Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə17/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   13   14   15   16   17   18   19   20   ...   79

 
35
olunandır"
109
. "Kuran Allahı kəlamıdır və Ondan necə olduğu bilinmədən 
söz olaraq çıxmış, Allah bunu Peyğəmbərinə vəhy etmiş, möminlər də bu 
minval üzərə onun haqq olduğunu təsdiq etmişlər və Quranın həqiqətən də 
Allahın həqiqi kəlamı olduğuna tam bir yəqinliklə inanmışlar"
110
.  İbn 
Abdul Bər Abdullah b. Nafin – rahmətullahi aleyhi – rəvayət edir: «Məlik 
b.  Ənəs  – rahmətullahi aleyhi – deyirdi ki: «Kim Quran yaradılmışdır 
desə döyülür, tövbə edənə qədər həbs edilməlidir»
111
. «Ey Abdulah dedi: 
«Quran məxluqdur deyən bir kimsə haqqında nə deyirsən?». Məlik: «O, 
bir zındıqdır, onu öldürün» deyə cavab verdi
112
. Laləkai, Rəbi b. 
Süleymandan rəvayət edir ki, Şafii  – rahmətullahi aleyhi – deyir: «Kim 
Quran yaradılmışdır deyərsə kafirdir»
113
. Laləkai, Məlik b. əl-Attardan 
rəvayət edir ki, Əhməd b. Hənbəl – rahmətullahi aleyhi – deyir: «Quran 
Allah kəlamıdır, məxluq deyildir. Allahın kəlamı Ondandır və Ondan olan 
heç bir şey məxluq deyildir»
114
. Amr b. Dinar – rahmətullahi aleyhi – 
deyir: «Yetmiş ildən bəri yaşadığım insanlardan yalnız bunu eşidərdim: 
«Allah yaradandır, Ondan başqa hər  şey yaradılmışdır. Bundan yalnız 
Quran xaricdir. Çünki Quran Allahın kəlamı olub yaradılmamışdır. Ondan 
başlamış və Ona da dönəcəkdir»
115
.  
«O, Quran ondan başlamış  və ona da dönəcəkdir» sözlərinə  gəlincə, 
buradakı  gəliş  əl-Bəd  – başlamaqdan törənmişdir. Ondan başlamışdır 
sözünün mənası isə onu ilk dəfə  kəlam olaraq söyləyən Allahdır. Yəni 
onunla ilk və başlanğıc olaraq danışan Odur. «Ona dönəcəkdir» sözünün 
mənası isə: «Quranla danışmaq sifəti Allaha dönər. Çünki Quranla 
danışan Allahdır. Danışmaq da danışanın bir sifətidir» deməkdir. Sonda 
isə müshaflardan, hafizələrdən qaldırılacağı vaxt – axır zamanda ona 
dönəcəkdir. Xuzeyfə b. Yəmən - radıyallahu anhu – deyir ki, Peyğəmbər 
– sallallahu aleyhi və  səlləm – buyurdu: «Qiyamət günü İslam paltarın 
naxışları silinib yox olduğu kimi silinib yox olacaqdır. Belə ki, (yer 
üzündə) nə orucun, nə namazın, nə  həccin, nə  də  sədəqənin nə olduğu 
bilməyəcəklər. Allah bir gecədə Quranı qaldıracaq və yer üzündə ondan 
bir ayə belə qalmayacaqdır. O, zaman insanlardan yaşlılar və böyüklər 
                                                 
109
 əl-Vasiyyə s. 74.  
110
 əl-Albani "Şərh Əqidətul Təhaviyyə" s. 168.  
111
 «əl-İntiqa» s. 35. 
112
 «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat» 1/249, Hiylə 6/325. 
113
 «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat» 1/252. 
114
 «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat» 1/157. 
115
 Buxari «Xaliqu Əfəlil  İbad» 1, «Tarihul Kəbir» 2/338, Beyhəqi «Sunnənul Kubra» 10/205, İbn 
Teymiyyə «Minhəc Sünnə» 2/253, İbn Batt «əl-İbanə» 2/548. 


 
36
qalacaqlar və deyəcəklər: «Biz babalarımızın bu kəlməni: «Lə  İiləhə 
İlləllah» - söylədiklərini eşitdik. Buna görə də biz də onu söyləyirik»
116
.  
 
KİTABLARA İMANIN FAYDALARI 
1. Bu kitabların həqiqətən Allahdan endirilmiş olduqlarına iman etmək. 
2. Adlarını bildiklərimiz kitablara adla iman etmək, adlarını 
bilmədiyimiz kitablara da icma ilə iman etmək.  
3. Bu kitabların səhih olan xəbərlərini təsdiq etmək. Quranın xəbərlərini 
və  əvvəlki kitabların dəyişdirilməyən və ya təhrif edilməyən xəbərlərini 
qəbul etmək.  
4. Nəsx olunmamış hökmləriylə  əməl edib, hikmətini istər qavramış 
olsun, istər qavramamış olsun bunlara təslimiyyət göstərmək. 
5. Hər bir qövmə onları hidayətə yönəltmək üçün kitab endirmiş olduğu 
üçün Allahın nemətini bilmək.  
6. Allahın  şəriətindəki hikmətləri bilmək. Çünki Allah hər bir qövmə 
onların durumlarına uyğun şəriətlər göndərmişdir.  
7. Buna görə Allahın bu nemətinə şükr etmək.  
 
PEYĞƏMBƏRLƏRƏ İMAN 
Rəsul – Peyğəmbər kəlməsi Rəsulun – göndərilən deməkdir. Bu da bir 
işi təbliğ etmək üçün göndərilən kimsə  mənasına gəlir. Burada qəsd 
Allahın insanlar arasında  şəriət vəhy edib, o şəriəti təbliğ etməsini  əmr 
etdiyi kimsədir.  
Göndərilmiş bütün Peyğəmbərlər yalnız kişilərdən ibarət olub. «Biz 
səndən  əvvəl də özlərinə  vəhy etdiyimiz ancaq kişi peyğəmbərlər 
göndərmişdik». (ən-Nəhl 43).  
Rəsulların ilki Nuh –  əlehissəlam -, sonuncusu da Muhəmməd  – 
sallallahu aleyhi və  səlləm – dir. «Biz Nuha və ondan sonrakı 
Peyğəmbərlərə  vəhy göndərdiyimiz kimi sənə  də  vəhy göndərdik».  (ən-
Nisa 163). Ənəs b. Məlik - radıyallahu anhu – nun rəvayət etdiyi şəfaət 
hədisində Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – insanların Adəm  – 
əlehissəlam – ın yanına  şəfaət etmək üçün getmələri, o da: «Nuh – 
əlehissəlam – ın yanına gedin o, Allahın göndərdiyi ilk rəsuldur»
117
 - 
deməsi də buna dəlildir. Muhəmməd  – sallallahu aleyhi və  səlləm – 
haqqında: «Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. 
Lakin o, Allahın Rəsulu və Peyğəmbərlərin sonuncusudur». (əl-Əhzab 
                                                 
116
  İbn Məcə 4049, Həkim 8460, 8646, İbn Həcər «Fəthul Bəri» 13/16, əl-Albani «Səhih Hədislər 
Silsiləsi» 87, «Səhih Cəmius Səği» 8077.  
117
 Buxari.  


 
37
40). O, halda Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən sonra heç bir 
peyğəmbər gəlməyəcəkdir. Məryəm oğlu İsa, axır zamanda enəcəkdir və 
o, bir rəsuldur deyiləcək olursa cavabımız belədir: Bu doğrudur. Lakin o, 
özündən  əvvəlki  şəriətləri təzələyən bir Rəsul olaraq enməyəcəkdir. O, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in şəriəti ilə hökm edən birisi 
olaraq enəcəkdir. «O, vaxtı yadınıza salın ki, Allah peyğəmbərlərdən sizə 
verdiyim Kitab və hikmətdən sonra sizdə olanı  təsdiq edən bir 
Peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz deyə  əhd 
almış və onlara: «Bunu təsdiq edib ağır olan əhdimi qəbul etdinizmi?» 
demişdi. Onlar da: «Təsdiq etdik!» deyə cavabn vermişdilər. Allah: «Elə 
isə  şahid olun! Mən də sizinlə  bərabər  şahidlərdənəm deyə 
buyurmuşdu».  (Ali  İmran 81). Çünki istər  İsa  –  əlehissəlam –, istərsə 
digər Peyğəmbərlərə düşən Peyğəmbər – sallallahu aleyhi və səlləm –  ə 
iman etmək, ona uymaq və ona yardımçı olmaqdır.  
Elm  əhlinin söylədiklərinə görə  Rəsul (Elçi) ilə  Nəbi (Peyğəmbər) 
arasında fərq budur: «Nəbi – şəriət vəhy edilməklə birlikdə o, şəriəti təbliğ 
etmə əmri verilməyəndir. Rəsul – Allahın şəriət vəhy etdiyi və onu təbliğ 
etməsini, gərəyincə əməl etməsini əmr etdiyi kimsədir. Buna görə də hər 
rəsul bir nəbidir, lakin hər nəbi rəsul deyildir».  
Əhli Sünnə vəl Cəmaat Allahın qullarını müjdələyən, insanları hidayətə 
yönəldən və zülmətdən nura çıxartmaq üçün haqq dinə  dəvət edən, 
rəsullar, peyğəmbərlər göndərildiyinə inanırlar. Onlardan birini inkar edən 
Allahı  və bütün Peyğəmbərləri inkar etmiş olur. «Allahı  və 
Peyğəmbərlərini inkar edənlər, Allahı Peyğəmbərindən ayırmaq istəyən-
lər: «Biz peyğəmbrlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq» 
deyənlər və bunun arasında bir yol tapmaq istəyənlər bütün bunlar 
həqiqətən kafirlərdir. Biz kafirlərdən ötrü rüsvayedici əzab hazırlamışıq. 
Lakin Allaha və Peyğəmbərinə iman gətirən və onların heç birini 
digərindən ayırmayan  şəxslərə Allah öz mükafatlarını verəcəkdir. 
Şübhəsiz ki, Allah bağışlayan və rəhm edəndir». (ən-Nisa 150-152).  
Nə Üçün Allah Peyğəmbərlər Göndərib? 
1.  Hər hansı bir qövmə Peyğəmbər gəlmədiyi üçün Allah ora 
Peyğəmbər göndərib. 
2. Ola bilər ki, bir qövmə Peyğəmbər göndərilib, lakin gətirdiyi  şəriət 
dəyişildiyinə görə yeni Peyğəmbər göndərilib.  
3. Hər hansı bir qövmə Peyğəmbər göndərilib, şəriət olduğu kimi qalıb, 
lakin sonrakı zamana uyğun olsun deyə, yeni hökmlərə ehtiyac olduğu 
üçün Peyğəmbər göndərilib.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə