Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə11/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   7   8   9   10   11   12   13   14   ...   79

 
23
Həmçinin - Kimiləri möminlərin ruhlarını rahatlıqla alırlar: «And olsun 
(möminlərin canını)  rahatlıqla alanlara». (ən-Nəziat 2). Şübhəsiz ki: 
«Rəbbimiz Allahdır!» deyən, sonra da düz olan kəslərə (ölüm ayağında) 
mələklər nazil olub belə deyəcəklər: «Qorxmayın və kədərlənməyin! Sizə 
vəd olunan Cənnətlə sevinin!». (Fussilət 30).  
Həmçinin  - Kimiləri kafirlərin ruhlarını zorla alırlar:  And olsun 
(kafirlərin canını)  zorla alanlara». (ən-Nəziat 1). «Kaş ki, sən zalimləri 
ölüm  əzabı içində çapalayan, mələklərin də  əllərini uzadıb: «Çıxarın 
canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və onun 
ayələrinə  təkəbbürlük göstərdiyinizə görə alçaldıcı bir əzabla 
cəzalandırılacaqsınız» dediyini görəydin. (əl-Ənam 93).  
Həmçinin  - Kimiləri insanın ana bətnində olduğu müddətdə  qədərini 
yazmaq ilə:  Əbu AbdurRahmən Abdulla b. Məsud  - radıyallahu anhu – 
rəvayət edir ki, doğru sözlü və doğru sözü təsdiq olunan Rəsulullah  – 
sallallahu aleyhi və  səlləm - buyurdu: «Sizdən hər birinizin yaradılışı 
onun anasının qarnında qırx gün nütfə
63
  şəklində olaraq bir yerə  gətrilir. 
Sonra bu müddət  ərzində aləqa
64
  şəklində olur. Sonra yenə bu müddət 
ərzində mudğa
65
  şəklində olur. Sonra ona bir mələk göndərilir, hansı ki, 
ona ruh üflədikdən sonra dörd xüsusiyəti yazmaqla əmr olunur. Ruzisini, 
əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını»
66
.  
Həmçinin  - Onlardan möminlərə  məğfirət diləyən, onlara dua edən
möminləri sevən kimsələr olduğu kimi elm məclislərinə  gələrək onları 
əhatəyə alan, onların etdiklərini Allaha çatdıran, elm öyrənən və öyrədən 
üçün dua edən mələklər də var. «Həqiqətən Allah və  mələkləri 
Peyğəmbərə salavat göndərirlər…».  (əl-Əhzab 56).  Əbu Uməmə  
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və 
səlləm - buyurdu: «Həqiqətən Allah, mələkləri, göydə  və yerdə olanlar
qarışqa öz yuvasında hətta balıqlarda elm öyrədənə dua edirlər»
67
.  Əbu 
Dərda - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi 
və  səlləm - buyurdu: «Hər kim elm öyrənmək üçün müəyyən bir yola 
çıxarsa Allah onun Cənnətə gedən yolunu asanlaşdırar. Mələklər elm 
tələbəsinin bu əməlindən xoş olduqları üçün qanadlarını onun üzərinə 
açarlar. Göylərdə  və yerdə olan hər bir şey onun üçün bağışlanma 
diləyər»
68
. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – 
                                                 
63
 Nütfə – məni mənasındadır. Nütfə bəzən də saf su adlanır. 
64
 Aləqa – laxtalanmış qan, ziyil deməkdir. O, insanı laxtalanmış qandan yaratdı. (əl-Ələq 2). 
65
 Mudğa – çeynənilmiş ət parçasına oxşadığı üçün ona bu ad verilmişdir. 
66
 Buxari 3208, Müslim 2643. 
67
 Səhih Sünən Tirmizi 2161, 2686.  
68
 Əbu Davud 3641, Səhih Sünən Tirmizi 2159, 2683. 


 
24
sallallahu aleyhi və  səlləm – buyurdu: «Hər kim elm öyrənmək üçün 
müəyyən bir yola çıxarsa Allah onun Cənnətə gedən yolunu asantlaşdırar. 
Bir topluluq Allahın evlərindən birində toplanıb, Allahın kitabını oxuyar 
və öz aralarında onu müzakirə edərlərsə onlara Allah tərəfindən sakitlik 
enər, Allahın rəhməti onları örtər, mələklər onları  əhatəyə alarlar, Allah 
onları öz dərgahında olanların yanında yad edər. Hər kim bu əməlləri 
gecikdirərsə, nəticəsi onu irəli hərəkət etməyə qoymaz (geri düşər)»
69
.  
Həmçinin - Mələklərin möminlərin dostları  və onları sevmələri. 
Şübhəsiz ki: «Rəbbimiz Allahdır!» deyən, sonra da düz olan kəslərə 
(ölüm ayağında)  mələklər nazil olub belə deyəcəklər: «Qorxmayın və 
kədərlənməyin! Sizə  vəd olunan Cənnətlə sevinin! Biz dünyada və 
axirətdə də sizin dostlarınızıq. Orada (Cənnətdə) sizin üçün nəfslərinizin 
çəkdiyi, istədiyiniz hər  şey vardır».  (Fussilət 30-31). Əbu Hureyrə  
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və 
səlləm - buyurdu: «Əgər Allah bir qulu sevərsə  əmr edir Cəbrailə: 
«Şübhəsiz Allah filan qulu sevər, sən də onu sev!» deyə nida edər. Cəbrail 
də onu sevər. Sonra Cəbrail da səmadakıları səsləyərək: «Şübhəsiz Allah 
filan qulu sevir, siz də onu sevin!». Səmadakılar da onu sevərlər. Sonra da 
onun sözü yer üzündə məqbul (qəbul) sayılar»
70
.  
Həmçinin - Mələklərin kafirləri, müşrikləri, münafiqləri sevməmə-ləri 
və onlara nifrət etmələri. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir 
ki, Peyğəmbər – sallallahu aleyhi və  səlləm - buyurdu: «Əgər Allah bir 
qulu sevməzsə əmr edir Cəbrailə: «Şübhəsiz Allah filan qulu sevmir, sən 
də onu sevmə!» deyə nida edər. Cəbrail də onu sevməz. Sonra Cəbrail da 
səmadakıları  səsləyərək: «Şübhəsiz Allah filan qulu sevmir, siz də onu 
sevməyin!». Səmadakılar da onu sevməzlər. Sonra da yer üzündə olan 
insanların qəlbində (Allah tərəfindən) o, kimsə haqqında nifrət və kin 
qoyular»
71
.  
Həmçinin - Mələklər birinci səfdə olanlar, namazı gözləyənlər üçün dua 
edirlər.  Əbu Hureyrə  - radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  – 
sallallahu aleyhi və səlləm – buyurdu: «Namazın girmə vaxtını gözləyən 
insanlar üçün mələklər Allaha dua edərək, Ya Rəbbimiz onu bağışla, ona 
rəhm et»
72
. Bəra b. Azib - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Həqiqətən Allah və  mələkləri 
birinci səff üçün dua edərlər»
73
. Aişə - radıyallahu anhə – rəvayət edir ki, 
                                                 
69
 Müslim 2699.  
70
 Buxari 3209, Müslim 2637. 
71
 Buxari, Müslim. 
72
 Buxari, Müslim 649. 
73
 Səhih Sünən Əbu Davud 618, 664. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə