Camaatın içinə 
çıxan hökmdar ilin ilk günlərindən xalqın diqqətini cəlb edir, özünü 
onların nəzərinə çatdırırdı.  
«Xan bəzəmə» mərasimi də özlüyündə çoxqatlı  və  rəngarəng 
olmuşdur.  
Orta  əsr mənbələrində «Xan bəzəmə» mərasiminin zəngin 
keçirilməsi barədə də məlumatlar vardır. E.Aslanov yazır: «VIII-XI 
yüzilliklərin qaynaqlarında Yaxın  Şərqdə Novruz günü şəhərlərin 
baş küçələri ilə  və  təntənəli  şəkildə taxt-tac sahibi, yaxud şəhər 
rəisinin zəngin bayram süfrəsi – «Xan»ın gəzdirilməsindən xəbər 
verir. Həmin nəhəng süfrənin ortasında noğul, nabat və şəkərlənmiş 
meyvələrdən bir «portağal ağacı» quraşdırılır, onun budaq, yarpaq 
və meyvələrini şəkərdən hazırlayıb, üzərinə yenə şəkərdən minlərlə 
fiqur və  təsvirlər sancılır,  ətrafında qurulmuş «yeddi qəsr»in içi 
cürbəcür qoğal və şirniyyat ilə doldurulurdu. Qaydaya görə yoldan 
keçən hər kəs bu xariqüladə süfrəyə yanaşıb arzuladığı qoğal və 
şirni götürə bilərdi» (57).  


136 
Etiraf edək ki, hökmdarların Novruz şənliklərinə şəxsən qatıl-
maları  əhalinin ciddi marağına səbəb olur, bayramın təntənəsini 
daha da artırırdı. Azərbaycanda xanlıqlar dövrü də daxil olmaqla, 
bütün dövrlərdə xanlar və hökmdarlar Novruz şənliklərinin fəal 
iştirakçısı olmuşlar. Nizami Gəncəvinin yaşadığı dövrdə Novruz 
günü eyvanda, xüsusi bir taxtda əyləşmiş hökmdarın qarşısından 
seçmə  ağ atlar aparılır, qızıl-gümüşdən hazırlanmış qoşqu 
ləvazimatı nümayiş etdirilirdi.  
Həmin dövrdən 600 il sonra Azərbaycanda, xanlıqlar çağı 
Qarabağda Novruz bayramını  təsvir edən Y.V.Çəmənzəminlinin 
«Qan içində» romanında bayram yürüşündəki at üstə yeriyən 
bəylərin  Şuşada Cıdır düzünə yollanmasından danışılır.  İzdihamın 
önündə yalları  xınaya boyanmış  ağ atda, əyinində  ağ çüğa, ağ 
arxalıq geyib, başına ağ  dəri papaq qoymuş Qarabağ xanı irəli-
ləyərdi. Qafilə Cıdır düzündəki təpədə qurulmuş çadırlara çatdıqda, 
hamı atlardan enib çadırlara keçirdi» (57).  
«Xan bəzəmə» mərasiminin alt qatlarında xalqın müdrik 
düşüncəsi, arzu və istəkləri öz əksini tapıbdır. Bu mərasimi yalnız 
hakim sinfin varlanmaq ehtirası ilə bağlamaq  ən azından insaf-
sızlıqdır. Ehtimalla olsa da deyə bilərik ki, «Xan bəzəmə» meydan 
tamaşasında xalq ədalətli  şah obrazı arzusunu gerçəkləşdiribdir. 
Novruzun müqəddəsliyindən, sayasından və nüfuzundan məharətlə 
yararlanmış  rəyasət sahibləri, həm də Novruzun yaratdığı  mənəvi 
təmizlənmə sayəsində saflaşmışlar. Həmin ərəfədə rəsmlər ədalətli, 
insaflı, xeyirxah, şən və nikbin olurdular.  
Hökmdarların iştirak etdiyi bayram şənliklərində müxtəlif peşə 
və sənət sahiblərinin əl işləri, sənət nailiyyətləri nümayiş etdirilirdi. 
XIV  ərsdə yaşamış bir türk tarıxçisinin verdiyi məlumata görə
Novruz törənində zərgər, dəmirçi, dərzi və b. (təsadüfi deyil ki, bu 
peşələr Cəmşidlə bağlıdır) peşə  və  sənət adamları bir il ərzində 
araya-ərsəyə gətirdikləri məhsullarını diqqəti cəlb edən bir formada 
nümayiş elətdirirdilər. Həmin sənət və peşə sahibləri məhsullarını 


137 
məxsusi bir dolabda və ya qurğuya yığıb çiyinlərində  gəzdirər, 
meydan  əhlinə nümayiş etdirərdilər. Çörəkçilər tamaşaçıların diq-
qətini özlərinə cəlb etmək üçün müxtəlif ölçülü çörəkləri qalaqlayıb 
hündür bir çörək köşkü düzəldirdilər. Həllaclar (pambıqatanlar) 
boyanmış pambıq və qamışdan böyük bir minarə düzəldir, onu 
tamamilə bəzədikdən sonra baş hissəsinə leylək fiquru keçirərdilər. 
Kəndirbazlar oyunları ilə  bərabər, qurub-düzdükləri kəndirləri
həsirçilər qamışdan hazırladıqları predmetləri nümayiş elətdirir-
dilər. Kürkçülər pələng, bəbir dərilərinə bürünüb həmin heyvanlar 
kimi yeriyir, qəssablar bir-iki nəfərə qoyun-keçi dərisi geyindirir və 
həmin heyvanların səsini çıxartdırırdı. Bu deyilənləri  İstanbulun 
Topqapı sarayının kitabxanasında saxlanılan  əlyazma və miniatür 
rəsmlər özündə hifz edir. XVI-XVII əsrlərə aid olan «Surnamə» 
(«Bayram kitabı») adlı əlyazmalar Türkiyədə mövcud olan bayram 
və törənlərin keçirilməsindən bəhs edir. Həmin  əlyazmalarda olan 
437 miniatürdə İstanbulun «At meydanı» adlanan yerində peşə və 
sənət adamlarının sultan qarşısında nümayiş elətdirdikləri qeyri-adi 
«həngamələr» təsvir olunubdur. Bu miniatürlərin hər biri özlü-
yündə maraqlıdır. Miniatürlərin birində gülçülərin apardığı qur-
ğunun hər bir bucağında sərv ağacı, ortada fəvvarəli hovuz və 
çiçəkləmiş iki meyvə  ağacından ibarət olan bağ (rövzə) təsvir 
olunubdur. Digər miniatürdə isə  ağac və bitkilərlə örtülmüş  təpə, 
onun qoynunda tütək çalan çoban fiquru, qoyun sürüsü və  vəhşi 
heyvanlar (ayı, ceyran və s.) təsvir edilibdir. Bu qafiləni on iki 
nəfər çiynində aparır (56). Gətirdiyimiz nümunələrdə təbiət təsvir-
lərinin, peşə  və  sənət adamlarının  əl işlərinin təsviri təsadüfi 
deyildir.  
Fikrimizcə, bu qarışıq – təbiət və insan münasibətlərinin əzəli 
və əbədiliyi, bu münasibətlər nəticəsində «Dünya ağacı»nın daimi 
yaşıllığı  və mövcudluğudur.  İnsanın qurub-yaratdığı  təsərrüfat 
sistemi (peşə, sənət alətləri) olmasa, təbiətin sistemli və faydalı 
inkişafı da qeyri-mümkündür. Elə bu zərif və həssas əlaqəyə görə, 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə