Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə28/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   24   25   26   27   28   29   30   31   ...   67

87 
lərdə mehr sözü ülfət, ünsiyyət, mehribanlıq mənalarında işlədilib. 
Bir çox mənbələrdə Mehrikan adlı bayramın məhsul bayramı kimi 
qeyd olunduğu göstərilir.  İlkin mənbələrdə Mehrikan daha çox 
mehr kimi işlədilmişdir.  Ə.Biruni «Asar əl-Baqiyyə»  əsərində 
Mehrikan barədə yazır: «Deyilənə görə, mehr günəşin adıdır. O, bu 
gündə  aşkar olunub-görünüb, ona görə  də bu gün mehrə  mənsub 
olur və deyilənə görə, bu gün Firudin Zöhhaka qalib gəlmişdir və 
bu gün də məlakələr Firudinin köməyinə gəlmişdilər».  
Ə.Biruni bu fikirləri «Avesta»dan əxz etmişdir. «Avesta» təq-
vimində ilin 7-ci ayının 16-cı günü mehr adlanır. Bu gün Zöhhakın 
zülmündən cana gəlmiş adamlar Gavəyi-Ahəngərin (Dəmirçi Gavə) 
rəhbərliyi ilə onun taxt-tacını devirmişlər.  
Ö.Xəyyam da Mehrikan bayramını bu yarımtarixi rəvayətlə 
əlaqələndirmişdir. Mehrikan-Mitra bayramını bir çox fars müəllif-
ləri mit tələffüzündə Cəmşit, Cəmşitlə bağlamışlar (68,20).  
 
Göründüyü kimi, zaman və tarixi şərait müxtəlif olsa da, meyil 
və  təmayül dəyişməmiş, hökmdarlar öz həyat və  əməllərini yenə 
xalq təfəkkürünün məhsulu olan bayramla əlaqələndirmişlər. 
«Avesta»da mələklərdən (yəzəd) birinin adının  Mehr olduğu da 
göstərilir. O da vurğulanır ki, bu yəzəd (mələk) yerdə qalan mələk-
lərdən çox hörmətlidir. Ahuraməzda qədər nüfuzludur. «Avesta»da 
deyılir: «Mən Ahuraməzda, Mehri özüm qədər sitayişəlayiq yarat-
dım». Bir çox mənbələrdə Mehrin günəş olması elə buradan qay-
naqlanır. «Avesta»nın «Mehryəşt» adlanan fəslində göstərilir ki, 
Mehr günəşdən qabaq dağ üstünə gəlir. Elə «Avesta»nın özündə bu 
məntiqi başqa bir fikir də  təsdiqləyir: «Günəş batdıqdan sonra 
Mehr yerlə göy arasına nəzər salır».  
Tədqiqatçılar Mehrikanın da Novruz kimi qədim və  əzəmətli 
bir bayram olduğunu göstərirlər. Araşdırıcılar bu iki bayramın 
təntənə  və  əzəmətini onunla izah edirlər ki, qədim zamanlarda 
hökmdarlar ildə iki dəfə Novruz  və Mehrikanda xalq kütlələrinin 
şikayətlərini  dinləyər  və onların dərd-sərlərinə  əlac edilərdi. Nov-
ruz yaz, mehrikan isə payız başlandıqda keçirilirdi (31, 120). Bəzi 


88 
İran tədqiqatçıları (H. Tağızadə və b.) Mehrikanın farsların Novruz 
bayramı olduğu mülahizəsini irəli sürürlər. Bu fikirlə heç cür 
razılaşmaq mümkün deyildir. Midiya və Azərbaycan  ərazisində 
2500 il əvvəl Mehrikan qeyd edilmişdir. Belə bir fakt da məlumdur 
ki, Midiyada Mehrikan bayramı  zərdüştlüklə bağlı olmuşdur. 
Mənbələrdə o da qeyd olunur ki, Dara öz tərəfdarları ilə birlikdə 
Midiyada hakimiyyəti  ələ almaq üçün əlverişli gün kimi məhz 
Mehrikan bayramı gününü seçmişdir. Həmin gün Mehrikan bay-l.f0 Tc 0 Tw 13.855 0 Td(õ2f0.00051 Tf0.455 oluny 0.38r ki, Dara öz t)T_0 1c 0/C2_0 1 Tf0.89 0 Td<0525>Tj/TT0 1  ki, Dara öz tl
% nb


89 
almışdır. Firdövsinin yazdığına görə, Zöhhakın çiyinlərindəki 
ilanları sakitləşdirmək üçün onlara hər gün iki gəncin beynini 
yedizdirirmişlər. Bu zülmə qarşı ilk dəfə dəmirçi Gavə üsyan qal-
dırmış, sonradan isə Firudun xalqın və atasının (Onun atasının da 
beyni Zöhhakın çiynindəki ilanlara yedirdilmişdir) qisasını Zöhhakı 
Dəmavənd dağında mağarada asaraq almışdır. 
Bir neçə  dəfə Novruzun bir sistem olduğunu vurğulamışıq. 
Yuxarıda göstərildi ki, Novruz yaz, Mehrikan isə payız bayramıdır. 
Bununla razılaşmamaq olmur. Novruz bir sistem olduğundan o ilin 
365 gününü əhatə edir. Mehrikanın payızda keçirilən məhsul bayra-
mı olmasına heç bir şübhə qalmır. «Avesta» təqviminə görə, ilin 
birinci ayı yazın gəlişi (Novruz) bayram edilir. Torpaq şumlamış, 
məhsul yetişdirmiş insan, onun bəhrəsini də toplayıb bayram 
etməlidir. Bu yaz-payız məntiqi sonluğudur.  
Orta  əsr müəllifləri (Ə.Biruni, Qəzvini,  Ə.Səmərqəndi) Meh-
rikanın payızın başlandığı gün  kimi qeyd etmişlər. Bir qədər də 
dəqiq  desək,  orta  əsr müəllifləri Mehrikanın mehr ayının 16-da 
keçirildiyini yazırlar. Orta əsr tədqiqatçılarının hamısı Mehrikanın 
keçirilmə günü ilə  həmrəydirlər. Bayramın keçirilmə günü ilə 
həmrəy olan orta əsr müəllifləri bayram günlərinin neçə gün olma-
sında fərqli düşünürlər. Qeyd olunduğu kimi, Ə.Biruni Mehrikanın 
mehr ayının 16-dan 30-a kimi keçirildiyini və bu bayram günlərinin 
cəmiyyətin müxtəlif təbəqələri arasında bölündüyünü yazır. Cə-
miyyətin müxtəlif təbəqələrinə mənsub olan insanlar (saray adam-
ları, hərbçilər,  əkinçilər və b.) elan olunmuş müəyyən günlərdə 
bayramı keçirirdilər. Bir çox orta əsr müəllifləri isə Mehrikan 
bayramının altı gün keçirildiyini yazırlar (31, 125). Bir məsələyə 
bu məqamda münasibət bildirmək vacibdir. Novruz kimi, Mehrikan 
da iki ad və 2 müxtəlif vaxtda – 16 mehrdə mehrikane-amme və 21 
mehrdə mehrikane-xasse kimi qeyd olunubdur. Mehrikanın 21 
mehrdə qeyd olunduğu barədəki informasiya daha inandırıcı görü-
nür.  Ə.Biruni bu barədə  «Avesta»ya  əsaslanıb yazır ki, «Avesta» 


90 
təqvimində  hər ayın 2l-ci gününün bayram adlanmasına baxma-
yaraq, həmin gün tarixən Mehrikan kimi daha çox tanınmışdır. 
Həmin gün Mehrikan həftəsinin son günü kimi böyük təntənə ilə 
qeyd olunmuşdur. Belə deyirlər ki, Zərdüşt buyurub: «Mehrikan 
bayramının başladığı  və qurtardığı günləri təntənəli qarşılayın və 
yola salın» (31, 126). Mehrikan bayramının mehr ayının 21-də 
qeyd edildiyi məntiqə daha çox uyğundur. Aydındır ki, hər ayın 21-
22-si ay tamamlanır, yeni ay başlanır. Mehrikanın da məhsul 
bayramı olduğunu nəzərə alsaq, indiki təqvimlə oktyabr ayında 
məhsulun yetişib, yığılıb başa çatdığı  və  məhsul bolluğunun bay-
ram əhval-ruhiyyəsi yaratdığına şübhə yeri qalmır. Mehrikan bay-
ramının Novruz qədər təntənəli və  əzəmətli bir  formada qeyd 
edilməsi onun Novruz sisteminin tərkib hissəsi olması fikrimizi bir 
daha təsdiq edir. Mehrikanın Novruz kimi yüksək dəbdəbə  və 
təntənə ilə keçirilməsini orta əsr müəllifləri də  təsdiqləyirlər. 
Ə.Biruni də bu faktı qeyd etmişdir: «Mehrikan bayramı da Novruz 
bayramı kimi geniş qeyd edilir» (31, 126). Novruzda olduğu kimi, 
Mehrikan bayramında da hər evdə  zəngin bayram süfrəsi açılır, 
qohum-qardaş, qonşular bir-birinin evinə gedib noğul-nabat, mey-
və-şirniyyatla bir-birlərinin bayramlarını  təbrik edirmişlər.  Əgər 
Novruzda əhali ayazlı-şaxtalı qışdan qurtulduqlarını bayram edirdi-
lərsə, Mehrikanda zəhmətlərinin bəhrəsini, məhsul bolluğunu tən-
tənə ilə qeyd edirdilər.  
Orta  əsr müəllifləri içərisində Novruzun mənşəyi  və elmi-
astronomik  əsasları haqqında  daha geniş  məlumata Ö.Xəyyamın 
yaradıcılığında rast gəlirik.  O, kainat və planet  hadisəsinə xüsusi 
bir  əsər həsr etmişdir. Ö.Xəyyamın «Novruznamə»ni 1075-78-ci 
illər arasında yazdığı ehtimal olunur.  
Ö.Xəyyam «Novruznamə» əsərində Novruzun yaranma səbəb-
lərini rəvayətlərlə yox, dövrün maddi-texniki texnologiyalarının 
verdiyi imkan vasitəsi ilə astronomik faktlara əsaslanan elmi 
dəlillərlə sübut etmişdir. Ö.Xəyyam  İsfahan astronomiya rəsəd-


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə