Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə15/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   11   12   13   14   15   16   17   18   ...   79

 
31
qəlbdən sarılın»
93
. Osman - radıyallahu anhu – deyir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – buyurdu: «Sizin ən xeyirliniz Quranı öyrənən 
və onu öyrədəndir»
94
.  
Qurani Kərimə səmimi qəlbdən sarılmaq nə deməkdir? 
Kitabı  əzbərləmək, oxumaq, gecə-gündüz namazlarda oxumaq, ayələri 
üzərində düşünmək, halalı halal, haramı haram qəbul etmək,  əmrlərinə 
bağlanmaq, qadağalarından uzaq durmaq, verdiyi nəsihətlərdən ibrət 
almaq, buyurduqlarına  əməl etmək, mütəşabih
95
 buyurduqlarına 
təslimiyyət göstərmək, onun hüdudlarını  aşmamaq, bu kitaba nəsihətçi 
olmaq
96
 (buyurduqlarını  səmimiyətlə yerinə yetirmək) və ona dəvət 
etməkdir. Buna görə  də  Əhli Sünnə  vəl Cəmaat Qurani Kərimin hərf və 
mənaları ilə Allahın kəlamı olduğuna, ondan gəlib ona dönəcəyinə, Allah 
tərəfindən endirilmiş olub, məxluq olmadığına, Allahın kəlamı olduğuna 
iman edirlər. Bu kitab sonsuz hikmət sahibi (Hakim) hər şeydən xəbərdar 
(Xabir) olan Allah tərəfindən endirilmişdir.  
 
QURAN ALLAHIN KƏLAMIDIR 
Quran hərfləri və  mənaları etibarı ilə Allahın kəlamıdır. Allah Qurani 
Kərimi söz ilə söyləmiş, Cəbrail – əleyhissəlam – onu Allahdan eşitmiş və 
onu vəhy yolu ilə Peyğəmbəri – sallallahu aleyhi və səlləm – ə endirmiş, 
möminlər də ona iman gətirmişlər. Ondan başlamış və Ona da dönəcəkdir. 
Qurani Kərim hər nə  qədər  əllərlə yazılırsa yazılsın, dillərlə oxunursa 
oxunsun, qəlblərdə  əzbərlənirsə  əzbərlənsin, qulaqlarda dinlənilirsə 
dinlənsin, gözlər onu görsə də bu hallar onu Rahmən olan Allahın kəlamı 
olmasından çıxarmaz.  Əllər, mürəkkəblər, qələmlər, vərəqlər 
yaradılmışdır, lakin yazdıqları Quran məxluq deyildir. Dillər, səslər 
yaradılmışdır, lakin oxuduqları Quran məxluq deyildir. Qəlblər, hafizələr 
yaradılmışdır, lakin əzbərlənən, hafizələrdə olan Quran məxluq deyildir. 
Eşidən qulaqlar yaradılmışdır, lakin bu qulaqların duyduqları Quran 
məxluq deyildir. «Çox qiymətli Qurandır. O, (Allah dərgahında) 
qorunub-saxlanılan bir kitabdır».  (əl-Vaqiə 77-78). «Xeyr, bu Quran 
elm verilmiş kəslərin sinələrində (əzbər) olan açıq-aydın ayələrdir». (əl-
Ənkəbut 49). «Onun sözlərini heç kəs dəyişdirə bilməz».  (əl-Kəhf 27). 
«Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah 
                                                 
93
 Müslim, İmam Darimi 2/310, Musnəd 4/367.  
94
 Buxari. 
95
 Mütəşabih – dəqiq mənasını bilmək mümkün olmayan Quran ayələri.  
96
 Əbu Ruqayyə Təmim b. Əus əd-Dari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu 
aleyhi və  səlləm - buyurdu: «Din nəsihətdir». Kimə? (Ya Rəsulallah!) deyə soruşduq. «Allaha, 
kitabına, Rəsuluna, müsəlmanların rəhbərlərinə və bütün müsəlmanlara». Müslim.  


 
32
kəlamını dinləsin».  (ət-Tövbə 6). «Bu yalnız bəşər sözüdür. Biz onu 
(Cəhənnəmin təbəqələrindən biri olan)  Səqərə atacağıq».  (əl-Muddəssir 
25-26). Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər 
– sallallahu aleyhi və  səlləm –  Məkkədə  Həcc mövsümündə insanlara 
buyurdu: «Rəbbimin kəlamını (sözünü) söyləmək üçün məni öz qövmünə 
götürəcək bir adam yoxdur mu? Çünki Qureyş  Rəbbimin kəlamını 
söyləməyi qarşısını aldı»
97
. Bəra b. Azim - radıyallahu anhu – rəvayət 
edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: "Yatağa 
uzandıqda namaz üçün dəstəmaz aldığın kimi dəstəmaz al, sonra sağ 
tərəfin üstə uzanıb de: Allahummə, Əsləmtu Nəfsiy İleykə, Və Fəvvədtu 
Əmriy  İleykə, Və  Vəccəhtu Vachiy İleykə, Və  Əlcə'tu Zahriy İleykə, 
Rağbətən Və Rahmətən  İleyk. Lə  Məlcə'ə  Və  Lə  Məncəə Minkə  İllə 
İleyk. Aməntu Bikitabikəlləzi  Ənzəltə  Və Binəbiyyikəlləzi  Ərsəltə  - 
Allahım! Sənə ümid edərək və Səndən qorxaraq canımı Sənə təslim etdim, 
işimi Sənə  həvalə etdim, üzümü Sənə çevirdim, kürəyimi Sənə etibar 
etdim. Sığınacaq və Səndən (əzabından) xilas olmaq üçün nicat yeri yalnız 
Sənə yönəlməkdir. Sənin nazil etdiyin Kitaba və göndərdiyin Peyğəmbərə 
iman gətirdim!»
98
.  Əbu Hənifə  – rahmətullahi aleyhi – deyir ki: "Bizim 
Qurani Kərimi tələffüzümüz yaradılmışdır, lakin Quran yaradılmış 
deyildir"
99
. "Mürəkkəb, kağız və yazıların hamısı yaradılmışdır. Çünki 
bunlar Qulların felləridir. Lakin Allahın kəlamı yaradılmış deyildir"
100
 
Allah Qurana bəşər sözüdür deyənləri Cəhənnəm  əzabı ilə 
qorxutmuşdur.  İmam  Əhməd  – rahmətullahi aleyhi – deyir ki: "Kim 
mənin Quranı tələffüz etməyim yaradılmışdır deyərsə və bununla Quranı 
qəsd edərsə o, Cəhmidir"
101
.  Əgər öz tələffüzünü qəsd edərdisə - Cəhmi 
olmazdı.  İmam  Əbu Hənifə  – rahmətullahi aleyhi – deyir: «Kim Quranı 
eşidir və onun bəşər (insan) sözü olduğuna inanırsa o, kafir olmuşdur. 
Allah beləsini qınamış, ayıblamış  və:  «Biz onu (Cəhənnəmin 
təbəqələrindən biri olan)  Səqərə atacağıq».  (əl-Muddəssir 25-26) deyə 
buyurmuşdu. Allah Quran üçün: «Bu yalnız bəşər sözüdür». (əl-
                                                 
97
 Əhməd 3/222,339, Əbu Davud 4734, Darimi 3354, Həkim 4220, Tirmizi 2925, İbn Məcə 201, əl-
Albani "Səhih Sünən Tirmizi" 2925, "Səhih Sünən İbn Məcə" 167, «Səhih Hədislər Silsiləsi» 1947, 
«Fikhus Sirə» s. 114.  
98
 Peyğəmbər – sallallahu aleyhi və səlləm – demişdir: «Əgər bunu deyib ölsən, fitrət üzərində (heç bir 
günahı olmadan, anadan doğulmuş uşaq kimi) ölmüş olarsan». Buxari 6311,6313,7488, Müslim 2710, 
Əbu Davud 5046, Tirmizi 3394, İbn Məcə 3876, Darimi 2683, əl-Albni "Kəlimatu Tayyib" 34, 
"Mişkət" 2385, "Riyadus Salihin" 1470.  
99
 "Fikhul Əkbər" s. 58.  
100
 "əl-Vasiyyə" 74.  
101
  Əhməd "Sünnə" 131,175, əl-Həllal "Sünnə" 1783,1790, Lələkai 602, Beyhəqi "Əsmə" s. 264, 
1/406, "Səhih".  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə