Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə23/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   19   20   21   22   23   24   25   26   ...   79

 
48
şəklidir. Deyilənləri öyrəndikdən sonra o, məni tərk edir. Hərdən də mələk 
mənim qarşıma insan qiyafəsində  gəlir və  vəhyi mənə çatdırır. Mən də 
onun dediklərini yadda saxlayıram. Aişə  - radıyallahu anhə – deyir ki, 
mən görürdüm necə ki, soyuq bir havada vəhyin gəlişindən sonra onun 
alnından tər axardı»
138

1)  Həqiqi (doğru) yuxu -  Ruyai Sadiqa – Bu Rəsullaha vəhyin ilk 
gəlməyə başladığı vaxdır. Bütün gördüyü yuxular sabah aydınlığı kimi 
həqiqət idi. 2)  Mələyin vəhyi qəlbinə salması, üfləməsi ilə
139
.  3)  Mələk 
Rəsulullah – sallallahu aleyhi və  səlləm – ə insan şəkilində gəlirdi
140
4) 
Vəhy zınqırov (zil) səsinə bənzər bir səslə gəlirdi. Bu vəhyin ən ağır şəkli 
idi. Mələk vəhyi o, qədər qarışıq, başadüşülməsi ağır bir şəkildə endirirdi 
ki,  ən soyuq havada belə Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in 
alnından tər damla-damla axırdı
141
. Hətta səfər  ərəfəsində miniyin 
üzərində olduqda belə bir vəhy gəlsəydi vəhyin ağırlığından heyvan yerə 
çökərdi
142
. Bir dəfə  vəhy gələn vaxt Peyğəmbər  sallallahu aleyhi və 
səlləm – in dizi Zeyd b. Sabitin dizi üzərində idi. Zeydin ayağına o, qədər 
ağırlıq yuklənmişdir ki, az qala ayağı qırılacaqdır
143
5) Mələk yaradıldığı 
şəkildə Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə görünürdü. Vəhy iki 
dəfə bu şəkildə endirilib. Maraqlananlar Nəcm surəsinin 7-13-cü ayələrinə 
baxa bilərlər
144
.  6) Heç bir vasitə olmadan doğrudan-doğruya Allahın 
bildirdiyi vəhy. Merac gecəsində Allah namaz vaxtlarını bu şəkildə  fərz 
qıldı
145
.  7) Üç Peyğəmbər var ki, Allah onlarla vasitəsiz danışmışdır. 
Adəm – əlehissəlam – ilə Cənnətdə, Musa – əlehissəlam – ilə yer üzündə 
və Muhəmməd – sallallahu aleyhi və səlləm – ilə Meracda. Bəziləri 8-ci 
vəhy  şəkilini də deyirlər. Bu heç bir pərdə olmadan Allah ilə üz-üzə 
danışmasıdır. Bu merac gecəsində Rəbbini gördü deyənlərin rəyidir. Sələf 
və sonradan gələn  İslam alimləri bu fikirdədilər ki, Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – öz Rəbbini görməyib. Çünki səhabələr ondan 
soruşduqda ki, Allahı gördün o, buyurdu: «Bir nur gördüm»
146
. Məsruk 
radıyallahu anhu – deyir ki, Aişə  - radıyallahu anhə – nin yanında 
                                                 
138
 Buxari 2. 
139
 Əbu Nuaym «əl-Hilyə» 3/156,157, 10/26,27 Əbu Uməmədən. Sənədində Ufeyr b. Miğdan zəifdir, 
qalan ravilər isə etibarlıdır. əl-Heysəmi «əl-Məcmua» 4/72, İbn Məcə 2144, İbn Hibban 1084,  
140
 Buxari, Müslim.  
141
 Buxari, Müslim, İmam Əhməd 6/158,163,257, Məlik 1/202, Nəsai 2/146,149 əl-İftitah.  
142
 İmam Əhməd 6/118, Aişə - radıyallahu anhə – dən, əl-Həkim 2/505-də səhih demişdir. Zəhəbi də 
təsdiqləyir.  
143
 Buxari «ət-Təfsir» 8/196.  
144
 Müslim, Tirmizi 3274, Aişə - radıyallahu anhə – dən. 
145
 Buxari, Müslim. 
146
 Müslim.  


 
49
dayanmışdım: «Ya Aişə! Üç şey vardır ki, hər kim onlardan birini 
söyləyərsə Allaha qarşı böyük iftira atmış olur. Nədir onlar?» dedim. 
Aişə: «Hər kim Muhəmməd Rəbbini gördü deyə söyləyərsə Allaha qarşı 
böyük iftira etmiş olur» dedi. Mən dayanmışdım. Həmən oturdum və: «Ey 
möminlərin anası! Bir dəqiqə. Tələsmə» dedim. Allah: «And olsun ki. 
Onu açıq üfüqdə görmüşdü» (ət-Təkvir 23) «O, qüvvət sahibi göründü. 
O  (Cəbrail)  ən uca üfüqdə idi». «And olsun ki, başqa bir dəfə  də 
görmüşdü.  (yeddinci səmadakı)  Sidrətul-Muntəhanın yanında».  (ən-
Nəcm 6-14) deyə buyurmadımı? dedim. O: «O, Cəbraildi. Onu yaradılış 
surətində yalnız iki dəfə görmüşdü» dedi. Aişə: «Gözlər onu dərk etməz. 
O, gözləri dərk edər».  (əl-Ənam 103), «Heç bir bəşər övladına Allahla 
danışmaq müyəssər olmaz. Allah onlarla ancaq vəhylə, yaxud (Musa ilə) 
pərdə arxasından danışar və ya bir elçi (mələk) göndərər, o da Allahın 
izni ilə Allahın istədiyini vəhy edər». (əş-Şura 51)
147
.  
5. Onunla Nələrin Göndərildiyini Və Nə Üçün Göndərildiyini Bilmək:  
Allahı tövhid etmək və  əmr olunanları edib, qadağan olunanları  tərk 
etməyi əmr edən şəriətlə göndərmişdir. Allah onu aləmlərə rəhmət olaraq, 
onları  şirkin, küfrün və  cəhalətin qaranlıqlarından elm, iman və tövhidin 
aydınlığına çıxartmaq üçün göndərmişdir. Bu yolla Allahın məğfirət və 
rizasına nail ola bilsinlər, onun əzab və qəzəbindən qurtara bilsinlər. Allah 
insanları  şirkdən qorxudub əzabı vasitəsilə ayıltmaq, rububiyyət, 
uluhiyyət, isim və sifətlərində də tövhidə dəvət etmək üçün göndərmişdir. 
Bunlara dəlil:  «Ey  (libasına)  örtünüb bürünmüş Peyğəmbər! Qalx 
(qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut. Libasını təmizlə. 
Əzaba səbəb olacaq pis şeylərdən uzaqlaş. (Etdiyin yaxşılığı)  çox bilib 
başa qalxma. Rabbinin rizasını qazanmaq üçün səbr et». (əl-Muddəssir 
1-7). Allahın «Qalx və qorxut» buyurduğunun mənası, şirkdən qorxudub 
çəkindirmək və tövhidə  dəvət etmək deməkdir.  «Öz Rəbbini üca tut» 
tövhid ilə onu təzim et. «Libasını  təmizlə»  yəni  əməllərini  şirkdən 
təmizlə. «Pis şeylərdən uzaqlaş» yəni bütlərdən uzaq dur. Onlardan uzaq 
durmaq isə bütləri və bütpərəstləri tərk edib, onlardan uzaq durmaq 
deməkdir. Bütün bu buyuruqlardan sonra ona risalət verilmiş oldu. O, da 
qalxıb dəvət etdi və Allahın əmrini yerinə yetirdi.
  
6.  Peyğəmbər – Sallallahu Aleyhi Və  Səlləm – İn Vəfatını Bildirən 
Əlamətlər:  
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in vəfatının yaxınlaşdığına 
işarə edən bir çox önəmli hadisələr və işarələr görülmüşdür.  
                                                 
147
 Müslim 177. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə