Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə56/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   52   53   54   55   56   57   58   59   ...   68

 
178
cümlədən  Azərbaycan  Dövlət  Neft  Şirkəti,  “Azəralüminium” 
ASC-ni  əhatə  edib,  bu  şəraitdə  cari  ilin  ilk  11  ayında  ölkədə 
iqtisadi artım davam edərək 9% təşkil edib.  
Eyni  zamanda  Mərkəzi  Bank  real  sektorun  dəstəklənməsi 
məqsədilə  dövlət  zəmanəti  əsasında  bankları  kreditləşdirmək  hü-
ququna malikdir. 2009-cu ildə Mərkəzi Bank başlıca makroiqtisadi 
tendensiyaları  nəzərə  alaraq  uçot  dərəcəsini  il  ərzində  3  dəfə 
dəyişərək  8%-dən  2%-ə,  faiz  dəhlizinin  yuxarı  həddini  isə  13%-
dən  7%-ə  endirmişdir.İl  ərzində  Mərkəzi  Bank  tərəfindən 
likvidliyin verilməsi əməliyyatları aktivləşdirilmiş, likvidliyin cəlb 
olunması  alətləri  isə  məhdudlaşdırılmışdır.  Məcburi  ehtiyat 
normaları  6%-dən  0,5%-ə  salınmışdır.  Məcburi  ehtiyat 
normalarının  ortalama  müddəti  həm  manat,  həm  də  xarici 
valyutada depozitlər üzrə 1 ay olmuşdur.  
Manatın  sabit  məzənnəsi  əsasında  Mərkəzi  Bankın  iq-
tisadiyyata  birbaşa  yardım  paketi  Ümumi  Daxili  Məhsulun  5%-i 
səviyyəsində  olmuşdur.  Antiböhran  proqramının  həyata  keçi-
rilməsi  pul  kütləsinin  azalmasının  qarşısı  alınmış,  bankların 
maliyyə  dayanıqlığını  və  iqtisadi  aktivliyini  qorumuş,  sistem 
ə
həmiyyətli  iri  müəssisələrin  istehsal-  investisiya  fəaliyyətinə 
zəruri dəstəyi təmin etmişdir. 
Bir tərəfdən uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, di-
gər  tərəfdən  əvvəlki  illərdən  yaradılmış  möhkəm  maliyyə-iqtisadi 
potensial  hesabına  ölkə  iqtisadiyyatının  dayanıqlığı  qorunub 
saxlanılıb,  onun  mənfi  xarici  təsirlərə  müqavimət  qabiliyyəti 
sınaqdan uğurla çıxıb.  
Milli Məclisdə qəbul olunmuş "Azərbaycan Respublikasının 
2010-cu  il  dövlət  büdcəsi  haqqında"  Azərbaycan  Respublikasının 
Qanunu  da  qlobal  böhran  şəraitində  respublikamızın  qarşıya 
qoyduğu  məqsədlərə  doğru  inamla  irəliləyən  dövlətlər  sırasında 
olduğunu  təsdiqləyir.  Maliyyə  böhranı  şəraitində  inkişaf  etmiş 
dövlətlərin iqtisadiyyatında inkişaf tempinin zəifləməsinə rəğmən, 
Azərbaycanda  artım  meyillərinin  nəzərə  çarpması  büdcə 
gəlirlərinin  tam  formalaşmasına  imkan  yaradır.  Respublikamızın 


 
179
iqtisadi  və  sosial  inkişaf  konsepsiyasına  uyğun  olaraq  hazırlanan 
yeni  büdcə  layihəsində  dünya  iqtisadiyyatında  növbəti  illərdə 
gözlənilən meyillər də nəzərə alınıb. 
Ötən  il  ərzində  Azərbaycan  Qiymətli  Kağızlar  üzrə  Dövlət 
Komitəsinin  də  (QKDK)  yenidən  təşkilatlanmasının  normativ-
hüquqi  bazasının  təmin  edilməsi  ilə  yanaşı,  qiymətli  kağızlar 
bazarı  sahəsində  qanunvericiliyin  təkmilləşdirilməsi,  bu  sahədə 
mövcud qanunvericilikdə yaranmış boşluqların aradan qaldırılması 
və  onun  qabaqcıl  beynəlxalq  standartlara  uyğunlaşdırılması 
məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir.  
Azərbaycanda  sığortalanan  əmanətlərin  məbləği  6  min 
manatdan  30  min  manatadək  artırılıb.  Bu  da  öz  növbəsində 
ə
manətçilərin  banklara  inamının  daha  da  güclənməsinə  təkan 
verib. Görülən bu tədbir nəticəsində banklara maliyyə vəsaitlərinin 
cəlb  edilməsilə  bağlı  durumu  daha  da  yaxşılaşdırıb.  Bununla 
ə
laqədar "Standard & Poor's" agentliyi qeyd edir: "Regionun bəzi 
digər  ölkələrinin  bank  sistemlərindən  fərqli  olaraq  Azərbaycanın 
bank sistemi dünya böhranı başlandıqdan sonra yaranan çaxnaşma 
ilə  əlaqədar  xeyli  həcmdə  əmanətlərin  götürülməsindən  qaça 
bilib".  
"Standard & Poor's" agentliyi Azərbaycanda bankların ciddi 
problemlərlə  üzləşməməsi  üçün  hökumət  tərəfindən  də  zəruri 
tədbirlərin görüldüyünü və bunun lazımi müsbət nəticələr verdiyini 
bildirir.  Məsələn,  qeyd  olunur  ki,  2009-cu  ilin  yanvarından  bank 
sektorunun  təkrar  kapitallaşmasının  stimullaşdırılması  məqsədilə 
mənfəət vergisinə güzəşt tətbiq edilir. 
Ümumiyyətlə, 2012-ci ilə qədər bank sektoru mənfəət vergi-
sindən azad edilib ki, bu da həm onların kapitallaşmasına, həm də 
böhran  şəraitində  maliyyə  problemi  ilə  üzləşməməsinə  münbit 
şə
rait yaradır.  
 2008-ci ildə və 2009-cu ilin əvvəlində xarici banklar Azər-
baycanın bank bazarına çox fəal şəkildə, o cümlədən nümayəndə-
liklərin  açılması  ilə,  əsasən  "Vneştorqbank",  "Kommerzbank"  və 
"Citigroup Inc"la daxil olublar". Yaradılan münbit şərait nəticəsin-


 
180
də 2005-ci ildən sonrakı dövr ərzində ölkədə xarici iştiraklı bank-
ların ümumi payı iki dəfə artaraq 30 faizi ötüb.  
Beləliklə, aydın olur ki, qlobal iqtisadi böhran şəraitində di-
gər  sahələrdə  olduğu  kimi,  Azərbaycanın  maliyyə  sektorunda  da 
vəziyyət müsbətdir və dinamik inkişaf tempi qorunub saxlanır. Bu 
isə öz növbəsində digər sahələrdə inkişaf tendensiyasının qorunub 
saxlanmasına  münbit  təsir  göstərir.  Çünki  görülən  tədbirlər 
nəticəsində  bank  sektorunun  böhrana  dayanıqlığı  öz  növbəsində 
kreditləşmə  səviyyəsini  qoruyub  saxlayır  ki,  bu  da  fəaliyyətində 
kredit  mühüm  məqam  kimi  çıxış  edən  sahələrdə  yaranan 
problemlərin qarşısını alır. Bütün bunlar qarşıdakı dövr ərzində də 
qlobal  böhranın  Azərbaycana  təsirinin  minimal  həddə  qalmasını 
şə
rtləndirir.  
MDB  məkanında  isə  böhrandan  daha  çox  zərər  görəcək 
ölkələr  sırasına  Rusiya,  Gürcüstan,  Qırğızıstan,  Tacikistan, 
Qazaxıstan  və  Ermənistan  da  daxil  edilir.  MDB  ölkələri  arasında 
Azərbaycanda  böhranın  təsirləri  o  qədər  də  böyük  deyil  və  biz 
bunu Azərbaycanın maliyyə bazarında ehtiyatlı mövqe tutması ilə 
ə
laqələndirik.  
Ə
lbəttə ki, Azərbaycanın maliyyə imkanlarının artması ölkə-
də  bir  çox  aparcı  sahələrin,  xüsusən  də  sahibkarlığın  inkişafında 
mühüm rol oynayır və bu sahədə dövlət tərəfindən görülən tədbir-
lər bəhrələrini verir. Dövlət tərəfindən sahibkarlara verilən güzəştli 
kreditlər  isə  bu  sahədə  dinamik  inkişafı  əhəmiyyətli  dərəcədə  sti-
mullaşdırmaqdadır.  Məhz  bu  səbəbdən  dövlət  tərəfindən  verilən 
belə kreditlərin həcmi artırılmaqdadır.  
Belə  ki,  ötən  ilə  qədər  sahibkarlara  hər  il  80  milyon  manat 
məbləğində  güzəştli  kreditlər  verilirdi.  Bu  il  kreditlərin  məbləği 
130 milyon manat təşkil edir.  
Azərbaycan üçün qlobal böhran şəraitində cəlbedici digər bir 
məqam isə qiymətli kağızlar, o cümlədən istiqraz bazarının inkişafı 
ilə əlaqədardır. Bilindiyi kimi, dünyanı çulğamış maliyyə böhranı-
nın əsası elə qiymətli kağızların dəyərdən düşməsilə başlanıb. Nə-
ticədə qlobal maliyyə böhranı istiqrazların qiymətinin kəskin azal-


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə