Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə20/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   16   17   18   19   20   21   22   23   ...   79

 
42
yüksək və Allaha ən yaxın olandır. O, haqqla, hidayətlə insanlara və 
cinlərə göndərilmiş bir peyğəmbərdir. Ona kitabını endirmiş, dininin 
əmini etmiş, risalətini təbliğ etməkdə onu seçmişdi. Bu risaləti təbliğ 
etməkdə onu səhf etməkdən və  xəta etməkdən qorumuşdur. Onun 
risalətinə iman gətirib, nübuvətinə  şəhadət gətirməyincə heç bir qulun 
imanı  səhih olmaz. Ona itaət edən Cənnətə, ona qarşı  çıxan isə 
Cəhənnəmə girər. 
Peyğəmbərimiz – sallallahu aleyhi və səlləm – i bilmək özündə bir neçə 
xüsusiyyətləri əhatə edir:  
1. Peyğəmbərin – Sallallahu Aleyhi Və Səlləm – Nəsəbini Bilmək:  
Onun nəsəbi yer üzünün ən üstünüdür. Şərəf baxımından nəsəbi 
zirvədədir. Herakl Əbu Sufyan - radıyallahu anhu – dan Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – in nəsəbini soruşaraq: «Onun nəsəbi aranızda 
necədir?».  Əbu Sufyan: «O, bizim içimizdə yüksək bir nəsəbə sahibdir» 
deyə cavab vermişdir. Herakl: «Mən sənə onun nəsəbindən soruşdum. Sən 
də onun sizin içinizdə yüksək bir nəsəbə sahib olduğunu söylədin. 
Həqiqətən də Peyğəmbərlər öz qövmləri arasında yüksək bir nəsəbə sahib 
olaraq göndərilirlər» dedi
123
. Həmçinin də Peyğəmbərlər haqqında keçən 
rəvayətlərdə  də bu öz təsdiqini tapır. Məs:  Şueyb  –  əlehissəlam – ın 
qövmü: «Əgər əşirətin olmasaydı səni daşqalaq edərdik». (Hud 91). İbn 
Haldun Bəğavi  – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbərliyin 
əlamətlərindən biri də qövmləri içərisində  şərəfli bir ailəyə  mənsub 
olmalarıdır». Nəsəbi: Muhəmməd b. Abdullah b. AbdulMuttalib (əsl adı: 
Şeybətul Həmd) b. Haşim (əsl adı: Amr) b. AbdiMənaf (əsl adı: Muğirə) 
b. Kusay (əsl adı: Zeyd) b. Kilab b. Murrə b. Kəb b. Luey b. Ğalib b. Fihr 
b. Məlik b. Nadr b. Kinanə b. Huzeymə b. Mudrikə b. İlyas b. Mudar b. 
Nizar b. Məad b. Adnan. Adnan Allahın Peyğəmbəri  İbrahim  – 
əlehissəlam – ın oğlu İsmail – əlehissəlam – ın nəslindəndir. Peyğəmbər – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Şübhəsiz ki, Allah İsmail 
oğullarını seçmişdir.  İsmail oğullarından da Kinanəni, Kinanədən də 
Qureyşi, Qureyşdən də Haşim oğullarını, Haşim oğullarından da Məni 
seçmişdir»
124
.  İbn Kəsir  – rahmətullahi aleyhi – deyir ki, İbrahim  – 
əlehissəlam – ın nəslindən iki böyük uşaq dünyaya gəlmişdir. Birincisi 
Həcərdən dünyaya gələn  İsmail  –  əlehissəlam –, digəri də Saradan 
dünyaya gələn  İshaq  –  əlehissəlam – dır.  İshaq  –  əlehissəlam – ın 
nəslindən də Yaqub –  əlehissəlam – dünyaya gəldi. Allah: «…Bundan 
sonra biz onu İshaqla, İshaqın ardıyca Yəqubla müjdələdik». (Hud 71). 
                                                 
123
 Buxari.  
124
 Müslim. 


 
43
Onun nəslindən çox Peyğəmbər gəlmişdir.  İsrail oğullarında gələn 
Peyğəmbərlər Məryəm oğlu İsa – əlehissəlam – ilə sona çatmışdır. İsmail 
– əlehissəlam – a gəlincə isə ərəblər onun soyundandırlar. Onun soyundan 
Peyğəmbər olaraq sadəcə Peyğəmbərlərin sonuncusu, seyyidi Muhəmməd 
b. Abdullah b AbdullMuttalib b. Haşim  əl-Qureyşidir
125
. Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Mən atam İbrahimin duası  və 
İsanın müjdəsiyəm. Anam şam saraylarını işıqlandıran bir nurun çıxdığını 
gördü:  «Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir Peyğəmbər 
göndər ki, Sənin ayələrini onlara oxusun, kitabı  və hikməti onlara 
öyrətsin, onları  təmizləsin! Həqiqətən  (Sən) yenilməz qüvvət və hikmət 
sahibisən».  (əl-Bəqərə 129). «Onu da xatırla ki, bir vaxt Məryəm oğlu 
İsa belə demişdir: «Ey İsrail oğulları! Həqiqətən mən özümdən  əvvəl 
nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir 
Peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!». (əs-Səff 6)
126
.  
2.  Peyğəmbərin – Sallallahu Aleyhi Və  Səlləm – Yaşını, Doğulduğu 
Yeri, Hicrət Etdiyi Yeri Bilmək:  
Doğulduğu yer Məkkədir. Məkkədə Hişam oğulları  məhəlləsində 
Rəbiul-Əvvəl ayının 9-zu və ya 12-də birinci günü səhər, 571-ci ildə (Fil 
ilində) dünyaya gəlmişdir (Miladi tarixi ilə  22 Aprel). Məkkədə  53 il 
yaşadıqdan sonra Mədinəyə hicrət etmiş, orada da 10 il yaşamışdır. 
Hicrətin  11-ci ilində, Rəbiul-Əvvəl ayının  12-i, birinci günü, əsr vaxtına 
yaxın 63 yaşında dünyasını dəyişmişdir. Ənəs b. Məlik - radıyallahu anhu 
–  deyir: «Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  63 yaşında ikən 
dünyasını dəyişdi»
127
. İbn Abbas - radıyallahu anhu – deyir: «Peyğəmbər 
– sallallahu aleyhi və  səlləm –  Məkkədə  13 il, Mədinədə isə  10 il 
qaldıqdan sonra 63 yaşında dünyasını  dəyişdi»
128
. Onu dünyaya gətirən 
(doğuşda kömək edən) Abdurrahman b. Auf - radıyallahu anhu – nun 
anası Amrın qızı  Şifa olmuşdur. Doğumunun yeddinci günündə sünnət 
edilmişdir. Bu haqda üç görüş vardır: Bəziləri qeyd edirlər ki, sünnətli 
doğulmuşdur. Uydurma bir hədisdə  rəvayət edirlər. Bu iddia ilə bağlı 
doğru bir rəvayət yoxdur. Bəziləri də qeyd edirlər ki, süd anasının yanında 
Mələklərin qəlbini açdıqları gün sünnət edildi, bəziləri də deyirlər ki, 
doğumunun  7-ci günü babası AbdilMuttalib sünnət etdi və  ən doğru rəy 
də elə budur. Ona ilk xidmət edən Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – in atası Abdullahın xidmətçisi Ummu Əymən olmuşdur. Ummu 
                                                 
125
 İbn Kəsir «Qısasul Ənbiya» 175.  
126
 Əhməd 5/262, Həkim 2/600.  
127
 Müslim.  
128
 Müslim.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə