Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə30/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   26   27   28   29   30   31   32   33   ...   68

 
96
və  s.)  deyil,  həmçinin  maliyyə  bazarının  obyektlərinin, 
seqmentlərinin  və  yardımçı  alt  sistemlərin  risklərinin  amil  və 
nəticə  tərəflərinin  idarə  edilməsilə  bağlıdır.  Maliyyə  aktivlərinin 
keyfiyyətinin pisləşməsi (inflyasiya və milli valyutanın, səhmlərin 
və  istiqraz  vərəqələrinin  qiymətdən  düşməsi),  bank  və  korporativ 
sektorlarda  problemlərin  yığılması,  ayrı-ayrı  iştirakçıların  müf-
lisləşməsi, yardımçı sistemlərin sıradan çıxması, maliyyə bazarının 
seqmentlərində  problemlərin  olması  və  s.  ayrı-ayrılıqda  böhrana 
gətirib  çıxartmasalar  da  yığılıb,  cəmləşərək  böhran  potensialını 
artırırlar.  Qeyd  olunmuş  risklərin  azalmasında  qanunvericilik, 
nəzarət  və  nizamlayıcı,  o  cümlədən  BHB,  BVF,  DB,  Qiymətli 
kağızlar  üzrə  komissiyaların  təşkili  ilə  məşğul  olan  beynəlxalq 
təşkilat  (IOSCO),  Sığorta  nəzarəti  üzrə  beynəlxalq  assosiasiya 
(IAIS),  Ödəmələr  və  hesablaşma  sistemləri  üzrə  komitə  (CPSS), 
Mühasibat  standartları  üzrə  beynəlxalq  şura  (IASB)  və  s.  kimi 
beynəlxalq  orqanlar  xüsusi  rol  oynayır.  Onlar  böhranın  yaranma 
riskinin azalmasına səbəb olan norma və qaydaları tətbiq etməklə 
riskin amil tərəfinə təsir edirlər. Maliyyə bazarında yaranan böhran 
nəticəsində  vurulmuş  zərərin  səviyyəsi  zərərin  azalmasına  və 
itkilərin  kompensasiyasına  istiqamətlənmiş  riskin  nəticə  tərəfinin 
idarə  edilməsini  tələb  edir.  Adətən  zərərin  kompensasiyasında 
dövlət bəzi hallarda isə, böhran əleyhinə funksiyalarının gələcəkdə 
müzakirə olunacağı, BVF iştirak edir.  
Beləliklə,  maliyyə  bazarında  böhranın  yaranması  riski  bir 
çox  amillər  və  müxtəlif  növ  risklərin  bir-birinə  keçməsi 
nəticəsində  formalaşır.  Onun  təsirinə  bazar  iştirakçılarının  böyük 
ə
ksəriyyəti  məruz  qalır.  Bu  növ  riskin  həyata  keçməsi  böyük 
itkilərə gətirib çıxarda bilər.  
Beləliklə maliyyə bazarında böhran – daxili və xarici amillə-
rin təsiri altında yığılmış risklərin həyata keçməsi nəticəsində onun 
vəziyyətinin  kəskin  pisləşməsi  və  nəticədə  bazarın  fəaliyyətinin 
pozulması, qiymət göstəricilərinin, pula çevrilmə qabiliyyətinin və 
maliyyə  vasitələrinin  keyfiyyətinin  aşağı  düşməsi,  bazar  iştirakçı-
larının müflisləşməsidir. Böhranların səbəb və nəticələrinin xüsusi 


 
97
ayrılmasına əsaslanan bu tərif həmin böhranın qarşısının alınması 
imkanının sonrakı tədqiqatı üçün metodoloji baza kimi çıxış edir.   


 
98
2.3. MÜASIR QLOBAL MALİYYƏ BÖHRANININ  
XÜSUSİYYƏTLƏRİ 
 
Maliyyə  böhranları  2008  -cı  illərdə  dünya  iqtisadiyyatına 
damğasını  vurmuşdur.  ABŞ,  Yaponiya,  Qərbi  Avropa  ölkələri 
kimi  inkişaf  etmiş  iqtisadiyyatlar;  Latın  Amerika,  Meksika,  Şərqi 
Asiya  və  Türkiyə  kimi  inkişaf  etməkdə  olan  iqtisadiyyatlar, 
Rusiya, Şərqi Avropa ölkələri kimi keçid iqtisadiyyatlarının da da-
xil olduğu ölkələrdə maliyyə və bank böhranları yaşanmışdır. Qlo-
ballaşma  və  maliyyə  sərbəstliyinin  genişlənməsində  və  dərinləş-
məsində təsirli olan bu böhranlar bəzi ölkələrdə hələ davam edir.  
2007  -  2008  -ci  illərdə  ABŞ  baş  verən  böhranın  daha  çox 
«maliyyə  infeksiyası»  kimi  yeni  fenomenin  nəticəsi  olduğu 
aydınlaşandan  sonra  yeni  dünya  maliyyə  böhranının  yaranma 
təhlükəsi xüsusilə kəskin şəkildə qəbul olunmağa başladı.                                                                  
1970-2000-ci illərdə maliyyə böhranları onlarla ölkədə milli 
maliyyə  aktivlərinin  10-30  %-nin  itirilməsinə  səbəb  oldu.    2008- 
2009-cu  illərdə  bir  çox  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan 
ölkələrin bank sistemlərində böhranlar baş verdi  və  bu böhranlar 
yalnız batan və çətin vəziyyətə düşən bankları deyil, eyni zamanda  
banklarla əlaqəsi olan real sektoru və ev idarələrini  də əhatə etdi. 
2008-ci ilin II  yarısı - fond indekslərində azalma: 70-80%, qlobal 
maliyyə sektorunda itkilər: 3 trln. $  və ya qlobal ÜDM-in 4.3%-i 
təşkil etmişdir. 
Beynəlxalq  təcrübə  göstərir  ki,  bank  böhranının  aradan 
qaldırılmasına yönəlik çəkilən məsrəflər orta hesabla ÜDM-un 15-
20%-ni təşkil edir. Məlumdur ki, əksər ölkələrdə bank böhranının 
qarşısının alınması çox böyük məsrəflər tələb olunmuşdur: İspani-
ya və Macarıstanda 15%-ə qədərini, Malayziyada 20,5%-i həcmin-
də,    Meksikada    isə  30%-dən  yuxarı  səviyyəyə  çatmışdı.  Bir  sıra 
ölkələrdə bu göstərici 40-50%-ə çata bilər. Türkiyənin bank sekto-
runun  yenidən  kapitallaşmasına  və  struktur  yenilənməsinə  dövlətin 
sərf  etdiyi  məsrəflər  40-50  mlrd.  dollar  və  ya  ÜDM-un  üçdəbirini 


 
99
təşkil edirdi. Türkiyədə hətta bank sektorunun 25%-nin öhdəliklərini 
öz üzərinə götürəcək yeni tənzimləyici orqan (BDDK) yaradıldı.  
Rusiyada bankların struktur  yenilənməsinə sərf olan birbaşa 
maliyyə  məsrəfləri  1998-  ci  ildə    ÜDM-un  0,2%-ni  təşkil  etdiyi 
halda, 2009- ci ilin aprel ayına  bu göstərici 21,7% təşkil etmişdi. 
2007 – 2008 ci  il böhranından sonra  ABŞ  höküməti bankların st-
ruktur yenilənməsinə sərf etdiyi birbaşa maliyyə məsrəfləri ÜDM-
un 38,7 %-ni təşkil edir, yəni rəqəmlə ifadə etsək- 5500 mlr. $. Av-
rozonada    isə,  böhranın  qarşısının  alınması  ilə  əlaqədar  məsrəflər 
ÜDM-un 23,4%-i həcminə çatmışdı (3285mlr. $), o cümlədən AFR  
hökümətinın  antiböhran  proqramının  həcmi  500  mlr.  Avro,  Fran-
sada 360  mlr. Avro, İrlandiyada 400 mlr. Avro təşkil etmişdir. 
Son  məlumatlara  görə  hazırki  maliyyə  böhranı  nəticəsində 
dünya üzrə bankların məcmu itkiləri 700 mlrd dollardan çox təşkil 
edir,  bunlardan  yarıya  qədəri  Amerika  banklarının  payına  düşür. 
Banklar  bu  məbləğin  təxminən  50%-ni  artıq  yeni  kapitalın  cəlb 
olunması hesabına kompensasiya edə biliblər. Lakin BMF-nun son 
hesablamalarına  görə  bankların  itkilərinin  məbləği  iki  dəfədən  də 
çox-1,6 trln. dollaradək arta bilər.   
Beləliklə,  Qlobal  maliyyə    böhranı  (2008)  və  postkrizis 
ssenarisinin inkişafı ardıcılıqla aşağıdakı kimi olmuşdur: 
1.
  ABŞ ipoteka kreditləşmə sisteminin çöküşü; 
2.
  kredit həcminin azaldılması və kredit xəttinin açılmasına 
ciddi nəzarət; 
3.
  Fond indekslərinin aşağı doğru meyli; 
4.
  büdcə defiçitlərinin artımı; 
5.
  Real sektorda geriləmə; 
6.
  işsizliyin güclənməsi; 
7.
  istehlak xərclərinin azalması. 
Məlum  olduğu  kimi,  dünya  maliyyə  böhranı  Amerikanın 
daşınmaz  əmlak  bazarında  möhtəkirlikdən  başlanmışdır.  Bundan 
başqa, törəmə maliyyə alətlərinin yaranma səbəblərindən biri risk-
lərdən  qorunmaq  olsa  da,  onların  spekulyativ  məqsədlə  istifadəsi 
sürətlə  artdı.  İpoteka  “köpüyü”  partlayaraq,  bütün  dünyada  bank 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə