74
3) Od işıq və günəşin planetdəki (yerdəki) gözgörəsi, əldəyiləsi
rəmzidir. Günəşin bütün kainatın işıq, istilik mənbəyi olduğunu
bilən insan onun yerdəki analoquna (oda) inam, inanc yeri kimi
baxmış, ondan maddi (məişət) və mənəvi həyatında istifadə
etmişdir. Bu anlayışdan çıxış edib deyə bilərik ki, günəşə inamdan
çox-çox əvvəl oda inam olubdur. Oda, istiliyə inam sonradan
böyük Günəşə inama gətirib çıxarmışdır.
Zərdüştliyin əsas inam obyekti od olmuşdur. «Avesta»da oda
inamdan geniş danışılsa da, odun saxlanıldığı və sitayiş edildiyi
hansı səbəbdənsə atəşgədələrin adı belə çəkilmir. Lakin pəhləvi
mənbələrində, o cümlədən ərəb, fars və türk mənbələrində atəşgə-
dələr haqqında geniş məlumat verilmişdir.
Bu məqamda onu da qeyd edək ki, zərdüştliyin meydana gəl-
diyi yerin, «Avesta»nın yazıldığı əlifbanın və dilin Azərbaycanla
daha çox bağlı olduğunu göstərən dəlillərdən biri də məhz elə
böyük və məşhur atəşgədələrin Azərbaycan ərazisində yerləş-
məsidir. Tarixi məxəzlərdə zərdüştliyin ən qədim atəşgədələrindən
üçünün daha çox adı çəkilir . Bunlar Azərğəşəsb, Azər Frənbağ və
Azərbərzin atəşgədələridir. Adıçəkilən bu üç atəşgədənin içərisində
ən mötəbər və müqəddəsi Azərgəşəsb atəşgədəsi sayılmışdır (31,
33). «Bundəheş»in 17-ci fəslində yazılıb: «Cəmşid zamanında üç
sinfi qorumaq üçün göydən üç od, üç ibadətgaha düşmüşdür:
1. Azərbaycanda Azərgəşəsb adlanan atəşgədənin odu;
2. Fars əyalətində Azər Frənbağ adlanan atəşgədənin odu;
3. Xorasanda Bərzin Meh adlanan atəşgədənin odu.
Azərgəşəsb odu hökmdar və qoşununu, Azər Frənbağ odu
kahinləri, Bərzin Meh atəşgədənin odu isə torpaqda çalışan zəhmət
adamlarını qoruyurdu (30, 34-35).
Atəşgədələrdə oda sitayiş e.ə. birinci minilliyin əvvəllərindən
başlanmışdır. Ancaq insanların oda inamı çox-çox əvvəllərə gedib
çıxır. İnsanoğlu odu əldə etdiyi gündən ona müqəddəs bir varlıq
kimi baxmışdır. Bu da təsadüfi deyildir. Od bəşəriyyətin həyatında
əsaslı bir dönüş yaratmışdır. Bu ciddi təkamülü həyatında duyan
75
insanoğlu da oda inanmış, gecə-gündüz onun keşiyini çəkmişdir.
Çətinliklə əldə etdiyi odun nazı ilə oynamış, onu gözdən qoy-
mamış, onun sönməyinə imkan verməmişdir. Həmin inamın izləri
bu gündə Azərbaycanda qorunmaqdadır. Bu günün özündə də
yanan ocağın üstünə su atmırıq. Yanar ocağı, od-ocaq yerini
natəmizlikdən qoruyuruq. Hətta müqəddəs and yerlərimizdən biri
də ocaqdır. İndi də dilimizdə «And olsun bu ocağa» «Bu ocaq
haqqı», «Bu ocağa and olsun» kimi müqəddəs andlarımız vardır,
Novruzdan qaynaqlanan zərdüştliyin odu müqəddəs tutması odun
həyat, təkamül mənbəyi olması ilə bağlıdır. Od insanı təbiətdən
cəmiyyətə doğru inkişaf elətdirmiş və sivil cəmiyyətin qurulmasına
təkan vermişdir. Od həyat gerçəkliyidir. Od həyat incilərindən
biridir. Həyatın, təbiətin nəinki bitkin inkişafı, bütövlükdə var
olması, bu ünsürün hər birinin varlığından bu və ya digər formada
asılıdır. Kainatın və planetin əsaslı inkişaf qanunlarını dərindən
bilən Zərdüşt həyati gerçəkliyin inkişafına təkan verən odu mü-
qəddəs bilmiş, ona sitayiş etməyi vacib saymışdır. Zərdüşt inan-
cının baş allahı olan Ahuraməzda odun təmsilçisidir. «Avesta»da
beş növ oddan danışılır. Birincisi Berezi Səvengah-Bəhram odu –
atəşgədələr odu, ikinci Vəhvə Freynə odu – canlıların bədənində
olan hərarət, üçüncü Urvazişta – bitkilərə xas olan hərarət,
dördüncüsü Vedyaşt buludlar odu – ildırım, beşincisi Speniştə od –
Ahuraməzdanın yanında saxlanılan ən müqəddəs oddur. Buna
behişt odu da deyirlər (31, 43-44).
Zərdüştliyin vətəninin Azərbaycan olduğunu təsdiq edən
faktlardan biri də Azərbaycan və Atropaten adları ilə bağlıdır. Bir
çox tarixi mənbələrdə Azərbaycan toponimi «Odlar ölkəsi» kimi
qeyd olunur. Atropatenə gəldikdə isə, zərdüştliyi özünün rəsmi
dövlət dini qəbul etmiş Sasanilərin dövründə bel
76
etdikdən sonra dövlətin paytaxtından bu məbədə piyada ziyarətə
getməli idilər (28, 29).
«Şahnamə»də odun ilkin yaradıcısının Kəyumərs olduğu
yazılır. Belə deyilir ki, o, ovladığı vəhşi heyvanların ətini bişirmək
üçün odu əldə etmişdir (9, 25).
Norvuz sistemində olduğu kimi, «Avesta» təlimində də həyat
ünsürlərindən biri də sudur. «Avesta»da bu həyat ünsürlərini, çox
doğru yerə, «ölməz müqəddəslər» adlandırırlar. Dünyanın yara-
dılışı haqqında məşhur pəhləvi kitabı «Bundəheş» də («Əsas yara-
dılma») yazılıb ki, Hörmüzlə Əhrimən arasında müqavilə bağlan-
dıqdan sonra Amah raspandları («Avesta»dakı Ameşa-Spentanın)
ölməz müqəddəsləri yaradır. Həmin «ölməz müqəddəslərin» altı-
sını əvvəl yaratdı. Maddi aləmdə yaratdıqları birinci səma, ikinci
su, üçüncü torpaq, dördüncü bitkilər, beşinci mal-qara, altıncı
insan, yeddinci Hörmüz özü idi (28, 59). Zərdüştlikdə od kimi, su
da müqəddəs sayılmışdır. Bu məqəddəslik də zərdüştliyə qədər
özünə həyati status qazanmışdır. Od kimi, suya da həyati gerçəklik,
həyati intişar mənbəyi kimi baxmışlar. Herodot və Strabonun
yazdığına əsasən demək olar ki, Azərbaycan ərazisində yaşayanlar
çox qədimdən suya inanmış, onu hər cəhətdən qorumuşlar. Suya
həyat mənbəyi kimi, təmizlik, paklıq ünsürü kimı baxmaqda
insanoğlu səhv etməmişdir. Zərdüşt dininin davamçılarının da suya
sitayiş etməsinin kökündə elə bu gerçəklik dururdu. Mifik su tanrısı
Anahitin baş allahlardan biri olması təsadüfi deyildir. «Avesta»nın
5-ci Yaştı «Abənyəşt» Ardvi-Sur (Ardvi-nəm, rütubət, Sura – güclü
deməkdir) Anahitə həsr olunub. Orada göstərilir ki, Anahit mü-
qəddəs suların allahıdır. Onun yeri ulduzlar arasındadır. O, çox
güclü və qorxmazdır. Ahuraməzda ona xüsusi hörmət və ehtiram
bəsləyir. Bütün allahlar Anahitin hüzuruna gəlir. Anahitdən allahlar
əzəmət, var-dövlət diləyirlər. Anahit təbiət və canlıların məhsul-
darlıgını təmin edir. Anahitin siması da diqqət cəlb edəndir, boy-
buxunlu və gözəldir. Bir çox mənbələrdə Anahit sözü bir qədər
sadələşdirilmiş, Hahid formasında işlədilmişdir. Nahid adı daha
Dostları ilə paylaş: |