Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə53/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   49   50   51   52   53   54   55   56   ...   67

175 
sifətini tanınmaz hala salardılar ki, kim olduğu bilinməsin. Qodu 
əlində çömçə  və ya kuklaya bənzər (qadın formasında)  əlağacı 
(adam) tutardı. Dediyimiz kimi, yağış dilədikdə Qoduya boz və ya 
göy rəngdə (su rəmzi) paltar geyindirilərdi. Qodu başının dəstəsi ilə 
kəndi evbəev gəzər, xorla oynaq ritmik mahnılar oxuyar və pay – 
pülüş toplayardılar. Mərasim yağış diləmək məqsədi ilə keçirildisə, 
camaat Qodunun üstünə su atardı.  Əksinə, günəş arzulamaq 
məqsədi ilə keçirilirdisə, onda Qodunun üstünə kül atırdılar (35, 
144). Hər  şeydə olduğu kimi, yağış  və quraqlığın həddindən artıq 
olması insanlara və təbiətin özünə belə ziyan vurur, əkin-biçin uzun 
sürən quraqlıqdan yandığı kimi, aramsız yağan yağışlardan da 
çürüyüb məhv olurdu. Taxıl və digər məhsulların qıtlığı da 
insanlara yalnız bədbəxtliklər gətirirdi. Elə bunun nəticəsi idi ki, 
xalq müdrikcəsinə deyirdi: «Yağmır, yağmır qurudur, yağır, yağır 
çürüdür». Bu müdrik deyim uzun illərin müşahidəsinin məhsuludur.  
Digər həyat ünsürlərindən fərqli olaraq, odla əlaqədar inanclar, 
mərasim və xalqın onunla bağlı yaratdığı digər folklor nümunələri 
bu günümüzə daha çox gəlib çatmış, müasir dövrümüzdə də onlara 
daha çox müraciət olunur.  
Odla bağlı bir neçə nümunəyə diqqət yetirək: «Odu, çırağı 
yandıran xeyir tapar», «Odla oynayan odsuz qalar», «Od küllə 
gizlənər», «Oddan kül törər» (atalar sözü), «Odun gecə his etməsi 
yaxşı  əlamət deyil», «Ocaq dağıdanın ocağı dağılar», «Ocaq 
yananda səslənirsə, demək, kimsə sözünü danışır», «Gün doğanda 
doğulan uşaq göyçək olar», «Çıraq yeri qibləyə olan ev uğurlu 
olar» (inanclar), «Od haqqı!», «Ocaq haqqı!», «Çıraq haqqı!» 
(andlar), «Ocağın bərəkətli olsun!», «Ocağın işıqlı olsun!», «Oca-
ğın qaralmasın!» (alqışlar), «Ocağın sönsün!», «Ocaq üzü 
görməyəsən!», «Oda düşəsən!» (qarğışlar) və s. xalqın təfəkkürün-
də odla bağlı tapmacalar, əfsanə  və  rəvayətlər və s. saysız-he-
sabsızdır.  
Boz ayın üçüncü çərşənbəsi yel (hava, külək) çərşənbəsidir. 
Bəzi mənbələrdə və müasir araşdırmalarda yel çərşənbəsi sonuncu 


176 
çərşənbə kimi verilir. Bu yerdəyişmənin özündə  də bir məntiq 
mövcuddur. İlaxır çərşənbələrin mənşəyində insanın yaranmasında 
və fiziki-cismani təşkilində  iştirak edən dörd müqəddəs ünsür 
dayanır. Tanınmış folklorşünas A.Nəbiyev ilaxır çərşənbələrin 
düzümünü elmi-məntiqi cəhətdən son dərəcə düzgün izah edibdir. 
Bu inandırıcı izaha heç bir şübhə yeri qalmır. Müəllif «Bayramların 
sultanı» məqaləsində yazır: «Teoloji düzümdə, yəni insanın 
yaranma prosesində onların (həyat ünsürləri) sıra düzümü belədir – 
su, od, torpaq və yel. Əvvəlki üç ünsürün iştirakı ilə yaranan insan 
müqəvvasına həyat, can verən yeldir. Yəni suyun, istiliyin və 
torpağın birliyindən yaranan insana nəfəs verməklə, o, həyat 
funksiyasına yiyələnir. Bu, insanın yaranması üçün zəruri teoloji 
düzümdür. Yaranan insan isə dünyanı dərk etdikdən, onu mənimsə-
dikdən sonra bu düzüm dəyişir. Yeni düzümdə insanın yaşayışı 
üçün lazımi məhsullar verən, yetirən torpaq yeldən sonraya keçir və 
beləliklə, dörd müqəddəs ünsürün mərasim floklorunda yeni 
düzümü sıralanır. Bu düzümdə insanı yaşayış vasitələri ilə  təmin 
edən torpaqdır. Ona görə də sonuncu çərşənbədə torpaq vəsf olunur 
və xalq onu torpaq çərşənbəsi kimi keçirir» (24).  
Çərşənbələrin digər sıralanması belədir: su, od, torpaq və yel. 
Hər iki sıralanma özlüyündə doğrudur. Birinci sıralanmada suyun 
canına istilik gəlir, damarlarında buz əriyir, günəşin (od) hərarəti 
artır, bundan sonra vədə yeli (yaz küləyi) əsir, nəhayət, planetin ən 
böyük ünsürü olan torpağın canına hərarət gəlir, onun canından-
qanından qışın  şaxtası-soyuğu çıxır. Torpağın oyanması ilə 
bütövlükdə planetin dirçəlişi başlayır. Sonuncu çərşənbənin yel 
olması da maddi-mənəvi dəyərlərdən qaynaqlanır. Od, su, və 
torpaq maddidir. Bu ünsürlər kainat və  təbiətin arxitektonikasını 
təşkil edir. Bu möhtəşəm arxitektonikanın çatışmazlığını ruh, nəfəs 
(yel) tamamlayır. Belə bir analogiya aparaq. Təsəvvür edək ki, 
insanın bircə anlıq nəfəsi kəsilib, nəfəsi yoxdur. Belə olarsa, insan 
var ola bilərmi?  


177 
N.Gəncəvinin bu dörd ünsürlə bağlı fikirləri hələ  də orijinal 
olaraq qalır. Mütəfəkkirin düşüncəsinə görə, birinci işıqlı oddur, 
ikinci küləkdir, hərəkətdədir. Hərəkətsiz bilinməz. Üçüncü sudur, 
hər şeyə təravət, gözəllik verər. Dördüncü torpaqdır.  
Fikrimizcə, çərşənbələrin ardıcıllığındakı bu yerdəyişmə 
Azərbaycanın  ərazisində mövcud olan iqlim müxtəlifliyi ilə daha 
çox bağlıdır. Məlumdur ki, Mil-Muğan (Aran) zonasındakı iqlimlə 
Azərbaycanın dağlıq və dağətəyi  ərazisində mövcud olan iqlim 
eyni deyildir. Aran zonasında torpaq erkən oyanır. Oyanmış torpaq 
yaşıla bürünür.  
Biz sıralanmada üçüncü çərşənbənin yel çərşənbəsi olduğunu 
qəbul etdiyimizdən bu məqamda elə ondan danışacağıq. Xalq bu 
çərşənbəni «Yelli çərşənbə», «Küləkli çərşənbə», «Külək oyadan 
çərşənbə» və b. adlarla adlandırır. Muğan zonasında bu çərşənbəyə 
«Heydər çərşənbə» də deyilir. (A.Nəbiyev). Bu çərşənbəyə verilən 
adların hər bir ad mahiyyətini doğruldur. Qədim insan 
dünyagörüşündə haqlı idi. Onların düşüncəsinə görə, bu çərşənbədə 
oyanmış külək, suyu və odu hərəkətə gətirir, torpağı qızdırır. «Yel 
çərşənbəsində əsən isti və ya soyuq küləklər yazın gəlişindən xəbər 
verir. Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu dəyişmələr yelin 
özünün təmizlənməsi kimi qəbul edilir» (23, 30).  
Əski inamlara görə, «qara nəhrdə» yatmış dörd cür külək yer 
üstünə  çıxaraq təmizlənir, sonra hərəsi təzə bir formada görsənir. 
Onların (külək) təzə libasları ilə adları arasında bir yaxınlıq, 
oxşarlıq görünür. Rənglərin mifik mahiyyəti açıq-aşkar duyulur. 
Türk mifik düşüncəsində ağ yel – ağ libasla, qara yel – qara libasla, 
xəzri – göy libasla, gilavar – qırmızı libasla təsəvvür edilir ( 23,30). 
Mifik düşüncəyə əsasən, yel çərşənbəsində bu dörd yel birləşib yer 
üzünü dolaşır. Yel çərşənbəsində külək gün ərzində bir neçə  dəfə 
dəyişir.  İnama görə, Yel baba suyun, torpağın donunu açır, odu 
üfürür, günəşin qabağını kəsən buludları qovur.  


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə