Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə7/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   2   3   4   5   6   7   8   9   10   ...   79

 
14
yəqinliyimizi və fikhimizi artır!». Allahummə Zidni, İlmən, Yəqinən Və 
Fikhən
37
. Ömər 

 radıyallahu anhu  –  səhabələrə: «Gəlin imanımızı 
artıraq!» - deyərək, Allahı zikir edərdilər»
38
. Buna görədir ki, Bəkr b. 
Abdullah  əl-Muzni  –  rahmətullahi aleyhi 

  deyir: «Əbu Bəkr 

 
radıyallahu anhu 

 namaz və orucları ilə sizi qabaqlamayıb. O sizi onun 
qəlbində olan imanla qabaqlayıb». İbn Abbas, Əbu Hureyrə, Əbu Dərda 

 
radıyallahu anhum 

 deyirlər ki, iman həm artır, həm də azalır
39
.  İmam 
Vəki b. əl-Cərrah - rahmətullahi aleyhi - deyir ki, Əhli Sünnə deyir ki, 
iman söz və əməldir
40
. İmam Əhməd - rahmətullahi aleyhi - deyir ki, iman 
artar və azalar. Artması  əməl ilə, azalması isə  əməli tərk etməklədir
41

Həsənul Bəsri - rahmətullahi aleyhi - deyir ki, iman arzularla, xəyallarla 
olmur. İman qəlbdə olub əməllərlə həyata keçən şeydir. Kim xeyir deyib 
və xeyir edərsə ondan bu qəbul olacaqdır. Yox əgər kim xeyir deyib və 
şərr edərsə ondan bu qəbul olunmaz»
42
. İmam Şafii - rahmətullahi aleyhi - 
deyir ki, iman söz və  əməldir. Artar və  əskilər.  İtaətlə artar, günahlarla 
azalar və bu ayəni oxudu. «İman edənlərin imanı artsın deyə»
43
.  Əbu 
Hənifə 

 rahmətullahi aleyhi 

  yə görə: «İman  – dil ilə iqrar, qəlb ilə 
təsdiqdir»
44
.  İqrar tək başına iman olmaz. Çünki iqrar sadəcə iman 
olsaydı, bütün münafiqlər mömin olardılar. Yenə eyni şəkildə  təsdiq də 
tək başına iman olmaz. Çünki sadəcə  təsdiq iman olsaydı,  Əhli-Kitab 
(Yəhudi və Xristianlar) mömin olardılar»
45
.  İbn Battal - rahmətullahi 
aleyhi - deyir ki: «İman söz etibarı ilə  təsdiqdən ibarətdir - deyiləcək 
olursa, buna cavabımız budur: Təsdiq bütün itaətləri yerinə yetirməklə 
kamil olur. Mömin xeyirli əməllərini çoxaltdıqca imanı daha da 
kamilləşir. Bunlarla birlikdə iman da artır. Xeyirli əməllər  əskildi mi 
imanın kamilliyi də əskilir. İman haqqında ən mötədil rəy də budur»
46
. İbn 
Abdurrazzaq deyir ki: «Mən keçmiş nəsil və elm sahiblərindən Sufyən əs-
Sovri, Məlik b. Ənəs, Ubeydullah b. Ömər, əl-Əvzai, Mamər b. Rəşid, İbn 
Cureyc, Sufyən b. Uyeynənin belə dediklərini dinlədim: «İman, söz və 
əməldir, artar və  əskilər. Eyni zamanda İbn Məsud, Xuzeyfə,  ən-Nəhai, 
                                                 
37
 Bax: 35-ə. 
38
 İbn Əbi Şeybə «İman» 108, «əl-Musənnəf» 11/26. 
39
 Bax: 35-ə. 
40
 Bax: 35-ə. 
41
 Bu rəvayətləri səhih sənədlərlə imam əl-Lələkai «Şərhu üsulu etiqadi əhli-sünnə vəl cəmaat minəl 
kitəbi vəs sünnəti və icməi səhəbəti və-t tabiin» əsərində qeyd edir. 
42
 İbn Teymiyyə «Kitabul-İman». 
43
 «Fəthul-Bəri» 1/62, «İman kitabı». 
44
 Fikhul Əkbər s. 62. 
45
 əl-Vəsiyyə s. 72. 
46
 Müslimin şərhi 1/124.  


 
15
Həsənul Bəsri, Tavus, Mücahid və Abdullah b. Mubərəkin də yekdil 
rəyləridir»
47
.  
 
ALLAHA İMAN 
Allah  – subhənəhu və  təalə 

  yə iman onun varlığına iman etmək 
deməkdir. Bu da Fitrət, Ağıl, Şəriət və Duyğularla olur.  
1.  Fitrət:  Fitrətin Allahın varlığına dəlalət etməsi:  Şübhəsiz hər bir 
yaradılış yaradıcısına iman etmək fitrətinə sahib olaraq yaradılmışdır. 
«(Ya Muhəmməd!) batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq 
insanlara verdiyi dinə  (İslama)  tərəf tut». (ər-Rum 30). Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – in Rəbbindən buyurduğu rəvayətdə: «Mən 
qullarımı  həniflər
48
 olaraq yaratdım. Lakin sonradan şeytanlar onları 
dinlərindən sağa-sola sürüklədilər. Onlara halal etdiyimi qadağan etdilər 
və haqqında heç bir dəlil nazil etmədiyim şeyləri Mənə şərik qoşmağı əmr 
etdilər»
49
. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurur: «Hər bir 
doğulan uşağ fitrət üzərində doğular. Lakin sonra valideyinləri onu 
Yəhudi, Xristian və ya Məcusi edər»
50

2. Ağil: Ağlın Allahın varlığına dəlalət etməsi: Əvvəlinci ilə sonuncuya 
qədər bütün yaradılmışların var edici bir yaradıcısı olması qaçınılmaz bir 
şeydir. Çünki bu yaradılmışların özü-özlərini var etmələri imkansız 
olduğu kimi, təsadüfən var olmalarına da imkan yoxdur. Özü-özlərini var 
etmələri imkansızdır. Çünki heç bir şey özü-özünü yaratmaz. Çünki o, şey 
var olmadan əvvəl yox idi. Yox olmaq heç bir şey olmaq deməkdir. Heç 
bir şey isə bir şeyi var edə bilməz. Necə özü-özünün yaradıcısı, var edəni 
ola bilər? Bu yaradılmışlar təsadüfən də var ola bilməz. Çünki sonradan 
meydana gələn hər bir şeyin mütləq bir meydana gətirəni vardır.  
O, özündən  əvvəl heç bir şeyin olmadığı  Əvvəl, ondan sonra heç bir 
şeyin qalmayacağı Axır, ondan üstə heç bir şeyin olmadığı Zahir, ondan 
o, tərəfə heç bir şeyin olmadığı Batindir. Əbu Hureyrə 

 radıyallahu anhu 

  rəvayət edir ki, Peyğəmbər 

 sallallahu aleyhi və  səlləm 

  yatağına 
girdikdə buyurardı: «Yeddi səmanın Rəbbi, yerin Rəbbi, hər şeyin Rəbbi, 
toxumu və çərdəyi yaran, Tövratı, İncili və Quranı endirən Allahım! Mən 
sənin alnından yaxaladığın hər  şeyin  şərrindən sənə  sığınıram. Sən 
Əvvəlsən, səndən  əvvəl heç bir şey yoxdur. Sən  Axırsan,  səndən sonra 
                                                 
47
 Müslimin şərhi 1/125. 
48
  Hənif  – haqq üzərində düz yeriyən və ona uyan kimsə deməkdir. Bütün dinlərdən üz çevirərək 
haqqa yönələn kimsədir. «Lisanul–Ərabiyyə» 9/157, «İbn Kəsir təfsir» 1/186-187, «Muhtarus–Sihah» 
s. 159. Digər bir tərif : Şirkdən uzaq olan, Allaha ixlas üzərində bina edilmiş dinin adıdır. «Uç əsas» 
Seyx Useymin – rahmətullahi aleyhi – nin şərhi ilə. 
49
 Buxari, Müslim. 
50
 Buxari, Müslim 2658. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə