Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə59/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   55   56   57   58   59   60   61   62   ...   68

 
189
Hesablaşmalar Bankı, Bank nəzarəti üzrə Bazel komitəsi, Avropa 
Mərkəzi Bankı, Beynəlxalq qiymətli kağızlar üzrə komissiya, İƏİT 
və DB ilə konsultasiyalar aparılırdı. 1999-cu ilin iyulunda məcəllə 
ə
sas  xarakter  daşıyan  sənəd  kimi  təsdiqləndi  və  ona  riayət  etmək 
BVF-nin üzvləri üçün məcburi xarakter daşımağa başladı.  
Məcəlləyə  əsasən  “şəffaflıq”–  siyasətin  məqsədləri,  onun 
hüquqi,  insitutsional  və  iqtisadi  çərçivələri,  siyasət  sferasında 
qərarlar  və  onların  əsaslandırılması,  agentliklərin  hesabat  vermə 
şə
rtləri,  pul  kredit  və  maliyyə  siyasəti  ilə  bağlı  informasiyaların 
ictimaiyyətə vaxtında, aydın şəkildə, hamının istifadə edə biləcəyi 
formada  təqdim  olunmasını  nəzərdə  tutur.    Burada  agentlik 
dedikdə maliyyə  və ödəniş sisteminin idarə və nəzarət edilməsinə 
cavabdeh  olan  hökumət  orqanı  nəzərdə  tutulur.  “Şəffalığın”  əsas 
elementləri aşağıdakılardır:  
1.  “Məlumatların  yayılmasının  xüsusi  normaları”.  Bu 
ölkələrin üzərinə statistik göstəricilər, beynəlxalq ehtiyatlar, xarici 
borc öhdəlikləri, makroiqtisadi göstəricilər və s.  də daxil olmaqla 
milli  iqtisadiyyat  və  maliyyə  sistemi  haqqında  ətraflı  və  etibarlı 
məlumat çatdırmaq məsuliyyətini qoyur.  
2. BVF tərəfindən hazırlanmış üzv ölkələrin iqtisadi və ma-
liyyə  sisteminin  vəziyyəti  haqqında  “açıq  informasiya  icmalları”. 
Hər  icmal  iki    hissədən  ibarətdir:  konkret  ölkənin  iqtisadi  və 
maliyyə sistemi haqqında ümumi məlumat və BVF-nin idarəedici-
lər Şurası tərəfindən həmin ölkənin hökuməti tərəfindən həyata ke-
çirilən iqtisadi və maliyyə siyasətinin qiymətləndirilməsi.  
BMS-də  islahatların  həyata  keçirilməsi  aşağıdakı  səbəblərə 
görə zəruridir: 

  dünya  iqtisadiyyatının  qloballaşması.  Bu  proses  eyni 
zamanda  bir  neçə  İEOÖ-də  fəaliyyət  göstərən  investisiya  həyata 
keçirdiya  ölkələrdə  maliyyə  vəaiyyətini  dəyişmək  gücündə  olan 
yeni investorlar sinfinin yaranmasıına şərait yaratdı; 

 Beynəlxalq maliyyə bazarının yüksək inkişaf səviyyəsində 
onu tənzimləmək üçün müvafiq institutsional strukturun olmaması;  

 dünya üzrə böhranların dərinləşməsi təhlükəsi. Bu sahədə 


 
190
adekvat  addımlar  atılmasa  beynəlxalq  maliyyə  sistemində  ciddi 
problemlər yarana bilər; 

  son  illərdə  davamlı  olaraq  baş  verən  maliyyə  və  valyuta 
böhranları, onların intensivliyinin artması və daha da dərinləşməsi; 

  Özünü  işsizlik  və  yoxsullluğun  səviyyəsinin  artmasında 
göstərən sosial böhranın mənfi nəticələrinin artması; 

 ofşor maliyyə mərkəzlərinin sayının artması, İEOÖ-in ma-
liyyə bazarlarının dövlət tərəfindən tənzimlənməsinin effektivliyi-
nin azalması; 

 son böhranlar zamanı özünü aydın şəkildə göstərən İEOÖ-
in  maliyyə  sektorunun  zəif  inkişaf  etməsi;  özəl  sektorun 
problemlərinin həllində dövlətin imkanlarından qeyri proporsional 
şə
kildə istifadə olunması; 

  beynəlxalq  institutların  İEOÖ-ə  maliyyə  yardımı 
göstərmək  imkanlarının,  həmin  ölkələrdən  digər  regionlara  axan 
kapital axını ilə müqayisədə məhdud olması;
 

 beynəlxalq təşkilatların ardıcıl olaraq baş verən böhranlar 
və onların təsir dairələrini məhdudlaşdırmaq gücündə olmamaları; 

  BVF  və  digər  beynəlxalq  institutların  həyata  keçirdikləri 
maliyyə  proqramları  nəticəsində    maliyyəı  böhranı  zamanı  özəl 
investor və borc alanlara mənfi təsir göstərən münaqişələrin (moral 
hazard) dərnləşməsi; 
 ● investisiya qurumlarının, maliyyə vasitələrinin və maliyyə 
bazarlarındakı (xüsusən borc öhdəlikləri bazarında) əməliyyatların 
həcminin xeyli artması. Bu faktor böhranların aradan qaldırılması 
zamanı investorlar arasındakı qarşııqlı əlaqəni şətinləşdirir; 

 İEOÖ-ə investisiya qoyuluşunun miqyası və diversifikasi-
yası. Bu inflyasiyanın yayılmasını sürətləndirir; 

  balansdan  kənar  hesablarda  əks  olunan  və  maliyyə 
institutları    tərəfindən  risklilik  səviyyəsinin  qiymətləndirilməsini 
çətinləşdirən  əməliyyatların  (o  cümlədən  qiymətli  kağızlarla 
həyata keçirilən spekulyativ əməliyatların) kütləvi şəkildə inkişafı.  
BMS-nin təkmilləşdirilməsinin əsas məqsədləri aşağıdakılar-
dır:  


 
191

 iqtisadi aktivliyin bərpası və investorların maliyyə böhranı 
yaşamış öləkələrə qarşı inamının bərpa olunması; 

  İEÖ-də  gələcəkdə  baş  verə  biləcək  böhranların  qarşısını 
almaq; 

  gəəlcək  böhranların  baş  verməsi  riskinin  miniumuma 
endirilməsi,  onların  fəaliyyət  sferasının  və  dərinliyinin 
məhdudlaşdırılması; 

  böhrandan  çıxmaq  üçün  xərclənən  maliyyə  vəsaitlərinin 
məhdudlaşdırılması  və  böhranın  aradan  qaldırılması  üçün  sərf 
olunan müddətin azaldılması; 

  gələcək  böhranlar  zamanı  investorların  itkilərinin 
azaldılması; 

  minimal  risk  və  əhalinin  az  təminatlı  sosial  qrupunun 
effektiv müdafiəsini təmin etmək şərtilə qloballaşmanın və kapital 
hərəkətinin  bütün  üstünlüklərindən  yararlana  bilən  maliyyə 
sistemini yaradılması; 

  milli  səviyyədə  makroiqtisadi  və  maliyyə  balansının 
pozulmasının qarşısını almaq  
BMS-in əsas inkişaf istiqamətləri: 
1.  Maliyyə  bazarları  və  investisiya  qurumlarının  tənzim- 
lənməsi:   

 bank sistemi, fond bazarları və müxtəlif maliyyə qurumları 
üzərində  nəzarət  və  tənzimlənməni  həyata  keçirmək  üçün 
beynəlxalq prinsip və standartların hazırlanması və tətbiq olunması 
yolu  ilə  maliyyə  sisteminin  möhkəmləndirilməsi  və  yerli  maliyyə 
qurumlarının fəaliyyətində islahatların həyata keçirilməsi; 

  auditin,  mühasibat  uçotunun,  ödəniş  sisteminə  dair  daha 
universal  standartların  qəbul  edilməsi  yolu  ilə  maliyyə 
infrastrukturunun möhkəmləndirilməsi. Bank kapitalına dair Bazel 
standartlarının təkmilləşdirilməsi; 

 İEÖ və İEOÖ-də prudensial nəzarətin möhkəmləndirilməsi 
yollarının müəyyənləşdirilməsi; 

  qiymətli  kağızlar  bazarının  tənzimlənməsini  və  borc 
vəsaitlərinin  aktiv  şəkildə  istifadə  olunduğu  investisiya  fəaliyyə-


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə