Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə12/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   8   9   10   11   12   13   14   15   ...   79

 
25
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Şübhəsiz Allah və 
Mələkləri səflərin sağında olanlara rəhmət və istiğfar diləyərlər»
74
.  
Həmçinin  - Mələklərin Cümə günü insanları qeyd etmələri.  Əbu 
Hureyrə  - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər– sallallahu 
aleyhi və səlləm – buyurdu: «Cümə günü oldu mu məscidin hər bir qapısı 
üzərində  mələklər durub sıra ilə tez gələnləri qeyd edərlər.  İmam xütbə 
vermək üçün oturdumu onlar da səhifələri bağlayıb xütbəni dinləməyə 
gedərlər»
75
.  
Həmçinin  - Mələklərin xəstəni ziyarət edən üçün dua etmələri. 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Bir kəs öz 
müsəlman qardaşını  səhər ziyarət etməyə getsə axşamadək yetmiş min 
mələk onun üçün bağışlanma diləyər, axşam getsə səhərədək yetmiş min 
mələk onun üçün bağışlanma diliyər»
76
.  
Həmçinin - Kiramə  və  Kətibin mələkləri. Allah onları üzərimizə 
əməllərimizi, sözlərimizi və davranışımızı yazmaq üçün mükəlləf edib. 
Bizi ancaq ayaq yoluna girdiyimiz və cima halında tək buraxarlar. «Sizin 
üstünüzdə gözətçi mələklər  (əməllərinizi) yazan və  (Allah dərgahında) 
çox hörmətli mələklər vardır. Onlar sizin nə etdiklərinizi bilirlər».  (əl-
İnfitar 10-12). «Şübhəsiz ki, elçilərimiz qurduğunuz hiylələri  (əməl 
dəftərinizə) yazırlar». (Yunus 21). «Yoxsa onlar elə güman edirlər ki, biz 
onların pıçıltılarını  və  xəlvəti danışıqlarını  eşitmirik! Xeyr, yanlarında 
olan elçilərimiz yazırlar».  (əz-Zuxruf 80). «İnsan üçün onu öndən və 
arxadan təqib edən mələklər vardır. Onlar insanı Allahın  əmri ilə 
qoruyurlar».  (ər-Rəd 11). Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Sizinlə birlikdə ayaq yoluna girdiyiniz vaxt ilə cima halından 
başqa sizdən ayrılmayan mələklər vardır. Onlardan həya edin və onlara 
ikramınız olsun»
77
.  
Həmçinin  - Mələklərin möminlər üçün bağışlanma diləmələri.  «Ərşi 
daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna 
ilə təqdis edir, ona inanır və möminlərin baığışlanmasını diləyərək belə 
deyirlər: «Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. 
Artıq tövbə edib sənin yolunla gedənləri bağışla, onları  cəhənnəm 
əzabından qoru». (əl-Mumin 7). «Mələklər də (ondan) bağışlanmağınızı 
dilərlər. Allah möminlərə rəhm edəndir». (əl-Əhzab 43). 
                                                 
74
 Əbu Davud 676. 
75
 Buxari, Müslim, əl-Albani "Mişkət" 1384.  
76
 Səhih Tirmizi 1/286, Səhih İbn Məcə 1/244. 
77
 Tirmizi 2800. 


 
26
Həmçinin - Mələklərin möminləri salamlamaları.  «Rəbbindən 
qorxanlar dəstə-dəstə  gətiriləcəklər. Nəhayət ora çatınca onun qapıları 
açılacaq və  Cənnət gözətçiləri  (onlara) Salam aleykum! (Sizə salam 
olsun) xoş  gəldiniz.  Əbədi qalacağınız Cənnətə daxil olun». (əz-Zumər 
73). 
Həmçinin - Mələklərin sədəqə verənlər üçün dua etmələri. Peyğəmbər– 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Hər səhər Allahın izni ilə yer 
üzünə iki mələk enir və Allaha dua edərək deyirlər: «Ey Rəbbimiz! Allah 
yolunda xərcləyənin ruzisini artır, xəsislik edənin ruzisini isə azalt»
78
.  
Həmçinin - Mələklərin İbrahim – əleyhissəlam – ı oğlu İshaqın olması 
ilə
79
, Məryəmı İsa – əleyhissəlam – ın olması ilə
80
, Xədicə - radıyallahu 
anhə – ni Cənnətdə onun üçün hazırlanmış daş-qaşlı saray və Allahın 
salamı ilə
81
, Aişə  - radıyallahu anhə – ni Cəbrail  –  əleyhissəlam – ın 
salamı ilə müjdələmişlər
82
.  
Həmçinin - Mələklər Məsih Dəccəlin Məkkə  və  Mədinəyə girməsinin 
qarşısını alacaqlar
83
. Qiyamətə yaxın vaxtlarda İsa  –  əleyhissəlam – ın 
Şamın şərq tərəfində ağ minarəli (məscidin) üstünə iki mələyin qanadında 
enməsi
84
.  
Həmçinin - Mələklərin döyüşlərdə müsəlmanlara kömək etməsi, xüsusi 
ilə  Bədr döyüşündə.  «Rəbbinizin üç min mələk endirərək imdadınıza 
yetişməsi sizə kifayət etməzmi. Bəli əgər səbr edib (Allahdan) qorxsanız, 
onlar  (Məkkə müşrikləri)  qəzəblə üstünüzə  gəldikləri zaman Rəbbiniz 
artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər». (Ali-İmran 124-
125). (əl-Ənfal 9). Rifa b. Rafi əz-Zurani - radıyallahu anhu – rəvayət edir 
ki, Cəbrail  –  əleyhissəlam – Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Siz Bədr döyüşündə  iştirak edənləri nə sayırsınız». 
(Peyğəmbər) buyurdu: «Müsəlmanların  ən xeyirliləri». Cəbrail  – 
əleyhissəlam – dedi: «Mələklərdən də Bədr mələkləri belədir»
85

Əhli Sünnə Vəl Cəmaat qəbr əzabının olduğuna da inanırlar. Qəbr əzabı 
deyildikdə, bildiyimiz qəbr çuxurunda görülən  əzab deyildir. Bərzəx adı 
verilən aləmdə verilən  əzabdır.  Əzabı  qəbirdə  də olsa, yerin dibində  də 
olsa, dəniz dibində  də  və ya balığın qarnında da olsa bərzəxda  əzab 
                                                 
78
 Buxari 1442, Müslim 1010. 
79
 Bax: (Hud 71-72). 
80
 Bax: (Məryəm 19). 
81
 Bax: Buxari, Müslim 232. 
82
 Bax: Buxari, Müslim.  
83
 Bax: Buxari 7125, Müslim 2942.  
84
 Bax: Müslim. 
85
 Buxari. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə