Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə19/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   15   16   17   18   19   20   21   22   ...   79

 
40
bax). Kiçik xətalar Peyğəmbərlər tərəfindən olub və bu əməldən sonra 
dərhal tövbə ediblər. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in bu 
xətaları etməsində bir hikmət vardır. Çünki bu xətalardan dərhal sonra nə 
etmək lazım olduğunu o, ümmətinə bildirmişdir. Artıq bununla biz bu 
kimi xətalardan sonra nə edəcəyimizi bilirik.  
Allah onları insanlar arasında  ən  şərəfli, hörmətli, olduqlarını qeyd 
etməklə yanaşı onların bütün yaradılmışlar kimi Allahın qulu olduqlarını 
da qeyd edir. «Həqiqətən Nuh çox şükr edən qul idi». (əl-İsra 4). 
«Aləmləri qorxutmaq üçün haqqı batildən ayıran Quranı öz quluna 
(Muhəmmədə) nazil edən Allah nə  qədər uca, nə  qədər uludur». (əl-
Furqan 1). «O  (Məryəm oğlu  İsa) ancaq nemət verdiyimiz və  İsrail 
oğullarına ibrət dərsi etdiyimiz bir quldur». (əz-Zuxruf 59).  
Bütün bu göndərilən Peyğəmbərlərin məqsədləri bir olub. İnsanları 
Allaha ibadət etməyə çağırmaq.  Həqiqətən biz Nuhu öz qövmünə 
Peyğəmbər göndərdik. O, belə dedi: «Ey qövmüm! Allaha ibadət edin. 
Sizin Ondan başqa  (ibadət edəcək) heç bir ilahınız yoxdur. Məgər 
qorxmursunuz».  (əl-Muminun 23). Ad tayfasına da qardaşları Hudu 
Peyğəmbər göndərdik. O, dedi: «Ey cəmaatım! Allaha ibadət edin. Sizin 
Ondan başqa heç bir tanrınız yoxdur. Siz isə yalnız iftiraçısınız». (Hud 
50). Səmud tayfasına da öz qardaşları Salehi Peyğəmbər göndərdik. O, 
dedi: «Ey cəmaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir 
tanrınız yoxdur». (Hud 61). Mədyən  əhlinə  də qardaşları  Şüeybi 
Peyğəmbər göndərdik. O, dedi: «Ey qövmüm! Allaha ibadət edin. Sizin 
Ondan başqa heç bir tanrınız yoxdur». (Hud 84). Yadına sal ki, bir 
zaman  İbrahim atasına və qövmünə demişdi: «Mən sizin ibadət 
etdiklərinizdən təmamilə uzağam. Yalnız məni yoxdan yaradan 
Allahdan başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcəkdir». 
(əz-Zuxruf 26-27).  
Allah bir çox Rəsul və Peyğəmbər göndərmişdi. Bəzilərini adı Qurani 
Kərimdə  və Sünnə  də bizə  gəlib çatmış, bəzilərinin də adları 
bildirilməmişdir.  «Biz Peyğəmbərlər göndərdik. Onların bəzisinin 
əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin  əhvalatını isə 
söyləmədik!». (ən-Nisa 164).  
Qurani Kərimdə adları zikr olunan 25 Rəsul və Peyğəmbər vardır. «Bu 
bizim İbrahimə (1) öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz 
şəxsi mərtəbə-mərtəbə yüksəldirik.  Şübhəsiz ki, Rəbbin hikmət və elm 
sahibidir. Biz İshaqı (2) və Yəqubu (3) ona əta etdik. Onların hər birini 
hidayətə çatdırdıq. Bundan əvvəl Nuhu (4)  və onun nəslindən olan 
Davudu  (5), Süleymanı  (6),  Əyyubu  (7), Yusifi (8), Musanı  (9)  və 


 
41
Harunu  (10) da hidayətə qovuşdurduq. Biz yaxşı  iş görənləri belə 
mükafatlandırırıq. Zəkəriyyəni  (11),  İsanı  (12),  İlyası  (13) da hidayətə 
çatdırdıq. Onların hamısı  əməlisalehlərdən idi. Biz həmçinin  İsmaili 
(14), Əlyəsəi (15), Yunusu (16) və Lutu (17) da hidayətə qovuşdurduq və 
onları insanlardan üstün etdik». (əl-Ənam 83-86). «İdrisi  (18)  və 
Zulkifli (19) də yad et». (əl-Ənbiya 85). «Ad tayfasına qardaşları Hudu 
(20) göndərdik». (əl-Əraf 65). «Səmud (tayfasına) qardaşları Salehi (21) 
göndərdik». (əl-Əraf 73). «Mədyən tayfasına da Şüeybi (22) göndərdik». 
(əl-Əraf 85). Həmçinin Adəm, Yəhya və Muhəmməd (hamısına Allahın 
salat və salamı olsun!)
121
.  «Biz səndən  əvvəl də Peyğəmbərlər 
göndərmişdik. Onların kimisi haqqında sənə  xəbər vermiş, kimisi 
haqqında xəbər verməmişik». (əl-Mumin 78).  
Onların içərsində  ən fəzilətliləri Ulul Azim deyə adlanan beş 
Peyğəmbərdir. Xatırla ki, biz bir zaman Peyğəmbərlərdən əhd almışdıq: 
«Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryam oğlu 
İsadan da!». (əl-Əhzab 7).  
Allah Peyğəmbərləri bir-birindən üstün etmişdi. (Ya Muhəmməd!) «Biz 
Peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisi 
ilə danışmış, bəzisinin isə  dərəcələrini yüksəltmişdir».  (əl-Bəqərə 253). 
«Biz Peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik». (əl-İsra 55).  
Ulul Azim deyə bilinən Peyğəmbərlərin  ən fəzilətlisi isə  İslamın 
Peyğəmbəri, Peyğəmbərlərin və Rəsulların sonuncusu, aləmlərin Rəbbinin 
son elçisi Abdullah oğlu Muhəmməddir.  «Lakin o, Allahın Rəsulu və 
Peyğəmbərlərin sonuncusudur». (əl-Əhzab 40). Peyğəmbər  sallallahu 
aleyhi və  səlləm –  Əli  - radıyallahu anhu – buyurur: «Sənin mənə görə 
durumun Harunun Musaya görə durumu kimi olmasına razı deyilsən? 
Lakin məndən sonra heç bir Peyğəmbər gəlməyəcəkdir»
122
.  
 
PEYĞƏMBƏRİMİZ MƏHƏMMƏD 
- Sallallahu Aleyhi Və Alihi Vəs Səlləm  
Muhəmməd  – sallallahu aleyhi və səlləm – Peyğəmbərlərin (nəbilərin) 
və  Rəsulların sonuncusudur. Bütün insanlara göndərilmiş  rəsuldur. O, 
Allahın bir quludur, ona ibadət edilməz, o bütün yaradılmış-ların  ən 
xeyirlisi,  ən fəzilətlisidir. Allah dərgahında  ən dəyərlidir, dərəcəsi  ən 
                                                 
121
 Bu Peyğəmbərlərdən üçü övliya sayılır.  Loğman, Üzeyr, Zülqərneyn  - Allahın salat və salamı 
onların üzərinə olsun! -. O, ki qaldı Peyğəmbərlərin ümumi sayına ki, nə  qədər olublar bu haqda 
müəyyən bir rəqəm yoxdur. Hədisdə gəlir ki, onların sayı 324 mindir və bunlardan 313-ü Rəsuldur. 
Lakin bu hədisin sənədində yalançı ravilər olduğu üçün hədis zəifdir. Bax: «Zədul Məad» 1 cild, 
Şureyb Arnaudun təhqiqi ilə. 
122
 Buxari, Müslim.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə