Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə63/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   60   61   62   63   64   65   66   67   68

 
201
ləndirilməsinin  və  böhranın,  onun  qarşısının  alınması  məqsədilə, 
yaranması təhlükəsinə reaksiyanın zəruriliyi əsaslandırılmışdır. 
İş
lənib  hazırlanmış  böhran  əleyhinə  tədbirlərin  risklərin  xa-
rakterinə uyğunluğunun və onların böhranların qarşısının alınması 
sisteminin  əsas  məqsədinə  nail  olmaq  üçün  düzgün  həyata  ke-
çirilməsinin təhlilinə əsaslanan sistemin effektivliyinin qiymətlən-
dirilməsinə dair yanaşma təklif olunmuşdur.  
Dünya təcrübəsinə əsaslanaraq Azərbaycan maliyyə böhran-
larının  qarşısının  alınması  sisteminin  yaradılmasına  dair  konsep-
tual  təkliflər  işlənmiş  və  yanaşmalar  müəyyən  edilmiş,  həmçinin 
aşağıdakılar qısa ifadə olunmuşdur: 
• 
məqsəd – maliyyə bazarının iqtisadiyyatın sabit innova-
sion    (yeniliklərin  tətbiqi  ilə)  inkişafının  təmin  edilməsində  rolu-
nun artırılması; 
• 
vəzifə – böhranların qarşısının alınması və onların nəti-
cəsində zərərin azaldılması.  
Qarşısını alma sisteminin strukturunun erkən qarşısını alma, 
risklərin  qiymətləndirilməsi,  hazırlığın  və  əlaqənin  təminatı  üzrə 
alt sistemlərdən ibarət olan  əsası müəyyən edilmişdir.  
Dünya təcrübəsi əsasında maliyyə bazarında böhran sarsıntı-
larının  qarşısının alınması sisteminin yaradılmasına dair aşağıdakı 
tələblər təsnif edilmişdir: böhranın növü və onun inkişaf mərhələsi, 
maliyyə bazarında böhranların qarşısının alınması sisteminin  döv-
lət  və  korporativ  idarəçilik  və,  məqsədlərin  iyerarxiyasına  əsasla-
nan, fəaliyyət prioritetlərinin strukturunda yeri. 
Maliyyə krizislərin heç olmaması istəyi pul əməliyyatlarının 
heç  olmadığı  və  ya  qadağan  olunduğu  bir  dünyada  mümkündür. 
Daim  inkişafda  olan  bir  dünyada  isə  pul  əməliyyatının  dur-
durulması  mümkün  deyil.  Ancaq  maliyyə  krizisləri  ilə  qar-
ş
ılaşmamaq ya da qarşılaşan maliyyə krizislərdən ən az zərərlə çıx-
maq üçün alına biləcək tədbirlər vardır: valyuta bazarlarda sabitlik, 
makroiqtisadi  tədbirlər və digər tədbirlər olaraq saymaq mümkün-
dür.  
 


 
202
Valyuta bazarlarının sabitliyinə istiqamətlənmiş təkliflər. 
  Yeni  maliyyə  krizislərin  olmaması  və  ya  ola  biləcək 
krizislərin dərinləşməməsi baxımından valyuta bazarlarında görülə 
biləcək tədbirlər aşağıda vurğulanmışdır: 
• Pul əməliyyatlarına verginin aid edilməsi, 
• Məzənnənin  sabitləşdirilməsi  və  ya  məzənnə  limitlərinin 
təyin olunması, 
• Sərmayə bazarı əməliyyatları üçün ayrı, real bazarlar üçün 
ayrı məzənnələrin tətbiq olunması, 
• Beynəlxalq  bank  əməliyyatlarına  mənfəətin  və  sərmayə 
qaçışına maneə yaradılması, 
 
Böhranlara qarşı alınabiləcək makro tədbirlər. 
• Ümumiyyətlə  krizis  makro  iqtisadı  istiqrazsızlığın  ümumi 
bir  nəticəsidir.  Bu  səbəbdən  makro  iqtisadi  istiqrazın  təmin 
edilməsi əhəmiyyət daşıyır. Makro iqtisadi istiqrazın saxlanılması-
nın təməl şərtlərindən biri siyasi istiqrazın saxlanmasıdır,  
• Makro  iqtisadiyyatda  nizam,  etibar  və  istiqrazı  təmin 
edəcək reformlar mütləq həyata keçirilməlidir, 
• Maliyyə  və  pul  nizamını  saxlayacaq  ciddi  konstitusiya 
qanunları  qəbul  olunmalıdır,  sürdürülə  bilən  büdcə  əskiklikləri 
tanımlanmalı  və  bu  mövzuda  hökumətləri  bir-birinə  bağlayan 
konstitusiya qanunları tətbiq olunmalıdır, 
• Bu  mövzuda  Maastrichit  müqaviləsində  olan  büdcə 
kəsirlərinin  nisbətini  3%  keçməyəcəyi  bənzər  bir  qanunun  yer 
alması maliyyə intizamı və maliyyə cavabdehlik əxlaqı üçün vacib 
görülür, 
• Əhalinin ehtiyacdan borclanmaması üçün mütləq bir nizam 
qurulmalı və Avropa Birliyinə üzv ölkələrdə  Maastrichit müqavi-
ləsinin tələbi ilə hələ də tətbiq olunan əhali borclarının YDM 60% 
nisbətinin keçməyəcəyi,  buna bənzər konstitusiya qanunu ilə  qo-
runmalıdır.  Yüksək  faiz  siyasətinin  və  bunun  nəticəsi  olan  zəif 


 
203
iqtisadiyyatdan xilas olmanın əsaslarından biri əhalinin ehtiyacdan 
ə
lavə borclanmasının qarşısının alınmasıdır. 
• Vergi  sistemi;  tərəfzislik,  sadəlik,  ədalət,  ümumilik,  sabit-
lik,  təsir  etmə  qanunları  çərçivəsində  radikal  bir  şəkildə  yenidən 
nizamlanmalıdır.  Ölkəmizdə    vergidən  kənar  bazar  iqtisadiyyatını 
zəiflədəcək tədbirlər qarşı tədbirlər görülür. 
• Elasitik  məzənnə  sistemi  valyuta  bazarlarında  yaranacaq 
spekulyativ  hücumlara  qarşı,  bir  qalxan  vəzifəsini  yerinə  yetirir. 
Elastik  məzənnə  sisteminin  bu  əməliyyatı  sürdürə  bilməsi  üçün 
uzun  dönəmdə  faiz  ilə  valyuta  məzənnəsinin  inkişafinın  möhkəm 
bir səthə oturdulması lazımdır.  
 
Böhranlara qarşı alına biləcək mikrotədbirlər.  
Olacaq  iqtisadi  böhranlara  qarşı  yuxarıda  saydığımız 
makrotədbirlərlə  yanaşı  mikro  səviyyədə,  yəni  firmalar  bazasında 
tətbiq  olunması  vacib  tədbirlər  də  vardır.  Ortaya  çıxa  biləcək 
krizislərin mənfi nəticələrindən ən az səviyyədə zərər görmək üçün 
firmaların bu tədbirləri görmələri vacibdir. 
Müasir  idarəetmə  anlayışı  olan  “ümumi  keyfiyyət  idarəet-
məsi” nin təşkilatçılıqda ciddi tətbiq olunması üçün cəhd göstəril-
məlidir.  Bu  sahədə  güclü  liderlik  vacibdir  və  xüsusilə  üst  təbəqə 
rəhbərləri üzərinə əhəmiyyətli vəzifə düşür. 
Yeni  idarəetmə  texnikalarının    (strateji  idarəetmə,  insan 
mənbələrinin  idarəetmə  sahəsində  yeni  texnikalar)  təşkilatçılıqda 
səmərəli bir şəkildə tətbiq olunması lazımdır. 
“Texniki mühəndislik” (reengineering) texnikasından fayda-
lanaraq  təşkilatçılıqda  yüksək  keyfiyyət,  az  məsrəf,  sürət,  yüksək 
xidmət  məqsədləri  istiqamətində  radikal  dəyişikliklər  edilməli  və 
yenidən təşkilatlanma həyata keçirilməlidir. 
 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə