Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə25/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   21   22   23   24   25   26   27   28   ...   79

 
52
başa düşdüyündən ağlamağa başladı  və: «Anam, atam sənə  fəda olsun». 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Yavaş ol, ey Əbu 
Bəkr! Şübhəsiz ki, dostluq və mal baxımından insanlar arasında mənə ən 
yaxın olanı sənsən. Rəbbimdən başqasını dost seçməli olsaydım, şübhəsiz 
ki, səni seçərdim, lakin İslamın dostluğu və sevgisi (bizi bir-birimizə) 
bağlamışdır.  Əbu Bəkr  - radıyallahu anhu – nu insanlara namaz 
qıldırmasını  əmr etdi. Artıq namazları  Əbu Bəkr  - radıyallahu anhu – 
qıldırırdı ki, bu şəkildə toplam 17 vaxt namaz qıldırmışdır. Ömrünün son 
günləri və ya son günü Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – qızı 
Fatimə  - radıyallahu anhə – ni çağıraraq qulağına bir şeylər pıçıldadı. 
Aişə  - radıyallahu anhə – deyir ki, Peyğəmbər  sallallahu aleyhi və 
səlləm – in bütün zövcələri yanında olduğu an qızı Fatimə - radıyallahu 
anhə – gəldi. Yerişi Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in 
yerişindən heç bir şey ilə fərqlənmirdi. Peyğəmbər – sallallahu aleyhi və 
səlləm – qızını gördükdə buyurdu: «Xoş  gəlmisən qızım. (Mərhəba). 
Sonra onu sağına yaxutda soluna oturtdu. Qulağına nə isə  pıçıldadıqdan 
sonra qızı  ağlamağa başladı. Onun ağladığını görüb qulağına yenə  də 
gizlicə nə isə pıçıldadı. Bu dəfə o güldü. Mən, Fatimə - radıyallahu anhə 
–  yə dedim: «Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – bu qədər 
zövcələrinin içərsində yalnız sənə sir dedikdən sonra sən hələ  də 
ağlayırsan!». Peyğəmbər – sallallahu aleyhi və səlləm – geddikdən sonra 
mən soruşdum. Peyğəmbər sənə  nə buyurdu: «Mən Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – in sirrini ifşa etmərəm». Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – dünyasını  dəyişdikdən sonra mən Fatimə  
radıyallahu anhə – dən soruşdum: «Üzərindəki haqqım üçün
154
 de görüm 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – sənə  nə buyurdu: «Bəli, indi 
deyə bilərəm. Birinci dəfə o mənim qulağıma pıçıldadıqda buyurdu: «Hər 
il Cəbrail  –  əlehissəlam – Quranı  mənə bir və ya iki dəfə  təkrarladırdı. 
Ancaq bu dəfə o bunu iki dəfə etdi. Bundan da əcəlimin yaxınlaşdığını 
başa düşdüm. Allahdan qorx və  səbr et. Mən sənin üçün necə  də gözəl 
Sələfəm  (keçmişəm). Mən də  ağladım. Mənim ağladığımı görüb ikinci 
dəfə  mənim qulağıma pıçıldadı. Ya Fatimə! Mömin qadınların və ya bu 
ümmətimin qadınlarının seyyidi olmasından razı deyilsənmi (Başqa 
rəvayətdə: Yaxınlarımdan ilk öncə  mənə qovuşan sən olacaqsan)» deyə 
buyurdu
155
. Fatimə  - radıyallahu anhə – atasının çəkdiyi izdirabları 
gördükdə: «Vay atam!» dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – 
                                                 
154
 Aişə  - radıyallahu anhə –, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in zövcəsi həm də  
möminlərin anası olduğu üçün belə deyir. 
155
 Buxari 2623; Müslüm 2450; 


 
53
ona: «Atan bu gündən sonra bir daha izdirab çəkməyəcəkdir». Xeybərdə 
yediyi zəhərin acılarını  hələ  də hiss edirdi. Əbu Hureyrə  - radıyallahu 
anhu – rəvayət edir ki, Xeybər fəth edildiyi zaman Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – zəhər qatılmış bir qoyun qızardılması 
hədiyyə edildi (Zəhəri verən bir Yəhudi qadın idi). Peyğəmbər: «Burada 
olan Yəhudiləri toplayın» deyə buyurdu. Dərhal onları bir yerə topladılar. 
Peyğəmbər: «Sizdən bir şey soruşsam doğrumu cavab verəcəksiniz?» 
deyə buyurdu. Onlar: «Bəli» deyə cavab verdilər. Peyğəmbər: «Atanız 
kimdir?» deyə buyurdu. Onlar: «Filankəsdir» dedilər. Peyğəmbər: «Yalan 
söylədiniz. Atanız filankəsdir»
 
deyə buyurdu. Onlar: «Doğru söylədin» 
dedilər. Peyğəməbər: «Mənə doğru söyləyəcəksinizmi?» deyə buyurdu. 
Onlar: «Bəli,  əgər biz sənə yalan söyləsək sən bunu biləcəksən necə ki, 
atamız kimdir sualını bildiyin kimi» dedilər. Peyğəmbər: «Cəhənnəm əhli 
kimdir?» deyə buyurdu. Onlar: «Biz orada az qalacağıq. Orada bizə siz 
xələf olacaqsınız!» dedilər. Peyğəmbər: «Rədd olun! Vallahi biz 
əbədiyyən sizə  Cəhənnəmdə  xələf olmayacağıq» deyə buyurdu. Sonra: 
«Bu qoyuna zəhər qatmışdınız yoxsa yox?». Onlar: «Bəli, qatmışdıq» 
dedilər. Peyğəmbər: «Nəyə görə belə etdiniz?» deyə buyurdu. Onlar: 
«Yalançı (bir Peyğəmbər) olub-olmadığını yoxlamaq üçün. Əgər yalançı 
olsaydın bu zəhər sənə təsir edəcəkdi, yox əgər həqiqi bir Peyğəmbərsənsə 
bu zəhər əsla sənə zərər verməz» dedilər (Bəzi rəvayətlərdə: Qoyun budu 
dil açaraq Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə zəhərli olduğunu 
bildirir. Bəzi rəvayətlərdə isə Cəbrail – əleyhissəlam – xəbər verir. Zəhər 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – ə  təsir etmədi. Lakin ətdən 
yeyən Bişr b. Bərra  - radıyallahu anhu – yedi və öldü. 
 
Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – ə bir zərər toxunmadığı üçün qadını buraxır. 
Lakin şəriətə uyğun olaraq qadını Bişr b. Bərra - radıyallahu anhu – nun 
ailəsinə təslim edir. Onlar da qisas olaraq onu qətl edirlər)
156
 
Ölüm anı yaxınlaşınca Aişə - radıyallahu anhə – onu köksünə basırdı. 
Hicri  11-ci ilin Rəbiul  əvvəl ayının  12-si ya da 13-cü günündə ölüm 
halları onda görünməyə başladıqda,  əlini suya salır, üzünə sürtür və 
buyururdu: «Lə  İləhə  İlləllah.  Şübhəsiz ki, ölümün istirabları çox 
ağırdır». Daha sonra gözləri səmaya doğru dikildi və: «Allahım o, Rafiqul 
Ələ ən uca dostlar arasında olmaq istəyirəm» dedi. O, gün vəfat etdi. Aişə 
- radıyallahu anhə – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – 
dizləri və köksüm üzərində vəfat etdi. Onun ölüm acısını gördükdən sonra 
artıq kimsənin ölüm acısı məni üzməz»
157
.  
                                                 
156
 Buxari «Cizyə» 7. 
157
 Buxari 7/747.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə