Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə58/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   54   55   56   57   58   59   60   61   ...   68

 
185
 
 
V FƏSİL 
 
QLOBAL PROSESLƏR 
FONUNDA BEYNƏLXALQ 
MALİYYƏ SİSTEMİNİN 
TƏKMİLLƏŞDİRİLMƏSİ 
PROBLEMLƏRİ 


 
186
5.1. QLOBAL PROSESLƏR FONUNDA 
BEYNƏLXALQ MALİYYƏ SİSTEMİNİN 
TƏKMİLLƏŞDİRİLMƏSİ PROBLEMLƏRİ 
 
Beynəlxalq  maliyyə  sisteminin  möhkəmləndirilməsi  məsə-
ləsi XX əsrin sonunda baş verən və Avropa, Asiya, həmçinin Latın 
Amerikasının bir çox ölkələrini əhatə edən növbəti maliyyə böhra-
nından sonra geniş müzakirə olunmağa başlandı. BVF-nin qiymət-
lənləndirməsinə  görə  bu  böhran  son  50  il  ərzində  baş  verən  böh-
ranlar  arasında  öz  əhatə  dairəsinə  görə  birinci  yerdə  dayanır  və 
buna görə də böyük narahatçılıq doğurur. Məhz bu səbəbdən bank-
maliyyə  sisteminin  subyektləri  gələcəkdə  eyni  halın  təkrarlanma-
ması  üçün  beynəlxalq  valyuta  və  maliyyə  sisteminin  “arxi-
tektura”sında dəyişikliklərin zəruri olması fikrini dəstəkləyirlər.  
“Arxitektura”  anlayışına  ayrı-ayrı  qurumlar,  bazarlar,  hö-
kumətin,  müəssisələrin  və  ayrı-ayrı  şəxslərin  iqtisadi  və  maliyyə 
fəaliyyətini  həyata  keçirmək  üçün  istifadə  etdikləri  müxtəlif 
tədbirlər daxildir. BVF-nin qiymətləndirməsinə əsasən möhkəm və 
stabil  beynəlxalq  maliyyə  sisteminin  təşkili  dünyanı  maliyyə 
böhranlarına qarşı daha dözümlü edəcək və bütün ölkələrə iqtisadi 
artım və həyat səviyyəsinin  yüksəldilməsi də daxil olmaqla vahid 
sistemin üstünlüklərindən faydalanmaq üçün imkan yaradacaq.  
1998-ci  ilin  aprelində  dünya  maliyyə  sistemində  sistem 
rolunu  oynayan  ölkələrdən  G-22  qrupu  təşkil  olundu.  Bu  qrupa 
daxil  olan  ölkələrin  nümayəndələri  aşağıdakı  istiqamətlər  üzrə 
təkliflərin  hazırlanması  üçün  3  işgüzar  qrup  formalaşdırdılar: 
“şəffaflıq” və məsuliyyətin artırılması; milli maliyyə sistemlərinin 
möhkəmləndirilməsi;  böhrandan  çıxmaq  üçün  dövlət  və  özəl 
sektor arasında ağırlığın bölüşdürülməsini stimullaşdırmaq.  
Beynəlxalq  maliyyə  sistemində  islahatların  aparılması 
mövzusu  1999-cu  ildə  Davosda  keçirilən  iqtisadi  forumda  geniş 
müzakirə olundu. Bu mövzu haqqında xarakterik fikirlər BMT-nin 
iqtisadi  və  sosial    məsələlər  üzrə  İcraçı  komitəsinin  “yeni  bey-


 
187
nəlxalq  maliyyə  sisteminə  doğru”  adlı  məruzəsində,  həmçinin 
ABŞ-ın  prezidentinin  1999-cu  ildəki  iqtisadi  məruzəsində  öz 
ə
ksini tapırdı.  
Beynəlxalq  maliyyə  sisteminin  təkmilləşdirilməsi  prosesi 
aşağıdakı aspektlərdə öz əksini tapırdı: 

  iqtisadi  informasiyanın  ictimaiyyətə  açıqlanması  üzrə 
beyməlxalq  standartların  inkişafı  (Social  Data  Dissemination 
Standard); 

  bank  nəzarətinin  beyməlxalq  standartlarının  yaradılması 
(the Basie Core Principles for Banking Supervision); 

  BVF-nin  maliyyə  imkanlarının  artırılması  (the  New 
Arrangement to Borrow, NAB şərçivəsində);    

  Fond  üzvlərinə  investorların  etibarının  itirilməsi  kimi 
gözlənilməz  və  məhvedici  hallar  üzrə  kömək  etməyi  hədəfləyən  
yeni  kreditləşdirmə  mexanizminin  (the  Supplementral  Reserve 
Facility,  SRF)  yaradılması.  SRF  xətti  üzrə  maliyyə  vasitələrinin 
təqdim  olunması  şərtləri  maraqların  aşağı  düşməsi  halında 
borcların qaytarılmasını təmin etməlidir.  
“Yeni  arxitektura”nın  planında  “böhranların  aradan 
qaldırılmasının yeni vasitələri” – “məqsədli kredit  kanalı” (MKK) 
işlənib  hazırlanıb.  Bu  BVF-nin  üzvlərinə  hətta  dünya  maliyyə 
sistemində  problemlər  olduğu  halda  belə  stabilliyi  qorumaq  üçün 
imkan  yaradacaq.  MKK  BVF-nin  üzvlərinə  dünya  kapital 
bazarında  mənfi  yöndə  dəyişikliklər  baş  verdiyi  hallarda  ödəniş 
balansının  effektivliyini  təmin  etmək  üçün  qısamüddətli  maliyyə 
vəsaitləri  təqdim  edir.  MKK-ya  giriş  imkanı  əldə  etmək  üçün 
aşağıdakı şərtləri yerinə yetirmək lazımdır: 

 BVF-nin idarəetmə Şurasının məqsədli kredit vermək üçn 
seçdiyi  ölkə  (BVF-nin  üzvü)  həmin  anda  sabit    maliyyə  şəraitinə 
malik  olmalı  və  BVF-nin  resurslarının  istifadəsinə  tələbatı 
olmamalıdır;  

 namizədin iqtisadi göstəriciləri BVF tərəfindən son infor-
masiya icmalında müsbət qiymətləndirilir və BVF-ni üzvü olan öl-
kə  “Məlumatın  ötürülməsinin  xüsusi  normaları”  çərçivəsində 


 
188
lazımi məlumatları təqdim edir;  

 xarici borc və xarici ehtiyatların tənzimlənməsi nəticəsində 
ölkənin  maliyyə sektorunda tərəqqinin müşahidə olunması; 

  namizəd  idarəedicilər  Şurasına  təsdiq  olunmaq  üçün 
inandırıcı  iqtisadi  və  maliyyə  proqramı  təqdim  etməlidir.  Eyni 
zamanda  BVF-nin  lazım  bildiyi  hallarda  proqramda  lazımi 
dəyişikliklər etməyə hazır olmalıdır.  
Üzv ölkə məqsədli kreditə ehtiyacı olması haqqında müraciət 
etdikdə  BVF-nin  idarəedicilər  Şurası  xüsusi  qərar  hazırlayır. 
Burada  təsdiq  olunur  ki,  həmin  ölkə  iqtisadi  və  maliyyə 
proqramlarını  uğurla  həyata  keçirir,  lakin  beynəlxalq  maliyyə 
bazarında şəraitin dəyişməsi üzündən müvəqqəti çətinliklər yaşayır 
və  buna  görə  də  əlavə  maliyyə  resurslarına  ehtiyacı  var.  Kreditin 
həcmi ölkənin fonddakı kvotasının 300-500%-i arasında olur.  
Hazırda  getdikcə  əhəmiyyəti  artan  beynəlxalq  maliyyə 
sisteminin əsas elementi şəffaflıqdır. Bu üzv ölkələrin iqtisadi, ma-
liyyə  və  bank  sistemi  haqqındakı  məlumatların  açıqlanmasını  nə-
zərdə  tutur
137
.  Beynəlxalq  maliyyə  sisteminin  “yeni  arxitektu-
ra”sında  kredit  və  maliyyə  siyasətində  şəffaflığın  təmin  olunması 
məsələsi  mühüm  yer  tutur.  22  ölkənin  təşəbbüsü  ilə  1998-ci  ilin 
oktyabrında  yaradılmış  şəffaflıq  və  hesabat  məsələləri  üzrə  işçi 
qrup  BVF-yə  öz  funksiyaları  çərçivəsində  üzvlərinin  iqtisadi 
siyasətinə  nəzarət  etməyi  və  onların  informasiyanın  “şəffaflığı” 
sahəsində  qəbul  olunmuş  beynəlxalq  standartlara  nə  qədər  uyğun 
gəlməsini  araşdırmağı tövsiyə etdi.  Bu  tövsiyələr 1998-ci ilin 30 
oktyabrında  “böyük  yeddilik”  ölkələrinin  maliyyə  nazirləri  və 
mərkəzi banklarının rəhbərləri tərəfindən qəbul olundu.  
Böyük  yeddilik  ölkələrinin  qərarını  icra  etmək  üçün  BVF-
nin müvəqqəti komitəsi 1999-cu ilin aprelində “Pul kredit və ma-
liyyə  siyasətinin  şəffaflığının  təmin  olunmasına  dair  məcəllə”nin 
layihəsini  qəbul  etdi.  Sənədlərin  hazırlanması  zamanı  Beynəlxalq 
                                                 
137
 Əgər  əvvəllər  Rusiyada  bu  məlumatlar  dövlət  sirri  sayılırdısa,  indi  onlar  
xarici  əməkdaşlara  sərbəst  şəkildə   ötürülür 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə