Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə61/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   57   58   59   60   61   62   63   64   ...   68

 
195
olunan kreditlər üçün birincilik prinsipinin tətbiq olunması ilə. 
4.  Beynəlxalq  təşkilatların  fəaliyyəti-nin  təkmilləşdirilmə- 
si.   

  BVF  çərçivəsində  böhranın  yayılması  effekti  (contagion) 
nəticəsində  ziyan  görmüş  ölkələrin  kreditləşdirilməsi  üçün  yeni 
mexanizmin  hazırlanması.  Bu  eyni  zamanda  bir  çox  vasitə    əldə 
etməyə  və  onlardan  milli  valyuta  ehtiyatları  tükənənədək  istifadə 
etməyə imkan yaradardı. 

  Beynəlxalq  instituların  borc  probleminin  həllində  və 
borcun  restrukturizasiya  proseslərinin  təşkilində  iştirakının  təmin 
edilməsi. 

 
Beynəlxalq 
maliyyə 
institutlarının 
fəaliyyətində 
informasiyanın  açıqlanması,  fond  üzvlərinin  üzv  ölkələrə  ənənəvi 
səfərləri  nəticəsində  əldə  olunan  proqram  sənədlərinin,  işgüzar 
materialların, BVF-nin icraeedicilər şurasının üzv ölkələrin iqtisadi 
vəziyyəti  haqqında  müzakirələrin  nəticəsi  olaraq  bəyanatların 
ictimaiyyətə  təqdim  olunması,  qəbul  olunan  proqramların 
retrospektiv təhlili yolu ilə şəffaflığın təmin edilməsi. 

  BVF-nin  müvəqqəti  komitəsi  (İnterim  Commmitee)  və 
DB-nin  inkişaf komitəsinin (Development Commitee) fəaliyyətini 
möhkəmləndirmək və gələcək inkişafını təmin etmək. 

 Regional beynəlxalq təşkilatların inkişafına yardım göstər-
mək və böhranların aradan qaldırılması, həmçinin iqtisadi inkişafın 
maliyyələşdirilməsində  (o  cümlədən  BVF-nin  yardımlarından 
istifadə etmək yolu ilə) onların rolunun artırılması. 

  BVF-nin  də  imkanlarından  istifadə  etməklə  ayrı-ayrı 
ölkələrin  qəbul  olunan  standartlara  riayət  etməsinə  nəzarətin 
gücləndirilməsi. 

 Dövlət tənzimlənməsi orqanlarının işçi personalına texniki 
dəstəyin göstərilməsi və onların tədrisinin artırılması istiqamətində 
beynəlxalq  təşkilatlar  və  nəzarət  funksiyasını  yerinə  yetirən 
orqanlar arasında koordinasiya və əməkdaşlığın yaxşılaşdırılması. 


 
196
5. Yeni  beynəlxalq  strukturların  yaradılması. 

 Aparıcı İEÖ-in və İEOÖ-in makroiqitsadi siyasətini, xüsu-
sən  də  inflyasiyanın  aradan  qaldırılması  və  əhalinin  məşğul-
luğunun  təmin  olunmasını  koordinasiya  edən  ayrıcı  beynəlxalq 
institutların  yaradılması  və  ya  fəaliyyət  göstərən  beynəlxalq 
təşkilatlardan birinə yeni səlahiyyətlərin verilməsini təmin etmək. 

  Qlobal  miqyasda  əməliyyatlar  həyata  keçirən  institutların 
fəaliyyətinə nəzarət üçün vahid beynbəlxalq standartların hazırlan-
ması  məqsədilə  beynəlxalq  maliyyə  tənzimlənməsi  sisteminin  ya-
radılması. Bu istiqamətdə mühüm addım “böyük yeddilik” ölkələ-
rinin  maliyyə  sahəsinin  nümayəndələrinin  inkişaf  etməkdə  olan 
aparıcı ölkələrinin və beynəlxalq maliyyə təşkilatlarının tənzimlə-
mə siyasətənin həyata keçirilməsi ilə bağlı xüsusi forumu ola bilər-
di.  
 Əsas istiqamətləri: 
1.
 
Maliyyə risklərinin optimal idarə edilməsinə imkan ve-
rən  qlobal  maliyyə  arxitekturasının  yaradılmasında  beynəlxalq 
ə
məkdaşlıq; 
2.
 
Maliyyə  sistemləri  və  bazarlarının  sərt  tənzimləmə 
çərçivəsinin və şəffaflığının təmin olunması; 
3.
 
Hedc  fondlarının  fəaliyyətinə  nəzarətin  və  onların 
hesabatlığının artırılması; 
4.
 
Kredit 
reytinqi 
agentliklərinin 
reytinqlərinin 
dürüstləşdirilməsi və onların da tənzimləmə ilə əhatə olunması. 
 
 


 
197
TƏKLİF VƏ TÖVSİYƏLƏR 
 
Maliyyə  bazarında  böhranların  tədqiqinə  dair  nəzəri  yanaş-
malar ümumiləşdirilməklə onların yaranmasının səbəbləri (makro-
iqtisadi,  maliyyə  və  pul-krediti  təzahür  formaları  və  nəticəli  qısa 
ifadə olunmuş və təhlil edilmişdir ki, bu da qloballaşma şəraitində 
həmin  böhranların  qarşısının  alınması    sisteminin  for-
malaşdırılması üçün zəruridir. 
Böhranın  yaranmasına səbəb olan bir çox amillər, iştirakçıla-
rın çoxluğu və iri miqyaslı zərərlər maliyyə bazarında yaranan böh-
ranı mürəkkəb, çox amilli hadisə kimi təsnif etməyə imkan verir. 
Maliyyə  bazarında  böhran  anlayışı  dəqiqləşdirilmişdir:  bu 
daxili və xarici amillərin təsiri altında yığılmış təhlükələrin həyata 
keçməsi nəticəsində maliyyə bazarının vəziyyətinin kəskin pisləş-
məsidir ki, bu da bazar fəaliyyətinin pozulmasına,  qiymət göstəri-
cilərin aşağı düşməsinə, satınalma qabiliyyətinin və maliyyə vasi-
tələrinin  keyfiyyətinin  pisləşməsinə,  bazar  iştirakçılarının  müflis-
ləşməsinə gətirib çıxarır. 
İ
qtisadiyyatın  qloballaşmasının  maliyyə  bazarında  böhran-
ların  inkişafına  təsiri  müəyyən  olunmuşdur,  həmin  təsir  kapitalın 
beynəlxalq hərəkətinin güclənməsi və böhranların zəncirvarı reak-
siyasının  yayılması  mümkünlüyü,  maliyyə  bazarlarında  yaşanan 
beynəlxalq sarsıntılar şəraitində inkişaf edən ölkələrin maliyyə ba-
zarlarının yüksək zəifliyi, psixoloji amillərin ölkələr arasında kapi-
talın miqrasiyasına təsirinin güclənməsi ilə bağlı  risklərin ağırlaş-
masından ibarətdir.  
Dünya  təcrübəsində  maliyyə  bazarında  böhranların  qarşısı-
nın alınması istiqamətində istifadə olunan yanaşmaların sistemləş-
dirilməsi əsasında risklərin idarə edilməsi və erkən qarşısını alma 
ilə əlaqəli olan iki yanaşmanın üstünlüyü qeyd olunmuşdur. 
Sistem yanaşma əsasında maliyyə bazarının iştirakçıları (kre-
dit  riski,  müflisləşmə),  obyektləri  (valyuta  riski,  kurs  riski), 
seqmentləri  (sistem  riski)  və  infrastrukturası  (hesablaşma  və 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə