Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə9/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   5   6   7   8   9   10   11   12   ...   79

 
18
Allah yaratdıqlarını yox edər, ancaq özü əbədi qalar. Ancaq onun 
istədiyi olur. O, istədiyini edəndir. «Allah öz istədiyini edər!» (əl-Bəqərə 
253).  Allah bir işi istədiyi zaman bütün yaratdıqları onu istəməsələr də 
onu yaradır.  Əgər Allah istəməzsə yaratdıqlarından hamsı bir olsalar da 
onu istəyə bilməzlər. Bu şeydə olan xeyir və şər onun istəməsi ilə olur. O, 
nəyi istəmişsə o, da olur, nəyi istəməmişsə o, da olmaz. Allahın yaratdıq-
larından heç birisi öz elmi ilə onu qavraya bilməz. Zənlər, düşüncələr, 
təsəvvürlər onu başa düşə bilməz.  «Onların elmi isə onu əhatə edib 
qavraya bilməz».  (Ta ha 110). Yaratdıqlarından heç kimsə onun zatının 
sirlərini bilməz. O, da yaratdıqlarından heç birinə  nə zatında, nə 
isimlərində, nə  də sifətlərində, nə  də  əməllərində  bənzəməz. Onun misli 
yoxdur.  «Əgər Rəbbinin sözlərini yazmaq üçün dəryalar mürəkkəb 
olsaydı  və bir o, qədər ona əlavə olunsaydı yenə  də  Rəbbinin sözləri 
tükənməzdən əvvəl onlar tükənərdi». (ən-Kəhf 109). «Əgər yerdə hər bir 
ağac qələm olsaydı  və  dəryalar mürəkkəb olsaydı  və yeddi dərya belə 
ona qoşulsaydı yenə  də  Rəbbinin sözləri tükənməzdi. Həqiqətən Allah 
yenilməz qüvvət və hikmət sahibidir». (Loğman 27). O, ölməzdir, daima 
diridir (Həyydir). Ölüm ona gəlməz. «Ölməz, həmişə diri olan Allaha bel 
bağla».  (əl-Furqan 58). O, nə mürgülər, nə  də onu yuxu tutar 
(Qayyumdur). Yoxsa kainatda hər  şey məhv olardı. Allah insanlara, 
cinlərə, quşlara, vəhşi heyvanlara, möminlərə, kafirlərə  və istəyənə 
istədiyini verdiyi zaman mülkündən heç bir şey  əskilməz.  Əbu Zərr  əl-
Ğifari  - radıyallahu anhu 

 dan, o da Peyğəmbər 

 sallallahu aleyhi və 
səlləm 

 dən, (Peyğəmbərdə) Uca və böyük olan Rəbbindən buyurmuşdu: 
«Ey mənim qullarım, sizlərdən birincilər və axırıncılar, insanlar və cinlər 
bir yerdə toplansalar və hamısı birlikdə məndən istəsələr, mən onların hər 
birinin istədiyini verərəm. Bu mənim yanımdakı şeylərdən iynənin dənizə 
salındığı (və  çıxarıldığı) zaman əskiltdiyi qədər  əskildər»
54
. O, 
yaratdıqlarını qorxuya düşmədən öldürür, çətinlik görmədən yenidən 
yaradır.  
 
ALLAHA İMANIN FAYDALARI 
Allaha iman etmək möminlərə olduqca xeyirli və dəyərli faydalar verər. 
1. Allahı başqalarından bir şey ümüd etməyəcək, başqalarından 
qorxmayacaq və başqasına ibadət etməyəcək  şəkildə, həqiqi mənada 
Tövhid etmək. 
                                                 
54
 Müslim. 


 
19
2. Allahı kamil dərəcədə sevməyə çalışmaq, onun İsim və Sifətlərinə 
lazımı şəkildə təzim etmək.  
3.  Əmr etdiklərini yerinə yetirmək, qadağalarından çəkinməklə ona 
ibadət etmək.  
 
MƏLƏKLƏRƏ İMAN 
Mələklərə iman hər hansı bir şübhə  və  tərəddütdən uzaq olaraq var 
olduqlarına inanmaq deməkdir.  «Peyğəmbər Rəbbi tərəfindən ona nazil 
edilənə  (Qurana) inanmış  və möminlər də iman gətirmişlər.  (onların) 
Hamısı Allaha, onun mələklərinə, kitablarına və bütün peyğəmbərlərinə 
iman gətirmişlər…». (əl-Bəqərə 285).  
Mələklər aləmi bir qeyb aləmidir. Allah tərəfindən yaradılmış və Allaha 
ibadət edən varlılıqlardır. Allah onları nurdan yaratmış,  əmrlərinə tam 
uymağı  və  əmrlərini yerinə yetirmək gücünü vermişdir. Aişə  – 
radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Allah mələkləri nurdan, cinləri tüstüsüz oddan, Adəmi 
isə sizə deyildiyi şeydən (yaratdı)»
55
.  «Möhtərəm qullardır. Onlar 
Allahdan qabaq söz danışmazlar və yalnız onun əmri ilə  iş görərlər». 
(əl-Ənbiya 26-27). «Onlar Allaha ibadət etməkdə təkəbbürlük göstərməz 
və bunda yorulmazlar. Onlar gecə-gündüz yorulmaq bilmədən Rəbbini 
təqdis edib şəninə təriflər deyirlər». (əl-Ənbiya 19-20).  
Mələk –  Ələkə - Malaka – Malak  - sözündən götürülüb, göndərilən 
mesaj, məktub deməkdir. Cəmi – Mələikə - deməkdir. Bəziləri deyirlər ki: 
Mələk – Mulk  – sözündən törənmişdir. Mələklərin varlılıqlarını inkar 
edən hər hansı bir şəxs kafir olur. «Allaha, onun mələklərinə, 
kitablarına, peyğəmbərlərinə  və axirət gününə inanmayan şəxs, 
şübhəsiz ki, (doğru yoldan) çox azmışdı». (ən-Nisa 136). Bu baxımdan da 
Əhli Sünnə vəl Cəmaat icma ilə mələklərə inanırlar.  
Mələklərin nə vaxt yaradıldıqları barədə məlumat yoxdur. Lakin onların 
insandan qabaq yaradılmış olduqları bilinməkdədir.  Sənin Rəbbin 
mələklərə: «Mən yer üzündə bir xəlifə yaradacağam» dedikdə, mələklər: 
«Biz sənə  şükür etdiyimiz, şəninə  təriflər dediyimiz və  səni müqəddəs 
tutduğumuz halda sən yer üzündə  fəsad törədəcək və qan tökəcək bir 
kəsmi yaratmaq istəyirsən?» söylədilər. Allah (onlara):  «Mən bildiyim 
şeyi siz bilmirsiniz!». (əl-Bəqərə 30).  
                                                 
55
 Müslim 2996. 


 
20
İnsanın Mələkdən əfsəl və İblisdən üstün olması. «Biz mələklərə Adəmə 
səcdə edin!» dedik. «(əl-Bəqərə 34). «Pervərdigara! Bir de görək nə 
üçün onu məndən üstün tutdun». (əl-İsra 62).  
Mələklərin sayı çoxdur. Sayını Allahdan başqa heç kimsə bilməz. 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – Meraca gedərkən ona səmadakı 
Beytul-Məmur göstərilmiş  və orada hər gün yetmiş min mələyin ibadət 
edib, oradan çıxdıqdan sonra bir daha ora qayıtmamaqları bildirilmişdi
56

Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhabələrə buyurur: «Səmada 
olan səsləri eşidirsinizmi?» Səhabələr: «Biz heç ə  eşitmirik?» dedilər. 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həqiqətən də Mən 
səmanın qıcırdamasını eşidirəm. Qıcırdama ona xas olan bir şey deyildir. 
Göydə elə bir qarış yer yoxdur ki, orada Qiyamda və Səcdədə olan mələk 
olmasın»
57

Mələklərə iman özündə bir neçə xüsusiyətləri birləşdirir ki, bunları da 
hər bir müsəlmanın bilib iman gətirməsi vacibdir.  
1. Onların varlılıqlarına iman gətirmək.  
2.  Cəbrail, Mikail, İsrafil  –  əleyhimussəlam - kimi adlarını bildiyimiz 
mələklərə iman, adlarını bilmədiyimiz mələklərə isə icma ilə iman 
gətirmək.  
3.  Cəbrail  –  əleyhissəlam – kimi sifətlərini bildiyimiz mələklərin o, 
sifətlərinə iman gətirmək. Məs: Allah bizim onları görməyimizi  əngəl-
ləşdirmişdi. Buna görə  də biz onları yaradılmış  şəkildə görə bilmərik. 
Lakin bəzi qullara onları görmək icazəsi verilmişdi.  «Biz öz ruhumuzu 
Məryəmin yanına göndərdik. O, Məryəmə kamil bir insan qiyafəsində 
göründü». (Məryəm 17).  
Həmçinin - İbrahim və Lut –  əleyhimussəlam - ın yanına insan 
qiyafəsində  gəlmişlər.  «Həqiqətən elçilərimiz  (mələklər)  İbrahimin 
yanına müjdə ilə gəlib salam verdilər». (Hud 68). «Elçilərimiz (mələklər) 
Lutun yanına gəldikləri zaman…». (Hud 77). 
Həmçinin  - Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  Cəbrail  – 
əleyhissəlam – ı öz qiyafəsində görmüşdü. «O, qüvvət sahibi göründü. O 
(Cəbrail)  ən uca üfüqdə idi». «And olsun ki, başqa bir dəfə  də 
görmüşdü. (yeddinci səmadakı) Sidrətulmuntəhanın yanında». (ən-Nəcm 
6-14). Cəbrail – əleyhissəlam – ın insan qiyafəsində saçları olduqca qara, 
düm ağ paltarda Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in yanına, 
onların dinlərini onlara öyrətməyə  gəlmişdi
58
. Cəbrail  –  əleyhissəlam – 
                                                 
56
 Buxari 3207, Müslim 429.  
57
 əl-Albani "Səhih Hədislər Silsiləsi" 852.  
58
 Müslim 8.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə