Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə33/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   29   30   31   32   33   34   35   36   ...   68

 
108
böhranlarından  sonra  normal  iqtisadi  həyata  qayıtması  sürətinin 
tədqiqi aparılmışdır.  
Qeyd  olunmuşdur  ki,  iqtisadiyyata  daha  böyük  mənfi  təsir 
bank  böhranı  zamanı  göstərilir.  Orta  hesabla  ölkələrin  iqtisadi 
inkişafının böhrandan qabaq illərin orta səviyyəsinə qədər bərpası 
valyuta  böhranı  baş  verdikdən  sonra  təxminən  iki  il  təşkil  edir, 
bank  böhranından  sonra  iqtisadi  inkişafın  bərpası  isə  dörd  ildən 
çox  davam  edə  bilər.  Statistik  modellərin  nöqsanlarına  cavab 
olaraq müəlliflər valyuta və bank böhranlarının proqnozlaşdırılma-
sına dair yanaşmaları ölkələrin zəifliyi reytinqlərinin istifadəsi əsa-
sında,  təkmilləşdirməyi  təklif  edirlər  və  onları  bank  sistemlərinin 
keyfiyyət  göstəricilərinin  təhlili  və  maliyyə  böhranlarının  zəncir-
varı reaksiyasının  yayılması ilə bağlı  yeni indikatorların uçotu ilə 
tamamlayırlar.  Əsərdə  bazar  qiymət  təyin  etmələrinin  və  reytinq 
agentliklərinin  reytinqlərinin  proqnoz  xüsusiyyətləri  tədqiq  olun-
muş və onların nöqsanları qeyd olunmuşdur.  
Maliyyə  böhranlarının  zəncirvarı  reaksiyasının  yayılma  me-
xanizmlərinin icmalı H.Huanın əsərində
89
 verilmişdir, həmin əsər-
də maliyyə sarsıntılarının ötürülməsinin valyuta, bank və fond yol-
larının əhəmiyyəti qeyd olunmuşdur.  
Maliyyə böhranlarının qarşısının alınmasına sistem yanaşma 
baxımından  daha  maraqlı  olan  D.Bartonun  və  digər  müəlliflərin 
ə
sərində
90
  iqtisadiyyatın  real  və  bank  sektorlarının  vəziyyətini, 
həmçinin  daxilə  kapital  axını  ilə  bağlı  olan  milli  və  beynəlxalq 
fond bazarlarının vəziyyətini əks etdirən, bir-biri ilə bağlı olan və 
böhranın  inkişafına  təsir  edən  beş  sahə  tədqiq  olunmuşdur.  Qeyd 
olunan  sahələrin  vəziyyətini  əks  etdirən  göstəricilər  sistemi  və 
onların  qiymətləndirmə  üsulları  təklif  edilmişdir.  Müəlliflər  qeyd 
edir ki, böhranları əvvəlcədən  görmək və onları  idarə etmək olar. 
                                                 
89
 Huang H. Financial contagion: ABC Channels. IMF Research Bulletin. Vol. 
1, No 2, 2000. 
90
  Barton  D.,  Newell  R.,  and  Wilson  G.  Dangerous  Markets:  Managing  in 
Financial crisis. – Hoboken, New Jersey: John Wiley&Sons, 2002. – s. 300. 


 
109
İş
də iqtisadiyyatın real sektorunun yığılmış mənfi potensialının və 
maliyyə  böhranının  inkişafı  prosesində  həmin  potensialın  bank 
sektoruna  təsiri  xüsusi  qeyd  olunur.  Yerli,  milli  və  beynəlxalq 
səviyyələrdə  böhranların  aradan  qaldırılmasının  çox  saylı 
nümunələri və üsulları müzakirə olunmuşdur.  
QXS(Qabaqcadan  xəbərdarlıq  sistemi)  -  nin  effektivliyinin 
artırılmasının  mühüm  üsulu  böhranların  proqnozlaşdırılması  mo-
dellərinin  keyfiyyətinin  yaxşılaşması  və  məlumatın  işlənilməsi 
üzrə yeni metodikaların istifadəsidir. Son zamanlar böhran indika-
torlarının  işlədilməsinə  yeni  yanaşmalar  meydana  gəlmiş  və  böh-
ranların proqnozlaşdırılmasına siqnal və reqress yanaşmanın istifa-
dəsinə əsaslanan köhnə metodikalar təkmilləşdirilmişdir. Nagın və 
Mitranın  əsərində
91
  QXS modelinin  yaradılması  üçün  süni  neyro-
şə
bəkələr  metodikası  istifadə  olunmuşdur.  1980-1998  illər  üzrə 
İ
ndoneziya,  Malayziya  və  Tailand  haqqında  aylıq  məlumatların 
təhlili əsasında onun göstəricilərinin Kaminskinin indikator modeli 
ilə müqayisəsi aparılmışdır.  
Neyroşəbəkə modellərinin əsas üstünlüyü dəyişənlərin qarşı-
lıqlı  əlaqəsinin  kompleks  uçotunun  çevikliyi  və  mümkünlüyüdür. 
Çatışmayan  cəhətlərdən  biri  onların  işinin  qeyri-şəffaflığıdır.  Də-
yişənlərin  əmsallarının  olmaması  və  onların  qarşılıqlı  əlaqəsinin 
xarakterinin aşkar şəkildə olmaması səbəbindən onlardan hansının 
böhran  həddinə  gəlib  çatdığını  və  böhran  ehtimalının  inkişafına 
təsir  etdiyini  müəyyən  etmək  çətindir.  Hər  ölkənin  spesifik  xüsu-
siyyətinin  müəyyənləşdirilməsi  məqsədilə  dəyişənlərin  müəyyən 
dəsti istifadə olunmuşdur: 13-dən başlayaraq – İndoneziya üçün və 
23  qədər  –  Malayziya  üçün.  Hər  ölkənin  tədqiqi  üçün  müxtəlif 
neyroşəbəkə  modelləri  və  həmin  modellərin  istiqamətləndirilməsi 
və  təlimi  üzrə  xüsusiləşdirilmiş  “genetik  alqoritm”  istifadə  olun-
muşdur. Nöqsanlar modellərin özlərinin, təlimin genetik alqoritmi-
                                                 
91
  Nag  A.  and  Mitra  A.  Neural  Networks  and  Early  Warning  Indicators  of 
Currency  Crisis.  Reserve  Bank  of  India  Occasional  Papers  20(2),  1999.  –  S. 
183-222. 


 
110
nin  və  gizli  əlaqələrin  mövcudluğunun  ətraflı  təsvirinin  olmama-
sından  ibarətdir.  Modelin  yaradılmasının  xüsusiyyətləri  göstəril-
məyib.  Modelin  proqnozlaşdırılması  keyfiyyətinin  yoxlanılması 
böhrandan əvvəlki  aylarda seçilmiş üç ölkə üçün böhranın  yaran-
ma  ehtimalının  böyük  həcmini  (80%)  göstərmişdir.  Bizim  fikri-
mizcə, nəticə yüksək olduğundan bu yanaşmanın daha diqqətli təd-
qiqi tələb olunur.  
Vlaarın əsərində
92
 erkən qarşısını alma modelinin yaradılma-
sının bir neçə xüsusiyyəti təhlil edilmişdir. Proqnozlaşdırma üçün 
Kaminskinin  əsərində  olduğu  kimi  diskret  indeksinin  əvəzində 
fasiləsiz böhran indeksi istifadə olunur. Müəyyənləşdirilmişdir ki, 
inflyasiya,  valyuta  kursunun  qəsdən  artırılması  və  rəsmi  valyuta 
ehtiyatlarının  tükənməsi  zəifliyi  müəyyən  edən  daha  əhəmiyyətli 
dəyişənlərdir.  Müəyyən  olunmuşdur  ki,  kursun  və  ehtiyatların 
dəyişməsinin  güclü  dinamikası  və  onların  dəyişmələrinin  dia-
pazonu  gözlənilən  zəifliyin  mühüm  göstəriciləridir.  Valyuta  kurs-
larının regional dəyişmələri həmçinin zəifliyə təsir edirlər və böh-
ranların  yayılmasının  zəncirvarı  reaksiyası  ehtimalını  göstərirlər. 
Modelin  testləri  göstərdilər  ki,  o,  səkkiz  böhrandan  yeddisini 
proqnozlaşdıra  bilər;  sakit  dövrlərin  üç  də  bir  hissəsində  model 
yanlış siqnallar verirdi. Proqnozun yaxşı nəticələri müəllifin təklif 
etdiyi modelə diqqəti əsaslandırırlar.  
Burkartın və Koudertin əsərində
93
 valyuta böhranlarının tədqiqi 
üçün  Fişerin  diskriminant  təhlilindən  istifadə  olunmuşdur,  həmin 
təhlil  dəyişənlərin  vəziyyətlərə  görə  təsnifləndirilməsi  üçün  tətbiq 
edilir,  sonradan  isə  onların  qiymətləri  vəziyyətlərin  proqnozlaş-
dırılmasında istifadə olunur. Seçib ayırma iki vəziyyət üçün nəzərdə 
tutulub:  bir  “böhran”,  bundan  əvvəl  dörd  kvartal  gəlir,  digəri 
“böhransız” – bütün qalan dövrlər. Böhranların yayılmasının regional 
                                                 
92
 Vlaar P. “Currency Crises Models for Emerging Markets”, De Nederlandsche 
Bank Staff Report No 45, 2000. – November.  
93
 Burkart O. and Coudert V. “Leading Indicators of Currency Crises in Emerging 
Economics”, Notes D'Etudes et de Recherche, Banque de France, March, 2000. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə